Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7180/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli, 2(107)1988/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 14.03.2019-cu il tarixli, 2(025)676/2019 nömrəli qətnaməsi ilə İddia çı cavabdeh “xxxx” ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilərək, “xxxx” ASC-nin X4 Təchizatı və Satışı İdarəsi tərəfindən İddiaçı hesablanmış 8.861,06 manat məbləğində borcun silinməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Məlikov, A.Mahmudov, E.Hüseynov) 20.06.2019-cu il tarixli, 2(107)-1988/2019 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Qəbələ Rayon Məhkəməsinin 14.03.2019-cu il tarixli, 2(025)-676/2019 qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh “xxxx” ASC üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X3 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, qanunsuz, oxunmamış sərfiyyat kimi hesabına işlənmiş 8.861,06 manat məbləğində debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi əsasında əsl olmayan cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X3 və Satışı İdarəsi əsl cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili ** oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində “X2 Qaydaları”nın pozulmasına dair heç bir akt tərtib edilməmiş və akt əsasında borc hesablanmamışdır. Bu hal iş materialları ilə və ya sadə cə abunə haqqında sənədlə aydın olsa da, məhkəmələr israrla mübahisəli borcun akt əsasında hesablanması və akt əsasında hesablanmış borcun iddiaçıya məxsus abunə hesabından silinməsi ilə bağlı əsassız nəticəyə gəlmişlər. Belə ki, cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman göstəricinin 91046 kvts olduğu halda, baza göstəricisinin 12200 kvts olduğu müəyyən edilmiş və sayğac tərəfindən qeydə alınmış, lakin bazada qeydiyyata salınmayan 78746 kvts enerji sərfiyyatına dair borc hesablanmışdır. Məhkəmə “X2 Qaydaları”nın 8.3-cü bəndinə istinad etməklə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Məhkəmə həmin Qaydaların 9.1 və 9.10-cu bəndlərini də nəzərə almamışdır. Qeyd edilənlər məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını təsdiq edir. Göstəril ənlərə əsasən o, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli, 2(107)-1988/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Ramazanov Nicat Rüfət oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qə bul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəlmiş olduğu qənaətlə razılaşmış və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan aktda saygacın nasazlığı yazılsa da, sayğaca abonent tərəfindən müdaxilə edilməsi aşkar edilməmişdir. İddiaçının elektrik enerjisinin saygacına hər hansı müdaxilənin olması sübuta yetirilməmişdir. Buna görə də iddianın borcun silinməsinə dair hissəsi təmin edilməlidir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilm əsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıya əsаssız olаrаq 8861,06 manat məbləğində borc hesablanmışdır. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). E yni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası hesab etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qey ri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh qaz sayğacına məhz iddiaçı tərəfindən müdaxilə olunmasını kifayətedici aydınlıqla sübut edə bilməmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikas ının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı hesabına itirilmiş enerjinin bərpası kimi yazılmış 8861,06 manat borc məbləğinin silinməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 05-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş X2 qaydalarının 7.11-ci maddəsində deyilir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Bundan başqa, həmin Qaydaların 8.33-cü maddəsində deyilir ki, məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd ed ir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası şikayətin dəlilləri əsasında işin halları üzrə araşdırma apararkən düzgün hüquqi mövqeyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmiş, hüquqi mövqeyini cavabdeh tərəfindən şikayətinin əsasını təşkil edən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli, 2(107)-1988/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7180/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7180/2019
25.11.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver