Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7209/2019 29.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, vəkili Rəfixanov Alik İkraməddin oğlunun və Cavabdeh İBnin vəkili V1oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cu il tarixli 2(103)5415/2019 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakimT.Əkbərov) 22.01.2019-cu il tarixli 2(003)-373/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, X.Sarıyev) 18.06.2019-cuiltarixli 2(103)-5415/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22.01.2019-cu il tarixli 2(003)-373/2019 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin edilərək, ünvan 1 ünvanı üzrə İddiaçı hesablanmış 3557.90 manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh İB iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019cui l tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona yazılmış əsassız olan 3557.90 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh İB-nin vəkili V1oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən 2017-2018-ci il tarixlərdə iddiaçının yaşadığı ünvana baxış keçirilərkən iddiaçı tərəfindən evin darvazasının yanından keçən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə etdiyi aşkar edilmiş, bu faktla bağlı Birliyin nümayəndələr inin iştirakı ilə aktlar tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Həmin aktlar əsasında itirilmiş təbii qazın dəyərinin bərpası üçün 3557.90 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə iddia tələbini təmin edərkən onun əsas götürmüşdür ki, cavabdeh guya eyni ünvan üzrə aktların təkrar tərtib olunmasını əsaslandıra bilməmişdir. Halbuki birinci instansiya məhkəməsində akt tərtib etmiş şəxslər şahid qismində dindirilmiş, onlar izahatlarında aktda göstərilən faktların həqiqiliyini təsdiq etmişlər. Eyni zamanda apellyasiya məhkəməsi öz qətnaməsində iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma faktını qəbul etsə də, həmin qanunsuz xəttin cavabdeh tərəfindən kəsilməməsini iddianın təmin edilməsi əsaslarından hesab etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, eyni xəttin dəfələrlə eyni yerdən qaynaq vasitəsi ilə kəsilməsi həmin qaz xəttinin yararsız vəziyyətə düşməsinə və həmin xəttə qaz verilməsinin ümumiyyətlə mümkün olmayacağına gətirib çıxarda bilər. Həmçinin məhkəmə ədalətin bərqərar olması üçün iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma faktının olub-olmamasını yoxlamaq üçün yerli baxış və ya ekspertiza təyin edə bilərdi ki, bu halda iddiaçı tərəfindən həqiqətən də qaz xəttinə qanunsuz qoşulduğu öz təsdiqini tapmış olardı. Göründüyü kimi, apellyasiya kollegiyası prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cuiltarixli 2(103)-5415/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməs ini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin vəkili V1oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 və vəkili Rəfixanov Alik İkraməddin oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cu il tarixli 2(103)-5415/2019 nömrəli qətna məsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası mülki iş materialları ilə müəyyən etmişdir ki, ünvan 1ünvanda qazdan qeyri-qanuni istifadə edilməsinə dair 28.02.2017-ci il tarixli akt əsasında 1436.40 manat, 31.01.2018-ci il tarixli akt əsasında 1011 manat, 28.02.2018-ci il tarixli akt əsasında 487 manat, 28.06.2018-ci il tarixli akt əsasında 532.80 manat, 28.08.2018-ci il tarixli akt əsasında 266.40 manat zərər hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, qaz paylayıcısı müqaviləsi əsasında ist ənilən şəxsin sifarişi ilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8 və 9-cu bəndlərinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı istehlakçı tərəfindən yol verilmiş səhvə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşin müəyyən edilmiş hallarından göründüyü kimi 3557.90 manat borc kənar xətti n birləşdirilməsinə görə hesablanmış məbləğdir. Halbuki qeyd edilən normanın tələblərinə görə, iddiaçı ötürülən qaza və qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iddiaçı daşıyır. Azərbaycan Respublikasının MPM-nin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşin mübahisəsiz halıdır ki, mübahisəli ünvanda yalnız bir sayğac mövcuddur. Digər tərəfdən cavabdeh birinci aktın tərtib olunmasından sonrakı müddət ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmasını əsasland ıra bilməmişdir. Halbuki cavabdeh tərəf iddiaçının kənar xəttə qoşulduğu üçün aktlar tərtib olunduğunu, həmin aktlara əsaslan borcun hesablandığını iddia etmişdir. Borcun hesablanmasına əsas olmuş aktlara əlavə olunmuş fotoşəkillərdən isə aydın olur ki, mübahisəli ünvanda kənar xəttin qoşulmuş vəziyyəti 2017-2018-ci illər ərzində davam etmişdir. Lakin cavabdeh eyni ünvan üzrə aktların tərtib olunmasını əsaslandıran hər hansı mötəbər sübuta istinad etməmişdir. Bu səbəbdən apellyasiya kollegiyası qeyd etmişdir ki, sübutla təsdiq olunmasına ehtiyac yoxdur ki, ilk dəfə aşkar olunmuş kənar xətt cavabdehin əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdir. Bununla yanaşı, kənar xəttin aşkar edilməsi halında cavabdehin iddiaçını xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırılmasına da ir hərəkət etməsi müəyyən olunmur. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi ağlabatan deyildir. Sübutetmənin cavabdeh tərəfə aid olması nəzərə alınaraq, işə baxılması təxirə salınmış və zəruri sübutlar təqdim edə bilməsi üçün cavabdehə imkan yaradılmış, lakin belə sübutlar təqdim edilməmişdir. İş üzrə mütəxəssis və ya ekspert rəyinin alınması zəruri olsa da, tərəflər təyin olunacaq ekspertizanın nəticəsi olaraq hər hansı halın müəyyən edilməsinin mümkün olmayacağını bildirmişlər. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddiaçının yaşadığı küçə üzrə yenidən qazlaşdırma işlərinin aparılması və ümumi qaz xəttinin yerinin dəyişildiyini göstərmişdir. Göstərilənlərə əsas ən apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qətnaməsini ləğv edilərək iddianın təmin edilməsi qənaətinə gəlmiş və qənaətini yuxarıda qeyd edilən qaydada əsaslandırmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf apellyasiya kollegiyasının qaz xəttinə qanunsuz qoşulmanın müəyyən edilməsi üçün ekspertiza və ya yerli baxış təyin edib qaz xəttinə qanunsuz qoşulmanı müəyyən edə biləcəyi halda, bunu etmədiyinə istinad etməsi ilə bağlı qeyd edilməlidir ki, apellyasiya kollegiyası qəbul etdiyi qətnamədə bununla bağlı göstərmişdir ki, iş üzrə mütəxəssis və ya ekspert rəyinin alınması zəruri olsa da, tərəflər təyin olunacaq eksper tizanın nəticəsi olaraq hər hansı halın müəyyən edilməsinin mümkün olmayacağını bildirmişlər. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəf kassasiya şikayətində apellyasiya kollegiyası tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyini vurğulasa da, kassasiya yoxlaması zamanı hər hansı hüquq normasının pozuntusu aşkar edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməs inin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cu il tarixli 2(103)-5415/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7209/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7209/2019
29.11.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver