Məhkəmə qərarları › İş №2(102)-717/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-717/2023

31.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-717/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı və müstəqil tələb irəli sürən YYYnun cavabdehlər Cavabdeh1 və X13rşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, əqdin təmsilçi vasitəsilə bağlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu ( məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alğı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğvi” tələbinə dair və müstəqil tələb irəli sürən YYYnun cavabdehlər Cavabd eh1 və X13rşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5387/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs YYY tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X8 İddiaçı anasıdır. ünvan 1 ünvanda yerləşən 4 saylı mənzil (bundan sonra – mübahisə predmeti olan mənzil) xx.xx.2017-ci il tarixdə tam, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi (bundan sonra – mübahisə predmeti olan ev) isə xx.xx.2019-cu il tarixdə 1 otaqda paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrin də X5 adına qeydiyyatdan keçmişdir.

2. X8 Cavabdeh2 adına verdiyi 27 noyabr 2018-ci il tarixli etibarnamə ilə üç il müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, ipotekadan (girovdan) azad etməyi, özəlləşdirməyi, icarəyə və kirayə verməyi, buna dair müqavilələr bağlamağı və imzalamağı, zəruri sənədləri təhvil verməyi, vərəsəlik işin i rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, mirasın qəbulu barədə ərizəni imzalamağı, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və s. hərəkətlər etməyi sonuncuya etibar etmişdir.

3. İddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət edərək, anasına məxsus mübahisə predmeti olan mənzilin satılmasına razılıq vermişdir. 4. xx.xx.2019-cu il tarixli ilkin müqaviləyə əsasən, X5 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi ev 13 ünvanında yerləşən 4 saylı mənzili qızı olan Cavabdeh1 satmağı və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 70.000 manat müəyyən edilməklə, alıcı həmin məbləğin 30.000 manatını bu müqavilənin qüvvəyə mindiyi tarixdə satıcıya notariusun depozit hesabı vasitəsilə ödəməyi, qalan 40.000 manatı isə 3 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür.

5. İlkin müqavilə üzrə 30 000 manat xx.xx.2019-cu il tarixdə, 20 000 manat isə xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adından etibarnamə əsasında hərəkət edən Cavabdeh2 tərəfindən notariusun bankdakı depozit hesabına köçürülmüş və Cavabdeh2 tərəfindən məxaric olunmuşdur. 6. 08 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi ev 13 ünvanında yerləşən 4 saylı mənzilə dair alğı-satqı müqaviləsi bağlanmış, X5 adından etibarnamə əsasında hərəkət edən Cavabdeh2 mənzili Cavabdeh1 70 000 manata satmış, mənzilin satış dəyəri ndən 30 000 manatın xx.xx.2019-cu il tarixli ilkin müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə, 20 000 manatın xx.xx.2019-cu il tarixdə notariusun bankda açılmış depozit hesabı vasitəsilə satıcıya ödənildiyi göstərilməklə, qalan 20 000 manatının alıcının alqı-satqı zamanı notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilməsi nəzərdə tutulmuşdur.

7. Həmin müqavilə üzrə satıcıya ödənilməli olan 20 000 manat 07 yanvar 2020-ci il tarixdə Cavabdeh1 adından etibarnamə əsasında hərəkət edən Cavabdeh2 tərəfindən notariusun "xxxx" ASC-də olan depozit hesabına köçürülmüş, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 tərəfindən məxaric olunmuşdur.

8. Eyni notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X5 adından etibarnamə əsasında hərəkət edən Cava bdeh2 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağını 130 000 manata Cavabdeh1 satmış və evin həmin hissəsi xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyatdan keçmişdir.

9. Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 adından etibarnamə əsasında hərəkət edən Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağını 210 000 manata X23 satmış, alıcının notariusun depozit hesabına mədaxil etdiyi müvafiq məbləğ Cavabdeh2 tərəfindən məxaric olunmuş, evin həmin hissəsi xx.xx.2019-cu il tarixdə X19 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. Həmin alqı-satqı müqaviləsi bağlana rkən X8 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evində qeydiyyatda olmuş, onun adından xx.xx.2018-ci il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh2 xx.xx.2019-cu il tarixdə notariusa ərizə verərək evin (1 otaq (y/s-23,9 m2, k/s-22,3 m2, açıq eyvan 8,1 m2) satılmasına razılıq verdiyini bildirmişdir.

11. X8 xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini xahiş etmişdir.

12. X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2020-ci il tarixdə cavabdehlər Cavabdeh2 (bundan sonra - birinci cavabdeh) və Cavabdeh1 (bundan sonra - ikinci cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan mənzilə və fərdi yaşayış evinə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil və ev anasına məxsus olmuşdur və həmin mənzildə yaşayır. 2018-ci ilin sonlarında mənzili ona bağışlamaq məqsədi ilə anası notariat kontoruna müraciət etmiş, həmin kontorda lazım olan sənədlər barədə məlumat verildikdə həm yaşının çox olması, həm də ağır xəstə olması səbəbindən bu işin öhdəsindən gələ bilməyəcəyi üçün tanışları mənzil alğı-satqısı ilə məşğul olan birinci cavabdehdən bununla bağlı ona kömək etməsini xahiş etmiş və sonuncu razılıq verdiyi üçün xx.xx.2018-ci il tarixdə 46 saylı notariat ofisində onun adına etibarnamə vermişdir. Bir müddət sonra xx.xx.2018-ci il tarixdə 1-ci cavabdeh anasının şəxsiyyət vəsiqəsini və mənzilə dair dövlət reyestrindən çıxarışı almış və iddiaçıya növbəti gün notariat ofisinə getməsini tapşırmışdır. xx.xx.2018-ci il tarixdə iddiaçı həmin notariat ofisinə gedərək, 1-ci cavabdehlə görüşmüş və sonuncu bildirmişdir ki, mənzilin anasının adından onun adına keçirilməsi üçün razılıq sənədi imzalamalıdır. İddiaçı onun sözlərinə inandığı üçün təqdim olunmuş sənədi oxumadan imzalamış, bundan sonra 1-ci cavabdeh onun zənglərinə cavab verməmiş, cavab verdikdə isə sualları cavablandırmaqdan yayınmışdır. Bu vəziyyət anasını narahat etdiyindən 1-ci cavabdehə verdiyi etibarnaməni ləğv etdirmək qərarına gəlmiş, lakin şəxsiyyət vəsiqəsi 1-ci cavabdehdə qaldığından bunu edə bilməmiş və xx.xx.2020-ci il tarixdə polisə zəng edərək, 1-ci cavabdehin hərəkətlərindən şikayət etmiş, lakin bu zəng heç bir nəticə vermədiyindən, xx.xx.2020ci il tarixdə yəni şəxsiyyət vəsiqəsi alaraq, xx.xx.2020-ci il tarixdə etibarnaməni ləğv etdirmişdir. 2020-ci ilin fevral ayında 1-ci cavabdehlə telefon əlaqəsi sax lanılan zaman sonuncu bildirmişdir ki, mənzili iddiaçının adına keçirməmiş, özü üçün girov kimi saxlamışdır. Bununla bağlı notariat ofisinə müraciət etdikdən sonra onlara məlum olmuşdur ki, 1-ci cavabdeh ona verilmiş etibarnamədən istifadə edərək mənzilə dair qızı olan digər cavabdehlə xx.xx.2020-ci il tarixdə formal alğı-satqı müqaviləsi bağlamışdır. Bir müddət sonra, anası vəfat etmiş və onun ölümündən sonra iddiaçıya məlum olmuşdur ki, 1-ci cavabdeh həmin etibarnamədən istifadə edərək mübahisəli evə dair də qızı ilə formal alğı-satqı müqaviləsi bağlamışdır. Hansı ki, həmin ev paylı mülkiyyət hüququ əsasında anasına və anasının qardaşına məxsus olmuşdur. Hesab edir ki, anasının öldüyü günədək həmin evdə qeydiyyatda olması, başqa məqsədlə vermiş olduğu, sonradan isə israrla ləğv etdiyi et ibarnamədən istifadə edərək, yaxın qohum olan cavabdehlər tərəfindən onun mülkiyyətindəki əmlakın hamısının özgəninkiləşdirilməsi əqdlərin aldatma yolu ilə bağlanmasını və mülkiyyətçinin iradə ifadəsinə zidd olmasını aydın şəkildə göstərir.

15. Birinci instansiya məhkəməsində cavabdehlər iddia tələbini qəbul etməyərək izahatlarında bildirmişlər ki, qeyd olunan mənzilləri etibarnamə əsasında Cavabdeh2 qızına satmış, və həmin pulları qızının əvəzinə özü şəxsən ödəmişdir. İddiaçının özünün isə evin satılmasına dair razılıq ərizəsi belə notarial qaydada təsdiq olunmuşdur. İddiaçının anasının evi satmaq niyyəti olmuş və qabaqcadan pulu almışdır. Bütün bunları nəzərə alaraq iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişlər.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – biri nci instansiya məhkəməsi) 2(006)-1179/2020 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia rədd olunmuşdur.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil və fərdi yaşayış evi notarius tərəfindən alğı-satqı müqaviləsi əsasında tam qaydalara riayət etməklə rəsmiləşdirilmiş və bununla bağlı heç bir maneə olmamışdır. İddiaçı isə irəli sürdüyü tələbə münasibətdə xəbəri olmadığını, evlərin satılması üçün etibarnamə verilmədiyini qeyd etsə də, bunun əksini sübut edən özünün razılıq ərizəsi mövcud olmuşdur. Anası tərəfindən etibarnamənin ləğv edilməsi tarixi isə həmin əmlakla bağlı alğı-satqı müqavilələri baş tutduqdan sonraya təsadüf etmişdir. Odur ki, məhkəmənin qənaətinə görə, mübahisəli əmlak özgəninkiləşdirmə yə hüququ olan şəxs tərəfindən qanuni əsaslarla özgəninkiləşdirilmişdir.

18. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə isə vurğulamışdır ki, iddiaçı anasının birinci cavabdehin adına etibarnamə verməkdə məqsədinin daşınmaz əşyaların ona bağışlaması ilə bağlı olmasını göstərsə də, bu halları təsdiq edən sübutları təqdim etməmişdir. Digər tərəfdən, həmin cavabdehin belə öhdəliyinin olması da hər hansı sübutla təsdiq olunmur. Belə ki, iş materiallarından görünür ki, mübahisəli əmlak mülkiyyətçi tərəfindən cavabdehin adına verilmiş ümumi etibarnamə əsasında satılıb. Həmin etibarnamədə mülkiyyətçi özünə məxsus bütün əmlak barəsində sərəncam verilməsi ilə bağlı cavabdehə səlahiyyət vermişdir. Əgər anasının mübahisəli əmlakın iddiaçıya bağışlaması ilə bağlı səlahiyyət vermək niyyəti var idisə, y alnız bu səlahiyyətlər çərçivəsində etibarnamə verilə bilərdi.

19. Eyni zamanda, anasının ona məxsus əmlakın satılmasında hər hansı iradə ifadəsinin olmadığı barədə iddiaçının dəlilləri də məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, anası tərəfindən verilmiş etibarnamədə o, bütün əmlakına dair sərəncam vermək səlahiyyətini cavabdehə etibar etmiş və həmin etibarnamə ümumi, yəni bütün əmlakla bağlı verilmişdir. İddiaçı da öz növbəsində anasına məxsus mənzilin satılmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir

20. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli əmlakın alğı-satqısına dair müqavilələrin qanuni əsaslarla bağlanması öz təsdiqini tapdığından, əmlakın satılmasında mülkiyyətçinin iradə ifadəsinin olmaması ilə bağlı dəlillər isə təsdiqini tapmadığından, həmin əmlaka dair alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onunla bağlı dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə tələblər əsassızdır və təmin edilməməlidir.

21. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 329, 331.1, 337, 339.2, 340.2, 347.1, 359.1, 362-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinı, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apelyasiya şikayəti belə əsaslandırılıb ki, məhkəmə iddianın sübut olunmamasına istinad etsə də, təqdim edil miş və işdə olan sübutlar anasının aldadılmasını, əmlakının etibarından sui-istifadə edilməklə ələ keçirilməsini aydın şəkildə göstərir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mənzilləri etibarnamə əsasında qızına satmış, dəyərini qızının əvəzinə özü ödəmiş, daha sonra həmin pulları depozit hesabından özü götürmüş, iddiaçının anasına isə pulu qabaqcadan, yəni alğı-satqı müqavilələri bağlanmamışdan əvvəl ödəmişdir. Halbuki, cavabdeh anasına heç bir pul ödəməmiş və məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, əqdin bağlanması zamanı alıcı tərəfindən ödənilməli olan məbləğin cavabdeh tərəfindən ödənilməsi və özü tərəfindən depozit hesabından götürülməsi qızının alğı-satqı müqaviləsindəki iştirakının formal olduğunu, əqdlərin cavabde h tərəfindən özü ilə bağlandığını göstərir. Digər tərəfdən, məhkəmə anası tərəfindən verilmiş etibarnamənin ləğv edilməsi tarixinin alğı-satqı müqavilələrinin baş tutmasından sonraya təsadüf etdiyini qeyd etsə də, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, anası müqavilələrin bağlanmasından əvvəl etibarnamənin ləğv edilməsinə səy göstərmiş, lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu mümkün olmamışdır. Eyni zamanda, məhkəmə tərəfindən elektron daşıyıcıda iddia ərizəsinə əlavə olunmuş anası ilə cavabdeh arasındakı danışıqlara dair sübutları da nəzərə alınmamışdır.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9418/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) apellyasiya şikayəti t əmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizə xarakteri daşımaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış və şikayətin hüqu qi əsası kimi Mülki Məcəllənin 337, 339.2 və 359.3-cü maddələrinə istinad olunmuşdur.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-6573/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

29. Kassasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı, Cavabdeh2 öz qızı ilə bağladığı alğı-satqı müqavilələrinin etibarsızlığını mübahisələndirir, Cavabdeh2 ona verilmiş etibarnamədən etibar edənin iradəsinə zidd istifadə etdiyini, onun öz doğma qızı ilə bağladığı alğısatqı müqavilələrinin Mülki Məcəllənin 359.3-cü maddəsinə zidd olaraq əslində öz xeyrinə bağlandığını bildirərək, bu faktı təsdiq etmək üçün mərhum anası ilə Cavabdeh2 arasında olan telefon danışığının video görüntüsünü elektron daşıyıcıda iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh2 isə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən izahatına əsasən qeyd edilən mənzilləri etibarnamə əsasında qızına satmış və həmin pulları qızının əvəzinə özü şəxsən ödəmişdir. İddiaçının anasının evi satmaq niyyəti olmuş və qabaqcadan pulu almış, iddiaçının isə evin satılmasına razılığı olmuşdur. Apellyasiya məhkəməsində isə Cavabdeh2 iddiada və apellyasiya şikayətində qeyd edilən dəlillərlə bağlı heç bir münasibət bildirməmiş, sadəcə onun tərəfindən aparılmış əməliyyatları təsvir etmişdir. Cavabdeh1 isə birinci instansiya məhkəməsində ümumiyyətlə iştirak etməmiş, apellyasiya məhkəməsində onu atası Cavabdeh2 təmsil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri müqavilələrin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hal olduğu halda, apellyasiya məhkəməsi tərəfindən bu dəlillər üzrə hər hansı araşdırma aparılmamış, iddiaçının məhkəməyə təqdim etdiyi və iş materilallarında olan sübutlar (videogörüntü, səs danışıqları əks olunan sübutlar) nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində tədqiq edilməmişdir. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər b ir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

30. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin əsas dəlillərindən biri əqd bağlanarkən Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinin pozulması və iddiaçının anası tərəfindən Cavabdeh2 verilmiş etibarnamədən onun öz xeyrinə əqd bağladığı, müqavilələrdə alıcı kimi qızı göstərilsə də, alğı-satqı üzrə pul vəsaitinin Cavabdeh2 tərəfindən ödənilməsi olsa da, apellyasiya məhkəməsi tərəfindən bu dəlil üzrə heç bir araşdırma aparılmamış və hüquqi dəyərləndirmə qətnamədə əks olunmamışdır. Eyni zaman da, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin paylı mülkiyyətdə olması, həmin əmlakdakı pay özgəninkiləşdirilərkən digər payçıların Mülki Məcəllənin 218-ci maddəsində nəzərdə tutulan satınalmada üstünlük hüquqlarının olması, həmin əmlakın xx.xx.2019-cu il tarixdə X24 adlı şəxsə satılması barədə müqavilənin iş materiallarında olması nəzərə alınaraq, həmin şəxslərin 3-cü şəxs qismində işə cəlb edilməsi məsələsi həll edilməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Təkrar apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X20 nümayəndəsi (vəkili) Vəkil4 Oktay oğlu təmsil etdiyi şəxsin qanuni əsaslarla müqavilə bağlayaraq əmlak əldə etdiyini, əmlaka görə 210 000 manat ödədiyini və əmlakla bağlı hər hansı problemin mövcudluğunu bilməsinin mümkün olmadığını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

32. Təkrar apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş YYY sonradan müstəqil tələb irəli sürərək X8 ilə Cavabdeh1 arasında bağlanmış 12 mart 2019-cu il tarixli 4Ə-110 reyestrli və Cavabdeh1 ilə X24 arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 4Ə-421 reyestrli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

33. İbrahim Mikayılov iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi 15 saylı evin paylı mülkiyyətçisidir. Digər payın sahibi mərhum X4 Rəsulova ona bu ilin fevral ayının sonlarında zəng edərək, anasına a id olan payın kimə icarəyə verildiyini və kimin icarə haqqını yığdığını soruşmuş, ona bildirmişdir ki, anasına aid olan icarə haqqını yığmır. Bundan sonra oğlu Ramiz Mikayılov etibarnamə əsasında 2021-ci ilin mart ayının 3-də qeyd olunan ünvana adına olan elektron çıxarış əldə etmiş, məlum olmuşdur ki, həmin ünvanda onunla paylı mülkiyyətdə X5 adının əvəzinə Brent Fleeman adlı şəxsin adı qeyd olunmuşdur. Notariat işləri əldə olunduqda məlum olmuşdur ki, Cavabdeh2 etibarnamə əsasında ZZZnın adında olan Qəsr küçəsi 15 saylı evin ZZZya məxsus payını öz qızı Cavabdeh1 satmışdır. Bakı şəhəri, Qəsr küçəsi 15 saylı fərdi evinin ZZZya məxsus, ümumi sahəsi 65,35 kv.m olan 3 (üç) otağının satılması bildirişini notariat kontorundan almış olsa da, orada qeyd olunan sahələr düzgün olmadığından ZZZya ai d çıxarışı məhkəmədə mübahisələndirmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə çıxarış ləğv edilmiş və ZZZya 3 (üç) otaq yox, artıq 1 otağın məxsus olması müəyyən edilmişdir. Bundan sonra hər hansı bir bildiriş almamışdır. Mülkiyyət sahəsi dəyişdiriləndən sonra bildiriş almaması notariat işində olan sənədlərlə təsdiq edilir, çünki 2019-cu ilin mart ayının 12-də aparılan alqı-satqı əməliyyatı yalnız 2018-ci ildə 3 otaqla bağlı olan bildiriş əsasında aparılmışdır. Mülki Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Cavabdeh2 ZZZnın adından mənzilin sahəsi, mülkiyyəti təsdiq edən sənəd dəyişdirildiyind ən yeni bildiriş göndərməli idi. Notariat işindən görünür ki, X25 Sadıqovanın adından etibarnamə əsasında Brent Fleemana həmin payı satmış, lakin ona hər hansı bildiriş göndərilməmişdir. Halbuki, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı satıldığı qiymətə və digər barabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər.

34. YYYnun məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil3 təmsil etdiyi şəxsin iddia tələbini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilm iş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, YYYnun apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “alğı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi ev 13 ünvanında yerləşən 4 saylı mənzilə dair X5 adından Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerl əşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X5 adından Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ № ******* saylı alğı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı iddia tələbinin qalan hissədə, həmçinin YYYnun Cavabdeh1 və X14rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, Cavabdeh2 210 000 (iki yüz on min) manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

36. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsinin (bağlanmasının) 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam ı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür. Əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

37. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir.

38. İşin faktiki hallarından göründüyü kimi, mübahisəsi gedən ev və mənzil ZZZnın verdiyi etibarnamə əsasında hərəkət edən Cavabdeh2 tərəfindən öz qızına satılmış, alqı-satqılar zamanı alıcının (Cavabdeh1) ödəməli olduğu pul vəsaitlərini bilavasitə Cavabdeh2 notariusun depozit hesabına mədaxil etmiş (birinci instansiya məhkəməsinin qətnaməsindən belə aydın olur ki, Cavabdeh2 bu xüsusatı verdiyi izahatda da təsdiq etmişdir) və sonradan hesabdan məxaric etmişdir. Başqa sözlə, ZZZ (təmsil olunan), Cavabdeh2 özünün maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyə ti vermiş, Cavabdeh2 isə onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək əmlakları həm də təmsilçisi olduğu qızının adına rəsmiləşdirmiş, evin və mənzilin formal satışından hər hansı pul vəsaiti əldə olunmayaraq ZZZya (təmsil olunana) verilməmişdir; bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuş, Cavabdeh2 faktiki olaraq öz xeyrinə əqdlər bağlamışdır.

39. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə almışdır ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə qızının adına 130 000 manat müqabilində rəsmiləşdirdiyi Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağı, xx.xx.2019-cu il tarixdə onun tərəfindən 80 000 manat fərqlə, yəni 210 000 manata digər şəxsə satılmışdır – bu xüsusat da həmin əmlakın Cavabdeh1 satılması nın ZZZnın maraqlarına xidmət etmədiyi nəticəsinə gəlməyə əsas verir. 40. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”.

41. ZZZ ilə Cavabdeh2 arasında baş tutmuş telefon danışığının (Cavabdeh2 bildirməsinə görə bu danışıq təxminən 2020-ci ilin mart ayında olmuşdur) məzmunu da Füzüli Əliyevin ona verilmiş etibarnamədən ZZZnın maraqlarına zidd şəkildə istifadə etdiyi qənaətinə gəlməyə əsas yaradır. Təkrar apellyasiya baxışı zamanı həmin telefon danışığının elektron daşıyıcıda (SD diskdə) təqdim olunan video görüntüsü tədqiq edilmiş, müəyyən olunmuşdur ki, Cavabdeh2 zəng edən ZZZnın “Füzuli müəllim, hansı ki, çıxarışlar var idi, onlar elə də qalır? Siz onları yenidən qeydiyyata aldırmamasınız ki?” s ualına Cavabdeh2 “yox, yox böyük ev sizin adınızadır Zemfira xanım” cavabını vermiş, “bəs Vəfanın adına olan Günbez?” sualını, “mən götürdüm da, onlar mənim etibarnaməmi ləğv etdirdilər, mən onu girov kimi götürdüm, aramızda olan haqq-hesaba görə” kimi cavablandırmış, daha sonra ZZZnın səsini eşitmədiyi görüntüsü yaradaraq telefonu söndürmüşdür.

42. Kollegiya hesab etmişdir ki, yuxarıda göstərilənlər, əmlakların Cavabdeh1 həqiqi niyyətlə satılmadığı, əsas məqsədin onlar üzərində Cavabdeh2 hüququnu yaratmaq olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas verir. Hansı ki, belə məqsədlə bağlanan əqdlər görünüş üçün bağlanmış əqd kimi qiymətləndirilir və əhəmiyyətsizdir.

43. Mülki Məcəllənin 560-cı maddəsində mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur.

44. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

45. Oxşar mövqe X12 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

46. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarət olmuşdur ki, iddiaçının iddia tələbi qismən təmin olunmalı, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi ev 13 ünvanında yerləşən 4 saylı mənzilə və Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə dair Cavabdeh2lə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilməli, mə nzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv olunmalıdır. Nəzərə alınmalıdır ki, evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış hazırda mövcud olmadığından (həmin ev digər şəxsin mülkiyyətinə keçirildiyindən), onun ləğvi mümkün deyildir.

47. YYYnun Cavabdeh1 və X14rşı iddia tələbini isə kollegiya aşağıda göstərilənlərə görə əsassız hesab edir:

48. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının di spozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

49. İbrahim Mikayılovun iddia tələbi Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə dair satınalmada üstünlük hüququnun pozulmasına istinadən irəli sürülmüşdür – hansı ki, mülki qanunverciliyin həmin hüququ təsbit edən müddəasının mənasına görə, paylı mülkiyyətdə olan payın satın almaqda üstünlük hüququ pozulmaqla satılması, müvafiq müqavilənin etibarsız sayılmasını şərtləndirən hal deyildir. Qanunvericilik belə halda, hüququ pozulan paylı mülkiyyətçiyə üç ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsini tələb etmək imkanı vermişdir; İbrahim Mikayılovun hazırda irəli sürdüyü iddia isə həmin tələblə bağlı deyildir.

50. Digər tərəfdən nəzərə alınmalıdır ki, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında satın alan X15 vicdanlı əldə etmişdir (o, Cavabdeh1 həmin əmlakı İbrahim Mikayılovun satınalmaqda üstünlük hüququ pozulmaqla əldə etdiyini bilmirdi və bilməli də deyildi, eləcə də əmlakı satın alarkən İbrahim Mikayılova göndərilən bildirişin onun tərəfindən alınmadığını güman edə bilməzdi) və bu baxımdan onun həmin əmlak üzərində mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığ ı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi i lə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”.

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Qladışeva Rusiyaya qarşı” iş üzrə xx.xx.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “...cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bütövlükdə Konvensiyaya məxsusdur... Ərizəçi hətta saxta sənədlər əsasında və ya dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericiliyin bütün tələblərinə əməl etdiyindən vicdanlı alıcı hesab edilməlidir və onun sonrad an Moskva şəhər Mənzil İstismar İdarəsinin iddiasına əsasən üç ildən artıq müddətdə yaşadığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir”.

53. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, İbrahim Mikayılovun iddia tələbinin vicdanlı alıcı olan X23 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanu nidir.

54. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh2lə Cavabdeh1 arasında bağlanmış əqdlər etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq, eyni zamanda Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin sonradan digər şəxsə satılması nəzərə alınaraq, həmin əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “... İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcını n və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”.

56. Bu mənada kollegiyanın qənaətinə görə, Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə alıcı X19 ödədiyi və Cavabdeh1 adından etibarnamə əsasında hərəkət edən Cavabdeh2 tərəfindən notariusun depozit hesabından məxaric olunmuş 210 000 manat ondan alınaraq İddiaçı qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, Cavabdeh2 tərəfindən həmin pul vəsaitinin nümayəndəsi olduğu qızına (Cavabdeh1) verilmiş olması müəyyən edilməmişdir və yuxarıda göstərildiyi kimi Cavabdeh2 müvafiq əməliyyatlar zamanı pul vəsaitlərini məhz özünün aldığını (hesabdan məxaric etdiyini) bildirmişdir (bu xüsusat həm də işin halları ilə müəyyən olunmuşdur).

57. Bununla belə kollegiya, etibarsız hesab edilən 12 mart 2019-cu il və 08 yanvar 2020ci il tarixli alğı-satqı müqavilələri üzrə restitusiya (alqı-satqı dəyərinin qaytarılma sı ilə bağlı) tətbiq olunmasına zərurət görmür. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işin hallarından isə həmin alqı-satqı müqavilələrinin formal bağlandığı, müqavilələr bağlanarkən alıcının (Cavabdeh1) hər hansı pul vəsaiti ödəmədiyi müəyyən edilmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

58. Cavabdeh1 (vəkili X10) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

59. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün şərh və tədbi q etməmişdir. Apellyasiya məhkəməsi işin faktiki hallarına aşkar zidd olaraq belə nəticəyə gəlmişdir ki, guya vəkalət verənin adından hərəkət edən təmsilçi (Füzüli Əliyev) faktiki olaraq özü-özü ilə müqavilə bağlamışdır. Məhkəmənin çıxardığı bu nəticələr işin faktiki hallarına zidd olaraq tamamilə absurddur. Qeyd edilməlidir ki, Bakı şəhəri 46 saylı Notariat ofisinin notariusu Tamella Kərimova bu sahədə uzun müddət fəaliyyət göstərən təcrubəli notariusdur və onun tərəfindən göstərilən qanun pozuntusuna yol verməsi istisna olunur. Alğı-satqı müqavilələri bağlanan zaman Cavabdeh1 şəxsən notariat ofisində olmuş, müqaviləni şəxsən imzalamış, alğı satqı müqaviləsi üzrə ödəniləcək pulları notariusun depozit hesabına şəxsən özü köçürmüşdür. Alğı-satqı müqavilələrində əks olunan fotoşəkillərdən mü əyyən olunur ki, Cavabdeh1 notariat əməliyyatında fiziki şəxs olaraq şəxsən iştirak etmiş, müqaviləni şəxsən özü imzalamış və bu təkzib olunmayan faktdır. Guya ki, müqavilələr bağlanan zaman Zemfirə Mikayılovanın təmsilçisi olmuş Füzüli Əliyev eyni zamanda digər tərəfi də (Cavabdeh1) təmsil etmişdir, yəni hər iki tərəfin əvəzinə müqavilə bağlamış və hər iki tərəfin əvəzinə müqavilələri imzalamışdır. Bunlar işin faktiki hallarına zidd olan, normal düşüncəyə sığmayan, icrası mümkün olmayan faktlardır. Konstutusiya və Avropa Məhkəməsinin qərarlarına istinad etmək üçün heç bir zərurət olmamişdir, sadəcə olaraq işin faktki halları düzgün müəyyən edilməli və onlara münasibətdə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməli idi. İşin hallarından müəyyən olunur ki Zemfirə Mikayılova nın adından əqdləri bağlamış Cavabdeh2 təmsil edilən şəxsin notariat qaydada verdiyi etibarnamədə göstərilən səlahiyyətlər çərçivəsində hərəkət etmişdir, təmsil etdiyi şəxsə qarşı hər hansı aldatma hərəkətləri etməmiş, ona görə də, onun üçünçü şəxslərlə bağladığı əqdlər təmsil etdiyi şəxs üçün bilavasitə hüquq və vəzifələr yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli alğı-satqı müqavilələrin etibarsız olduğu qənaətinə gəlsə də, hansı dəlillər və hüquqi faktlar əsasında bu nəticəyə gəldiyini əsaslandırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Apellyasiya məhkəməsi işin faktiki hallarına münasibətdə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin həqiqi hallarının müəyyən edilməsi üçün İddiaçı şəxsən məhkəməyə gəlib ifadə verməsini təmin etməmiş, bu barədə vəsatəti təmin etməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində maddi hüquq normalar sadalansa da, konkret olaraq hansı maddi normaya istinadən məhkəmənin müqavilələri etibarsız sayması aydın deyil.

60. Cavabdeh2 (vəkili X16) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “İddiaçı Rafael qızının iddia tələbinin qismən təmin olunması, İddiaçı Rafael qızının Cavabdeh2 və Cavabdeh1 qarşı“ alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəs i ev 13 ünvanında yerləşən 4 saylı mənzilə dair X5 adından Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X5 adından Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ № ******* saylı alğı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 210 000 manat pulun alınaraq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməsi və İddiaçı iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xah iş etmişdir.

61. Cavabdeh2 kassasiya şikayətində işin faktik halları şərh olunmuş və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmənin gəldiyi nəticə heç bir sübuta söykənmir və iş materiallarına ziddir. İşin həqiqi halı ondan ibarətdir ki, mübahisələnidirilən əqdlər əvvəla X8 ilə Cavabdeh1 arasında qanuni bağlanmışdır. Müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Cavabdeh2 alğı-satqı müqavilələrinə o dövrdə qüvvədə olan etibarnamə əsasında Mikayılova Zemfiranın adından imza atmışdır. Beləliklə mübahisələndirilən müqavilələr bağlanılarkən Əliyev X2 təmsil edərək verilən səlahiyyətləri cərçivəsində hərəkət etmiş dir. Alğı-satqı müqavilələrinin X8 ilə Cavabdeh1 arasında bağlanılmasında heç bir qanun pozuntusu yoxdur. Cavabdeh2 qızı Cavabdeh1 yerinə pulu depozitə yerləşdirməsi əhəmiyyət kəsb edən hal olmadığından əqdin etibarsızlığını yaratmır. İddiaçının anası X1 qədər borcları olduğundan daşınmaz əmlaklarını satmaq qərarına gəlmişdir. Mübahisələndirilən əqdlər üzrə Cavabdeh2 tam səlahiyyətləri çərçivəsində hərəkət etmişdir.

62. Üçüncü şəxs YYY (vəkili X9) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin YYYnun iddia tələbi hissəsində ləğv edib iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

63. Kassasiya şikayəti İ.Mikayılovun iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Ramiz Mikayılov etibarnamə əsasın da 2021-ci ilin mart ayının 3də qeyd olunan ünvana adına olan elektron çıxarış əldə edib və məlum olub ki, həmin ünvanda onunla paylı mülkiyyətdə X5 adının əvəzinə Brent Fleeman adlı şəxsin adı qeyd olunub. Notariat işləri əldə edərkən məlum olub ki, Əliyev X11 Mikayılovanın adından etibarnamə əsasında Qəsr küçəsi, 15 saylı ZZZya məxsus payı öz qızı Cavabdeh1 satmışdır. Düzdür, Bakı şəhəri, Qəsr küçəsi, 15 saylı fərdi evinin ZZZya məxsus, ümumi sahəsi 65,35 kv.m olan 3 otağının satılması bildirişi notariat kontorundan almışdılar, lakin orada qeyd olunan sahələr düzgün olmadığından, ZZZya aid çıxarışı məhkəmədə mübahisələndirib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə çıxarış ləğv edilərək ZZZya 3 otaq yox, artıq 1 otaq məxsus olması müəyyən edilmişdir. Bundan sonra İbrahim Mikayılov hər hansı bir bildiriş almamışdır. 2019-cu ilin mart ayının 12-də aparılan alğı-satqı əməliyyatı zamanı yalnız 2018-ci ildə 3 otaqla bağlı olan bildiriş əsasında aparılmışdır. Cavabdeh2 ZZZnın adından mənzilin sahəsi, mülkiyyəti təsdiq edən sənəd dəyişdirildiyindən yeni bildiriş göndərməli idi. Notariat işindən görünür ki, İbrahim Mikayılova payın alması barədə təklif 24 iyul 2019-cu ildə göndərilmişdir, lakin o, hər hansı bir bildiriş almamış və notariat işində ona bildirişin çatdırılmasl barədə hər hansı bir sənəd mövcüd deyil. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

64. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

65. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

66. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

67. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

68. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

69. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

70. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutula n hallarda keçirilə bilər.

71. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.

72. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.

73. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).

74. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

75. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

76. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələ r istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

77. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

78. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçü n son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

79. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.

80. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

81. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya ş irkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

82. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

83. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.

84. Maddə

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə tək cə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

85. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

86. Maddə

567. Alqı- satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

87. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

89. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

90. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

91. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

92. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

93. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

94. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyinə görə apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

95. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

96. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş halları bu qərarın 1-12-ci paraqraflarında əksini tapmışdır.

97. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Z.Mikayılovanın adından etibarnamə əsasında hərəkət edərək mübahisəli əqdləri bağlayarkən, Z.Mikayılovanın iradə ifadəsinə uyğun hərəkət etməmiş, etibarnamə ilə verilmiş səlahiyyətlərdən kənar hərəkət etmişdir.

98. Bu baxımdan həmin iddia tələbi Mülki Məcəllənin 359, 362, 337-ci maddələrinin tələbləri əsasında təhlil olunmalıdır.

99. Mülki Məcəllənin 359.3-cü maddəs inə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

100. Bu normada göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir.

101. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunan ın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

102. Apelyasiya instansiyası məhkəməsi də məhz bu əsasla işin hallarını araşdıraraq müəyyən etmişdir ki, mübahisəli ev və mənzil ZZZnın verdiyi etibarnamə əsasında hərəkət edən Cavabdeh2 tərəfindən öz qızına satılmış, alqı-satqılar zamanı alıcının (Cavabdeh1) ödəməli olduğu pul vəsaitlərini bilavasitə Cavabdeh2 notariusun depozit hesabına mədaxil etmiş (birinci instansiya məhkəməsinin qətnaməsindən belə aydın olur ki, Cavabdeh2 bu xüsusatı verdiyi izahatda da təsdiq etmişdir) və sonradan hesabdan məxaric etmişdir. Başqa sözlə, ZZZ (təmsil olunan), Cavabdeh2 özünün maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış et mək səlahiyyəti vermiş, Cavabdeh2 isə onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək əmlakları həm də təmsilçisi olduğu qızının adına rəsmiləşdirmiş, evin və mənzilin formal satışından hər hansı pul vəsaiti əldə olunmayaraq ZZZya (təmsil olunana) verilməmişdir; bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuş, Cavabdeh2 faktiki olaraq öz xeyrinə əqdlər bağlamışdır.

103. Apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən həm də nəzərə almışdır ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə qızının adına 130 000 manat müqabilində rəsmiləşdirdiyi Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağı, xx.xx.2019-cu il tarixdə onun tərəfindən 80 000 manat fərqlə, yəni 210 000 manata digər şəxsə satılmışdır – bu xüsus at da həmin əmlakın Cavabdeh1 satılmasının ZZZnın maraqlarına xidmət etmədiyi nəticəsinə gəlməyə əsas verir.

104. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbinə uyğun hesab edir.

105. Apelyasiya instansiyası məhkəməsi həmçinin ZZZ ilə Cavabdeh2 arasında baş tutmuş telefon danışığını işin digər halları ilə təhlil etməklə haqlı olaraq hesab etmişdir ki, əmlakların Cavabdeh1 həqiqi niyyətlə satılmadığı, əsas məqsədin onlar üzərində Cavabdeh2 hüququnu yaratmaq olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas vardır. Hansı ki, belə məqsədlə bağlanan əqdlər görünüş üçün bağlanmış əqd kimi qiymətləndirilir və əhəmiyyətsizdir.

106. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğundur. Həmin normaya əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.

107. Kassatorlar Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır və kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.

108. Üçüncü şəxs YYYnun kassasiya şikayəti ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, apelyasiya instansiyası məhkəməsinin onun iddiası üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qətnamənin İ.Mikayılova aid hissədə ləğv olunması üçün əsaslar yoxdur.

109. Belə ki, İ.Mikayılovun 15 saylı fərdi yaşayış evinin alğı-satqı müqaviləsinin etibarsız sayılması üçün irəli sürdüyü əsas dəlil, onun 218.3-cü maddəsində nəzərdə tutulmuş paylı mülkiyyətin satınalmasında üstünlük hüququnun pozulmasına istinadən irəli sürülmüşdür.

110. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, MM-nin 218.3-cü maddəsinin mənasına görə, paylı mülkiyyətdə olan payın satın almaqda üstünlük hüququ pozulmaqla satılması, müvafiq müqavilənin etibarsız sayılmasını şərtləndirən hal deyildir. Qanunvericilik belə halda, hüququ pozulan paylı mülkiyyətçiyə üç ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsini tələb etmək imkanı vermişdir. İbrahim Mikayılovun hazırda irəli sürdüyü iddia isə həmin tələblə bağlı deyildir.

111. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında satın alan X15 vicdanlı əldə etmişd ir. Bu baxımdan onun həmin əmlak üzərində mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir.

112. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanunauyğun sayır. Həmçinin qeyd edir ki, İ.X3 aid çıxarışı məhkəmədə mübahisələndirib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə çıxarış ləğv edilərək ZZZya 3 otaq yox, artıq 1 otaq məxsus olması barədə dəlili, qətnamənin ləğvinə əsas vermir, alıcı X19 vicdanlı əldə olmasını aradan qaldırmır. Çünki alıcı müqavilə bağlanan zaman daşınmaz əmlakın dövlət reyestrində mövcud olmuş qeydiyyat məlumatlarına (o cümlədən evdən satıcının payı barədə məlumatlara) əsaslanmaqla əmlakı əldə etmişdir.

113. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

114. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 11

5. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5387/2021 nömrəli mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar