Məhkəmə qərarları › İş №2(102)-727/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-727/2020

24.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-727/2020 24.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X4 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh və vəkili X oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 17 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xətai Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) xnömrəli, 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehə 8000 manat kompensasiya verilməkl ə azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13B saylı evin 26 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və əşyaları ilə həmin mənzildən çıxarılması barədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn) xnömrəli, 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xsaylı mülki iş üzrə qəbul etdiyi 25 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, iddianın təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh 10000 manat kompensasiya verilməklə sonuncunun yetkinlik yaşına çatmayan uşaqları (08.04.2003-cü il təvəllüdlü X3 və 06.01.2005-ci il təvəllüdlü X5) ilə birl ikdə X ənzilə olan istifadə hüququna xitam verilməsi, əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması, istifadə hüququna xitam verilmə və mənzildən çıxarılma ilə kompensasiya ödənilmə eyni vaxtda icra edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzilindən istifadə hüququna xitam verilməsi və əşyaları ilə həmin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 8000 manat kompensasiya verilməklə azyaşlı uşaqları ilə birlikdə X mənzilindən istifadə hüququna xitam verilməsi və əşyaları ilə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiy a Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 17 sentyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Xt oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə mə lumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın xnömrəli iş üzrə 17 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfində n sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı ilə 11 iyun 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş və ailə qurduqdan sonra iddiaçının mülkiyyətində olan mübahisəli Bakı şəhəri, Xətai rayon u, Naximov küçəsi, 13B saylı evin 26 saylı mənzilinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahından 08.04.2003-cü il təvəllüdlü X3 və 06.01.2005-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər arasındakı nikah 03 aprel 2009-cu il tarixdə məhkəmə qaydasında pozulmuş və uşaqlar anaları Cavabdeh yanında saxlanılmışlar. Hazırda cavabdeh öz uşaqları ilə birlikdə həmin mənzildə yaşayır və onun həmin evə istifadə hüquqları mövcuddur. İş materiallarından görünür ki, iddiaçı öz iddia ərizəsində göstərmişdir ki, nikahları pozulduqdan sonra cavabdeh mənzildə yaşamağa imkan verməmiş, onun iddia tələbi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.06.2011-ci il tarixli X saylı qətnaməsi ilə 11.04.2012-ci il tarixdə mənzilə köçürülmüş, cəmi 3-4 gün yaşasa da, cavabdehin hərəkətləri təkrarən onun mənzildə yaş amasına imkan verməmiş və həmin vaxtdan hal-hazıra qədər müxtəlif ünvanlarda kirayə yaşamaq məcburiyyətində qalmışdır. Bu mənzildən başqa digər yaşayış yeri yoxdur. Mülkiyyətində olan mənzil 1 otaqdan, yaşayış sahəsi cəmi 16 kv.metrdən ibarət olduğundan və ümumiyyətlə cavabdehlə mənzildə birgə yaşamalarının tam mümkünsüzlüyü səbəbindən hesab edir ki, cavabdehə 8000 manat məbləğində kompensasiya verilməklə onun mənzildən istifadə hüququna xitam verilməli və mənzildən çıxarılmalıdır. İş materiallarında olan Daşınmaz əmlakın alqı-satqısı və kirayəsi ilə məşğul olan fiziki şəxs X1 tərəfindən tərtib olunmuş 30.05.2019-cu il tarixli arayışdan məlum olur ki, hazırkı bazar qiymətlərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsindəki beş mərtəbəli “Xruşov” layihəli yaşayış evlərində 1 o taqlı mənzillərin alış-satış qiyməti mərtəbəliliyindən asılı olaraq 33000-36000 manat, aylıq kirayə haqqı isə 180-200 manatdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Re spublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2- ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifa dəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. İddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğinin 10000 manat və mübahisəli mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli mənzillərin aylıq kirayə haqqının 180-200 manat təşkil etdiyini, yəni təklif olunan kompensasiya məbləğinin 4-4,6 il müddətdə kirayədə yaşamağa kifayət etdiyini və bununla da, cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə davamlı sürətdə və qeyd olunan müddət daxilində əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etdiklərini, bu müddət ərzində hər iki uşağın yetkinlik yaşına çatmalarını, analoji işlər üzrə məhkəmə təcrübəsini və hazırkı işdə həmin təcrübənin nəzərə alınmaması üçün əsasların, yəni cavabdehin maddi və fiziki durumu ilə bağlı müstəsna halların olmadığını nəzərə alaraq məh kəmə kollegiyası hesab edir ki, təklif olunan kompensasiya Konstitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə tam uyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı mü nasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olara q işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 17 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respub likası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 17 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar