Məhkəmə qərarları › İş №2(102)-73/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-73/2023

09.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-73/2023 09.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı (X23, X24, X27, X18 və X19 mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ № 2(102)-73/2023 (Açar sözlər: vərəsəlik, miras) Bakı şəhəri, 9 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1564/2022 nömrəli mülki iş üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı Rambom oğlu - hədiyyə verən ilə X25 - hədiyyə alan arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən və məzmunundan görünür ki, hədiyyə verən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsindəki 51-53 ünvanında yerləşən ümumi sahəsi 32.6 kv.m olan qeyri-yaşayış sahəsini hədiyyə alanın mülkiyyətinə verir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ***** ** nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 51-53 nömrəli ümumi sahəsi 32.6 kv.m olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 12615 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. 4. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ünvan 3a yerləşən yaşayış sahəsi, ünvan 4erləşən qeyri-yaşayış sahəsi iddiaçının qardaşı X14 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçmişdir.

5. X25 14 aprel 2021-ci il tarixdə vəfat etmişdir.

6. X14 4 vərəsəsi - arvadı Qanuni nümayəndə, uşaqları X20, X27, X9muşdur.

7. İddiaçı Cavabdehnə ünvanlandığı ərizənin mətnində “xx.xx.2021-ci ildə mənim ünvan 6 ünvanında yaşayan qardaşım X25 ölmüşdür. Xahiş edirəm məni vərəsə ki mi tanıyasınız. Mirasın tərkibi: daşınar və daşınmaz əmlaklar ondan irs qalmışdır. Bildirmək istəyirəm, miras əmlaklar əv vələr atamız X10 tərəfindən gələcəkdə aramızda bölüşdürmək şərti ilə qardaşım X14 adına alınmışdır. Qardaşım X14 vaxtından əvvəl vəfat etdiyi üçün əmlakları bölə bilmədi. Mirasın tərkibinə daxil olan daşınar və daşınmaz əmlakdan mənə çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edirəm.” göstərilmişdir.

8. X22 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinin surətindən görünür ki, tərəflər xx.xx.2021-ci iİ tarixdə vəfat etmiş X4mış miras əmlaklara dair öhdəlik müqaviləsi bağlamış, ondan miras qalmış əmlaklar: Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 53, mənzil-; Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəşi 77 ünvanda y erləşən qeyri-yaşayış sahəsi; ünvan 8a yerləşən qeyri-yaşayış sahəsi; Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanda yerləşən torpaq sahəsi; **-LM-*** qeydiyyat nişanlı, QAZ3110-101 minik markalı nəqliyyat vasitəsi göstərilmiş, X22 atasından qalmış əmlaklardan ona çatası paydan 25% payını əmisi İddiaçı bağışlaması, İddiaçı isə qardaşı X4mış miras əmlaklardan onun qızı X22 tərəfindən bağışlanacaq əmlakı qəbul etməsi barədə öhdəlik götürmüşlər.

9. Cavabdeh 16 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, X14 birinci növbəli vərəsə olduğu üçün İddiaçı notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik işinin dayandırılması və ünvan 2 ( qeyri-yaşayış sahəsi), Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 (yaşayış sahəsi), ünvan 10 çıxarışlar əsasında miras qalmış əmlak payının ona aid hissədə tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 aprel 2021- ci il tarixində iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, 3 MKR, R.Məmmədov küçəsi ev 3, mənzil 3-də yaşayan qardaşı X25 vəfat etdikdən sonra, onun adına olan miras payı ilə əlaqədar övladları notariusa müraciət edərək, onlara aid payın müəyyən edilməsini xahiş etsələr də, sonradan qardaşının övladlarının bir hissəsi onların atasına (X12) məxsus olan, ancaq qardaşının adına sənədləşdirilmiş əmlakların da bölünməsini tələb etmələri qanunsuzdur və ona görə də iddiaçı notariusda vərəsə kimi tanınmasını xahiş etsə də, xx.x x.2021-ci il tarixdə ona imtina məktubu verilərək, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

12. Məhkəmə iclasında üçüncü şəxs X22 verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında üçüncü şəxslər X27 və X2i nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, verilmiş iddia tələbini əsassız hesab edir. Belə ki, X25 vəfat etdikdən sonra sonra miras açılmış, onun 1-ci növbə vərəsələri mövcud olmuşdur. Miras əmlaka dair qanunvericiliyə uyğun bölgü aparılmalı, paylar müəyyən edilməlidir. İddiaçının miras aktivinə və ya passivinə dair hüquqları yoxdur. ünvan 2 (qeyriyaşayış sahəsi), Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 (yaşayış sahəsi), ünvan 10 ünvanı ilə bağlı İddiaçı hər hansı hüququ yaranmamışdır. İddiaçının qardaşının mülkiyyətində olan əmlaka dair vərəsələr onun arvadı və uşaqları hesab olunmalıdır.

14. Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-4693/2021 saylı iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı qardaşı X11 miras qalmış əmlaka payının tanınmalı olmasını bildirsə də, miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin olması iş materialları ilə müəyyən edilmişdir. Belə olduğu halda mülki qanunvericiliyin 1160-cı maddəsinin tələbi baxımından iddia təmin oluna bilməz. İddiaçı onun əmlaka dair məcburi pay hüququnun olmasına istinad etsə də, mülki qanun vericiliyin 1193-cü maddəsinin tələbinə görə mirasdan məcburi pay almaq hüququ vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payının olması qeyd olunmuşdur. Məhkəmə baxışı zamanı İddiaçı və X21 arasında xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinin bağlanması və ya Z.Yaqubova iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olaraq iddia tələbini qəbul etməsi miras qalmış əmlaka dair iddiaçının payının tanınması üçün əsas yaratmır. Belə ki, iddiaçı miras qalmış əmlaka birinci növbəli vərəsə sayılmadığından onun tələbi təmin oluna bilməz.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1151, 1159.1.1, 1160, 1193, 1243 və 1246-cı maddələrinə istinadla ə saslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı şikayətini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77 ( qeyri-yaşayış sahəsi), ünvan 11 ünvanında yerləşən daşınmaz əmlaklar qardaşı Marik Yaqubovun adına olsa da, həmin əmlaklar məhrum ataları X12 tərəfindən alınaraq qardaşının adına rəsmiləşdirilmişdir. ünvan 10 ünvanında yerləşən daşınmaz əmlak isə onun adında qeydiyyatda olmuş 2015-ci il ailəsi ilə birlikdə İsrailə köçməli olacağından qardaşının adına qeydiyyata keçirmişdir. Məhkəmə qeyd edilən halları tam araşdırmamışdır. Qeyd edilən əmlaklar məhrum ataları tərəfindən on lara alınmışdır və həmin əmlaklar sənəd üzərində qardaşının adına olsa da ümumilikdə hamısının əmlakıdı və onun da payım müəyyən edilməldir. Bundan başqa Məhkəmə prosesi zamanı X23, X27, X26, X20, X22 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdirlər. Bildirir ki, məhkəmə qardaşının vərəsələri ilə birlikdə məhrum qardaşı X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. X16 ölüm haqqında şəhadətnaməsi iş materiallarına əlavə olunmağına baxmayaraq məhkəmə onu məhkəmə prosesində iştirak etməsi üçün bildiriş göndərmiş və onu işə cəlb etmişdir. Üçüncü şəxs X22 məhkəmədə verdiyi izahatında iddia ərizəsində göstərdiklərini təsdiqləyərək qeyd edilən əmlaklar məhrum ataları X12 tərəfi ndən alınaraq qardaşının (X22 atasının) adına rəsmiləşdirildiyini bildirərək, iddia tələbini qəbul etmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər üçüncü şəxs X1 üçün məhkəmə prosesində iştirak edə bilməmişdir. Buna görə də X20 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və onun iştirakı olmadan işə məhkəmə tərəfindən baxılmışdır. Onun yaxın günlərdə Azərbaycan Respublikasına gələcəyini və növbəti məhkəmə prosesində iştirak edə biləcəyini onun və X22 tərəfindən bildirilsə də məhkəmə buna məhəl qoymamış, digər üçüncü şəxslər X27 və X17 mövqeyini üstün tutmuşdur.Məhkəmə qətnaməsində göstərilib ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, X14 4 vərəsəsi (arvadı Qanuni nümayəndə, uşaqları X20, X27, X21) olmuşdur. X25 Qanuni nüm ayəndə ilə rəsmi nikahda olmamış və o qanun üzrə vərəsə deyildir. Yuxarıda qeyd etdiyi hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə bu maddələrin məzmununa nəzər yetirməmiş və yalnız üçüncü şəxslər X27 və X17 mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Yuxarıda qeyd etdiyi hallara əsasən qeyd edilən əmlaklarda onunda payı var və payı müəyyənləşdirilməlidir. Qətnamədə məhrum qardaşı X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi, Qanuni nümayəndə qanun üzrə vərəsə hesab edilməsi, X5 digər üçüncü şəxslər kimi məhkəmə prosesində iştirakına şərait yaradılmaması, eləcə də onun və X6 izahatında göstərdiyi dəlillərin aydınlaşdırılmaması göstərir ki məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırı lmamışdır. Məhkəmə iclasında üçüncü şəxs X22 verdiyi izahatında bildirmişdir ki, o da vərəsə kimi tanınmalıdır, o iddia tələbini qəbul etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər üçüncü şəxs X1 üçün məhkəmə prosesində iştirak edə bilməmişdir. Məhkəmə X6 iddianı qəbul etməsinə əhəmiyyət verməmiş və X7 isə gəlib ifadə verməyini gözləməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.F.Babayev və Ə.R.Eyvazov) 2(103)-1564/2022 nömrəli iş üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayətində qeyd edilən d əlilləri əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətlərini və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1151, 1159.1.1, 1160, 1193, 1243 və 1246-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

26. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

27. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

28. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin möv cudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Kassasiya şikayətində apellyasiya instansiyasının qətnaməsi bütövlükdə mübahisələndirildiyinə görə məhkəmə aktı tam yoxlanılır.

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, on lara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Eyni zamanda məhkəmə kollegiyası hesab ed ir ki, hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas olmadığından iddiaçının bu barədə vəsatəti təmin edilməməlidir. Belə ki, vəsatətdə icraatın dayandırılması üçün istinad olunan mülki iş üzrə iddia müsbət həll ediləcəyi halda mübahisəli əmlaka dair hüquqların müdafiəsinə dair ayrıca iddia qaldırmaq imkanı istisna olunmur.

40. Qeyd olunanlara əsasən Kollegiya bu qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1564/2022 nömrəli mülki iş üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar