Məhkəmə qərarları › İş №2(102)-7220/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7220/2019

10.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7220/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, nümayəndəsi X1, vəkili və nümayəndəsi X3, Cavabdeh1 vəkili X5, “xxxx” MMC-nin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qə tnaməsi ilə (hakim A.Ə.Rzayev, iş 2(001)-6253/2018) İddiaçı Cavabdeh1 və “xxxx” MMC-yə qarşı iddiası təmin edilmiş, “xxxx” MMC-nin inşa etdiyi XXX yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilin Cavabdeh1 satılmasına dair 31 yanvar 2003-cü il tarixli 43 saylı müqavilənin lazımi qaydada bağlanmadığından, mənzilin əvəzi ödənilmədiyindən xitam olunduğu nəzərə alınmaqla 31 yanvar 2004-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin İddiaçı sahiblik və istifadəsinə qaytarılması, onun mənzilə olan mülkiyyət hüquqlarının həyata keçirilməsinin cavabdehlərə qadağan edilməsi qət edilmiş, “xxxx” MMC-nin İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 01 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov, E.Y.Şamayev iş 2(103)-4704/2019) “xxxx” MMC-nin apellyasiya şikayəti qismən, Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh1 və “xxxx” MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin sahiblik və istifadəyə qaytarılması və s.” tələblərinə dair iddiası rədd edilmiş, “xxxx” MMC-nin İddiaçı qarşı qarşılıqlı iddiası qismən təmin edilmiş, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 06 noyabr 2003-cü il tarixli müqavilənin XXX yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilə münasibətdə etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən Müşkünaz Əhmədli verdiyi kassasiya ş ikayətində qətnamənin ləğv edilərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2003-cü il tarixli müqaviləyə əsasən sonuncu XXX yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzili almışdır. Həmin mənzilin dəyəri 41.000 ABŞ dolları təşkil etmişdir. Həmin mənzilin dəyərinin müqavilə bağlandıqdan 3 gün müddətində ödənilməsi nəzərdə tutulmuş, alıcı tətəfindən ödəniş icra edilməmişdir. Həmin mənzilə dair “xxxx” MMC ilə İddiaçı arasında 06 noyabr 2003-cü il tarixdə alqısatqı müqaviləsi bağlanılmış, sonuncu həmin mənzilə görə 62.595 ABŞ dolları ödəmişdir. 31 yanvar 2004-cü il tarixdə “xxxx” MMC ilə Cavabdeh1 arasında yeni şər tlərlə müqavilə bağlanılmış, mənzilə görə ödəniş şərtləri dəyişdirilərək 10.300 ABŞ dolları məbləğində ilkin ödəniş edilməklə, qalan 30.700 ABŞ dolları məbləğində pulun isə 29 fevral 2004-cü il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh1 tərəfindən həmin məbləğ 09 dekabr 2005-ci il tarixədək hissə-hissə ödənilmişdir. 20 iyun 2016-cı il tarixdə İddiaçı“xxxx” MMC və Cavabdeh1 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək XXX yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilə dair “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2003-cü il tarixli müqavilənin lazımi qaydada bağlanılmadığından, mənzilin əvəzi ödənilmədiyindən xitam olunduğunun nəzərə alınması, onlar arasında bağlanmış 31 yanvar 2004-cü il tarixli müqavilənin e tibarsız hesab edilməsi, mənzilin onun sahiblik və istifadəsinə qaytarılması, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, “xxxx” MMC İddiaçı qarşı aralarında bağlanmış 06 noyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin Cavabdeh1 satılmasına dair 31 yanvar 2003-cü il tarixli müqavilənin şərtlərinə görə alıcı 3 gün müddətində mənzilin dəyəri olan 41.000 ABŞ dolalrını ödəməzsə, mənzil başqa şəxsə satılır və müqaviləyə xitam verilir. Alıcı isə müqavilənin həmin şərtinə əməl etməyərək göstərilən müddətdə ödəniş etməmiş və nəticədə müqaviləyə xitam verilmişdir. Bundan sonra, 08 noyabr 2003-cü il tarixdə mübahisəli mənzilin ona satılması barədə müqavilə bağlanılmış, həmin müqavilə və kassa mədaxil qəbzi qüvvədə olduğu halda mənzilin yenidən 31 yanvar 2004-cü il tarixli 261 saylı müqavilə əsasında Cavabdeh1 satılması qanunsuz olmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator, nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlərin vəkilləri kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən dəyişdirilməli, “xxxx” MMC-dən 62.595 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata məzənnəsi ilə alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, mübahisəli mənzil 31 yanvar 2003-cü il tarixli müqavilə əsasında Cavabdeh1 tərəfindən alınmış, həmin müqavilə üzrə sonuncunun mənzilin dəyəri olan 41.000 ABŞ dolları məbləğində pulun 3 gün ərzində MMC-yə ödənilməsi şərtləndirilmiş, lakin həmin öhdəlik alıcı Cavabdeh1 tərəfindən pozulmuşdur. Bundan sonra, tərəflər arasında ödəniş şərtlərinin dəyişdirilməsi nəzərdə tutulan 31 yanvar 2004-cü il tarixli ikinci müqavilə bağlanılmış və həmin müqavilədə mənzilin dəyərinin ilkin ödəniş formasında, qalan məbləğin isə hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Göstərilən müqavələlərin bağlanma tarixləri arasında olan müddətdə, yəni 06 noyabr 2003-cü il tarixdə həmin mənzilə dair MMC ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanılmış, sonuncu tərəfindən mənzilin dəyəri olan 62.595 ABŞ dolları MMCyə ödənilmişdir. Mübahisəli mənzil Cavabdeh1 sahiblik və istifadəsinə veri lmiş, sonuncu tərəfindən təmir edilmişdir. İddiaçı hazırda “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2003-cü il tarixli müqavilənin şərtlərinə sonuncu tərəfindən əməl edilmədiyindən, yəni mənzilin dəyəri ödənilmədiyindən həmin müqavilənin xitam olunmuş hesab edilərək 31 yanvar 2004-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini və mübahisəli mənzilin onun sahiblik və istifadəsinə qaytarılmasını tələb edir. Əvvəla, apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliyin icrası müddətini müəyyən edən 427-ci maddəsinin məzmunundan görünür ki, öhdəliyin vaxtında icrasını tələb etmək hüququ yalnız kreditora, yəni həmin Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş xeyrinə müəyyən hərəkətlər edilməli olan şəxsə məxsusdur. Bu halda, Cavabd eh1 əvvəlki müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirmədiyindən həmin müqavilənin ləğvini tələb etmək hüququ yalnız “xxxx” MMC-yə məxsus idi. Lakin “xxxx” MMC müqaviləni ləğv etməyərək, alıcı Cavabdeh1 yeni şərtlərlə ödəniş nəzərdə tutan ikinci müqavilə bağlamışdır. Qeyd edilən müqavilədə əvvəlki müqavilə üzrə nəzərdə tutulmuş mənzilin eyni satıcı tərəfindən eyni alıcıya, eyni qiymətlə satılması nəzərdə tutulmaqla, yalnız alıcının mənzilin dəyərinin ödənilməsinə dair öhdəliyinin icrası qaydası dəyişdirilmişdir ki, bu halda mahiyyət etibarı ilə həmin müqavilə müstəqil müqavilə kimi deyil, yuxarıda qeyd edildiyi kimi əvvəlki müqavilə şərtlərinin dəyişdirilməsini nəzərdə tutan sonrakı müqavilə kimi qiymətləndirilməlidir. Bununla bərabər, Azərbaycan Respublikası Mülki Məcəlləsinin fərdi-m üəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələrini müəyyən edən 452-ci maddəsinin tələblərinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin maddəyə əsasən əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd edildiyi kimi, mübahisəli mənzil Cavabde h1 sahibliyinə və istifadəsinə verilməsi işin mübahisələndirilməyən halıdır. İddiaçı həmin mənzilə dair əvvəl müqavilə bağlaması, nə də mənzilin ona təhvil verilməsi müəyyən edilmir. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilələr tərəflərin iradə ifadəsi əsasında, əqdin formasına əməl edilməklə bağlandığından əqdin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilmir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin ilk iddianın rədd edilməsi hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla bərabər, “xxxx” MMC onunla İddiaçı arasında bağlanmış 06 noyabr 2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. İddia onunla əsaslandırılmışdır ki, mübahis əli mənzil əslində İddiaçı satılmamışdır, sonuncu bunun üçün hər hansı ödəniş etməmişdir, həmin müqavilə sadəcə olaraq “X8”na verəcəyi ətin təminatı olaraq bağlanılmışdır, yəni həmin müqavilə digər əqdi pərdələmək məqsədilə bağlanılmışdır. Apellyasiya məhkəməsi həmin dəlillərə münasibətdə hesab etmişdir ki, İddiaçı “xxxx” MMC ilə bağladığı müqavilə üzrə göstərilən məbləği MMC-yə ödədiyi barədə sübutları – ödəniş qəbzini məhkəməyə təqdim etmiş, MMC isə həmin qəbzin həqiqiliyini mübahisələndirməmiş, nə pulun real olaraq ödənilməməsi barədə, nə də aralarında mövcud olduğunu iddia etdiyi işgüzar fəaliyyətlə bağl heç bir mötəbər sübut təqdim etməmişdir. Bununla bərabər, “xxxx” MMC mübahisəli mənzilə dair Cavabdeh1la bağladığı birinci müqavilə ləğv edilmədiyi və qüvvədə olduğu halda həmin mənzil in İddiaçı satılması barədə sonuncu ilə əqd bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri göstərilmişdir. Həmin maddənin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Bununla bərabər apellyasiya məhkəməsi “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 06 noyabr 2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini qət etməklə iş üzrə düzgün nəticəyə gəlsə də, tərəflərin müqavilədən əvvəlki vəziyyətinə qaytarılm asını təmin etməməklə, əqdin etibarsızlığının nəticələrini müəyyən edən qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasənəqd etibarsız hesab edildikdə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 05 dekabr 2011-ci il tarixli Qərarında göstərildiyi kimi Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcını n mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi Mülki Məcəllənin 337-ci maddəsinin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmaqla alıcının ödədiyi məbləği ona qaytarmasını ehtiva edir. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında müəyyən olunan hüquqi mövqeyə görə etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olur. İddiaçı tərəfindən təqdim edilmiş kassa məxaric orderində sonuncunun MMC-yə 62.595 ABŞ dolları ödədiyi təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı madd əsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, apellyasiya məhkəməsi İddiaçı onun müqavilədən irəli gələn öhdəlikləri icrası ilə bağlı mübahisəli mənzilin göstəricilərinə uyğun, oxşar sahəyə, yerləşmə yerinə, otaq sayına malik digər mənzili və ya ödədiyi pulu “xxxx” MMC-dən tələb etmək hüququnu izah etməklə kifayətlənərək əqdlərin etibarsızlığının nəticələrini müəyyən edən qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkənapellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən dəyişdirilməli, “xxxx” MMC-dən 62.595 ABŞ dolları məbləğində pul ödəniş gününə manata məzənnəsi ilə alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsi qi smən dəyişdirilsin, “xxxx” MMC-dən 62.595 ABŞ dolları məbləğində pul ödəniş gününə manata məzənnəsi ilə alınaraq İddiaçı ödənilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar