Məhkəmə qərarları › İş №2(102)-7178/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7178/2019

29.11.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7178/2019 29.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2255/2019 nömrəli iş üzrə 09 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Zaqatala rayon məhkəməsinin (hаkim Elbrus Məmmədov) 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və maraqlı şəxs Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontoruna qarşı 25 aprel 2018-ci il tarixli 2V-296 reyestr nömrəli və 25 aprel 2018-ci il tarixli 2V-297 reyestr nömrəsli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, İnşallah Quliyev, Mahir Əsədli) 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, onların Zaqatala rayonu Üçüncü Tala kəndində ümumi birgə mülkiyyətlərində 0,5008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Onların ailəsi 10 nəfərdə n ibarət olmuşdur. X1 15 may 2004-cü ildə, anası X24 27 iyul 2005-ci ildə, qardaşı X8 isə 06 dekabr 2013-cü ildə vəfat etmişdir. Valideynlərinin sağ qalan vərəsələri X22, X9, X10, X16, X4, X12 və Cavabdehdur. Qardaşı olan cavabdeh Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontoruna müraciət edərərk mərhum atasının vərəsəsi kimi 25 aprel 2018-ci il tarixli 2V-296 reystr nömrəli və mərhum anası X13 vərəsəsi kimi 25 aprel 2018-ci il tarixli 2V297 reystr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqıqnda şəhadətnamələr almışdır. O, şəhadətnaməni alarkən notariat kontoruna sağ qalmış vərəsələr haqqında arayış versə də bu barədə onlara məılumat verilməmişdir. Cavabdeh bundan istifadə edərək DƏDRX-dən RX seriyalı ******* nömrəli Çıxarış almışdır. Həmin Çıxarışda onların adı qeyd olunmamışdır. Bu səbəbdən də göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçıkassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Tərəflərin izahatları: İddiaçı məhkəməyə məktub göndərərək məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəf indən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,X2 vəfatından sonra X24, X8, X22, X9, X10, X23, X4, X17 və X18 vərəsə qalmışdır. 25 aprel 2018-ci il tarixli 2V-297 nömrə ilə reyestrdə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 25 iyul 2005-ci ildə vəfat etmiş X13 vərəsəsi oğlu Cavabdeh irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Zaqatala rayonu, Üçüncü Tala kəndində yerləşən ümumi sahəsi 0,5008 ha olan torpaq sahəsinin 1/7-dən ibarətdir. 25 aprel 2018-ci il tarixli 2V-296 nömrə ilə reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14 may 2004-cü ildə vəfat etmiş X2 vərəsəsi oğlu Cavabdeh irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən ümumi sahəsi 0,5008 ha olan torpaq sahəsinin 1/7-dən ibarətdir. Seriya RX127 4404 n ömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayonunun Üçüncü Tala kəndində yerləşən 0,5008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X7, X24, X18, X25, X31, X36 və X5 mülkiyyətinə verilmişdir. Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X14 14 may 2004-cü ildə, X24 27 may 2005-ci ildə vəfat etmişdir. Zaqatala rayon məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli 2(033)-915/2018 saylı qətnaməsinin surətindən görünür ki, Zaqatala rayonunun Üçüncü Tala kəndində yerləşən iddiaçılar Cavabdeh, X15, X19, X20 və X6 paylı mülkiyyətində olan 0,5008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X11 çıxarılması, sonuncunun hesabına həmin tor paq sahəsinin 150 kvm hissəsinə yerləşdirilmiş avtomaşınların xarab olmuş kuzaları, odun materialları götürülüməsi, zibil quyusunun təmizlənməsi və torpaq shaəsinin iddiaçılrara təhvil verilməsi müəyyən edilmişdir. Şəki Apelyasiya məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Zaqatala rayon məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Zaqatala rayonu, X49 tərəfindən verilmiş 69 saylı, 21.09.2018-ci il tarixli arayışdan göründüyü kimi mərhum X3 ailə üzvlərinə torpaq islahatı zamanı torpaq sahəsi 6 nəfərdən ibarət olmaqla, və hər ailə üzvünün payı 0,40 ha olmaqla verilmişdir. Hansı ki, islahat zamanı ailə üzvləri iş üzrə cavabdehin özü, həyat yoldaşı və uşaqlarından ibarət olmuşdur. Yəni, torpaq sahəsi ailə üzvlərinə münasibətdə verilmişdi r. Bundan sonra isə ailə üzvləri 7 nəfər olmaqla, (cavabdehin Abdurəhman adında 1998-ci il tarixdə bir uşağı da olmuşdur.) 24.04.2018-ci il tarixdə Seriya RX №1274404 saylı Çıxarış əsasında mərhumlar da daxil olmaqla, 0,5008 ha torpaq sahəsi 7 nəfərin, o cümlədən iş üzrə cavabdehin ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Sonra isə sözügedən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əsasında mərhum ata və mərhum ananın payı iş üzrə cavabdehə keçməklə cavabdehə 3/7 hissə, qalan mülkiyyətçilərə 1/7 hissə olmaqla, paylar müəyyən edilmiş və bununla bağlı Seriya RX ******* saylı Çıxarışla torpaq sahəsi üzərində iş üzrə cavabdehin ailə üzvlərinin paylı mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Hazırda iddiaçı mərhum valideynlərindən miras qalmış sözügedən 0,5008 ha torpaq sah əsinin 2/7 hissəsindən vərəsə kimi ona pay verilməli olması əsası ilə məhkəməyə müraciət etmiş, Notarius tərəfindən Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilərkən hüququnun pozulduğunu, onun vərəsə kimi çağırılmalı olduğu halda, Notarius tərəfindən dəvət olunmamasını əsas götürərək mübahisələndirilən şəhadətnamələrin etibarsız hesab olunmasını tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı 1970-ci ildən həmin kənddən Zaqatala şəhərinə ərə gəlmiş və hal-hazıradək həmin şəhərdə yaşayır. Torpaq islahatı aparılarkən onun kənddən torpaq payı almaq hüququ olmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, mirasın qəbulu iki yolla həyata keçirilir: ya vərəsə mirası faktiki olaraq qəbul etməli, ya da mirası qəbul etməsi barədə miras açıldığı gündən 6 ay keçdikdən sonra ərizə ilə Notariat Kontoruna müraciət etməlidir. İşin mübahisələndirilməyən faktiki halları müəyyən edilmişdir ki, iddiaçı mirası qəbul etməmişdir. Yəni o, ərə getdiyi vaxtda şəhərdə yaşamış, miras isə cavabdeh və onun ailəsi tərəfindən idarə olunur. Eyni zamanda miras 2004 və 2005-ci ildə açıldığı halda mirasın qəbulu ilə bağlı Notariat Kontoruna ərizə verilməmişdir. İddiaçının özü tərəfindən təqdim edilmiş Zaqatala RİHB-nın Üçüncü Tala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 221 saylı arayışından görünür ki, həmin təsərrüfatda ancaq miras açıldığı vaxt birinci növbəli vərəsələr kimi mirasqoyanın həyat yoldaşı və iş üzrə cavabdeh qalmışdır. Digər vərəsəl ər isə 1970-ci ildən başlayaraq həmin təsərrüfatdan qeydiyyatdan çıxmışlar. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə İddiaçı sözügedən mirasdan pay almaq hüququ yaranmamışdır. Tələb hüququ yaranmadığı halda onun tələbi Notariat Kontoru tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr etibarsız hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontorun a mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Həmin Məcəllənin 1324-cü maddəsinə əsasən əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. Hüquq normalarının məzmunundan göründüyü kimi vərəsə mirası faktiki qəbul etdikdə və mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə miras onun tərəfindən qəbul edilmiş sayılır. Sadalanan normalara istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçı apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a lır: İddiaçıkassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2255/2019 nömrəli iş üzrə 09 iyul 2019-cu il tarixli qətnaməsin dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar