Məhkəmə qərarları › İş №2(102)-7211/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7211/2019

25.11.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7211/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı, onun vəkili X2, cavabdeh X6 və onun vəkili X5 iştirakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaçı ların iddia tələbləri qismən təmin olunaraq X1 miras qalmış daşınmaz əmlaka paylar vərəsələr arasında aşağıdakı qaydada bölüşdürülmüşdür: İ.Bakı şəhəri, **************************** nömrəli evə münasibətdə Cavabdeh2 1/35 (otuz beşdə bir) hissədə, Cavabdeh3 1/35 (otuz beşdə bir) hissədə və İddiaçı 1/35 (otuz beşdə bir) hissədə mirasda məcburi pay hüquqları müəyyən edilmiş; 2.Bakı şəhəri, ******************************** nömrəli evə münasibətdə Cavabdeh1 1/10 (onda bir) hissədə, X3 1/10 (onda bir) hissədə vəsiyyətnamə üzrə pay hüquqları müəyyən edilmiş; vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamələrin verilməsi vəzifəsi Bakı şəhəri, 10 saylı notariat kontoruna həvalə edilmiş, ilk və qarşılıqlı iddialar qalan hjssədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dek abr 2018-cı il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi qismən, yəni ilkin və qarşılıqlı iddiaların təmin olunmuş hissəsində ləğv edilmiş, ilk iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbləri təmin olunmuş hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qərardadı ilə ilk iddia üzrə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixl i qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. İşin halları: Suraxanı rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehlər X6, Cavabdeh5 və Cavabdeh6 hər biri ayrı-ayrılıqda eyni məzmunlu apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, ilk və qarşılıqlı iddiaların rədd edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İlkin İddiaçı kassasiya şikayətində Bakı Apellyasiya məhkəməsinin 22 avqust 2019cu il tarixli qərardadının ləğv edilməsini və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, kassator eyni zamanda İddiaçı Bakı Apelyasiya məhkəməsinin Mülki kollegiyasının 2(103)11839/2018 saylı 06 dekabr 2018-ci il tarixli qətnaməsini rəsmi qaydada 06 iyun 2019-cu il tarixdə həmin məhkəməyə ərizə ilə müraciət etdikdən sonra almışdır. Bakı Apelyasiya məhkəməsinin 2(103)-11839/2018 saylı qərardadında göstərilən tarixədək isə məhkəmənin qətnaməsi nə poçt vasitəsi ilə, nə də digər formada ona təqdim edilməmişdir.Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.2, 134.1.5 və 135.2-ci maddələrinin tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Tərəflərin izahatı İddiaçı və onun vəkili X2 məhkəmə kollegi yasından kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərardadının ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Cavabdeh X6 və onun vəkili X9 kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərardadının qüvvədə saxlanılmasını xahişetdi. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, X4 və Cavabdeh3 Mülki Prosessual məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs Bakı Şəhəri 10 saylı N otariat Kontoru heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düz gün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış iş materiallarında olan: Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış iş materiallarından görünür ki, ilk iddia üzrə İddiaçı mübahisələndir ilən qətnamənin surətini müxtəlif vaxtlarda, yəni 27.12.2018-ci il tarixində xəbərnaməyə imza etməklə, 15.03.2019-cu il və 29.05.2019-cu il tarixlərdə isə məhkəmə qətnaməsinin alınmasına dair qəbzə imza etməklə şəxsən qəbul etmiş, lakin kassasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə 06 avqust 2019-cu il tarixdə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən məhkəmə qanuna müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində şikayət verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işin hallarına hüquqi qiymət verib haqlı olaraq nəticəyə gəlmişdir ki, ilk iddia üzrə İddiaçı kassasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpası üçün heç bir üzürlü səbəblər olmadığından müddətin bərpa edilməsi barədə vəsatəti təmin olunmamaqla, kassasiya şikayəti geri qaytarılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qərardad qəbul edildiyinə görə qərardad dəyişdirilmədən saxlanılmalıdır.Mülki işin 162-164-cü səhifələrindən görünür ki,ilkin İddiaçı məhkəm ə qətnaməsinin alınmasına dair qəbzə imza etməklə qətnaməni şəxsən qəbul etmiş, lakin üzürlü səbəb olmadan kassasiya şikayəti vermə müddətini ötürmüşdür.Bu səsbəbdən də kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 22 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar