Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-722/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 11 » fevral 2019-cu il İş № 2(102)-722/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanından keçən, “ Azəriqaz” İstehsalat Birliyinə məxsus diametri 325 mm-lik orta təzyiqli əhali qaz xəttinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evinin Cavabdeh öz hesabına sökülərək xəttin mühafizə zonasından çıxarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutularaq “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.İmanov, İş № 2(103)9463/2018) apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbi barədə iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanından keçən,“Azəriqaz” İB-nə məxsus diametri 325 mm-lik orta təzyiqli əhali qaz xəttinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evinin Cavabdeh öz hesabına (əvəzi ödənilmədən) sökülərək xəttin mühafizə zonasından çıxarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutularaq “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və onun vəkili kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, sübutlara düzgün qiymət verməmiş, ədalətl i araşdırma aparmamış, bununla da düzgün qərar qəbul etməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, iddiaçı tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfndən müəyyən edilmişdir ki,Azəriqaz İBnin BRQİD-nin nümayəndələri Qaradağ TİX-nin rəisi X1, Qaradağ TİX-nin mühəndisi X2 və Qaradağ TİX-nin mühəndisi X3 tərəfindən tərtib edilmiş və imzalanmış 10 iyul 2017-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən 325 mm-lik orta təzyiqli əhali qaz xəttinin mühafizə zonasında fərdi yaşayış evi inşa edilmişdir. “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamenti tərəfindən Cavabdeh ünvanlanmış 12.10.2017-ci il tarixli xəbərdarlıq məktubundan görün ür ki, gələcəkdə insan tələfatı ilə nəticələnə biləcək hər hansı bədbəxt hadisələrin qarşısını almaq, istismara normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə 10 (on) gün müddətində qanunsuz tikilinin ləğv edilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 20.11.1998-ci il tarixli 1306 saylı sərəncamının surətindən görünür ki, Cavabdeh Lökbatan qəsəbəsində 600 kv.m. torpaq sahəsinin ayrılmasına, yaşayış evinin tikintisinin fərdi və ya bir tipli layihə əsasında aparılmasına dair sərəncam verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2018-ci il tarixli, 2635 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 16-cı məhəllə, ev 22 A ünvanında inşa olunmuş fərdi yaşayış evinin “Azəriqaz” İste hsalat Birliyinə məxsus diametri 325 mm-lik orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasına düşdüyü və bununla da tikinti və təhlükəsizlik qaydalarına uyğun inşa olunmadığı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki,Cavabdeh qeyd olunan ərazidə müvafiq normalara zidd olaraq inşa etdiyi tikili qanunsuz tikili hesab olunmaqla iddiaçı təşkilatın hüquq və mənafelərini pozur, eyni zamanda qaz xəttinin mühafizə zonasında yerləşməklə insanlar üçün təhlükə yaradır. İddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası mübahisəli hüquq münasibətlərinə aşağıdakı maddi hüquq nor malarını tətbiq etmişdir. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 1-ci bəndinə əsasən, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının” 2.13-cü bəndinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin Qaydalara 5 saylı Əlavəyə və ekspert rəyinə əsasən, orta təzyiqli qaz xətti üçün mühafizə zonası 5 metr müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikint i sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin dəlillərinə müfəssəl hüquqi qiymət verməklə Azərbaycan Respublikasının MPM-nin 14.1 və 77.1-ci maddələrinin tələbləri baxı mından mübahisəni düzgün həll etməklə maddi və prosessual hüquq normalarının tətbiqdə pozuntuya yol verilməməklə Azərbaycan Respublikasının MPM-nin 217-ci maddəsinə müvafiq qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlillərinə ümumilkdə hüquqi qiymət vеrərəк kollegiya hеsab еdir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehə məxsus tikili yeraltı qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq tikilmişdir. Qeyd edilən tikilinin qanunsuz olması ekspert rəyi ilə təsdiqlənmiş və cavabdeh tərəfindən iddianın əsaslı olmasını aradan qaldıran sübutlar təqdim edilməmişdir. Bu baxımdan kassasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, həmçinin həmin dəlillərlə işin fa ktiki halları mübahisələndirilməklə işin hallarının sübut olunmamasına və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad edildiyindən həmin dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 407.2-ci maddəsinəəsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 27 avqust 2018-ci i l tarixli qətnaməsi dəyişdirilmədən sахlаnılsın. Qərаr qəbul еdildiyi аndаn qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-722/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-722/2019
11.02.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver