Məhkəmə qərarları › İş №2(102)-7219/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7219/2021

19.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7219/2021 19.11.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4675/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti oktyabr ayında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Lakin kassasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəll ə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa MPM-nin 408.1 və 408.1.7-ci maddələrinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya siste minin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda iddaçının vəkili tərəfindən təqdim edilmiş kassasiya şikayəti bu qaydaya riayət olunmadan verilmişdir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın m ümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4675/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÜLKİ K OLLEGİYASİ AZ-1025, AZ-1025 Bakı şəhəri, Yusif Səfərov küç, 26, 1193-cü məhəllə Tel: (012) ***-**-** Faks: (012) 493-18-84, www.supremecourt.gov.az ================================================================ İş № 2 (102)-7036/2021 19 noyabr 2021-ci il Sumqayıt Apellyasiya Məhkəməsinin sədri cənab Tofiq Paşayevə İddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı “pul və s.” tələbinə dair mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 421-ci maddəsinə əsasən Sizə qaytarılır. Qoşma: mülki iş İİ cild “ 1 ədəd CD disk ” vərəqə. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ AZ-1025, AZ-1025 Bakı şəhəri, Yusif Səfərov küç, 26, 1193-cü məhəllə Tel: (012) ***-**-** Faks: (012) 493-18-84, www.supremecourt.gov.az =========================================================== ===== İş № 2 (102)-7036/2021 19 noyabr 2021-ci il İddiaçı "xxxx" ASC-nin Bakı şəhəri, C.Cabbarlı 609, Globus Center 9-cu mərtəbə Cavabdeh X1 (kassator) Sumqayıt şəhəri, 5-ci mkr., ev 3/57, m.4 Vəkil X2 Bakı şəhəri 06 saylı vəkil bürosu Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2(102)-7036/2021 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti- vərəq.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar