Məhkəmə qərarları › İş №2(102)-729/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-729/2024

26.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-729/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh*, X4, Cavabdeh3, Cavabdeh4, X* qarşı (üçüncü şəxslər Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi, Bəşirov Elxan Elman oğlu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi) iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, vicdanlı əldə edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərki bdə, İddiaçı cavabdehlər Cavabdeh*, X4, Cavabdeh3, Cavabdeh4 və X* qarşı (üçüncü şəxslər Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə, Bəşirov Elxan Elman oğluna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi) alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*04)-*030/2023 nömrəli, *7 may 2023-cü il tarixli qətnaməsindən Bəşirov Elxan Elman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bərdə rayonu Aqrar İslahat Kom issiyasının *999-cu il 04 may tarixli, 05 saylı qərarı ilə X5, Cavabdeh*, Cavabdeh3 və Cavabdeh4 Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,20 ha torpaq sahəsi ayrılmışdır.

2. Bərdə rayonu Aqrar İslahat Komissiyasının eyni qərarı ilə X4 və X* həmin kənddə yerləşən 0,60 ha torpaq sahəsi ayrılmışdır. 3. 02.05.200*-ci il tarixdə həmkəndliləri Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X4 və X3 adlarına olan torpaq sahələrini sadə yazılı aktla İddiaçı (bundan sonra – iddiaçı) satmaqla bağlı razılığa gəlmiş və torpaq sahəsini ona faktiki təhvil vermişlər.

4. X5 08.02.20*6-cı tarixdə ölmüşdür.

5. Bərdə Rayon Məhkəməsinin 2(02*)-4*6/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X2, X* qarşı müqavilənin bağlanmış hesab edilməsinə dair iddi a tələbi təmin edilərək, Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumilikdə *,80 ha torpaq sahəsinə dair İddiaçı ilə cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X4 və X3 arasında olan alqı-satqı müqaviləsinin 02 may 200*-ci il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. 6. 0,60 ha torpaq sahəsi 28.*2.202*-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bəşirov Elxan Elman oğluna satmış və 25.0*.2022-ci il tarixdə torpaq sahəsi sonuncunun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. 7. *,20 ha torpaq sahəsi *7.06.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində öz adlarına qeydiyyata aldıraraq, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən 5400 manata Bəşirov Elxan Elman oğluna satılmış, *9.07.2022-ci il tarixdə torpaq sahəsi sonuncu nun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh*, X2, Cavabdeh3, Cavabdeh4, X* qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə regional “ASAN-Xidmət” mərkəzinin notariat ofisində Bəşirov Elxan Elman oğlu ilə bağlanmış 22 iyun 2022-ci il tarixli, 4 Ə-**56 saylı 28.*2.202*ci il tarixli, 4 Ə-832 saylı müqavilələrin etibarsız hesab edilməsi, torpaq sahələrinin Bəşirov Elxan Elman oğlunun adına rəsmiləşdirilməsi barədə qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər tərəfindən onunla alqı-satqı müqaviləsi 200*-ci ildə bağlansa da təkrar 2022-c i ildə hər iki torpaq sahəsi notariat qaydada alqı-satqı müqaviləsi bağlanaraq Elxan Bəşirova satılmışdır. Bu barədə daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair müraciətinə etiraz edilməsi barədə bildiriş alarkən məlumatı olmuşdur. Bu səbəbdən də Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(02*)-4*6/2022 saylı qətnaməsini nəzərə alaraq, iddia təmin olunmalıdır.

10. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(02*)-3*37/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia rədd edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, alqı-satqı müqavilələrinin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin tələbləri pozulmamışdır. Bəşirov Elxan Elman oğlu v icdanlı alıcı qismində torpağın dəyərini cavabdehlərə ödəyərək, alqı-satqı müqaviləsi əsasında torpağın mülkiyyətçisinə çevrilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) *44.*, *44.2, *46.2, *46.3, 324.*, 324.4, 337.*, 337.2, 340.*, 394, 407.2, 567, 646.* və 648.*-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) *4.2, 77.* və 2*7.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tət biq edilməməsi ilə qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir.

15. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində və apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermişdir.

16. Məhkəmə iclasında Cavabdeh* apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, 30 ildir mübahisəli *.80 ha torpaq sahəsi iddiaçının istifadəsindədir. Onlar torpağı icarəyə vermişlər. İcarə müqaviləsi tərtib olunmamışdır. İddiaçı həmin torpaq sahəsində yonca, taxıl əkmişdir. Həmin torpaq sahəsi həmkəndliləri Elxan Bəşirova alqısatqı ilə satılmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən sax lanılmasını xahiş etmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(*04)-*030/2023 nömrəli, *7 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, barəsində alqı-satqı müqavilələri bağlanmış torpaq sahələri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə iddiaçı tərəfindən 200*-ci ildə alınmış, alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(02*)-4*6/2022 nömrəli qətnaməsi daşınmaz əmlak üzərinə hüquqların qeydə alınması üçün əsas olduğ u halda və icra edilməsi üçün göndərilməsinə baxmayaraq, cavabdehlər torpaq sahələrinə çıxarış alaraq, Bəşirov Elxan Elman oğluna satmışlar.

19. Birinci instansiya məhkəməsi tərəfindən Elxan Bəşirovun vicdanlı alıcı hesab edilməsi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Elxan Bəşirov iddiaçı və cavabdehlərlə bir kənddə yaşayır, bir-birlərinin tanıyırlar. Həmin torpaq sahəsinin 30 ildən artıq müddətdə iddiaçının istifadəsində olmasından, orada taxıl və yonca əkilməsindən xəbəri olmuşdur. Bundan başqa hər kəs torpaq sahəsi alarkən həmin əraziyə baxır, bəyəndikdən sonra alqı-satqı barədə notariusa müraciət edir. Mülki qanunvericiliyin tələbinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. Baxılan işdə Bəşirov Elxan Elman oğlu vicdanlı sahib kimi qəbul oluna bilməz.

20. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(02*)-4*6/2022 nömrəli qətnaməsindən narazı qalan tərəf və ya hüquqlarına toxunan üçüncü şəxslər apellyasiya şikayəti verməklə, onu mübahisələndirmək hüququna malik idilər. İş materiallarında həmin qətnamənin apellyasiya qaydasında mübahisələndirilməsi müəyyən olunmur.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin *39.*, *39.3, *44.*, *46.2, *46.3, *52.*, *52.4, 324.*, 324.4, 329.*, 334.*, 334.2, 337.*, 337.4, 394.*, 567.*, 646.*, 646.2, 648.*-ci maddələrinə, Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli, *5 sentyabr 20*4-cü il tarixli, *2 aprel 202*-ci il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Bəşirov Elxan Elman oğlu (vəkil Müşviq Mehdiyev) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər torpaq sahəsini iddiaçı almışdırsa, mülkiyyət hüquqlarını qeydə aldırmalı idi. Yalnız bundan sonra, dövlət mülkiyyət hüququna təminat verir. Qeydə alınmamış daşınmaz əmlak iddiaçının mülkiyyəti kimi tanına bilməz. Üçüncü şəxs qanunla nəzərdə tut ulmuş qaydada notarial alqı-satqı müqaviləsi bağlamış və bunun üçün torpağın dəyərini ödəmişdir. Hazırda torpaq sahəsi onun istifadəsindədir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən torpaq sahəsini ona satan əvvəlki mülkiyyətçilərin məlulmatları olmamışdır. Beləliklə də, onların və maraqlı şəxsin xəbərləri olmadan, mülkiyyət hüquqları pozulmaqla, yanlış qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

24. İş kassasiya məhkəməsinin icraatında olarkən kassator iş üzə icraatın dayandırılması barədə vəsatət vermiş və həmin vəsatəti Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Zahibə Babayevanın apellyasiya şikayət verməsi ilə əsaslandırmış, vəsatətə həmin şikayətin surətini əlavə etmişdir.

25. Məhkəmə kollegiyası iş üzrə icraatın dayandırılması barədə vəsatəti əsassız hesab etmişdir. Belə ki, MPM-in 254.*.4-cü maddəsinə əsasən mülki mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatın dayandırılması zəruri hesab edilmişdir. Lakin kassator tərəfindən əlavə edilmiş apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin icraatına qəbul edildiyi (həmin məhkəmənin icraatında olduğu) barədə sübutlar təqdim etməmiş, yalnız apellyasiya şikayətinin surətini vəsatətə əlavə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə *40. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilm əyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

28. Maddə *44.*. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

29. Maddə *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə *52.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

31. Maddə 329.*. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

32. Maddə 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 646.*. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

34. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

35. Maddə 648.*. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *2 aprel 202*-ci il tarixli Qərarı

36. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qrup laşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Prosessual Məcəllə

37. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 4* 6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə Bəşirov Elxan Elman oğlu tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Apellyasiya instansiyası məhkəməsinin aktını Bəşirov Elxan Elman oğlunun kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. İşə baxmış apellyasiya instansiyası məhkəməsi cavabdehlərin mübahisəli torpaq sahələrini 200*-ci ildə iddiaçıya satdıqlarını, həmin alqı-satqının 2022-ci ildə məhkəmə aktı ilə bağlanmış hesab edildiyini nəzərə alaraq, artıq iddiaçıya satılmış və uzun illər onun istifadəsində olan daşınmaz əmlakın Bəşirov Elxan Elman oğluna satılması barədə əqdləri etibarsız hesab etmişdir. Məhkəmə, həmçinin sonuncunun vicdanlı əldə edən olmadığı barədə qənaətə gəlmişdir.

50. Kassasiya şikayətinin bununla bağlı dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin *40-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

51. Vicdanlı əldə etmə və reyestrin tamlığı, həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir.

52. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddial ar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (27 oktyabr 2004-cü il tarixli Qərar).

53. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (*5.09.20*4-cü il tarixli Qərar).

54. Mülki Məcəllənin *40-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun *6.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığ ı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (*8.07.20*8-ci il tarixli Qərar).

55. Sadalanan hüquqi mövqelərdən göründüyü kimi daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, qeydə bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər.

56. Baxılan mübahisə üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Elxan Bəşirov iddiaçı və cavabdehlərlə bir kənddə yaşayır, bir-birlərinin tanıyırlar. Həmin torpaq sahəsinin 30 ildən artıq müddətdə iddiaçının istifadəsində olmasından, orada taxıl və yonca əkilməsindən xəbəri olmuşdur. Bundan başqa hər kəs torpaq sahəsi alarkən həmin əraziyə baxır, bəyəndikdən sonra alqı-satqı barədə notariusa müraciət edir. Məhkəmə qeyd olunanlara əsasən Bəşirov Elxan Elman oğlunu vicdanlı alıcı hesab etməmişdir.

57. Kassasiya şikayətinin cavabdehlərin Bə rdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən (həmin mülki işdən) məlumatsız olmaları barədə dəlilləri irəli sürmək üçün subyektiv hüquq həmin iş üzrə tərəflərə aiddir və baxılan iş üzrə cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişlər.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Bəşirov Elxan Elman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*04)-*030/2023 nömrəli, *7 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar