Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-73/2022 27.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X Cavabdeh və İddiaçı MMC-yə qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1299/2021 nömrəli iş üzrə 04 iyun 20 21-ci il tarixli qətnaməsindən İddiaçı MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 27 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, "xxxx" MMC-nin (İcraçı) sədri X15 ilə X (Payçı) arasında 24 mart 2008-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcraçı” ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 109 nömrəli mənzili “Payçı”ya verməyi öhdəsinə götürür. Mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 85 kv.m-dir, mənzil üçün hər kvadratmetrinin dəyəri 360 manat olmaqla ümumi dəyəri 30.600 manat təşkil edir. 2. 24 mart 2008-ci il tarixli, 00417 saylı kassa mədaxil orderindən görünür ki, X mənzilə görə müqavilə üzrə müəyyən edilmiş 30.600 manat pulu 24 mart 2008-ci il tarixdə "xxxx" MMC-yə ödəmişdir. 3. "xxxx" MMC-nin (İcraçı) sədri X15 ilə Cavabdeh (Payçı) arasında 07 noyabr 2010cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcraçı” ünvan 2 ünvanında tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, mərtəbə 8-də, 109 nömrəli mənzili “Payçıya” verməyi öhdəsinə götürür. Mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 85 kv.metrdir, mənzil üçün hər kvadratmetrinin dəyəri 400 manat olmaqla, ümumi dəyəri 34.000 manat təşkil edir.
4. İş materiallarında olan 07 noyabr 2010-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 85 kv.metrlik 2 otaqlı mənzilə görə müqavilə üzrə müəyyən edilmiş 34000 manat pu lu həmin tarixdə "xxxx" MMC-yə ödəmişdir.
5. Bundan başqa ayrıca icraatda qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin üzərinə 07 noyabr 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 3 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbədə sahəsi 85 kv.metr olan 109 saylı mənzilinin Cavabdeh təhvil verilməsi, 17 noyabr 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 3 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 9-cu mərtəbədə sahəsi 85 kv.m olan 112 saylı mənzilinin Nümayəndə Əbülfəz qızına təhvil verilməsi, 04 fevral 2011-ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 3 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 6-cı mərtəbədə sahəsi 85 kv.m olan 96 saylı mənzilinin X4 təhvil verilməsi, 08 dekabr 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 3 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 13-cü mərtəbədə sahəsi 85 kv.m olan 132 saylı mənzilinin X6 təhvil verilməsi öhdəliklərini yerinə yetirmək vəzifəsi qoyulmuşdur.
6. Abşeron Rayon Məhkəməsinin 06 iyun 2014-cü il tarixli qərardadı ilə "xxxx" MMCnin adının dəyişdirilib İddiaçı MMC olması ilə əlaqədar Abşeron Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli, 2(012)-196/2009 nömrəli, 29 noyabr 2011-ci il tarixli, 2(012)1643/2011 nömrəli, 10 dekabr 2012-ci il tarixli, 2(012)-1522/2012 nömrəli və 03 may 2013cü il tarixli, 2(012)-957/2013 nömrəli qətnamələrinin icrası ilə əlaqədar tələblər İddiaçı MMC-yə yönəldilməsi izah edilmiş dir.
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qərarı ilə Cavabdeh, X10, X9 və Nümayəndə X iddiaları təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli, 2(012)-957/2013 nömrəli qətnaməsi üzrə icra hərəkətlərinin davam etdirilməsi öhdəliyi Abşeron rayon icra şöbəsinin üzərinə qoyulmuşdur.
8. İşə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 noyabr 2016-cı il tarixli qərarından məlum olur ki, "xxxx" MMC-nin keçmiş direktoru X Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş, onun ölümü ilə əlaqədar işin icraatına xitam verilmişdir
9. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 13 sentyabr 2017-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin keçmiş direktoru X Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaqı tamamlanıb məhkəməyə göndərilmiş ********* nömrəli və hazırda istintaqı davam etdirilən ********* nömrəli cinayət işləri üzrə topalanmış istintaq maaterialları ilə həmin cəmiyyətin keçmiş direktoru X cəmiyyətin digər vəzifəli şəxsləri tərəfindən Cavabdeh və qeyrilərinin yaşayış və qeyriyaşayış sahəsinin satılması adı ilə aldadılaraq əmlaklarının ələ keçirilməsi və sonuncuların mənzil və qeyriyaşayış sahəsinin alqı-satqısı ilə bağlı şəxsən, X və qeyriləri vasitəsi ilə cəmiyyətə pul ödəmələri kifayət qədər təsdiq olunmadığına görə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar.
10. Hüquqi şəxsin nizamnamə kapitalın dakı payının hüquq və vəzifələrin alqısatqısına dair X15 (satıcı) X16 (alıcı) arasında bağlanmış 28 dekabr 2009-cu il tarixli müqaviləyə əsasən satıcı Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüququ şəxslərin qeydiyyatı idarəsi tərəfindən 25.12.2009-cu il tarixdə **********079300 saylı reyestrdən (əvvəlki dövlət qeydiyyatı 0103-P34-38844) çıxarışa əsasən "xxxx" MMC-dəki hüquq, vəzifələrini, nizamnamə kapitalını alıcıya 5000 manata satmışdır. Alıcı da həmin qiymətə almışdır. "xxxx" MMC-dəki hüquq, vəzifələr, nizamnamə kapitalı alqı-satqı müqaviləsinə kimi qeydə alınan bütün yazılı öhdəliklər satıcıya, alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra isə alıcıya aiddir.
11. Kommersiya hüquqi şəxslərinin dövlət reyes trindən 11 fevral 2016-cı il tarixə olan çıxarışının surətindən görünür ki, 26 noyabr 2003-cü il tarixdə qeydiyyata alınmış İddiaçı MMC-nin təsisçiləri X16 - 50% və X3r - 50%.
12. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 23 fevral 2018-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində "xxxx" MMC-nin (VÖEN **********) 26.11.2003cü il tarixdə 0103-P34- 38844 nömrə ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərin 10.06.2013-cü il tarixli qərarı ilə adının İddiaçı MMC-yə dəyişdirilməsi, X7 25.12.2009-cu il tarixdən 05.03.2013-cü il tarixədək Cəmiyyətin rəhbəri olması barədə məlumat mövcuddur.
13. İddiaçı MMC-nin nümayəndəsinin X göndərilmiş 12 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, o, 30.600 manat ödəməklə "xxxx" MMC ilə 24 mart 2008-ci il tarixdə alqı-satqı müqaviləsi ba ğlayaraq X küçəsi 1 ünvanında inşa edilmiş 14 mərtəbəli binanın 2-ci girişi, 8-ci mərtəbə, 109 nömrəli, 2 otaqlı, 85 kv.m olan mənzili almışdır. Lakin "xxxx" MMC-nin rəhbəri X haqqında cinayət işi qaldırıldığından mənzil ona təhvil verilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, ona satılmış mənzillə bağlı sonradan xxx küçəsi ev 7, mənzil 34-də qeydiyyatda olan Cavabdeh adına da müqavilə yazılmışdır. Bu səbəbdən də mənzilin ona təhvil verilməsi prosesi gecikir. Əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı MMC tərəfindən Abşeron Rayon Məhkəməsində Cavabdeh qarşı “əqdin etibarsızlığı” barədə iddia qaldırılmışdır və məhkəmənin yekun aktı barədə ona məlumat veriləcəkdir.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin in 26 aprel 2021-ci il tarixli məktubundan görünür ki, 24 mart 2008-ci il tarixli, 00417 nömrəli kassa mədaxil orderinə əsasən X ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 109 nömrəli mənzili üçün payçı kimi 30.600 manat vəsaitin və 07 noyabr 2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh ünvan 4 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 109 nömrəli mənzili üçün payçı kimi 34000 manat vəsaitin "xxxx" MMC-yə ödəyib-ödəməsi barədə məlumat vergi orqanının uçot məlumatlarında mövcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı MMC Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sür ən üçüncü şəxs X Cavabdeh və İddiaçı MMC-yə qarşı “əqdin etibarsız sayılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizələri ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh "xxxx" MMC-nin ünvan 3 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2ci blokunda 8-ci mərtəbəsində ümumi sahəsi 85 kvadratmetr olan 109 saylı mənzilin tikilib cavabdehə verilməsi nəzərdə tutulan, 07 noyabr 2010-cu il tarixli müqavilə və guya cavabdehin həmin mənzilə görə "xxxx" MMC-yə 34.000 manatı pul ödəməsi barədə maliyyə arayışı verib. Lakin Abşeron rayon İcra Hakimiyyətinin 2226 saylı 06 sentyabr 2017-ci il tarixli məktubundan və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin ********* saylı 13 sentyabr 2017-ci il tarixli məktubunu aldıqdan sonra iddiaçıya məlum olub ki, əslində "xxxx" MMC tərəfindən cavabdehin adına mübahisəli mənzilə dair 07 noyabr 2010-cu il tarixli müqavilə və maliyyə arayışı qanunsuz olaraq verilib. Belə ki, Cavabdeh "xxxx" MMC-yə bir manat da olsun pul ödəməyib. İddiaçı Abşeron rayon İcra Hakimiyyətinin 2226 saylı 06 sentyabr 2017-ci il tarixli məktubunu və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə iarəsinin ********* saylı 13 sentyabr 2017-ci il tarixli məktubunu aldıqdan sonra ona məlum olub ki, Cavabdeh onun adına yazılmış mübahisəli mənzilə görə "xxxx" MMCyə pul ödəməyib. Cavabdeh mənzil üçün pul ödəmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından c avabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan cinayət işində zərərçəkmiş qismində tanınmamışdır.
17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə 24 mart 2008-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq onun xxx küçəsi 1 ünvanında inşa etdiyi 14 mərtəbəli binanın 2-ci girişi, 8-ci mərtəbə, 109 nömrəli, 2 otaqlı, 85 kv.m olan mənzilini almışdır. Buna görə o, MMC-nin hesabına 30.600 manat pul ödəmişdir. MMC tərəfindən ona müqavilə və maliyyə arayışı verilmişdir. Hazırda ona məlum olmuşdur ki, ona satılmış mənzilə dair ondan sonra Cavabdeh adına müqavilə yazılmışdır. Həmin mənzilin Orxana satılması qanunsuz olmuşdur. Müqavilə və maliyyə arayışından görünür ki, guya o, müqaviləni MMC-nin direktoru X15 ilə bağlamışdır. Halbuki, X 2010-cu ildə MMC-nin direktoru olmamışdır. Belə ki, 28 dekabr 2009-cu il tarixdə X MMC-ni X1. Həmin tarixdən də X rəhbər kimi səlahiyyətlərinə xitam verilmişdir. Yəni, Cavabdeh əlində olan müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Ona görə də bu müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa əlində olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin məktubundan görünür ki, Cavabdeh və digər bir neçə şəxsin yaşayış və qeyri-yaşayış sahələri almaları ilə bağlı cəmiyyətə pul ödəmələri kifayət qədər təsdiq olunmadığına görə onlar iş üzrə zərərçəkən qismində tanınmamışlar. "xxxx"-nin hüquqi varisi olan İddiaçı MMC həmin mənzilin ona aid olmasını təsdiq edir, lakin Cavabdeh həmin mənzil ə olan müqaviləsi onun həmin mənzildən istifadə etməyinə imkan vermir.
18. Abşeron Rayon Məhkəməsinin 2(012)-1217/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı MMC-nin X12 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07 noyabr 2010-cu il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X iddiası təmin edilmiş, ünvan 5 ünvanındakı 14 mərtəbəli binanın 2-ci girişi, 8-ci mərtəbə, 109 nömrəli, 2 otaqlı, 85 kv.metr sahəsi olan mənzilinə dair Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 07 noyabr 2010-cu il tarixli müqavilə etibarsız hesab edilmişdir.
19. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmış dır ki, etibarsız sayılması tələb edilən 07 noyabr 2010-cu il tarixli müqavilə təsisçilərin 10 iyun 2013-cü il tarixli qərarı ilə adı İddiaçı MMC-yə dəyişdirilmiş "xxxx" MMC-nin (İcraçı) sədri X15 ilə Cavabdeh (Payçı) arasında bağlanmışdır, həmin müqaviləyə əsasən “İcraçı” ünvan 2 ünvanında tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, mərtəbə 8-də, 2 otaqdan ibarət, ümumi sahəsi 85 kv.m, hər kvadratmetrinin dəyəri 400 manat olmaqla ümumi dəyəri 34.000 manat təşkil edən 109 nömrəli mənzili “Payçıya” verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin etibarsız sayılması ilə bağlı həmin iddia 10 sentyabr 2017-ci il tarixdə məhkəməyə verilmişdir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqq ında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
21. Mülki qanunvericiliyə görə, istinad olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, faktiki olaraq kəsici müddətdir. Belə olan halda, həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqliolaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər isə iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən olunmuş halda həmin müddət uzadıla bilər. Məlumdur ki, mənzilə dair ikinci, 07 noyabr 2010-cu il tarixli müqavilə onun tikintisini başa çatdırıb Cavabdeh təhvil vermək öhdəliyini üzərinə götürmüş İddiaçı MMC (əvvəlki "xxxx" MMC) tərəfindən bağlanmışdır, o zaman müqaviləni bağlamış iddiaçı MMC-nin müvafiq səlahiyyətli şəxsləri müqavilənin etibarsız sayılmasına əsas verən halları bilmişlər, başqalarından fərqli olaraq isə hətta bilməli idilər. Çünki, həmin mənzil daha əvvəl, yəni 24 mart 2008-ci il tarixdə "xxxx" MMC-nin (İcraçı) sədri X15 ilə X (Payçı) arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti olmuş, buna dair müvafiq qeydiyyat həmin MMC-də aparılmış, müqavilə saxlanılmış və mənzilin pay dəyəri tam olaraq ödənilmişdir. Beləliklə, iddiaçı tərəf 07 noyabr 2010-cu il tarixli müqavilənin bağlanmasından sonra kəsici müddəti ötürərək həmin müqavilənin etibarsızlığı ilə bağlı yalnız 10 sentyabr 2017-ci il tarixdə, 7 ilə yaxın müddət keçdikdən sonra iddia qaldırmışdır. Həmin hal iddia tələbinin ikinci-maliyyə arayışının etibarsız hesab edilməsi hissəsinə də aiddir, əsas sənəd hesab olunan müqavilənin etibarsız hesab olunması barədə iddianın rədd edilməli olduğu halda onun əsasında verilmiş sənədin etibarlılığı məsələsinin müzakirəsinə zərurət qalmır. Bununla da, məhkəmə hesab edir ki, həmin əsasla iddiaçının iddia tələbi ümumilikdə təmin edilməməlidir.
22. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 2 otaqdan ibarət, ümumi sahəsi 85 kv.m olan, hər kvadratmetrinin dəyəri 360 manat olmaqla ümumi dəyəri 30.600 manat təşkil edən 109 nömrəli mənzilin alqı-satqısına dair müqavilə "xxxx" MMC-nin (İcraçı) sədri X15 ilə X (Payçı) arasında 24 mart 2008- ci il tarixdə bağlanmışdır, müqavilənin şərtinə görə “İcraçı” mənzili “Payçı”ya verməyi öhdəsinə götürmüş, “Payçı” isə mənzilin dəyəri kimi müəyyən edilmiş 30.600 manat pulu 24 mart 2008-ci il tarixli 00417 nömrəli kassa mədaxil orderi əsasında "xxxx" MMCyə ödəmişdir.
23. Bununla da, üçüncü şəxs X həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir, bundan irəli gələrək isə həmin üçüncü şəxs əmlakı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydə aldıraraq sərəncam vermək hüququ əldə etməklə bağlı “qanuni gözləntiyə” malik olmuşdur. Lakin sözügedən mənzilə dair üçüncü şəxs İX ilə bağlanmış 24 mart 2008-ci il tarixli müqavilə hal-hazıradək mübahisələndirilmədiyi, etibarsız hesab olunmadığı, qüvvədə olduğu halda, müqavilənin predmeti olan mənzilə dair "xxxx" MMC-nin (İcraçı) sədri X15 ilə Cavabdeh (Payçı) arasında 07 noyabr 2010-cu il tarixdə alqı-satqı müqaviləsi də bağlanmışdır.
24. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh fərqli olaraq üçüncü şəxs X tərəfindən mənzilin pay dəyərinin ödənilməsini təsdiq edən, mötəbər sübut qismində qəbul ediləcək xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi, ciddi hesabat blankı mövcuddur. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində "xxxx" MMC-nin keçmiş direktoru X Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair və hazırda istintaqı davam etdirilən cinayət işləri üzrə topalanmış istintaq maaterialları ilə həmin cəmiyyətin keçmiş direktoru X cəmiyyətin digər vəzifəli şəxsləri tər əfindən Cavabdeh və qeyrilərinin yaşayış və qeyri-yaşayış sahəsinin satılması adı ilə aldadılaraq əmlaklarının ələ keçirilməsi və sonuncuların mənzil və qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı şəxsən və qeyriləri vasitəsi ilə cəmiyyətə pul ödəmələri kifayət qədər təsdiq olunmadığına görə o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Bununla da, Cavabdeh mənzilin pay dəyərinin ödənilməsini təsdiq edən sübutu-maliyyə arayışını təqdim edə bilməməsi və sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasına əsasların müəyyən edilməməsinin özü Cavabdeh ilə bağlanmış müqavilənin etibarsızlığına kifayət qədər dəlalət edir.
25. Bundan başqa üçüncü şəxsin iddiası həmin iddia üzrə cavabdeh, müqavilə tərəfi olan İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında və yazılı ərizəsində iddianı etiraf etmişdir.
26. Mübahisəli mənzilə dair üçüncü şəxs X ilə 24 mart 2008-ci il tarixdə bağlanmış müqavilə qüvvədə olduğu halda, həmin müqavilənin predmeti olan mənzilə dair Cavabdeh ilə sonradan, 07 noyabr 2010-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün əsaslar onun bağlandığı andan mövcud olmuşdur.
27. Məhkəmə "xxxx" MMC-nin üzərinə 07 noyabr 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 3 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbədə sahəsi 85 kv.m olan 109 saylı mənzilinin Cavabdeh təhvil verilməsi öhdəliyini yerinə yetirmək vəzifəsinin qoyulmasına dair Abşeron Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli 2(012)-957/2013 nömrəli qətnaməsi ilə bağlı qeyd edir ki, marağına toxunduğu halda üçüncü şəxs X həmin iş üzrə cəlb edilməmiş, işdə işirak edən tərəf olmamışdır, hazırda isə 07 noyabr 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, həmin qətnamənin mövcud olması müqavilənin etibarsız sayılmasına maneə deyildir.
28. Bununla yanaşı, məhkəmə üçüncü şəxsin iddiasında X7 "xxxx" MMC-ni 28 dekabr 2009-cu il tarixdə X2, həmin tarixdən də X rəhbər kimi səlahiyyətlərinə xitam verildiyi, bununla da Cavabdeh hazırkı mübahisələndirilən müqaviləni səlahiyyəti olmayan şəxslə bağladığı barədə göstərilənlərə münasibətdə qeyd etmişdir ki, istinad olunan 28 dekabr 2009-cu il tarixli müqavilə X15 (satıcı) X16 (alıcı) arasında fərdi qaydada bağlanmışdır, notarial qaydada təsdiqlənməmişdir, müq avilənin məhz həmin tarixdə bağlandığına dair mötəbər sübutlar da yoxdur.
29. Nəzərə alınsa ki, həmin müqaviləni sübut qismində qəbul edib qiymətləndirmək olar, belə halda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları rəhbər tutulmalıdır, həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Qanunun 12.1-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Hansı ki, X 28 dekabr 2009-cu il tarixli müqavilə ilə hüquqi şəxsin nizamnamə kapitalındakı payının hüquq və vəzifələrinin alqı-satqısını X xeyrinə həyata keçirsə də, bu dəyişiklik yuxarıda göstərilən qaydada hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmamışdır. Vergilər Nazirliyinin 23 fevral 2018-ci il tarixli məktubunda da qeyd edildiyi kimi, X7 25 dekabr 2009-cu il tarixdən 05 mart 2013-cü il tarixədək "xxxx" MMC-nin (təsisçilərin 10 iyun 2013-cü il tarixli qərarı ilə adı İddiaçı MMC-yə dəyişdirilmiş) rəhbəri olması barədə dövlət reyestrində məlumat mövcuddur. Ona görə məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiasında bu barədə irəli sürülən dəlilin əsası yoxdur, həmin hal "xxxx" MMCnin sədri X15 ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməli olmasının əsaslarından biri kimi qəbul edilə bilməz, ona görə nəzərə alınmır.
30. Məhkəmə öz mövqeyin i Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.8, 337.1, 337.4, 354.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 52.2, 77.1, 88, 119.1, 191.3, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.
32. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1299/2021 nömrəli iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1217/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi X iddiasının təmin edilməsi hissəsində ləğv olunmuş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə mübahisə predmeti barəsində müstəqil tə ləb irəli sürən üçüncü şəxs X Cavabdeh və İddiaçı MMC-yə qarşı əqdin etibarsız sayılması və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının təmin olunmaması, qətnamənin İddiaçı MMC-nin X12 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07 noyabr 2010-cu il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumunun X tutularaq Cavabdeh verilməsi qət edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki mübahisəli mənzillə bağlı həm X, həm də Cavabdeh "xxxx" MMC ilə müqavilələrinin mövcudluğu işin mübahisəsiz halıdır. Həmin mənzilə dair ödənişin təsdiqi kimi X 24.03.2008-ci il tarixli kassa mədaxil orderi, Cavabdeh isə 07.11.2010-cu il tarixində verilmiş maliyyə arayışını təqdim etmişdir. İşə baxan birinci instansiya məhkəməsi həmin ödəniş sənədlərinə qiymət verərkən X təqdim etdiyi kassa mədaxil orderini ciddi hesabat sənədi kimi qəbul etmiş, başqa sözlə, həmin sənədi daha mötəbər sənəd kimi qiymətləndirmişdir.
34. Halbuki, həmin sənədin forma və rekvizitləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli, 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın tələblərinə cavab vermir. Qaydaların 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati -hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etməyə yol verilmir.
35. Bundan əlavə, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq alınmış və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 aprel 2021-ci il tarixli məktubundan görünür ki, 24 mart 2008-ci il tarixli, 00417 nömrəli kassa mədaxil orderinə əsasən X ünv an 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 109 nömrəli mənzili üçün payçı kimi 30.600 manat vəsaitin və 07 noyabr 2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh ünvan 4 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 109 nömrəli mənzili üçün payçı kimi 34000 manat vəsaitin "xxxx" MMC-yə ödəyib-ödəməsi barədə məlumat vergi orqanının uçot məlumatlarında mövcud deyildir.
36. Birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən yekun nəticəyə gələrkən istinad etdiyi hallardan biri də o olmuşdur ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası həmin iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi tərəfindən etiraf edilmişdir. Bu dəlili əsaslandırmaq üçün məhkəmə AR MPM-in 52.2 və 191.3-cü maddələrinə is tinad etmişdir. Doğrudur, məhkəmə həmin halın üzərində dayanıb onu əsaslandırmağa cəhd etməsə də və cavabdehin etirafının təsdiq edilib-edilməməsinə qiymət verməsə də, həmin maddələrə istinad etməsi onu deməyə əsas verir ki, məhkəmə yekun nəticəyə gələrkən bu halı da nəzərə almışdır
37. Bundan əlavə, işdən görünür ki, İddiaçı MMC ilə X13 arasında mübahisəli mənzillə bağlı 09 fevral 2013-cü ildə müqavilə bağlanmış, MMC tərəfindən sonuncuya həmin mənzillə bağlı 39950 manat pul ödəməsi və borcunun olmaması barədə maliyyə arayışı verilmişdir.
38. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152.1-152-3-cü, habelə 157.8-ci maddələrinin tələblərinə istinad edib, üçüncü şəxsin sözügedən mənzilin pay haqqını tam məbləğdə ödəməklə mənzilə mülkiyyət hüququna dair “gözlənti hüququ” əldə etməsi qənaə tinə gəlsə də, gəldiyi nəticəni qeyd olunan maddənin tələblərinə uyğun olaraq kifayət qədər araşdırmamışdır.
39. Bununla bağlı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zərur hesab etmişdir.
40. Hər şeydən əvvəl, qeyd edilməlidir ki, mübahisəli məzillə bağlı işdə olan bütün müqavilələr kooperativ binada mənzil tikintisi üçün bağlanmışdır. Lakin işdən göründüyü kimi "xxxx" MMC, həm də onun hüquqi varisi İddiaçı MMC təşkilati hüquqi formasına görə Kooperativ deyil, Məhdud Məsuliyyətli Cəmiyyətlərdir. Mübahisəli mənzilə dair iddiaçı ilə cavabdeh arasında, eləcə də üçüncü şəxs arasında bağlanmış müqavilələr öz məzmununa görə əslində podrat müqaviləsidir.
41. Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsa slanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa təlabatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.
42. Həmin Məcəllənin 109-3-cü maddəsində göstərilir ki, kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir.
43. Həmin Məcəllənin 111.3.3-cü maddəsinə görə, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.
44. Birinci instansiyası məhkəməsi, sadalanan maddələrin tələbləri üzrə heç bir araşdırma aparmadan, "xxxx" MMC-nin təşkilati hüquqi formasına, mübahisəli mənzilin hüquqi vəziyyətinə aydınlıq gətirmədən, təşkilatı hü quqi formasına görə Kooperativlə MMC fərqli hüquqi şəxslər olmasına diqqət yetirmədən, hazırki mülki mübahisəyə Mülki Məcəllənin 152.1-152-3-cü, habelə 157.8-ci maddələrinin tələblərini tətbiq etməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu isə, MPM-nin 385.1.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası eyni zamanda, artıq formalaşmış məhkəmə təcrübəsini nəzərə alıb hesab edir ki, mənzil və qeyri-yaşayış sahələrinin tikintisi ilə məşğul olan MMC ilə ayrı-ayrı şəxslər arasında yaranan münasibətlər podrat münasibətləri hesab edilməklə, onlar arasında öhdəlik hüquq m ünasibətləri podrat müqaviləsinə əsasən əmələ gəldiyindən, belə münasibətlərə podrata aid normalar tətbiq edilməlidir.
45. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı bir məmulatın hazırlanması nəzərdə tutulursa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayırsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir.
46. Maddənin mənasına görə, “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” ifadəsi, yəni hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verməsi məhz podratçının vəzifəsi kimi müəyyən edilmişdir.
47. Həmin Məcəllənin 452.1-ci maddəsində isə göstərilir ki, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə, kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərt lərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
48. Birinci instansiya məhkəməsi sadalanan maddələrin tələbləri baxımından mübahisəli mənzilin 24 mart 2008-ci il tarixli müqavilə üzrə üçüncü şəxsin sahibliyinə, istifadəsinə verilməsi öhdəliyi "xxxx" MMC tərəfindən icra edilmədiyi halda, üçüncü şəxsin həmin mənzili ötən müddət ərzində cavabdehdən geri tələb etməklə, müqavilədə nəzərdə tutulmuş şərtlərlə ona verilməsini tələb etməməsinin səbəblərini araşdırmadan, həmin mənzillə bağlı 2013-cü ildən "xxxx" MMC (sonradan İddiaçı MMC adlanıb) ilə cavabdeh arasında uzun-uzadı məhkəmə çəkişmələrinin davam etməsinə və sonda mənzilin sonuncunun sahibliyinə, istifadəsinə verilməsi ilə üçüncü şəxsin həmin mənzili tələb etmək hüququnun aradan qalxmasına əhəmiyyət verməmişdir. Ümumiyyətlə, məhkəmə sonuncu ilə bağlanmış müqavilə üzrə mənzilə görə vəsaitin MMC-nin bank hesabına daxil olubolmamasını yoxlamadan, həmin müqavilənin cavabdeh və digərlərinin "xxxx" MMC-yə qarşı “öhdəliyin icra edilməsinin həvalə edilməsi” iddiasına dair mülki işə baxılarkən, üçüncü şəxsin mövcudluğunun məhkəmədən gizlədilməsini nəzərə almadan, eləcə də mübahisəli mənzilə dair başqa şəxslə də müqavilənin olmasına əhəmiyyət vermədən X dəlilləri ilə razılaşmışdır.
49. Baxmayaraq ki, daha öncə qeyd olunduğu kimi mübahisəli mənzil artıq Cavabdeh verildiyi ndən, yəni mənzilin verilməsi barədə öhdəlik daha əvvəl yarandığından Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə X hazırki tələbi təmin oluna bilməzdi.
50. Mübahisəli mənzilə dair cavabdehlə iddiaçı arasında məhkəmə çəkişmələrinin 2013-cü ildən davam etməsi, sonuncunun həmin mənzilə dair 24 mart 2008-ci il tarixdə üçüncü şəxslə müqavilə bağlamasını məhkəmədən gizlətməsi və mənzili cavabdehdən əvvəl üçüncü şəxsə satdığını qeyd etdiyi halda, məhz üçüncü şəxsin mənafeyi üçün hazırki iddianı qaldırması da, İddiaçı MMC ilə üçüncü şəxsin mənafelərinin üst-üstə düşdüyünü təsdiq edir və bu hal açıq-aşkar üçüncü şəxsin əvvəlki məhkəmə çəkişmələri barəsində məlumatsız olması, iddiaçının onu məlumatlandırmaması qənaətinə gəliməyə əsas vermir. Ona görə də məhkəmə kollegiyası üçüncü şəxsin c avabdehlə bağlanmış müqavilədən xəbərsiz olması və bu halın onun hazırkı iddianı qaldırması (24.11.2020-ci ildə) ilə təsdiq edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmır.
51. Bu hal həm də onunla inkar olunur ki, "xxxx" MMC-nin keçmiş direktoru Qasım Məmmədovun Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair uzun müddət istintaq getmiş və məhkəmənin gedişi vaxtı öldüyü üçün iş üzrə icraata xitam verilmişdir. Həmin iş üzrə xeyli sayda şəxslər zərərçəkmiş qismində tanınmış, ünvan 4 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasından mənzil almış şəxslər hamısı istintaq vaxtı dindirilmişdir. X həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb dindirilməsə də, hadisədən məlumatsız olması inandırıcı hesab edi lə bilməz.
52. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilə dair cavabdehlə müqavilə bağlanmasından 10 ildən sonra iddiaçı və üçüncü şəxs cavabdehə qarşı eyni məzmunlu iddia ərizələri ilə məhkəməyə müraciət etməklə kəsici müddəti də ötürmüşlər.
53. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (həm də anası) bildirdi ki, 2015-cı ildən mənzilin açarı onlardadır və mütəmadi olaraq mənzilə baş çəkir. Hazırda da mənzil onların sahibliyində və istifadəsindədir.
54. Apelyasiya baxışında X isə bildirdi ki, həmin mənzili 2008-ci ildə almışdır. Sonradan uzun müddət Quba rayonunda yaşamış, lakin 2015-ci ildə mənzilə baxmağa gələndə qapısının bağlı olduğunu görmüşdür.
55. Məhkəmə kollegiyası M.Ə.İbadovun bu dəlilinə tənqidi yanaşır, çünki kifayət qədər yüksək vəsaitlə alınmış mənzilə bu qaydada münasibət göstərilməsi inandırıcı deyidir və o, ən azından 2008-ci ildə aldığı mənzilin kimin və hansı əsasla istifadəsində olmasını bilməli, yəni hazırda mübahisələndirdiyi əqdin mövcudluğundan xəbərdar olmalı idi. Lakin o, qanunla nəzərdə tutulmuş 1 il ərzində deyil, bu əqdin mövcudluğunu bilməli olduğu vaxtdan gec hazırkı iddianı qaldırmış və kəsici müddəti ötürmüşdür. Müddətin ötürülməsi isə istənilən halda, qaldırılmış iddianın rədd edilməsi üçün əsasdır.
56. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, istər iddiaçı, istərsə də müstəqil tələb irəli sürən üçüncü şəxs xxxx küçəsi 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 109 nömrəli mənzilə dair iddialarını sübuta yetirə bilməmişlər.
57. Bununla belə məhkəmə koll egiyası izah edir ki, iddianın bu şəkildə təmin olunmaması mübahisəli mənzil üçün X tərəfindən "xxxx" MMC-yə (hazırda "xxxx" MMC) ödənildiyini iddia etdiyi pulun geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
58. İddiaçı MMC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
59. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
60. Mübahisə pre dmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
63. Cavabdehin nümayəndəsi və vəkili iza hat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
64. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və üçüncü şəxs hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
65. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
66. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
67. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı və üçüncü şəxs apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
69. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. (maddə 354.2)
70. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kredit or həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (maddə 452.1)
71. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. (maddə 752.2) Mülki Prossesual Məcəllə
72. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
73. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
74. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
75. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
76. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
77. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
78. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
79. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahiz ə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
80. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1299/2021 nömrəli iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi