Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-719/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, gecə növbəsində işə görə əməkhaqqın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, əmək kitabçasında qeydlərin dəyişdirilməsi, əmək stajının xx.xx.2010-cu ildən hesablanması, xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilə kimi gecə növbəsi üçün əməkhaqqının düzgün hesablanaraq iddiaçıya ödənilməsi və 10.000 manat mənəv i zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-764/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC (Vəkil X13) tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı 01 avqust 2013-cü il tarixində fərdi sahibkar X2 ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 28 yanvar 2016-cı il tarixdə tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmiş, 28 yanvar 2016-cı il tarixdə İddiaçı ilə fərdi sahibkar X4 arasında əmək müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinə 18 noyabr 2016-cı il tarixdə tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. 2. 18 iyun 2016-cı il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsi bağlamış və sonuncu meyvə-tərəvəz satışı şöbəsində inzibati menecer vəzifəsinə qəbul edilmişdir. 19 noyabr 2016-cı il tarixdə İddiaçı ilə olan əmək müqaviləsinə dəyişiklər edilmiş və o, satınalma mütəxəssisi vəzifəsinə keçirilmişdir. 3. 01 iyul 2020-ci il tarixdə Cavabdeh MMC-nin əmri ilə həmin əmək müqaviləsi Əmək Məcəlləsinin 70-cı maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.
4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC-nin 01 iyul 2020-ci il tarixli, 456/X nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasına qeydi, DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü ilə kimi pul yığımının ödənməsi, 01 sentyabr 2016-cı il tarixdən 01 iyul 2020ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq ona ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə xx.xx.2010-cu ildə Badamdar qəsəbəsindəki Cavabdeh adı ilə failiyyət göstər ən supermarket şəbəkəsində satıcı kimi əmək müqaviləsi bağlayaraq işə başlamışdır. Faziləsiz olaraq xx.xx.2020-ci ilə kimi MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Daha sonra xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək MMC-də inzibatçı menecer marketinq üzrə mütəxəssis, xx.xx.2016-ci il tarixdən xx.xx.2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi vəzifəsində işləmişdir. Hər ayin sonunda MMC-nin maliyyə şöbəsində ayın hesablaşmasını aparırmışlar. Bu ilin aprel ayının hesablaşmasını təhvil verdikdən sonra MMC-də Satınalma departamentinin müdiri Ramin Haciyev ona bildirmişdir ki, növbəti aydan yəni ki, 2020-ci ilin may ayından o, və Samir Əliyev, Rauf Heydərlini işdən azad edəcəkdir. MMC-nin sahibkarı Rasim Salmanov onlarla bağlanmış əmək müqaviləsin ə xitam vermək istəyir. Gələn aydan meyvə tərəvəzin satın alınması yeni işçilər Kamran Salmanov, Eldəniz tərəfindən aparılacaq. O, MMC-də Satınalma departamentinin müdiri Ramin Haciyevə bildirmişdir ki, onların aqibəti necə olacaq, o, ailəlidir, bir az yaşlı övladı, xəstə təqaüdçü anası onun himayəsindədir. MMC-də Satınalma departamentinin müdiri Ramin Hacıyevdə demişdir ki, o, və digər 3 nəfər işçi özü könüllü olaraq işdən çıxmaqla bağlı ərizə verməsələr, onları Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən qovacaqlar. O, və digər işçilər işini davam etdirərək “Meyvəli Bazar”- da gündəlik saat 18:00-dan səhər saat 08:00-a kimi iş yerində olmuşlar. xx.xx.2020-ci il tarixində yenidən o, Samir Əliyev, Rauf Heydərli, Asim Heybətzadə, Sahili Malışov MMC-nin Xətai rayonu, Xudu Məm mədov 1c ünvanında yerləşən ofisində İRD-nin müdiri Dəyanətin qəbuluna gəlmişlər. Onları İRDnin işçiləri Fuad və Ziyad qəbul etmiş, onlara yenidən işdən çıxmaqla bağlı könüllü ərizələrini yazmağı təklif etdilər. Ərizəni yazmadıqları təqdirdə sahibkar onları işdən nə yolla olur-olsun qovacağını bildirdi. O, onlara Əmək Məclləsinin 69.7-ci maddəsini xatırladaraq qanunsuz əməllərinə son verməsini bildirmişdir. Onlar ofisdən ayrıldıqdan sonra Əmək Müfəttişliyinin 142 qaynar xəttinə zəng vuraraq, ofisdə olmuş hadisə ilə bağlı məlumat verərək, şikayətlərini bildirmişlər. Şikayətdən sonra bir müddət 20 gün ərzində işdən çıxartmaq məsələsi bağlandı. O, və digər iş yoldaşları işlərinə davam edərək əmək funksiyalırını yerinə yetirərək əmək haqlarını almışdır. xx.xx.2020-ci il tarixində onu və Samir Əliyevi yenidən MMC-nin baş ofisinə dəvət edərək, bildirmişlər ki, barmaq izlərini baş ofisin keçid turnikesində tanıtdırsınlar və əvvəlki kimi də “Meyvəli Bazar”-daki anbarda meyvə-tərəvəz alğı-satqısı işini davam etdirsinlər. O, 2016-cı il tarixindən meyvə-tərəvəz satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işləmişdir. Hər kəs bilir ki, meyvə-tərəvəz bazarı topdan satışı gecə saatlarda olur. Onlar bildirdilər ki, onların əmək müqaviləsində iş saatı səhər 09:00-dan axşam saat 18:00-a kimidir. Onu neçə ildir ki, MMC-nin rəhbərliyi qanunsuz olaraq gecə işlətmiş və əməkhaqqına olan əlavələrini ödəməmişdir. O, xx.xx.2020-ci il tarixinə kimi, əmək müqaviləsində qeyd olunan iş saatı haqqındakı qeydi düzgün bilməmişdir. Bu günə kimi də, onda əmək müqaviləsinin surə ti yoxdur və ona rəsmi şəkildə təqdim olunmayıb. 24 iyul 2020-ci ildə o, MMC-yə Əmək müqaviləsini, əlavələr və dəyişiklər, Satın alma mütəxəssisinin vəzifə təlimatını, MMC-nin daxili intizam qaydalari haqqında nizamnamənin məktubla rəsmi qaydada istəmişdir. Bu günə kimi cavab almamışdır. xx.xx.2020-ci il tarixində İRD-nin işçisi Fuad onun cib telefonuna zəng vuraraq onun barəsində verilmiş xəbərdarlıq və töhməti (BM03/K) məktubu ilə sürətli poçt vasitəsiylə göndərdiyini bildirmişdir. Məktub ona çatdırılmamışdır. O, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixə kimi səhhəti ilə əlaqədar müalicə almışdır. Bakı Şəhəri Səhiyyə İdarəsinin 34 saylı poliklinikasının əmək failiyyətinin olmamasına dair 802015 saylı sənədi var. xx.xx.2020-ci il tarixində o, Baş Ofisdə olan zaman BM-03/K mətkub u ona rəsmi qaydada təqdim etmişlər. Sənədlərlə tanış olduqda ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində xəbərdarlıq barədə məktubda işə qeydiyyat cihazına uçota düşmədiyi bildirilmişdir. Ona 16 iyul 2020-ci ildə verilmiş töhmətlə bağlı sənədi alandan sonra onlara da qalan sənədin surətinə “izahat yazmaqdan imtina etmişdir” yazısının yalan olmasını qeyd etmişdir. Onun xx.xx.2020-ci ildə Baş Ofisə dəvət olunmağı ilə bağlı heç bir məktubun və ya teleqrammın olmasına dair sənədi məktuba əlavədə görməmişdir. Onun xx.xx.2020-ci il təxirində qeydiyyat cihazından uçota düşməməklə bağlı, izahatı alınmamışdır. Onun izahat yazmaqdan imtina etməyi ilə də bağlı heç bir akt tərtib olunmamışdır. MMC-də işlədiyi 10 il ərzində heç vaxt xəbərdarliq və ya töhmət almamışdır. Satıcı kimi əmək fəaliyyət i dövründə işinə məsuliyyət və nizam-intizamına görə vəzifələrə təyin olunmuşdur. Nümunəvi işçi kimi MMC-nin Badamdar qəsəbəsindəki supermarketə müdür təyin olunmuşdur. O, hüquqlarını tələb edərək ona qarşı qanunsuzluğa son qoymağı tələb etmişdir. Fuad bildirmişdir ki, ona heç bir məzuniyyət düşmür, onu işdən qovurlar. O, xx.xx.2020-ci il tarixində poçt vasitəsi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məktubu almışdır.
6. Məhkəmə iclasında cavabdeh MMC-nin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraz edərək, bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı 01 avqust 2013-cü il tarixində fərdi sahibkar Xanımbacı İsmayılova ilə əmək müqaviləsi bağlamış və MMC-nin mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə o lan əmək müqaviləsinə 28 yanvar 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. 28 yanvar 2016-cı il tarixdə iddiaçı ilə fərdi sahibkar Rasim Salmanov arasında əmək müqaviləsi bağlanmış, iddiaçı MMC-nin mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. Daha sonra iddiaçı ilə olan əmək müqaviləsinə 18 noyabr 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçı 18 iyun 2016-cı il tarixdə MMC ilə əmək müqaviləsi bağlamış və MMC-nin mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. 19 noyabr 2016-cı il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə dəyişliklər edilmiş və o, satınalma mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 01 iyul 2020-ci i tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi, iddiaçı MMC ilə 18 iyun 2016-cı il tarixdə əmək müqaviləsi bağlamış və MMC-də əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. Həmin tarixə kimi isə iddiaçı müxtəlif fərdi sahibkarlarla əmək müqaviləsi bağlamışdır. İddiaçının əmək müqaviləsi bağladığı əvvəlki işəgötürənləri (daha dəqiq biri: Rasim Salmanov) MMC-nin təsisçisi olmuşdur və hazırda da MMC-nin təsisçisidir. Lakin hüquqi şəxs təsisçisinin, təsisçi də hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımır. İddiaçının 18 iyun 2016-cı il tarixdən etibarən əmək hüquqlarının pozulması, əmək stajının əmək kitabçasında qeyd olunmaması, həmçinin DSMF-yə məcburi dövlət sosial sığorta haqları üzrə ayırmaların e dilməməsi üçün məsuliyyət daşıyır və birbaşa cavabdeh şəxsdir. 18 iyun 2016-cı ildən əvvəlki tarixlər üçün MMC-nin öhdəliyi, məsuliyyəti müəyyən edilə bilməz. İddiaçıya məxsus əmək kitabçasında görünür ki, iddiaçı əmək fəaliyyətinə 01 avqust 2013-cü il tarixində başlanmışdır və buna qədər iddiaçının işləməsi barədə əmək kitabçasında qeydiyyat aparılmamışdır. Əmək kitabçasından o da görünür ki, işçi iddiaçı ilə işəgötürən MMC arasında 18 iyun 2016-cı il tarixdə ilkin əmək müqaviləsi bağlanmış, iddiaçının buna qədər MMC-nin təsisçisi olmuş Rasim Salmanov ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Yəni, iddiaçının əmək fəaliyyəti bir işəgötürənlə əmək müqaviləsinə xitam verilərək başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması qaydasında davam etdirilmişdir. İşçi ilə işəgötürən MMC arasın da əmək münasibətlərinin əsası isə 18 iyun 2016-cı il tarixində qoyulduğundan MMC yalnız bu tarixdən etibarən işçinin hüquqlarının pozulması üçün cavabdehlik daşıyır. Digər tərəfdən, MMC 30 iyun 2005-ci il tarixdə ilkin dövlət qeydiyyatına alınmışdır. Hüquqi baxımından o yalnız hüquqi şəxsin yenidən təşkil olunması qaydasında (ayrılma, bölünmə, qoşulma, birləşmə və çevrilmə) qaydasında yaradıldıqda hüquqi sələfi olan hüquqi şəxsin öhdəliklərinə görə ona bölünmə balansı və ya təhvil aktı əsasında keçən əmlak həddində məsuliyyət daşıya bilərdi. Hazırkı mübahisə üzrə isə belə hal mövcud deyildir. xx.xx.2010cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMFyə xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi tələbləri üzrə MMC cavabdeh d eyildir. Çünki, həmin tarixlərdə iddiaçı MMC-nin işçisi olmamışdır. Odur ki, iddiaçı MMC-dən əvvəlki iş yerləri üzrə əmək stajının əmək kitabçasına qeyd olunmasını və DSMF-yə ayırmaların edilməsini tələb edə bilməz. Hesab edirlər ki, iddiaçının cavabdeh MMC-yə qarşı qaldırdığı iddia bir neçə tələbdən ibarət olduğundan iddia tələbinin “xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi” hissələrinə münasibətdə cavabdeh MMC-nin iş üzrə əsl cavabdehlə əvəz edilməsi prosessual hüquq baxımından mümkün olmayacaqdır. Bu zaman məhkəmə iddia tələbini parçalamalı və hər iddia tələbi üzrə ayrı cavabdehi müəyyən etməlidir. Odur ki, iddia tələbi xx.xx.2010-cu ildən 2013-cü il tarixin ə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi” hissələrində iş üzrə əsl cavabdehə yönəldilmədiyindən MMC-yə münasibətdə rədd edilməli və iddiaçıya həmin iddia tələbləri üzrə əsl cavabdehin müəyyən edilərək ona qarşı yenidən müstəqil iddia qaldırması hüququ izah olunmalıdır. Həmçinin qeyd edir ki, iddiaçı xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi tələbləri üzrə də iddia müddətini ötürmüş, hüququnun pozulduğunu bilməli olduğu ən yaxın tarix olan 2013-cü ilin avqust ayından həmin halı mübahisələndirməli olduğu halda mübahisələndirməmişdir. Cavabdehin nümayəndəsi iddiaçının cavab deh MMC-yə qarşı xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi barədə iddia tələbləri əsl cavabdehə yönəlmədiyindən iddia tələblərinin həmin hissədə MMC-yə münasibətdə rədd edilməsini xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi həmçinin iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli 456/X nömrəli əmrinin ləğv edilməsi və sentyabr 2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanması barədə iddia tələbləri üzrə iddia müddətinin tətbiq edilməsi və iddia müddəti ötürüldüyünd ən iddia tələblərini həmin hissələrdə rədd edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, o, İddiaçı 2017-ci ildən Meyvəli bazarından tanıyır. Onlar bir yerdə işləmişlər. O, birinci fəhlə olaraq işə başlamış, daha sonra satınalma meneceri olmuşdur. Onlar mal qəbulu ilə məşğul olurdular. Axşam saat 6-da anbar açılırdı, saat 1-ə, 2-yə kimi mal alırdılar, saat 6-da da malı düzürdülər.
10. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, İddiaçı 2011-ci ildən tanıyır, son işdən çıxana qədər bir yerdə işləmişlər. İş vaxtları gecə saatlarında olub. Satınalma vəzifəsində işləyirdi. 2009-cu ilin sentyabrından MMC-nin Badamdar mağazasında işləmişdir. Hal-hazırda işləmir. Eyni maddə ilə onu da çıxardıblar.
11. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, o, MMC-nin Badamdar filialında işləmişdir. İddiaçı 2012-ci ildən tanıyır. O, işə girəndə Aqşin orada işləyirdi. İddiaçı gecə saatlarında işləyirdi. Buna baxmayaraq ona əlavələr edilmirdi. Aqşin satınalma ilə məşğul idi. Son illərdə o, Əhmədli filialında mağaza müdiri işləmişdir. Aqşin 2012-ci ildən qabaq işləyib.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-307/2021 nömrəl i, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh MMC tərəfindən işçi İddiaçı barəsində daha öncə də intizam tənbeh tədbirlərinin tətbiq edildiyini xx.xx.2020-ci il tarixində davamiyyət qaydalarını pozduğuna görə töhmət intizam tənbehlərinin tətbiq edildiyini nəzərə alaraq, işəgötürən MMC tərəfindən işçi barəsində əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğvi intizam tənbehinin tətbiqi işçi İddiaçı hərəkətlərinə mütənasib və əsaslı hesab edilməlidir.
14. İddiaçının barəsində tətbiq edilmiş intizam tənbehi tədbirləri ilə əlaqədar iddiaçı izahat verməkdən imtina etmiş, bu hal MMC-nin müvafiq vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş aktl arla rəsmiləşdirilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, MMC-nin xx.xx.2020-ci il tarixli, 456/X nömrəli əmrinin ləğv edilməsi ilə bağlı iddia rədd edilməlidir.
15. Məhkəmə iddianın xx.xx.2010-ci ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeydi, DSMF-na xx.xx.2010-cu ildən 2013-cü ilədək pul yığımının ödənilməsi hissəsində nəzərdən keçirərək hesab etmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı 01 avqust 2013-cü il tarixində fərdi sahibkar Xanımbacı İsmayılova ilə əmək müqaviləsi bağlamış və MMC-nin mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 28 yanvar 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-cı maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. 28 yanvar 2016-cı il tarixdə iddiaçı ilə fərdi sahibkar Rasim Salmanov arasında əmək müqaviləsi bağlanmış, iddiaçı MMC-nin mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. Daha sonra iddiaçı ilə olan əmək müqaviləsinə 18 noyabr 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-cı maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçı 18 iyun 2016-cı il tarixdə MMC ilə əmək müqaviləsi bağlamış və MMC-nin mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. 19 noyabr 2016-cı il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə dəyişliklər edilmiş və o, satınalma mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 01 iyul 2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxx x" bəndinə əsasən xitam verilmişdir.
16. Göründüyü kimi, iddiaçı ilə MMC arasında əmək müqaviləsi 18 iyun 2016-cı il tarixdə bağlanılmış və iddiaçı MMC-də əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. X14 ilə işəgötürən MMC arasında əmək münasibətlərinin əsası isə 18 iyun 2016-cı il tarixində qoyulduğundan MMC yalnız bu tarixdən etibarən işçinin hüquqlarının pozulması üçün cavabdehlik daşıyır. Odur ki, iddiaçı MMC-dən əvvəlki iş yerləri üzrə əmək stajının əmək kitabçasına qeyd olunmasını və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü ilədək pul yığımının ödənilməsi tələbi ilə bağlı cavabdeh MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı deyildir.
17. Məhkəmə, həmçinin iddianın xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq ödənilməsinə dair iddia tələbinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixlərində gecə saatlarında işlədiyinə dair məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilməmişdir.
18. Məhkəmə iddianın mənəvi zərərə görə 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, şəxsin ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində yaranmışdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehlərin təqsirli, qanuna zidd hərəkət ləri nəticəsində zərərin vurulduğu öz təsdiqini tapmamışdır.
19. Məhkəmə cavabdeh MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 456/X nömrəli əmrinin surəti hazırkı iş üzrə iddiaçıya xx.xx.2020-ci il tarixdə surətli poçt xidməti vasitəsilə göndərilmiş və sonuncu həmin tarixdə əmrin surətini əldə etmişdir. (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar ölkə ərazisində tətbiq edilən məhdudiyyətlər nəzərə alınaraq, iddiaçının hazırki iddia tələbi üzrə iddia müddətini ötürməsi üzrlü hesab edilməlidir.
20. Birinci instansiya məh kəməsi öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin, 68, 70, 72, 187, 296-cı maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işin həqiqi ha lları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, istinad etdiyi maddi hüquq normasını düzgün təfsir etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulması barədə müddəaların heç biri ona münasibətdə tətbiq oluna bilməzdi. Eyni zamanda əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini pozmasının özünü nədə biruzə verməsi barədə hər hansısa bir araşdırma aparılmamışdır. İş saatlarının uçotu vəzifəsi qanunla işəgötürənin üzərinə qoyulduğundan işçinin iş vaxtı və iş vaxtından artıq işlənmiş saatla rı ilə bağlı məlumatları təqdim etmək, eləcə də işçinin iş vaxtı işdə olmadığını sübuta yetirmək vəzifəsini işəgötürən daşıyır. Lakin əmrdə heç bir sübuta istinad edilməmiş, onun konkret olaraq hansı tarixdə, neçə saat işdə olmamağı qeyd edilməmişdir. Cavabdeh tərəfindən əmək hüquqlarının kobud şəkildə pozulması onu işindən və gəlirindən məhrum etməsi, əməkhaqqını və məzuniyyət təminatlarını realizə etməməsi ciddi qanun pozuntusu olmaqla ona maddi və mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Buna görə də cavabdehdən həm də ona ödənilməmiş əməkhaqqı, həm istifadə edilməmiş 10 illik əmək məzuniyyətinə görə kompensasiya, həmçinin ona vurulmuş mənəvi zərərin əvəzi də alınmalıdır. Xətai Rayon Məhkəməsində məhkəmə iclas protokolu ilə tanış olması üçün şərait yaradılmayıb.
23. Bakı Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4716/21 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Vahid Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh MMC tərəfindən işçi İddiaçı barəsində əvvəllər də intizam tənbeh tədbirlərinin tətbiq edildiyini və xx.xx.2020-ci il tarixində davamiyyət qaydalarını pozduğuna görə "xxxx" intizam tənbehinin tətbiq edildiyini nəzərə alaraq, işəgötürən MMC tərəfindən cavabdeh barəsində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğvi intizam tənbehinin tətbiqi işçi İddiaçı hərəkətlərinə mütənasib və əsaslı hesab etməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.
25. Birinci instansiya məhkəməsi iddia tələbinin xx.xx.2010-ci il tarixdən 2013-cü il tarixə kimi əmək stajının əmək kitabçasında qeydi, DSMF-na xx.xx.2010-cu il tarixdən 2013-cü ilədək pul yığımının ödənilməsi hissəsində rədd edilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Belə ki, tərəflər arasında əmək müqaviləsi 18 iyun 2016-cı il tarixdə bağlanmış və iddiaçı əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. Tərəflər arasında əmək münasibətlərinin əsası isə 18 iyun 2016-cı il tarixdə qoyulduğundan MMC yalnız bu tarixdən etibarən işçinin hüquqlarının pozulması üçün cavabdehlik daşıyır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlillərini əsassız hesab etmişdir.
26. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq ödənilməsinə dair dəlillərinə qiymət verərək qeyd etmişdir ki, apellyasiya şikayəti bu hissədə də əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecə saatlarında işləməsi ilə bağlı istər birinci, instansiya məhkəməsinə istərsə də, apellyasiya instansiya məhkəməsinə kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini də əsassız hesab etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nətic ə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir.
28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, Əmək Məcəlləsinin 63, 68, 70, 72 və 187-ci, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1115, 1097, 1096.1, 1096.2, 1097.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 385.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində birinci icraat:
29. Qətnamədən iddiaçı (vəkil X7) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, 456/X əmrin ləğv edilməsi, əmək kitabçasında qeydlərin dəyişdirilməsi, əmək stajının xx.xx.2010-ci ildən hesablanması, xx.xx.2016-ci ildən xx.xx.2020-ci ilə kimi gecə növbəsi üçün əməkhaqqının düzgün hesab lanaraq, habelə 10.000 manat mənəvi zərərin əvəzinin ona ödənilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində heç bir maddi və normanın tələbinə istisna etmədən işin mübahisəli halları araşdırmadan cavabdeh tərəfin məhkəmədə iştirakını təmin etmədən verilmiş şikayətin sübut etmə yükünü işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyin və əsaslığının əsas göstərici olduğunu nəzərə almadan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanmışdır. Belə ki, apellyasiya və birinci instansiya məhkəmələri tərəfindən iddiaçının dəlilərinə düzgün hüquqi qiymət verilməmiş, yalnız cavabdeh tərəfinin göstərdiyi sənədlər əsasındə qərar qəbul olunmuşdur. Birinci instansiya məhkəməsində iddiaçının əmək müqaviləsi iddiaçı tərəfindən imzalanmış, vəzifə təlimatı, qeydiyyat uçot kitabı məhkəməyə təqdim edilməmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin birinci bəndinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Mülki işin materiallarında isə ümumiyyətlə, həmin töhmətlərin verilməsinə əsas olmuş halların rəsmiləşdirilməsinə, həmin töhmətlərin verilməsindən qabaq iddiaçıdan izahat alınmasına və ya iddiaçının izahat verməkdən imtina etməsinə dair hər hansı sübut mövcud deyil. Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, ya xud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “ə” bəndinə əsasən, ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması görə işçinin əmək müqaviləsinin xitam verilməsi nəzərdə tutulur. Bu əsasla əmək müqaviləsinə xitam verilməsi aşağıdakı hallarda qanuni sayıla bilər. İşçi üzrlü səbəb olmadan hüquqazidd təqsirli şəkildə onun üzərinə qoyulmuş əmək vəzifələrini yerinə yetirməmiş, və ya laziminca yerinə yetirməmişdir. İşçiyə əvvəllər artıq intizam tənbehi verilmişdir, əmək vəzifələrini yerinə yetirilməməsinə görə intizam tənbehi verildiyi vaxtdan 6 ay keçməmişdi r. İşçinin hüquqazidd hərəkəti (hərəkətsizliyi) dedikdə, onun əmək prosesində əmək hüquq normaları ilə nəzərdə tutulmuş davranış qaydalarının pozulmasi başa düşülür. Yuxarıda göstərilən əsaslar üzrə əmək müqaviləsi yalnız işçinin ilk növbədə onun əmək müqaviləsində təsbit edilmiş əmək funksiyasının yerinə yetirmədiyi hallarda yol verilir. Əmək funksiyasi dedikdə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirilməli olduğu işlərin (xidmətlərin) məcmusu başa düşülür. Göründüyü kimi Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulması barədə müddəaların heç biri iddiaçıya münasibətdə tətbiq oluna bilməzdi. Eyni zamanda əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərimi pozmağımın özünü nədə biruzə vermə si barədə hər hansısa bir araşdırma aparılmamışdır. İddiaçı xx.xx.2010-cu ildən xx.xx.2020 tarixə kimi işlədiyi dövrdə heç bir intizam pozuntusna yol vermədiyi üçün ƏM 72-ci maddəsində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulması barədə müddəaların heç biri iddiaçıya münasibətdə tətbiq oluna bilməz. İddiaçının əmək müqaviləmə xitam verildikdən sonra, əmək kitabçasında aparılan qeyddə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad olunmağının qeyd olunması, iddiaçının 10 illik əmək fəaliyyətinə vurulan zərbə, əmək kitabçasına qeyd edilən qara bir ləkədir. Həmin əsasla iddiaçının işdən çıxarıldığı üçün bundan sonra hər hansı bir dövlət orqanında işə qəbul edilməyi də mümkün olmayacaqdır. Çünki bu hal digər işəgötürənlərdə onun işinə məsuliyyətsiz olmağı, öz iş funksiyalarını kobud şəkildə pozmağı təssüratını yaradacqdır. Həmin halları düşünəndə iddiaçı dərin mənəvi sarsıntılar keçirir. İş saatlarının uçotu vəzifəsi qanunla işəgötürənin üzərinə qoyulduğundan işçinin iş vaxtı və iş vaxtından artıq işlənmiş saatları ilə bağlı məlumatları təqdim etmək, eləcə də işçinin iş vaxtı işdə olmadığını sübuta yetirmək vəzifəsini işəgötürən daşıyır. Lakin əmrdə heç bir sübuta istinad edilməmiş, iddiaçının konkret olaraq hansı tarixdə, neçə saat işdə olmamağı qeyd edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulması onu qanuni işindən və gəlirindən məhrum etməsi, əməkhaqqını və məzuniyyət təminatlarını realizə etməməsi ciddi qanun pozuntusu olmaqla ona maddi və mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Buna görə də cavab dehdən həm də iddiaçıya ödənilməmiş əməkhaqqı, həm istifadə edilməmiş 10 illik əmək məzuniyyətinə görə kompensasiya, həmçinin ona vurulmuş mənəvi zərərin əvəzi də alınmalıdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)5708/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qərarına əsasən (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), İlqar Xələfov və Abiddin Hüseynov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilməsi və həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın gecə saatlarında işə görə əlavələrin ödənilməsi hissəsində maddi və prose ssual hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya məhkəməsi bu tələblə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecə saatlarında işləməsi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinə kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində gecə saatlarında işlə bağlı qeyd aşkar edilmir. Bununla belə iddiaçı, ərizəsində 2016-cı il tarixindən meyvə-tərəvəz şöbəsində satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işlədiyini, hər kəsin bildirdiyi kimi meyvətərəvəz bazarının topdan satışının gecə saatlarında olduğunu, cavabdehin onu gecə saatlarında işlətdiyini, lakin əməkhaqqına müvafiq əlavələr ödəmədiyini bildirmişdir. İddiaçı istinad etdiyi halları təsdiqləyən dəlil kimi şahid ifadələrinə, habelə iş yerindəki komputer çıxarışlarına istinad etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş iddiaçının iş yoldaşları Vüqar Abbasov, Asim Heybətzadə və Samir Əliyev bildirmişlər ki, İddiaçı marketdə bir qayda olaraq gecə saatlarında işləmişdir.
34. Bundan əlavə, iş materiallarında olan, meyvə şöbəsinə aid işlə bağlı xeyli sayda komputer proqramı çıxarışlarından görünür ki, istifadəçi İddiaçı adının qarşısında müxtəlif gecə saatları qeyd olunmuşdur. Buna baxmayaraq mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr bu tələblə bağlı iddiaçının dəlillərini araşdırmamış, təqdim etdiyi sübutları onların mötəbərliyi, mümkünlüyü və aidedilənliyi ilə bağlı prosessual tə ləbləri də nəzərə almaqla qiymətləndirməmiş, həmin dəlilləri nə üçün qəbul etmədiklərini əsaslandırmamışlar. Apellyasiya instansiya məhkəməsində ikinci icraat:
35. İşə yenidən apellyasiya qaydasında baxılarkən iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək gecə vaxtı (saat 22-dən səhər saat 6-dək) yerinə yetirilən işə görə ödənilməli olan əlavə haqqın məbləğinin dəqiqləşdirilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək gecə vaxtı (saat 22-dən səhər saat 06-dək) yerinə yetirilən işə görə ödənilməli olan əlavə haqqın məbləği 54.318,5 manat məbləğində müəyyən edilmişdir. Ekspert tər əfindən rəy verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97, 166-cı maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddinin müəyyən edilməsi barədə” 05 aprel 2001-ci il tarixli qərarı rəhbər tutulmuşdur.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1636/22 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmuş, 01 iyul 2019-cu ildən 01 iyul 2020-c i il tarixədək meyvətərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi kimi gecə saatları yerinə yetirilən işə görə əlavə haqq kimi 26.954,36 manat məbləğində pul vəsaitinin cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi qət olunmuşdur.
37. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə iddiasını onunla əsaslandırmışdır ki, o, 2016-cı il tarixindən meyvə-tərəvəz satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işləmişdir. Hər kəs bilir ki, meyvə-tərəvəz bazarı topdan satışı gecə saatlarda olur. Onlar bildirdilər ki, onların əmək müqaviləsində iş saatı səhər 09:00dan axşam saat 18:00-a kimidir. Onu neçə ildir ki, MMC-nin rəhbərliyi qanunsuz olaraq gecə işlətmiş və əməkhaqqına olan əl avələrini ödəməmişdir. Cavabdeh tərəf bu hissəyə münasibətdə iddianı qəbul etməmiş və qeyd etmişdir ki, iddiaçı sentyabr 2016-cı ildən xx.xx.2020-ci il tarixinədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin ödənilməsi hissəsində iddia müddətini ötürdyündən həmin hissədə iddia rədd olunmalıdır. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. İddiaçı pozulmuş hüququnun müdafiəsi üçün əvvəlcə X9 Xidmətinə müraciət etsə də, iddiaçının MMC-də gecə saatlarında işə cəlb edilməsi barədə məlumatlar X9 Xidmətində mövcud olmadığı və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2021-ci il tarixədək dayandırıldığından X9 Xidməti tərəfindən qeyd olunan məsələ ilə bağlı yerində araşdırma aparılması mümkün olmamışdır. Lakin məhkəmə iclasında dindirilmiş şahidlər (Vüqar Abbasov, Asim Heybətzadə və Samir Əliyev) öz ifadələrində iddiaçının gecə saatlarında işə cəlb edildiyini və səhər saat 06:00-a qədər çalışdığını təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecə saatlarında işləməsi ilə bağlı məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim olunmadığını əsas gətirərək iddianı həmin hissədə rədd etmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, kassasiya məhkəməsi bununla razılaşmamışd ır. Kassasiya məhkəməsinin mövqeyinə görə, iddianın gecə saatlarında işə görə əlavələrin ödənilməsi hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr bu tələblə bağlı iddiaçının dəlillərini araşdırmamış, təqdim etdiyi sübutları onların mötəbərliyi, mümkünlüyü və aidedilənliyi ilə bağlı prosessual tələbləri də nəzərə almaqla qiymətləndirməmiş, həmin dəlilləri nə üçün qəbul etmədiklərini əsaslandırmamışlar. Bu hallar isə həmin tələbə münasibətdə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmadığına dəlalət edir.
39. Məhkəmə kollegiyası k assasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində gecə saatlarında işlə bağlı qeyd aşkar edilmir. Lakin iddiaçı, ərizəsində 2016-cı il tarixindən meyvə-tərəvəz şöbəsində satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işlədiyini, hər kəsin bildiiyi kimi meyvə-tərəvəz bazarının topdan satışının gecə saatlarında olduğunu, cavabdehin onu gecə saatlarında işlətdiyini, lakin əməkhaqqına müvafiq əlavələr ödəmədiyini bildirmişdir. İddiaçı istinad etdiyi halları təsdiqləyən dəlil kimi şahid ifadələrinə, habelə iş yerindəki komputer çıxarışlarına istinad etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş iddiaçının iş yoldaşları Vüqar Abbasov, Asim Heybətzadə və Sami r Əliyev bildirmişlər ki, İddiaçı marketdə bir qayda olaraq gecə saatlarında işləmişdir.
40. Bundan əlavə, iş materiallarında olan, meyvə şöbəsinə aid işlə bağlı xeyli sayda komputer proqramı çıxarışlarından görünür ki, istifadəçi İddiaçı adının qarşısında müxtəlif gecə saatları qeyd olunmuşdur. Sonuncu apellyasiya baxışı zamanı iddiaçıya xx.xx.2016cı ildən xx.xx.2020-ci ilədək gecə vaxtı (saat 22-dən səhər saat 6-dək) yerinə yetirilən işə görə ödənilməli olan əlavə haqqın məbləğinin dəqiqləşdirilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 11 may 2022-ci il tarixli rəyi ilə iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək gecə vaxtı (saat 22-dən səhər saat 6-dək) yerinə yetirilən işə görə ödənilməli olan əlavə haqqın məbləği 54.318,5 manat məbləğində müəyyən edilmişdir. Ekspert tərəfindən rəy verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97, 166-cı maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddinin müəyyən edilməsi barədə” 05 aprel 2001-ci il tarixli Qərarı rəhbər tutulmuşdur.
41. Apellyasiya instansiya məhkəməsi iddia müddətinin ötürülməsi ilə bağlı ərizəyə münasibətdə hesab etmişdir ki, iddiaçı 01 iyul 2019-cu ildən 01 iyul 2020-ci ilədək olan dövr üçün pul tələbi üzrə iddia müddətini ötürməmişdir. Lakin 2016-cı ilin sentyabr ayından 2019-cu ilin iyul ayına qədər olan dövr üçün gecə vaxtı yerinə yetirilən işə görə əlavə haqqın ödənilməsi tələbini irəli sürmək üçün iddia müddətini buraxmışdır. Ona görə də buraxılm ış müddətə, yəni 2016-cı ilin sentyabr ayından 2019-cu ilin iyul ayına qədər olan dövrə görə pulun ödənilməsi tələbi təmin oluna bilməz.
42. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə Azərbaycan Respublikası MPMnin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin olunmalı və 01 iyul 2019-cu il tarixdən 01 iyul 2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi kimi gecə saatlarında işə görə 26.954,36 manat məbləğində əlavə haqqın Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi qət edilməlidir.
43. Apellyasiya instansiya məhkəməsi bu qənaətə gələrkən Əmək Məcəlləsinin 97, 16 6 və 296-cı maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddinin müəyyən edilməsi barədə” 05 aprel 2001-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1 və 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində ikinci icraat: 44Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. 45Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin mülki kollegiyası konstitusiya, maddi və prosessual normalara riayət etmədən, işin hallarını qanunla müəyyən olunmuş qaydada hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan, işdə olan cavabdehin çoxsaylı dəlil və sübutlarına tədqiq etmədən, onun xeyrinə olan sübutlara qiymət vermədən, işin digər iştirakçıların heç bir sübut təqdim edə bilmədiyinə əhəmiyyət vermədən, hər hansı sübuta deyil, ancaq “ekspert rəyinə” əsaslanan qeyri-qanuni qətnamə qəbul etmişdir. İddiaçı gecə saatlarında işləməmiş və bu barədə onun və “şahidlərin” izahatları əsassızdır. İddiaçının məhkəməyə təqdim etdiyi gecə saatlarındakı komputer yazıları da onun gecələr işlədiyinin təsdiq edən hal ola bilməz. Ancaq bir anlıq bunun belə olmasını (iddiaçının gecə saatlarında işləməsini) fərz etsək də, məhkəmə qətnamənin qət etdi hissəsində iddiaçıya ödəniləcək məbləği ən azından 10 dəfə artıq göstərərək kobud səhvə yol vermişdir. İd diaçı gecə saatlarında işləmiş olsa idi, yenə də son bir il ərzində gecə saatlarında yerinə yetirilən işə əlavə haqq kimi 26.954,36 manat məbləğində pul məbləğinin MMC-dən tutulub iddiaçıya ödənilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə absurd və yanlışdır. Belə ki, gecə saatlarında işləməsi halında işçi iddiaçıya son 1 il ərzində cəmi 1842 iş saatı üçün 14.338,7 manat olan əməkhaqqına 20% gecə saatına görə əlavə olunmaqla vəzifə maaşı kimi 16.817,2 manat əməkhaqqı hesablanmalı və həmin əməkhaqqından tutulmalar çıxıldıqdan sonra ona 15.542,2 manat vəsait ödənilməli idi. Həmin vəsaitdən də gündüz saatları üçün faktiki olaraq iddiaçıya ödənilmiş olan 13.032,8 manat çıxıldıqda (15.542,2 13.032,8) = 2.509,4 manat (20%) gecə saatlarında işlədiyinə görə məhkəmə tərəfindən tutula bilərdi. Tutulmalar çıxılmadan işçiyə son 1 il ərzində 14.336,7 manat əməkhaqqı hesablanmışdır. Ekspert rəyinə əlavə olunmuş və təsdiq edilmiş cədvəldən göründüyü kimi, ekspert iyul 2019-iyun 2020-ci ili əhatə edə dövrdə işçinin ümumilikdə 2744 saat işlədiyini (halbuki həmin dövrdə işçi cəmi 1913 saat işləmişdir və istehsalat təqvimindəki rəsmi iş saatları da bunu təsdiq edir) göstərmişdir ki, bu da işçinin orta hesabla bir ayda 228.6 saat, yəni hər ayın təqribən 28.5 gününü, yəni sutka ərzində 13-14 saat istirahət etmədən işləməsi deməkdir. Ekspertin bu rəqəmləri haradan götürdüyü də olduqca müəmmalıdır. Çünki məhkəmənin hazırki mübahisələndirilən qərarı qəbul etməsi üçün yeganə əsas olaraq istifadə etdiyi ekspert rəyində iddiaçının guya 2019-cu ilin noyabr və 2020-ci i lin iyun aylarında 224 saat (yəni bir ayda 28 gün 8 saat və ya hər iş günü 11.27 saat), 2019-cu iiin avqust və dekabr aylarında isə 232 saat (yəni bir ayda 29 gün 8 saat və ya hər iş günü 11.6 saat) işlədiyini göstərmiş, şənbə-bazarları, bayram və istirahət günlərini nəzərə almamışdır. Hətta ekspert bundan başqa tərtib etdiyi rəydə iddiaçının 2020-ci ilin yanvar ayında 256 saat (yəni bir ayda 32 gün 8 saat və ya hər iş günü 14.2 saat), mart ayında 280 saat (yəni bir ayda 35 gün 8 saat və ya hər iş günü 17.6 saat), may ayında isə 264 saat (yəni bır ayda 33 gün 8 saat və ya hər iş günü 15.7 saat) işlədiyini qeyd edərək böyük bir rəqabətə və kobud səhvə yol vermişdir. Ekspert həmin “hesablamanı” apararkən mənşəyi bəlli olmayan rəqəmləri (gecə iş saatları) işçinin 1 saatlıq əməkhaqqına+40%-nə vurmaqla (misal: 2020-ci ilin mart ayına görə 280 gecə iş saatı x9,5 manat bir saatlıq əməkhaqqı+40%=3.744 manat) guya işçiyə hesablanmalı olan aylıq əməkhaqqını tapmışdır. Bu zaman ekspert faktik olaraq işçiyə ödənilmiş olan əməkhaqqını (cəmi 14.336,7 manat) ümumiyyətlə nəzərə almamış və alınan rəqəmdən çıxmamış, gecə saatları ilə bağlı rəqəmləri də hansı mənbədən əldə etdiyi müəmmalı qalmışdır. Hətta ekspert bunu edərkən də kobud səhvə yol vermişdir. Çünki gecə iş saatlarına görə işçiyə ödəniləcək əməkhaqqının üzərinə 20% deyil, ekspertin və apellyasiya məhkəməsinin səhvən hesab etdiyi kimi 40% gəlinsə belə yenə də son bir il üçün alınan ümumi rəqəm 26.954,36 manat yox, məhz 18.050,5 manat edir. Həmin rəqəmdən də işçiyə ödənilmş olan 13.032,8 manat çıxıldıqda 5.017,7 manat qalmış olur. B undan başqa ekspertin və məhkəmənin nə üçün gecə saatlarında işə görə əməkhaqqına məhz 40% əlavə hesablanmışdır. Müvafiq qanunvericilik normalarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq müəyyən edilməli idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddinin müəyyən edilməsi barədə" 05 aprel 2001-ci il tarixli, 74 saylı Qərarının 1-ci bəndində göstərilir ki, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində ə lavə haqq müəyyən edilsin. İddiaçının iş rejimi həmin qərara görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilməlidir. Məhkəmənin əsaslandığı ekspert rəyində işçiyə işlədiyi son bir il ərzində vəzifə maaşı kimi 14.338,7 manat əməkhaqqı hesablandığı və həmin əməkhaqqından çıxılmalar tutulduqdan sonra ona 13.032,8 manat vəsait ödənildiyi ümumiyyətlə nəzərə alınmamışdır. 46Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5189/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərarına əsasən (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 47Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının gecə vaxtı yerinə yetirilən işə görə əlavələrin verilməsi ilə bağlı nəticəyə gəlsə də, hesablanaraq tutulması qət olunan məbləğin müəyyən olunması ilə bağlı maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Əvvəlki kassasiya icraatı üzrə məhkəmə tərkibinin həmin hissə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ərizəsində 2016-cı il tarixindən meyvə-tərəvəz şöbəsində satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işlədiyini, hər kəsin bildirdiyi kimi meyvətərəvəz bazarının topdan satışının gecə saatlarında olduğunu, cavabdehin onu gecə saatlarında işlətdiyini, lakin əməkhaqqına müvafiq əlavələr ödəmədiy ini bildirmişdir. Buna baxmayaraq mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr bu tələblə bağlı iddiaçının dəlillərini araşdırmamış, təqdim etdiyi sübutları onların mötəbərliyi, mümkünlüyü və aid edilənliyi ilə bağlı prosessual tələbləri də nəzərə almaqla qiymətləndirməmiş, həmin dəlilləri nə üçün qəbul etmədiklərini əsaslandırmamışlar.
48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin halları baxımından belə qətnaətə gəlmişdir ki, iddiaçı cavabdeh MMC-də gecə saatlarında işə cəlb edilmiş və lakin ona əməkhaqqına bu iş saatları üzrə əlavələrin verilməsi təmin olunmamışdır. Belə ki, cavabdeh tərəf həm iddia ərizəsinə etirazında və həm də hazırkı kassasiya şikayətində göstərir ki, “… Meyvəli bazarı MMC-nin baş ofisinin yerləşdiyi ünvan 2 ünvanından kif ayət qədər uzaq məsafədə yerləşir. MMC-nin rəhbərliyi bu halları nəzərə alaraq meyvə-tərəvəz məhsullarının satın alınması üzrə mütəxəssisin əmək funksiyasını Meyvəli bazarda icra etdikləri günlər Baş ofisə gəlmədən birbaşa əmək funksiyalarını faktiki icra etdikləri yerə getmələrinə icazə vermişdir.” Göstərildyi kimi apellyasiya instansiyası məhkəməsi iş üzrə dindirilmiş şahid ifadələrinə, cavabdeh tərəfin etirazında olan dəlillərinə və iddiaçının dəlillərinə qiymət verərək iddiaçının gecə saatlarında işə cəlb edilməsi ilə bağlı nəticəyə gəlmişdir.
49. Məhkəmə kollegiyasının qənaəti bundan ibarət olmuşdur ki, iddia müddəti tətbiq olunmayan son bir illik müddət üçün gecə saatlarına görə əlavələrin hesablanması və ödənilməsi ilə bağlı nəticə maddi və prosessual hüquq normalarının tələbinə uyğ un olmamışdır. Məbləğlərin hesablanması və ödənilməsi ilə bağlı nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi keçirilmiş ekspertiza ilə bağlı verilmiş rəyə əsaslanmışdır, lakin həmin rəyin əsaslandırılmaması və ziddiyyətli olmasını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi (ekspert rəyinə əsaslanmaqla) məhz həmin müqavilədə nəzərdə tutulan əməkhaqqı məbləğinə görə əlavələrin hesablanmalı olması ilə razılaşmış olsa da, müvafiq olaraq iddiaçıya həmin məbləğlərin ödənlibödənilməməsini aydınlaşdırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əmək müqaviləsi üzrə müəyyən olunmuş əməkhaqqı məbləğinin alınıbalınmaması aydınlaşdırılmadığından faktiki olaraq cavabdehin o, dəlili əsaslı hesab edilir ki, eyni günə iddiaçıya həm müqavilə də nəzərdə tutulmuş əməkha qqı məbləği, həm də gecə vaxtı işə görə əməkhaqqı məbləğ ödənilmiş olur. Apellyasiya məhkəməsi isə aylar üzrə müəyyən olunmuş məbləği (əməkhaqqı əlavə ilə birlikdə) əməkhaqqına əlavə olmasını qeyd etmiş və belə qaydada hesablanmanın aparılmasının mümkünlüyünü isə əsaslandırmamışdır. Cavabdehin digər dəlillində isə qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi əlavələrin hesablanması zamanı gecə vaxtı görülən iş üçün nəzərdə tutulan 20% dərəcəsinə əsaslanmalı olduğu halda, gecə növbəsi üçün nəzərdə tutulan 40% dərəcəsinə əsaslanmışdır. Bununla bağlı isə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi hesablanma aparmazdan əvvəl əlavələrin hansı faiz dərəcəsinə uyğun hesablanmalı olmasını müəyyən etməli idi, yəni iddiaçının yerinə yetirdiyi işin gecə vaxtı götürülmüş iş olması və ya gecə növbəsində görülən iş olmasını aydınlaşdırmalı, məhz bundan sonra müvafiq faiz dərəcəsinə uyğun hesablanmanın aparılmasını təmin etməli idi. Apellyasiya instansiya məhkəməsi müvafiq olaraq ekspert rəyini sübut olaraq qəbul etsə də, həmin rəyin hər hansı tədqiqatın aparılmadan verildiyinə və ziddiyyətli olmasına əhəmiyyət verməmişdir. Apellyasiya instansiya məhkəməsində üçüncü icraat:
50. İşə yenidən apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023-cü il tarixli rəyi ilə iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək gecə saatlarında (40% dərəcəsi ilə götürüldükdə) cəlb edilməsi səbəbindən yerinə yetirilən işə görə əməkhaqqına əlavənin məbləği ümumilikdə 54.314, 85 manat məbləğində, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək dövrdə isə 26.954,44 manat məbləğində hesablanmalı olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20% əlavə haqq cəlb edilməsi səbəbindən yerinə yetirilən işə görə əməkhaqqına əlavənin məbləği ümumilikdə 46.700,45 manat məbləğində, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək dövrdə isə 23.127,81 manat məbləğində hesablanmalı olduğu müəyyən edilmişdir.
51. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-764/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Yusifovdan və Pərviz Hüseynov) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin olunması, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20% əlavə haqq cəlb edilməsi səbəbindən yerinə yetirilən işə görə əməkhaqqına əlavənin məbləği olaraq xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək dövr üçün 23.127,81 (iyirmi üç min bir yüz iyirmi yeddi manat səksən bir qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi, apellyasiya baxışı zamanı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinin ümumilikdə 150 (bir yüz əlli) manat, iddiaçı və cavabdeh arasında bərabər bölünm əklə tutulub X1 hesabına köçürülməsi qət edilmişdir.
52. Apellyasiya instansiya məhkəməsi kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində gecə saatlarında işlə bağlı qeyd aşkar edilmir. Lakin iddiaçı, ərizəsində 2016-cı il tarixindən meyvə-tərəvəz şöbəsində satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işlədiyini, cavabdehin onu gecə saatlarında işlətdiyini, lakin əməkhaqqına müvafiq əlavələr ödəmədiyini bildirmişdir. İddiaçı istinad etdiyi halları təsdiqləyən dəlil kimi şahid ifadələrinə, habelə iş yerindəki komputer çıxarışlarına istinad etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş iddiaçının iş yoldaşları Vüqar Abbasov, Asim Heybətzadə və Samir Ə liyev bildirmişlər ki, İddiaçı marketdə bir qayda olaraq gecə saatlarında işləmişdir. Bundan əlavə, iş materiallarında olan, meyvə şöbəsinə aid işlə bağlı xeyli sayda komputer proqramı çıxarışlarından görünür ki, istifadəçi İddiaçı adının qarşısında müxtəlif gecə saatları qeyd olunmuşdur. Sonuncu apellyasiya baxışı zamanı iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək gecə vaxtı (saat 22-dən səhər saat 6-dək) yerinə yetirilən işə görə ödənilməli olan əlavə haqqın məbləğinin dəqiqləşdirilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023-cü il tarixli rəyi ilə iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək gecə saatlarında (40% dərəcəsi ilə götürüldükdə) cəlb edilməsi səbəbindən yerinə yetirilən işə görə əməkhaqqın a əlavənin məbləği ümumilikdə 54.314,85 manat məbləğində, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək dövrdə isə 26.954,44 manat məbləğində hesablanmalı olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20% əlavə haqq cəlb edilməsi səbəbindən yerinə yetirilən işə görə əməkhaqqına əlavənin məbləği ümumilikdə 46.700,45 manat məbləğində, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək dövrdə isə 23.127,81 manat məbləğində hesablanmalı olduğu müəyyən edilmişdir. Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin nümayəndəsi mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Hazırkı işdə iddiaçı işəgötürənin 01 iyul 2020- ci il tarixli əmri ilə işdən azad edilmiş və o, 2020-ci ilin elə həmin ayında hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Onun hazırkı apellyasiya baxışının predmeti olan hissədə tələbi 01 sentyabr 2016-cı ildən 01 iyul 2020-ci ilədək olan dövr üçün (yəni, 3 il 10 ay) meyvə-tərəvəz məhsullarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatlarında işə görə əlavələrin hesablanması və ödənilməsi barədədir.
53. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı 01 iyul 2019-cu ildən 01 iyul 2020-ci ilədək olan dövr üçün pul tələbi üzrə iddia müddətini ötürməmişdir. Lakin 2016-cı ilin sentyabr ayından 2019-cu ilin iyul ayına qədər olan dövr üçün gecə vaxtı yerinə yetirilən işə görə əlavə haqqın ödənilməsi tələbini irəli sürmək üçün iddia müddətini buraxmışdır. Ona görə də buraxılmış müddətə, yəni 2016-cı ilin sentyabr ayından 2019-cu ilin iyul ayına qədər olan dövrə görə pulun ödənilməsi tələbi təmin oluna bilməz. Ekspert rəyinə əsasən çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20% əlavə haqq cəlb edilməsi səbəbindən yerinə yetirilən işə görə əməkhaqqına əlavənin məbləği xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək dövrdə 23.127,81 manat məbləğində hesablanmalı olduğu müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi yoxlanılan hissədə Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı, id dia həmin hissədə qismən təmin olunmalı və çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20% əlavə haqq cəlb edilməsi səbəbindən yerinə yetirilən işə görə əməkhaqqına əlavənin məbləği olaraq xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək dövr üçün 23.127,81 manat məbləğində əlavə haqqın Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi qət edilməlidir.
55. Apellyasiya instansiya məhkəməsi bu qənaətə gələrkən Əmək Məcəlləsinin 97, 166-cı maddəsinin 1 və 2-ci hissələrinə və 296-cı maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddinin müəyyən edilməsi barədə” 05 aprel 2001-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 3 72.1, 372.2, 372.6, 372.7, 384.0.2, 385.1.1 və 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
56. Qətnamədən cavabdeh (Vəkil X13) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını xahiş etmişdir.
57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əmək müqaviləsi üzrə müəyyən olunmuş əməkhaqqı məbləğinin alınıb-alınmaması aydınlaşdırılmadığından faktiki olaraq cavabdehin o dəlili əsaslı hesab edilir ki, eyni günə iddiaçıya həm müqavilədə nəzərdə tutulmuş əməkhaqqı məbləği, həm də gecə vaxtı işə görə əməkhaqqı məbləği ödənilmiş olur. Apellyasiya instansiyası əmək qanunvericiliyin qeyd edilən normalarına (Əmək Məcəlləsinin 154, 156, 157 və 166-cı maddələri) diqqət etməmiş, kassasiya instansiyasının qərarında qeyd edilənləri də nəzərə almamışdır. Belə ki, iş materiallarında göstərilən cədvəllərdən də bəlli olduğu kimi, cavabdeh iddiaçıya faktiki olaraq işlədiyi vaxt üçün əməkhaqqını tam şəkildə ödəmişdir. Apellyasiya instansiyasının mübahisələndirilən hazırki qətnaməsi ilə isə kassasiya instansiyasının irad bildirdiyi kimi, eyni günə iddiaçıya həm müqavilədə nəzərdə tutulmuş əməkhaqqı məbləği, həmdə gecə vaxtı işə görə əməkhaqqı məbləği və s. ödənilmiş olur.
58. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə iş çiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi əlavə haqq müəyyən edilir. Bu normanın mənasından aydın olur ki, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə tam əməkhaqqı və iş gecə vaxtı yerinə yetirildiyi üçün həmin məbləğin 20 faizi miqdarında da əlavə haqq ödənilir. İşçiyə iddiaçıya da tam əməkhaqqı (13.032,8 manat) artıq ödənilmiş oıduğu üçün ona yalnız həmin əməkhaqqının 20 faizi miqdarında əlavə haqq, yəni (15.542,2 – 13.032,8) = 2.509,4 manat ödənilə bilərdi. Hazırki halda isə, yəni apellyasiya instansiyasının qətnaməsi icra olunacağı təqdirdə iddiaçıya həm gündüz vaxtı yerinə yetirilən işə görə tam əməkhaqqı, həm gecə vaxtı yerinə yetirilən işə görə tam əməkhaqqı, həm də gecə vaxtı yerinə yetirilən işə görə həmin məbləğin 20 faizi miqdarında əlavə haqq ödənilmiş olacaq ki, bu da cavabdehin hüquqlarının kobud şəkildə pozulması deməkdir.
59. Əmək Məcəlləsinin 89, 90, 94, 99, 100 və 101-ci maddələrindən göründüyü kimi, qanunverici işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi üçün konkret meyarlar müəyyən etmişdir. “Ekspert rəyi”nə əsaslanılaraq qəbul edilmiş apellyasiya instansiyasının hazırki qətnaməsindən isə belə görünür ki, iddiaçı mübahisələndirdiyi dövrdə (1 il) guya bir ay ərzində 230, 260, hətta aylarda 280 saat işləmişdir. İş materiallarında isə iddiaçının iş vaxtından əlavə işlərə cəlb edilməsi, iş saatlarının həddindən çox olması, buna görə ona əlavə haqq ödənilməməsi ilə bağlı işlədiyi dövrdə hər hansı şikayəti və tələbinin olmasını təsdiq edən sübut yoxdur.
60. Apellyasiya məhkəməsi işdə olan cavabdehin çoxsaylı dəlil və sübutlarına t ədqiq etmədən, onun xeyrinə olan sübutlara qiymət vermədən, iddiaçının əsaslı heç bir sübut təqdim edə bilmədiyinə əhəmiyyət vermədən, hər hansı sübuta deyil ancaq “ekspert rəyinə” əsaslanan qeyri-qanuni qətnamə qəbul etmişdir.
61. Apellyasiya məhkəməsi cavabdehin iştirakını təmin etmədən, onun yoxluğunda həqiqətə nail olmaq üçün heç bir iş görmədən, işi ümumiyyətlə araşdırmadan, təkrar apellyasiya icraatına gələn işə xüsusi diqqətlə və ciddi yanaşmaq əvəzinə ona tələsik, tərəfli və gərəzlı baxmış, vahid prosesin tərkibi olan işin həqiqi faktiki hallara lazımi diqqət yetirmədən, onları hərtərəfli, tam və obyektiv araşdırmadan, işin materiallarında olan çoxsaylı sübutlarını tədqiq etmədən və onlara hətta toxunmadan, hüquqi məsələlərə isə çox səthi yanaşaraq iddiaçının ciddi bir sübutu olmad ığına “göz yumaraq” onun xeyrinə tam əsassız və çox ziddiyyətli qətnamə qəbul etmişdir.
62. Bundan əlavə, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasi Mərkəzinin 11 avqust 2023-cü il tarixli ekspert rəyində göstərilənləri olduğu kimi qətnaməyə köçürmüş, heç bir qiymətləndirmə və dəqiqləşdirmə aparmamışdır. Belə ki, həmin ekspert rəyində iddiaçının işlədiyini iddia etdiyi iş saatlarının (1 ay ərzində 280 saat və s.) hansı mənbədən götürüldüyü ümumiyyətlə bəlli deyil.
63. Apellyasiya instansiyası məhkəməsi (ekspert rəyinə əsaslanmaqla) məhz həmin müqavilədə nəzərdə tutulan əməkhaqqı məbləğinə görə əlavələrin hesablanmalı olması ilə razılaşmış olsa da, müvafiq olaraq iddiaçıya həmin məbləğlərin ödənlib-ödənilməməsini aydınlaşdırmamışdır.
64. Məhkəmən in istinad etdiyi ekspert rəyində isə faktiki olaraq işlədiyi gecə vaxtı üçün əməkhaqqı, eyni zamanda ona əlavə ayrılıqda hesablanmış və nəticədə hər iki hesablanmanın nəticəsinə görə müvafiq ay və il üçün əməkhaqqına əlavə məbləğləri müəyyən olunmuşdur.
65. Apellyasiya instansiyası məhkəməsi tərəfindən əmək müqaviləsi üzrə müəyyən olunmuş əməkhaqqı məbləğinin alınıb-alınmaması aydınlaşdırılmadığından faktiki olaraq cavabdehin o, dəlili əsaslı hesab edilir ki, eyni günə iddiaçıya həm müqavilə də nəzərdə tutulmuş əməkhaqqı məbləği, həm də gecə vaxtı işə görə əməkhaqqı məbləği ödənilmiş olur.
66. Apellyasiya məhkəməsi isə aylar üzrə müəyyən olunmuş məbləği (əmək haqqı əlavə ilə birlikdə) əmək haqqına əlavə olmasını qeyd etmiş və belə qaydada hesablanmanın aparılmasının mümkünlüyünü isə əsasl andırmamışdır. Apellyasiya instansiya məhkəməsi müvafiq olaraq ekspert rəyini sübut olaraq qəbul etsə də, həmin rəyin hər hansı tədqiqatın aparılmadan verildiyinə və ziddiyyətli olmasına əhəmiyyət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
67. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
68. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunm ası, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
69. Maddə 70, ("xxxx" bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
70. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
71. Maddə
97. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.
72. Maddə 166, (1-ci hissə). Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.
73. Maddə 166, (2-ci hissə). Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmə k haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.
74. Maddə 296, (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddinin müəyyən edilməsi barədə” 05 aprel 2001-ci il tarixli Qərarı.
75. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə ha qq müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
78. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
82. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
84. Maddə 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
85. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
86. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.
87. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
88. Kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
89. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən yalnız iddianın təmin edildiyi hissədə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
90. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları əsas etibarı ilə düzgün tətbiq edilsə də, məhkəmə işin faktiki halları ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə yekun nəticəyə gələrkən iddiaçının xeyrinə tutulmalı pulun məbləğinin müəyyən edilməsi hissəsində yanlışlığa yol vermişdir.
91. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
92. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi barədə apellyasiya instansiya məhkəməsini n gəldiyi nəticə ilə bağlı cavabdehin kassasiya şikayətinə münasibətdə hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırkı qərarın 52-54-cü paraqraflarında əksini tapmış həmin əsaslandırması ilə razılaşır.
93. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
94. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdehin kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən iddia tələbinin tam rədd olunması hissəsində cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır.
95. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini qismən - gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edərək, iddianı qismən təmin edərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını qismən düzgün tətbiq etsə də, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi əlavə haqq cəlb edilməsi səbəbindən yerinə yetirilən işə görə əməkhaqqına əlavənin məbləği olaraq xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək dövr üçün cavabdehdən 23.127,81 manat məbləğində pul vəsaitinin sonuncu məhkəməmühasibatlıq ekspertizasının rəyində qeyd olunan həddə tam olaraq alınaraq iddiaçıya verilməsi barədə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.
96. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək işlədiyi son bir il ərzin də vəzifə maaşı kimi 14.338,7 manat əməkhaqqı hesablanması və həmin əməkhaqqından çıxılmalar tutulduqdan sonra ona 13.032,8 manat vəsaitin ödənilməsini hər iki tərəf qəbul edir.
97. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək işlədiyi son bir il ərzində əmək müqaviləsi üzrə müəyyən olunmuş əməkhaqqı məbləğinin (vəzifə maaşı) ödənilməsinə diqqət yetirilməmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023-cü il tarixli rəyi ilə iddiaçıya xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi əlavə haqq cəlb edilməsi səbəbindən yerinə yetirilən işə görə əməkhaqqına əlavənin məbləğinin 23.127,81 manat məbləğində hesablanmalı olduğu əsas göt ürülərək həmin məbləğin iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023cü il tarixli rəyinə əlavə edilmiş cədvəldən müəyyən edilir ki, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi əlavə haqq cəlb edilməsi də nəzərə alınmaqla iddiaçıya ödənilməli ümumi məbləğ 23.127,81 manat müəyyən edilərkən, həmin məbləğ son bir ilə görə əmək müqaviləsi üzrə müəyyən olunmuş əməkhaqqı məbləğinə (vəzifə maaşı), (son bir ilə görə 14.338,7 manat) əlavə kimi hesablanmaqla iddiaçıya ödənilməli ümimi vəsaiti nəzərdə tutur. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə prosessual qənaət prinsipi nəzərə alınaraq, iddiaçıya əmək müqaviləsi üzrə gündüz saatları üçün faktiki olaraq ödənilmiş (əməkhaqqından çıxılmalar tutulduqdan sonra faktiki ödənilmiş məbləğ) 13.032,8 manat əməkhaqqı məbləği (vəzifə maaşı), ekspert rəyi ilə müəyyən olunmuş 23.127,81 manat ümumi məbləğdən çıxılmaqla, həmin məbləğ 10.095 manatadək azaldılmalı, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Əks halda eyni günə iddiaçıya həm əmək müqaviləsində nəzərdə tutulmuş əməkhaqqı məbləği, həm də qeyd olunan əməkhaqqı məbləğinin ödənilməsi nəzərə alınmadan, həmin məbləğin gecə vaxtı işə görə əməkhaqqı məbləği ilə birlikdə təkrarən ödənilməsinə şərait yaradılmış olur ki, bu da Əmək Məcəlləsinin 154-cü maddəsinə ziddir.
98. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üç ün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
99. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin məhkəmə icraatı zamanı çəkişmə prinsipinin təmin edilməməsi, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə Bildirişdən görünür ki, Cavabdeh MMC-yə məxsus olan ***-******* möbil nömrəyə xx.xx.2023-cü il tarixə saat 16:40-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2023-cü il tarixdə məlumat verilmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmənin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş, onun vəsatətinə əsasən apellyasiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmçinin Cavabdeh MMC-yə məxsus olan ***-******* möbil nömrəyə xx.xx.2023-cü il tarixə saat 16:20-ə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2023-cü il tarixdə məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə apellyasiya məhkəməsinə vəsatət ünvanlayaraq başqa işlərinin olması səbəbindən işə baxılmasının digər tarixə təxirə salınmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən xeyli müddət əvvəl cavabdehin nümayəndəsinə məhkəmə iclas ının vaxtı və yeri barədə məlumat verildiyindən kassasiya şikayətinin qeyd olunan dəlili əsassızdır.
100. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı pulun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən 10.095 manat məbləğində pul vəsaiti alınaraq, iddiaçıya verilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
101. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-764/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı pulun məbləği hissəsində dəyişdirilsin. Cavabdehndən 10.095 (on min doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-764/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.