Məhkəmə qərarları › İş №2(102)-7284/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7284/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7284/2021 26.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Məmmədəliyev Cavabdeh2 və Cavabdeh3 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlak bölgüsü və bərabər paylı mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa o ğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)5306/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC (əvvəlki adı Cavabdeh1 MMC) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(005)110/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Qusar rayonunun Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı, Qusar rayonunun Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahələrinə İddiaçı və Məmmədəliyev Cavabdeh2 hər birinin ½ hissədə payları müəyyən edilərək həmin əmlaklar üzərində bərabər paylı mülkiyyət hüquqlarının tanınması; Qusar rayonunun Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin, Qusar rayonunun Ləzə kə ndində yerləşən 0,19 ha torpaq sahəsinin açıq hərracdan satılmasına dair Cavabdeh1 MMC-nin 17 oktyabr 2019-cu il tarixli 120 saylı, 121 saylı və 122 saylı hərracın yekunları haqqında protokolların və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(103)-5306/2021 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021ci il tarixli, 2(005)-110/2021 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh3 apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsinin qətnaməsin dən kassasiya şikayəti vermiş və hər iki kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Cavabdeh "xxxx" MMC-nin (əvvəlki adı Cavabdeh1 MMC) kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, həmin kassasiya şikayətinin forması Azərbaycan Respublikası MPM-in 407-ci maddəsinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommers iya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Məcəllənin 408.1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, kassasiya şikayəti qaytarılır. MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, ş ikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Odur ki, həmin kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(103)-5306/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC (əvvəlki adı Cavabdeh1 MMC) tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar