Məhkəmə qərarları › İş №2(102)-729/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-729/2023

08.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-729/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğvi) kassasiya şikayətindən imtina, kassasiya baxışına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “müqavilələrin etibarsızlığı və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5250/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh8 kassasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/14063/2064 saylı bağ sahəsi (0.12 hektar) barədə xx.xx.2017-ci il tarixdə 4Ə-218 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ona əsasən verilmiş ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv olunması, 14 saylı notariat kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə AN-1 seriyalı ******* nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ona əsasən verilmiş ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv olunması, 7 saylı notariat kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə AN-İ seriyalı ******* nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ona əsasən verilmiş ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv olunması, 6 saylı notariat kontoru tərəfindən xx.xx.2020-ci 11 tarixdə AN-İ seriyalı ******* nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ona əsasən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2395/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında, Cavabdeh2 ilə Cavabdeh4 arasında, Cavabdeh4 ilə Cavabdeh7 arasında və Cavabdeh7 ilə Cavabdeh8 arasında bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh2, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh8 adına verilmiş çıxarışların ləğv edilməsi qət edilmişdir. (hakim Zaur Tağıyev) Cavabdehlər Cavabdeh8 və Cavabdeh7 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv və iddia tələblərinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5250/2022 nömrəli iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh8 və Cavabdeh7 tərəfindən ayrı-ayrılıqda verilmi ş apellyasiya şikayətləri təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Rəşad Həsənov) Cavabdehlər Cavabdeh8 və Cavabdeh7 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətləri icraata qəbul edilmiş və şikayətlərə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Cavabdeh8 vəkili və nümayəndəsi elektron məhkəmə sistemi vasitəsilə işə baxan məhkəmə kollegiyasına müraciət edərək, Cavabdeh8 kassasiya şikayətindən imtina etdiyini bildirərək, kassasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 410.1-ci maddəsinə görə kassasiya şikayəti vermiş ş əxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 410.3-cü maddəsinə görə kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası kassasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, kassasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquql arını və qanunla qorunan mənafeyini pozmadığı və Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığı üçün qəbul edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5250/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh8 kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənləri əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh8 kassasiya şikayətlindən imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5250/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh8 kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar