Məhkəmə qərarları › İş №2(102)-7195/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7195/2021

17.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7195/2021 17.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X21 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: maddi və prosessual hüquq normalarının tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, iddiaçı “X21 Azərbaycan” QSC-nin nümayəndəsi X1 və vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-58/2021 saylı iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı “X21 Azərbaycan” QSC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 17 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. X10 “X21 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 032 saylı 23.04.2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti 23.04.2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən üzərinə götürmüş və borcalanla birlikdə bank qarşısında birgə məsuliyyət daşımışdır. Lakin X10 28.02.2015-ci il tarixdə vəfat etmişdir. 2. 31.08.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 28.02.2015-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 1 ünvan ında yaşayan oğlu Cavabdehdir. Şəhadətnamə verilən miras "xxxx" MMC-də 23,328 pay sayından ibarətdir.

3. İddiaçı “X21 Azərbaycan” QSC-nin cavabdehlər "xxxx" MMC-yə, X6, X7 və X12 qarşı borc tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)4608/2015 saylı 05.10.2015-ci il tarixli qərardadı ilə iş üzrə icraata X6 aid hissədə xitam verilməsi qərara alınmışdır. Eyni zamanda həmin tarixdə qəbul edilmiş qətnaməyə əsasən iddia qismən təmin edilərək, 1.185.104,49 manat məbləğində əsas borc, 121.110,73 manat faiz borcu, 1000 manat məbləğində cərimənin, cəmi 1.307.215,22 manat məbləğində kredit borcunun, 16,50 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına görə cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərclərinin və 30 manat dövlət rüsumunun ”Milk Pro” MMC-dən, X2 və X8 müştərək qaydada tutularaq “X21 Azərbaycan” QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-137/2020 saylı 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsinin faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcunun 76646.39 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

5. Həmin qətnamədən narazı qalan iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şik ayətlərinə əsasən işə baxmış Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3864/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, cavabdehin kassasiya şikayətinin isə təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-137/2020 saylı 29 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilərək, faiz borcu məbləğinin 101.717,82 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı “X21 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qismində tanınması və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsi üzrə tutulmalı olan 1.307.215,22 manat kredit borcunun, 16,50 manat poçt xərclərinin və 30 manat dövlət rüsumunun Cavabdeh aid olunmaqla, müştərək qaydada ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh X4 vərəsəsidir və onun "xxxx" MMC-də cəmi 23,328 paya malikdir. Cavabdeh “X21 Azərbaycan” QSC ilə zaminlik müqaviləsi bağlamamış və öz üzərinə heç bir öhdəlik götürməmişdir. "xxxx" MMC-nin hal-hazırda milyonlarla manat borcu vardır. Nümayəndə Cavabdeh yalnız vərəsəlik şəhadətnaməsi əsasında qəbul etdiyi paya münasibətdə borcun ödənilməsinə etiraz etmədiyini bildirmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3589/2018 saylı 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim L.O.Talıbova) iddianın qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 (011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-dən, X3 və X8 müştərək qaydada tutulmalı olan 1.185.104,49 manat əsas borc, 121.110,73 manat faiz borcu, 1000 manat cərimə borcu, cəmi 1.307.215,22 manat və 16,50 manat poçt xərcləri və 30 manat dövlət rüsumu, Cavabdeh "xxxx" MMC-dən aldığı miras payına mütənasib surətdə, yəni 23,328 pay sayına (1 ədədin nominal dəyəri 100 manat, cəmi 2332,80 manat) uyğun olaraq tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh 28.02.2015-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi olduğundan və şəhadətnamə üzrə verilən miras "xxxx" MMC-də 1 ədədin nominal dəyəri 100 manat olmaqla cəmi 23,328 paya sahib old uğundan onun aldığı payına mütənasib surətdə öhdəlik daşımalıdır. Məhkəminin iş üzrə gəldiyi nəticələrin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 385.1, 442, 445.2.1, 448.1, 449.4, 472.1, 472.2, 462.1, 465.2, 467, 1306.1, 1309, 1313-cü maddələrinə istinad etmişdir.

10. Qətnamədən narazı qalan iddiaçı “X21 Azərbaycan” QSC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı “X21 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti on unla əsaslandırılmışdır ki, Cavabdeh Borisoviç ilə Bank arasında 23 aprel 2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh üzərinə qanunvericilikdə nəzərdə tutulmuş öhdəlikləri götürmüşdür. 01.03.2015-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 28.02.2015-ci il tarixdə vəfat etmişdir. Bu səbədən də iddiaçının cavabdehlər "xxxx" MMC-yə, X7, X6 və X12 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Cavabdeh Borisoviçə aid hissədə xitam verilmişdir. Belə ki, vəfat etmiş şəxsin vərəsəsinin qanunvericiliklə müəyyən edilib məhkəməyə cavabdeh qismində cəlb edilməsi ilə bağlı 18.08.2017-ci il tarixdə Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsinə məktub ünvanlanmış və müəyyən edilmişdir ki, mərhum X4 vərəsəsi "x xxx" MMC-də 23,328 paya sahib olan Cavabdehdir. Vasilko Vladimirin hüquqi varisi olan Cavabdeh iş üzrə cavabdeh şəxs kimi tanınmalı və Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsinə əsasən ümumilikdə 1.307.215,22 manat məbləğində kredit borcu olmaqla, 16,50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair cavabdehlərə bildirişlərin göndərilməsi üzrə poçt xərcləri və 30 manat dövlət rüsumu Cavabdeh aid edilərək, təmin edilmiş ümümi məbləğin digər cavabdehlərə (zaminlərə) aid olduğu kimi Cavabdeh də müştərək qaydada tutulmalıdır. Mübahisələndirilən qətnamədə hər payın nominal dəyəri 100 AZN, payın ümumi sayı 23,328 kimi qeyd edilsə də, nəticə etibarı ilə cəmi 2332.80 AZN kimi müəyyən edilmişdir. Məhkəmə əgər Cavabdeh "xxxx" MMC-də payını müəyyən etmək i stəyirdisə, o zaman "xxxx" MMC-nin balans dəyərini müəyyən etməli və həmin balans dəyərinin nizamnamə kapitalına olan mütənasibliyi nisbətində Cavabdeh düşən düzgün payı müəyyən etməli idi. Qətnamə həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki baxımından qanusuz və əsassızdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 32 saylı 23.04.2010-cu il tarixli kredit müqaviləsinə və 4 saylı əlavə razılaşmaya əsasən 29.08.2015-ci il tarixədək bank borcalana illik 12 faiz olmaqla 1.269.390 manat məbləğində kredit vermişdir. Bank müqavilə üzrə öhdəliklərini tam icra etsə də, cavabdehlər kredit müqaviləsinin şərtlərini pozaraq ödənişləri mütəmadi olaraq gecikdirmişlər. Cavabdehlərə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, hətta kredit müqaviləsinin müddətini n bitməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliklər icra edilməmiş və bu günə kimi banka olan borc ödənilməmişdir. Qətnamə ilə 23,328 payın, yəni 2332,80 manat vəsaitin müəyyən edilərək Cavabdeh yalnız bu məbləğin tutulması ilə razı deyildir. İşə baxmış məhkəmə obyektiv həqiqəti müəyyən etmək üçün qeyd edilmiş hallara qiymət verməmiş, səbəblərini öyrənməmiş və aradan qaldırılması istiqamətində hər hansı tədbir görməmişdir.

12. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qeyri- qanunidir. Qətnaməyə əsasən ondan 23,328 pay sayına borcun tutulması qət olunsa da, miras payın real bazar dəyəri müəyyənləşdirilməmiş, qətnamə qəbuledilərkən səhmlərin nominal dəyəri nəzərə alınmamış, bununla da məhkəmə tər əfindən işə birtərəfli yanaşılaraq qeyri-qanuni qətnamə qəbul edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-58/2021 saylı mülki iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və A.Ə.Hüseyn) ilə hər iki apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3589/2018 saylı 12 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almış hissələri nəzərə alınaraq, yekun məhkəmə aktına əsasən "xxxx" MMC-dən, X2 və X8 müştərək qaydada tutulmalı ola n 1.287.822,31 manat pul 2332,80 manat həddində müştərək qaydada Cavabdeh tutulması, iddianın qalan hissədə təmin edilməməsi, hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumularının apellyantların özlərinə aid edilməsi qət edilmişdir.

14. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almış hissələri, o cümlədən həmin qətnamənin faiz borcu ilə bağlı olan hissəsinin kassasiya qaydasında dəyişdirildiyi nəzərə alınaraq, yekun məhkəmə aktına əsasən "xxxx" MMC-dən, X2 və X8 müştərək qaydada tutulmalı olan 1.185.104,49 manat əsas borc, 101.717,82 manat faiz borcu, 1000 manat cərimə olmaqla, cəmi 1.287.822,31 manat pulu n Cavabdeh aid olan hissəsi onun "xxxx" MMC-dən aldığı miras payına mütənasib surətdə, yəni 23,328 pay sayına uyğun olaraq 2332,80 manat (1 ədədin nominal dəyəri 100 manat olmaqla, cəmi 2332,80 manat) qismində müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi “iddia tələbinin tam təmin edilməli olması, cavabdehdən 2332,80 manat pulun tutulması ilə razılaşmaması” barədə dəlillərini Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələbinə uyğun olaraq vərəsənin mirasdakı aktivdə olan payına mütənasib surətdə məsuliyyət daşıması səbəbindən əsassız saymışdır. Həmçinin qeyd olunanlarla bağlı məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “miras payın real bazar dəyərinin müəyyənləşdirilməməsi, səhmlərin nominal dəyərinin nəzərə alınmaması” barədə də lillərini də qəbul etməmiş və hesab etmişdir ki, bu dəlillər iddia tələbinin tamamilə rədd olunması üçün əsas yaratmır.

15. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 385, 442, 445.2.1, 448.1, 472.1, 472.2, 1153, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.06.2018-ci il tarixli Qərarına istinad etmişdir.

16. Qətnamədən iddiaçı “X21 Azərbaycan” QSC (vəkili X11) tərəfindən kassasiya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)58/2021 saylı 28 aprel 2021-ci il tarixli qətnaməsinin miras payının dəyərinin müəyy ən edilməsi hissəsində ləğv olunub və həmin hissədə işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

17. Həmçinin iş üzrə Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)58/21 saylı 28 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

18. İddiaçı tərəfin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə hər payın nominal dəyəri 100 AZN, payın ümumi sayı 23.328 kimi q eyd edilsə də, nəticə etibarı ilə cəmi 2332.80 AZN kimi müəyyən edilmişdir. Kassator qeyd edir ki, əgər məhkəmə Cavabdeh "xxxx" MMC-də olan payını müəyyən etmək istəyirdisə, o zaman məhkəmə "xxxx" MMC-nin balans dəyərini müəyyən etməli və həmin balans dəyərinin (xalis aktivlərin) nizamnamə kapitalına olan mütənasibliyi nisbətində Cavabdeh düşən düzgün payın dəyərinin düzgün müəyyən ediləcəyi təqdirdə Cavabdeh düşən payın məbləği 2332.80 AZN-dən dəfələrlə çox məbləğ təşkil edəcəkdir. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi miras payın real bazar dəyərini müəyyənləşdirmədən həmin payın müəssisə təsis edilərkən müəyyən edilmiş nominal qiymət üzərindən hesablaması maddi hüquq normasının düzgün tətbiq edilməməsidir. Belə ki, apellyasiya məhkəməsi, zaminin vərəsənin öhdəliklərinin o nun vərəsəlik hüquqi ilə mülkiyyətinə keçmiş paylar hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlsə də, həmin payların dəyərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilməsi hissəsində maddi normaların tətbiqində açıq-aşkar səhvə yol vermişlər. Zaminin vərəsəsinin öhdəliklərinin müəssisədə olan pay hesabına ödənilməsi, onun həmin payına (mülkiyyətinə) xitam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Bundan əlavə, mülki qanunvericilikdə ümumi mülkiyyətdəki paya tutmanın yönəldilməsi zamanı da həmin payın dəyərinin bazar qiyməti üzərindən hesablanmalı olması da nəzərdə tutulmuşdur. Qeyd edirlər ki, zaminin müəssisədəki payı, həmin müəssisənin digər işti rakçılarının malik olduğu paylarla birlikdə paylı mülkiyyət təşkil edir. Mülki Məcəllənin 224.2-ci maddəsinə əsasən, əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin.

19. Hesab edirlər ki, apellyasiya məhkəməsi Cavabdeh mülkiyyətinə vərəsəlik qaydasında keçmiş paylar Mülki Mə cəllənin 224-cü maddəsində nəzərdə tutulmuş qaydada kreditor kimi Banka verilməli və ya həmin payların bazar qiyməti əsas götürülməklə, (xalis aktivlərinin dəyərindən payların miqdarı nəzərə alınmaqla müəyyən edilən məbləğdə) müəyyən edilən məbləğ miqdarında Bankın tələblərinin təmin edilməsinə dair qəbul etmək əvəzinə, mübahisəni heç bir maddi norma ilə nəzərdə tutulmayan tərzdə həll etməklə, həmin qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır.

20. Cavabdeh tərəfin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən məhkəmə qətnaməsi üzrə cavabdehdən "xxxx" MMCdən aldığı miras payına mütənasib surətdə, yəni 23.328 pay sayına (1 ədədin nominal dəyəri 100 manat, cəmi 2332.80 manat) borcun tutulması qət olunsa da, miras payın real bazar dəyəri müəyyənləşdirilməmiş, qətnamə qəbul edilərkən səhmlərin nominal dəyəri nəzərə alınmışdır. Hesab edirlər ki, bununla da məhkəmə işə birtərəfli yanaşmış, qeyriqanuni və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində işin tam hüquqlu məhkəmə kimi işə apellyasiya qaydasında baxması nəticəsində işin hallarının araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin faktiki hallarını müəyyən etməsini göstərməmiş, bununla da Azərbaycan Respublikasının MPM-nin 372.1 və 372.7-ci maddələrinin tələblərinə də əməl etməmişdir. Belə ki, bu normalara əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır və şikayətin dəlillərindən asılı olmay araq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

21. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən iddiaçı “X21 Azərbaycan” QSC-nin nümayəndəsi X9 və vəkili X13 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər.

23. Məhkəm ə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdeh tərəf məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməs i, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranı gecikdirməsi sayılır.

27. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 472.1 Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

29. Maddə 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizl ərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

30. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

31. Maddə 741 Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

32. Maddə 1151.1 Mi rasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

33. Maddə 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.1 Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıra n halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 80 Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

40. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yen idən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

42. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§39).

44. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxm aqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§40).

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§39). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışını n hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh "xxxx" MMC-dən aldığı miras payının dəyəri müəyyən edilərkən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

48. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 28.02.2015-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi oğlu Cavabdeh olmaqla, onun şəhadətnamə verilən mirası "xxxx" MMC-də 23,328 pay sayından ibarətdir. Bakı şəhəri 6 saylı notariat kontoru t ərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş vərəsəlik işinə aid olan sənədlərdən, o cümlədən "xxxx" MMC-nin nizamnaməsinin (ona edilmiş dəyişikliklərin) surəti əsasında müəyyən edilmişdir ki, müəssisənin nizamnamə kapitalı 10000 manatdır və bu məbləğ hər biri 100 manat dəyərində olan 100 paya bölünmüşdür, 23,328 sayda pay Vasilko Vladimirə məxsus olduğu, onun dəyəri 2332,80 manat göstərilmişdir.

49. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı 05.10.2015-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almış hissələri, o cümlədən həmin qətnamənin faiz borcu ilə bağlı olan hissəsinin kassasiya qaydasında dəyişdirildiyi nəzərə alınaraq, yekun məhkəmə aktına əsasən "xxxx" MMC-dən, X2 və X8 müştər ək qaydada tutulmalı olan 1.185.104,49 manat əsas borc, 101.717,82 manat faiz borcu, 1000 manat cərimə olmaqla, cəmi 1.287.822,31 manat pulun Cavabdeh aid olan hissəsi onun "xxxx" MMC-dən aldığı miras payına mütənasib surətdə, yəni 23,328 pay sayına uyğun olaraq 2332,80 manat (1 ədədin nominal dəyəri 100 manat olmaqla, cəmi 2332,80 manat) qismində müəyyən edilmişdir.

50. Həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Cavabdeh "xxxx" MMC-dən vərəsəlik üzrə aldığı miras payın real bazar dəyəri işə baxan aşağı instansiya məhkəmələri tərəfindən müəyyənləşdirilməmiş, pay sayının nominal dəyəri əsasında məbləğ müəyyən edilmişdir.

51. Məhkəmə kollegiyası hər iki kassasiya şikayətinin dəlilləri ilə (§18-20) razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi zaminin vərəsəsi Cavabdeh öhdəliklərinin onun vərəsəlik hüququ ilə mülkiyyətinə keçmiş "xxxx" MMC-dən paylar hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlsə də, miras payının real bazar dəyərini müəyyənləşdirmədən, həmin payın müəssisə təsis edilərkən müəyyən edilmiş nominal qiymət əsasında hesablamaqla nəticədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

52. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.06.2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri i sə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur.

53. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Cavabdeh "xxxx" MMC-də olan payının (miras aktivinin) real dəyərini müəyyən et mək üçün "xxxx" MMC-nin balans dəyərini, xalis aktivlərinin nizamnamə kapitalına olan mütənasibliyi nisbətində cavabdehə düşən payın dəyərini, bazar qiymətini mülki prosessual qanunvericiliyin verdiyi imkanlardan istifadə etməlidir.

54. Nəzərə alınmalıdır ki, MPM-in 88-ci maddəsi tələb edir ki, əgər məhkəmə təqdim olan sübutu işə aid olan sübut kimi qəbul edibsə onda həmin sübuta işdə olan digər” sübutlarla yanaşı obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı və bütün sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 17-ci bəndində qeyd edilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiy a məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Həmin qərarın birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və””kommersiya mübahisələrindən”irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

56. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahis ə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, həmin maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün mə cburidir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad olunan maddi və prosessual hüquq ”normalarının tələblərinə riayət etməklə, yeni məhkəmə aktı qəbul etməlidir.

59. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (§42).

60. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər (§41).

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X21 Azərbaycan” QSC və Cavabdeh tərəfində n verilmiş kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-58/2021 saylı iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar