Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7199/2019 29.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “X7 Azərbaycan” QSC-nin nümayəndəsi X4 və vəkili Mirzəliyev Rüfət Əsəd oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cuiltarixli 2(103)-8659/2019 nömrəli qətnaməsindən iddiaçı “X7 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməs inin (hakim F.Hətəmzadə) 11.03.2019-cu il tarixli 2(001)-449/2019 nömrəli qətnaməsi ilə iddiaçı “X7 Azərbaycan” QSC-nin cavabdeh “xxxx” MMC-yə qarşı ““xxxx” MMC-nin 04.01.2018-ci il tarixli, 01 saylı hesabatının (qiymətləndirmə rəyinin) ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, M.Məmmədov, V.Ağayev) 19.06.2019-cuiltarixli 2(103)-8659/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.03.2019-cu il tarixli 2(001)-449/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı “X7 Azərbaycan” QSC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “X7 Azərbaycan” QSC cavabdeh “xxxx” MMC-yə qarşı ““xxxx” MMC-nin 04.01.2018-ci il tarixli, 01 saylı hesabatının (qiymətləndirmə rəyinin) ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə X1 məxsus olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 272.9 kv.m, yaşayış sahəsi 176 kv.m və yardımçı sahəsi 96.9 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası “xxxx” MMC-nin 04.01.2018-ci il tarixli, 01 saylı hesabatının (qiymətləndirmə rəy inin) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı “X7 Azərbaycan” QSC vəkili Mirzəliyev Rüfət Əsəd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilat ilə X2 arasında 05.09.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, həmin kreditin təminatı olaraq ** məxsus ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 272.9 kv.m, yaşayış sahəsi 176 kv.m və yardımçı sahəsi 96.9 kv.m sahədən ibarət olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. ““xxxx” MMC-nin 04.01.2018-ci il tarixli, 01 saylı qiymətləndirmə rəyi ilə ipoteka predmeti 508000 manat qiymətləndirilmişdir. H əmin rəy süni olaraq, yəni bir neçə dəfə ipoteka predmetinin qiyməti şişirdilməsi ilə verilmişdir. Belə ki, hazırda əmlak bazarında fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin, həmçinin mənzillərin qiymətlərinin aşağı düşməsini ekspert nəzərə almamışdır. Həmin əmlak qiymətləndirilərkən iddiaçıya, yəni ipoteka saxlayana məlumat verilməmişdir. Apellyasiya kollegiyası prosessual qanunvericilikdə nəzərdə tutulmuş halların mövcudluğuna əhəmiyyət vermədən, obyektiv həqiqəti müəyyən etmək üçün işin yuxarıda qeyd edilən hallarına münasibət bildirmədən birinci instansiya məhkəməsinin qəbul etdiyi əsassız qətnaməni dəyişdirmədən saxlamışdır. Qeyd edilməlidir ki, iddiaçı təşkil tərəfindən ipoteka predmeti ilə bağlı iki fərqli qiymətləndirmə şirkətlərinə müraciət etmiş, “xxxx” MMC qiymətləndirm ə şirkəti sözügedən qeyri-yaşayış sahəsinin real bazar dəyərini 170000 manat, likvid dəyərini isə 145000 manat, “xxxx” MMC qiymətləndirmə şirkəti isə qeyri-yaşayış sahəsinin real bazar qiymətini 150000 manat, likvid dəyərini isə 130000 manat məbləğində müəyyən etmişdir. Qeyd edilən qiymətlər arasında olan 2 dəfədən artıq fərq göstərir ki, cavabdeh tərəfindən ipoteka predmetinin qiyməti həddindən artır şişirdilmişdir. Lakin apellyasiya kollegiyası bu rəyləri nəzərə almadan iddiaçının məhkəməyə tələbini təsdiq edən sübut təqdim edə bilməməsi qənaətinə gəlmişdir. Bununla da apellyasiya kollegiyası Azərbaycan Respublikasının MPM-nin 80 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cuiltarixli 2(103)-8659/2019 nömr əli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdeh “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X5 və vəkili Mirzəliyev Rüfət Əsəd oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qənaəti ilə razılaşmış və qeyd etmişdir ki, fərdi yaşayış evinin hərracda satılması qiymətinin bazar qiymətindən aşağı qiymətləndirilməsi barədə iddiaçının dəlilləri ekspert rəyi ilə təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsində mübahisəyə baxılarkən ekspertiza təyin edilmiş, iş üzrə rəy vermiş “xxxx” MMC-nin 6-11/18-493 saylı, 29.11.2018-ci il tarixli rəyi ilə mübahisəli fərdi yaşayış evinin 28.11.2018-ci il tarixə satış (likvid) qiymətinin 490000 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd edilən rəyi nəzərə alan apellyasiya kollegiyası əlavə olaraq qey d etmişdir ki, mübahisələndirilən rəylə müqayisədə mənzilin qiyməti 18000 manat az müəyyən edilmiş. Müxtəlif qiymətləndiricilər tərəfindən verilmiş rəylərin arasında belə fərqlərin olması mümkündür, ona görə də 508000 manatlıq mənzilin qiymətinin 490000 manat müəyyən edilməsi qiymətləndirmə rəyinin ləğvi üçün əsas hesab edilə bilməz. Qeyd edilənlərdən əlavə, mübahisələndirilən rəydə daşınmaz əmlakın texniki göstəriciləri və xarakterizəsi əks olunmuş, qiymətin müəyyən edilməsi üçün əsas götürülmüş meyarlar sadalanmış, əmlakların məhz tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti müəyyən edilmişdir. Mübahisələndirilən rəyin məlumatlarının qeyri-mötəbər olduğunu sübut etmək yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı həmin rəyi verilməsi zamanı qanunun tələblərinin po zulması barədə sübutlarını işə əlavə etməmişdir. Mübahisələndirilən rəy qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyə uyğun aparılmışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, iymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məh kəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası həmin dəlillər üzrə araşdır aparmaqla, düzgün olaraq “Qiymətləndirmə haqqında” Qanunun 8-ci maddəsinə istinad etmiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin norma daxilində yenidən qiymətləndirmə aparmış və əldə edilmiş qiymətlə cavabdeh təşkilatın müəyyən etdiyi dəyər arasında fərqin az olması yaşayış evinin dəyərinin düzgün müəyyən edildiyini ağlabatan hesab etməyə əsas verir. İddiaçı təşkilat isə “Qiymətləndirmə haqqında” Qanunun tələblərinin pozulması ilə qiymətin müəyyən edildiyi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı kassasiya şikayətində apellyasiya kollegiyası tərəfindən işə baxılarkən Azərbaycan Respublikasının MPM-nin 80 və 88-ci maddələrinin tələblərinin pozulmasını qeyd etsə də, kassasiya yoxlaması zamanı hər hansı hüquq normasının pozuntusu aşkar edilməmişdir. Odur ki, kassasi ya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X7 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixl i 2(103)8659/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7199/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7199/2019
29.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver