Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-724/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikililərin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Cavabdeh Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-62/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 1. ünvan 1 ün vanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21.06.2016-cı il tarixdə qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus olan, ünvan 2 ünvanda yerləşən 0.06 ha (600 kv.m.) torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz girməklə özbaşına tikilmiş hasarın və evin cavabdehin öz hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Bələdiyyəsinin 25 dekabr 2014-cü il tarixli qərarı ilə iddiaçı Səmədova (Tağıyeva) Aynur Mətləb qızına ünvan 3 ünvanda 0.06 ha torpaq sahəsi verilmiş, 02.06.2015-ci il tarixdə iddiaçı ilə Şirvan Bələdiyyəsi arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Şirvan şəhəri, M.Hüseynzadə küçəsi, 49 saylı evdə qeydiyyatda olan və yaşayan, lakin Heyranxanım küçəsi 98 saylı ünvanda hasar qonşusu olan Cavabdeh onun torpağını zəbt etmiş, orada hasar tikmişdir.
4. Şirvan Şəhər Məhkəməsinin 14.02.2019-cu il tarixli, 2(032)-62/2019 saylı qətnaməsi ilə (hakim Z.Əliyev) iddia təmin edilərək, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən zəbt etdiyi 10 kv.m. torpaq sahəsindən çıxarılması və həmin t orpaq sahəsinin iddiaçıya qaytarılması, həmin zəbt olunmuş torpaq sahəsində tikilmiş hasarlar və digər tikililərin sökülməsi, Cavabdeh ekspertiza tədqiqatının aparılması üçün ekspertiza xərci 100 manatın və 10 manat ödənilmiş dövlət rüsumunun alınması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən iddiaçı X1 məxsus ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin ümumilikdə 10 kv.m. tutulduğu müəyyən olunmuşdur.
6. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2018-ci il tarixli, 26908 saylı rəyinin tədqiqat prosesinin nəticə hissəsinə əsasən ünvan 4 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin faktiki istifadəsində olan ölçülərinin 617 kv.m. təşkil etdiyi müəyyən edilir. T ədqiq olunan torpaq sahəsinin ölçüləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş **********95 saylı çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə əsasən uyğun gəlmir. ünvan 5 ünvanında yeləşən, Cavabdeh Şirvan Bələdiyyəsinin qərarı ilə verilmiş və faktiki istifadəsində olan torpaq sahəsi 677 kv.m. təşkil edir, faktiki istifadəsində olan torpaq sahəsinin bələdiyyə və memar tərəfindən təsdiq edilmiş sxemə uyğun gəlmədiyi və artıq torpaq sahəsinin mövcud olduğu, yəni 600 kv.m. torpaq sahəsi olmalı olduğu halda 677 kv.m. təşkil etdiyi müəyyən edilir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə (Çıxarış N-**********96) əsasən olan ölçüləri ilə fakt iki ölçülər arasında fərq vardır. Yəni küçəyə (Heyranxanım küçəsi 98 nömrəli) paralel torpaq sahəsinin ölçüsünün 20 metr olmalı olduğu halda, 19.63 metr təşkil etdiyi, Cavabdeh tikdiyi daş hasarın dirəklərinin İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş **********95 saylı çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinə düşdüyü müəyyən edilir. Qərardadın altıncı sualı üzrə hasar dirəklərinin İddiaçı torpaq sahəsinə düşdüyü və torpaçın 10 kv.m. hissəsini təşkil etdiyi müəyyən edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli, 2(106)-1675/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 14.02.2019-cu il tarixli, 2(032)-62/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.
9. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)7242/2019 saylı, 29.11.2019-cu il tarixli qərarı ilə (hakimlər M.T.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 03.07.2019-cu il tarixli, 2(106)-1675/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
11. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilib keçirilərkən cavabdehin iştirakı təmin edilməmiş, həmçinin ekspert rəyinin ekspertin qeyd etdiyi kimi yerində əraziyə baxış keçirilmədən, hüquqmüəyyənedici sənədlər” əsasında keçirilməsi müəyyən edilmişdir. Həmçinin məhkəmələrin istinad etdiyi ekspert rəyi tam aydın formada tərtib edilməmişdir. Belə ki, həmin ekspert rəyi ilə cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsini müəyyən etmək mümkün deyildir. Belə ki, fərz edilsə ki, cavabdeh tərəfindən iddiaçıy a məxsus torpaq sahəsinin zəbt edilməsi halı mövcuddur, o zaman bu hal daha aydın və dəqiq ifadə edilməli idi (zəbt halının iddiaçının artıq torpaq sahəsində və ya digər sahəsində mövcud olması). Çünki işin hallarından da aydın olur ki, iddiaçının da istifadəsində artıq torpaq sahəsi mövcuddur. Ona görə də cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi barədə zəbt halı mövcuddursa, bu halın hansı hissədə, hansı formada baş verdiyi dəqiq ifadə edilməli idi. Bundan əlavə, həmin rəydə cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsindən deyil, yalnız daş hasar dirəklərinin iddiaçıya məxsus torpaq sahəsinə düşməsindən bəhs edilmişdir. Halbuki əldə edilən rəydə hər iki tərəfə məxsus torpaq sahələrinin koordinatları, bir tərəfin digər tərəfin torpaq sahəsinə hansı hissədə, hansı həcmdə daxil olması və ya zəbt etməsi, orada nə kimi tikinti aparılması aydın formada göstərilməli idi. Həmçinin imkan daxilində ərazinin fotoşəkilləri çəkilib ekspert rəyinə əlavə edilməli idi.
12. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallara qiymət verməyərək, məhkəmə araşdırmasını tam və dolğun həyata keçirməmiş, cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, birinci instansiya məhkəməsi kimi yalnız ekspert rəyinə istinad etməklə, iddianın təmin edilməsi qənaətini əsaslı hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-62/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.M.Allahyarov (sədrlik edən və məruzəçi), Z. A.Zeynalov və M.K.Həsənov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(032)62/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə 100 manat ekspertiza xərci və 300 manat mütəxəssis xərci Cavabdeh aid edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən iş üzrə ekspertiza təyin edərək rəy almışdır. Məhkəmə həmin rəyə istinad edərək qeyd etmişdir ki, "xxxx" MMC-nin 158Mİ/21 nömrəli, 30 mart 2021-ci il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hazırki iş üzrə verilmiş 05 avqust 2021-ci il tarixli, 10/3763 nömrəli ekspert rəyinə əsasən, İddiaçı məxsus torpaq sahəsinin sənəd üzrə 0,06 ha, faktiki 0,0523 ha olduğu, eyni zamanda Cavabdeh məxsus torpaq sahəsinin sənəd üzrə 0,06 ha, faktiki 0,0677 ha olduğu və Cavabdeh zəbt etdiyi sahənin 77 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Tərəflərə məxsus torpaq sahələrinin sənəd və faktiki vəziyyəti üzrə üst-üstə düşmədiyi müəyyən edilmiş və uyğun olmayan hissələr mütəxəssis rəyinin 7-ci səhifəsindəki qırmızı ştrixlə göstərilmişdir. Tərəflərə məxsus torpaq sahələrinin arasında inşa edilmiş hasarın İddiaçı məxsus torpaq sahəsində yerləşdiyi və iddiaçıya məxsus torpaq sahəsinin 77 kv.metr hissəsinin Cavabdeh tərəfindən zəbt edilərək hal-hazırda istifadə edildiyi müəyyən olunmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı ekspert rəyinə əsasən tərəflərə məxsus torpaq sahələrinin arasında inşa edilmiş hasarın İddiaçı məxsus torpaq sahəsində yerləşdiyi və iddiaçıya məxsus torpaq sahəsinin 77 kv.metr hissəsinin Cavabdeh tərəfindən zəbt edilərək hal-hazırda istifadə edildiyinin müəyyən olunmasına baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən Şirvan Şəhər Məhkəməsinin 14 fevral 2019-cu il 2(032)62/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdr.
16. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hazırki iş üzrə verilmiş 05 avqust 2021-ci il tarixli, 10/3763 nömrəli ekspert rəyində cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 77 kv.m. hissəsini zəbt etməsinin müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilmədiyi ndən Şirvan Şəhər Məhkəməsinin 14 fevral 2019-cu il 2(032)62/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilərkən AB Consulting MMC-nin mütəxəssisləri heç bir elektron baza məlumatlarından istifadə etməməklə hansı göstəricilər əsasında ölçmə işlərini aparmaları məlum olmadan belə qənaətə gəlmişlər ki, iddiaçının torpaq sahəsi 523 kv.m.-dir. Hər i ki ekspertiza keçirilərkən cavabdehin iştirakı təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına qiymət verməyərək, məhkəmə araşdırmasını tam və dolğun həyata keçirməmiş, cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, birinci instansiya məhkəməsi kimi yalnız ekspert rəyinə istinad etməklə, iddianın təmin edilməsi qənaətini əsaslı hesab etmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə ekspertiza təyin etmiş, lakin ekspertiza keçirilərkən cavabdehin iştirakı təmin edilməmiş və Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarındakı məsələlər həll edilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
19. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1
4. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. Maddə
180. Özbaşına tikinti və onun nəticələri 1 80.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiy ə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
25. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İşin müəyyən olunmuş hallarından görünür ki, "xxxx" MMC-nin 158Mİ/21 nömrəli 30 mart 2021-ci il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hazırki iş üzrə verilmiş 05 avqust 2021-ci il tarixli, 10/3763 nömrəli ekspert rəyinə əsasən, İddiaçı məxsus torpaq sahəsinin sənəd üzrə 0,06 ha, faktiki 0,0523 ha olduğu, eyni zamanda Cavabdeh məxsus torpaq sahəsinin sənəd üzrə 0,06 ha, faktiki 0,0677 ha olduğu və Cavabdeh zəbt etdiyi sahənin 77 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Tərəflərə məxsus torpaq sahələrinin s ənəd və faktiki vəziyyəti üzrə üst-üstə düşmədiyi müəyyən edilmiş və uyğun olmayan hissələr mütəxəssis rəyinin 7-ci səhifəsindəki qırmızı ştrixlə göstərilmişdir. Tərəflərə məxsus torpaq sahələrinin arasında inşa edilmiş hasarın İddiaçı məxsus torpaq sahəsində yerləşdiyi və iddiaçıya məxsus torpaq sahəsinin 77 kv.metr hissəsinin Cavabdeh tərəfindən zəbt edilərək hal-hazırda istifadə edildiyi müəyyən olunmuşdur.
28. Kassatorun ekspertiza keçirilərkən onun iştirakının təmin olunmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil əsassızdır. Çünki işə apellyasiya məhkəməsində təkrarən baxılanda məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilmiş, torpaq sahəsinə baxış keçirilməsi 31.08.2020-ci il tarixə təyin edilmişdir. Lakin Cavabdeh nümayəndəsi məhkəmənin nümayə ndəsinin iştirakı olmamasını əsas tutaraq, ərazini tərk edib getməsi səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Buna görə də cavabdehə Azərbaycan Respublikası MPM-nin 97.5ci maddəsinin hüquqi nəticələri izah olunmuş və mübahisəli torpaq sahəsinə baxış keçirilməsi 30.09.2020-ci il tarixə təyin edilmişdir.Bu barədə bildiriş cavabdehə rəsmi qaydada göndərilmişdir (səh. 233, 234).
29. Lakin 30.09.2020-ci il tarixə təyin edilmiş baxış zamanı da cavabdehin nümayəndəsi NurCavabdeh ərazini tərk etdiyindən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində çöl ölçmə işlərinin aparılması mümkün olmamış, bu barədə akt tərtib olunmuşdur (səh. 244, 245).
30. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
31. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi cavabdehin ekspertiza tədqiqatında iştirakını təmin etmək üçün lazimi imkanlar yaratmış, ona ekspertiza keçirilməsinə şərait yaradılmamasının hüquqi nəticələri izah edilməklə ekspertiza predmetinə baxış keçirilməsi təxirə salınmış, lakin cavabdeh yenə də baxış keçirilməsində iştirak etməmişdir.
32. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz təsdiqini tapmır.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirv an Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-62/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.