Məhkəmə qərarları › İş №2(102)-7304/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7304/2021

24.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7304/2021 24.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız quraşdırılmış suölçən cihazın aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: prosessual hüquq normalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3873/2021 saylı iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsi əvvəllər "xxxx" MMC-yə məxsus olmuş, MMC-nin tək təsisçi payı hazırki iş üzrə İddiaçı məxsus olmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 31.08.2018-ci il tarixli, **********67160 saylı məktubdan görünür ki, “SANNY H“MMC həmin tarixdə ləğv edilmiş və həmin MMC “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən” çıxarılmışdır. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyri-yaşayış sahəsi 01.10.2018-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyatdan keçmişdir.

2. Quliyev X1 Su Kanal idarəsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən çıxan qrunt sularının miqdarının cari ilin may və iyun aylarında kəskin şəkildə artdığını, bunun qrunt sularının kanalizasiyaya axıdılmasına görə tutulan xidmət haqqı xərclərinin bir neçə dəfə artmasına gətirib çıxardığını, qrunt sularının kəskin artmasına qonşuluqda yerləşən obyektlərin sukanalizasiya infrastrukturunda baş vermiş hər hansı bir qəzanın səbəb ola bilməsini göst ərmiş və bu problemin İdarənin təcrübəli mütəxəssisləri tərəfindən araşdırılması və həll olunmasında köməklik göstərilməsini xahiş etmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə“ məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ərazisində yerin təkindən çıxan yeraltı sızıntı sularının səbəbinin müəyyən edilib aradan qaldırmaları, Cavabdeh1 ASC-nin qeyd olunan ünvanda yeraltı sızıntı sularının kanalizasiyaya axıdılmasına görə əsassız olaraq quraşdırılmış suölçən cihazının quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihaz üzrə hesablanmış bütün borcların silinməsi və Cavabdeh1 ASC-nin həmin ünva ndan əsassız olaraq şəbəkədən ayırdığı smart-kart tipli suölçən cihazın şəbəkəyə qoşularaq işinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə prosesinin gedişatında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Acıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda, yeraltı sızıntı sularının kanalizasiyaya axıdılmasına görə əsassız olaraq quraşdırılmış, "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış bütün borcun silinməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, bir müddətdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyriyaşayış sahəsinin ərazisindən yeraltı sızıntı suları çıxmaqda davam edir. Həmin sızıntı sularının kanalizasiyaya axıdılmasına görə Cavabdeh1 ASC tərəfindən onun məsuliyyət daşımadığı, istifadə etmədiyi yeraltı sızıntı sularının kanalizasiyaya axıdılması üçün birləşmə nöqtəsinə suölçən cihaz qoyulmuş və aylıq 200-300 manat ondan haqq alınmışdır. Eyni zamanda istehlak etdiyi suya görə də ayrıca suölçən cihazı quraşdırılmış və həmin cihazın göstəricilərinə uyğun olaraq haqq ödəmişdir. Beləliklə, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış iki ədəd suölçən cihazı ilə ondan həm istehlak etdiyi suyun və kanalizasiyanın, həm də istehlak etmədiyi yeraltı sızın tı sularının kanalizasiyaya axıdılması haqqı tutulmuşdur. Dəfələrlə Cavabdeh1 ASC-yə və Cavabdeh3nə müraciətlər etsə də, sızıntının mənbəyini tapmaqda və qarşısının alınmasında heç bir tədbir görülməmişdir. Son vaxtlarda, yeraltı sızıntı sularının miqdarı kəskin artmağa başlamışdır. Belə ki, may ayından etibarən sızıntı sularının kanalizasiyaya axıdılması üçün ödəniləcək haqq aylıq 5000-6000 manat olaraq hesablanaraq iddiaçıya təqdim edilmişdir. Bunu ödəmədiyi üçün iddiaçıya verilən suyu, boru xəttini kəsməklə şəbəkədən ayırmışlar. Dəfələrlə izah etməyə çalışmışdır ki, sızıntı suyu kanalizasiya şəbəkəsindən ayırmaq əvəzinə sızıntının mənbəyini tapıb təmir etmək lazımdır. Lakin görünən odur ki, Cavabdeh1 ASC-nin əməkdaşlarının niyyəti əsassız təsirlərlə istifadə etmədiyi sızıntı suya görə o ndan haqq almaqdır. Laboratoriya nəticələrinə görə yerin altından çıxan sızıntı su Yasamal rayonuna verilən içməli su ilə eyni göstəricidədir. Həmin suyun tərkibində xlor belə var. Məsul olan cəmiyyətə izah edə bilmir ki, bu sızıntı su hardasa su borusunda, şəbəkədə baş vermiş sızıntıdır ki, onun ərazisinə axır və ərazidən kanalizasiya xəttinə axmasına görə ondan haqq alınması heç bir qanuna, məntiqə sığmır. Məlumat üçün bildirir ki, qeyri-yaşayış sahəsinə texniki şərt verilib su sayğacları quraşdırılan zaman ərazi "xxxx" MMC-yə məxsus olmuşdur. "xxxx" MMC-nin tək təsisçi payı ona məxsus olmuşdur. MMC ləğv edildikdən sonra həmin qeyri-yaşayış sahəsi mülkiyyətinə keçmişdir. Hal-hazırda da sayğaclar hüquqi şəxsin adındadır və bütün hesablamalar hüquqi şəxs olaraq aparılır. Cavabdeh1 ASC-yə s ayğacların onun adına keçirilməsi üçün müraciət etsə də, şəbəkədən ayırdıqları və hal-hazırda xidmət göstərməyən hər iki smart-kart sayğacları adına keçirməkdən imtina edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(004)-349/2020 saylı qətnaməsi (hakim A.S.Məmmədov) ilə iddia təmin edilərək, Cavabdeh1 Acıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda, yeraltı sızıntı sularının kanalizasiyaya axıdılmasına görə quraşdırılmış, "xxxx" MMC-nin adına olan suölçən cihazı quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülsün və həmin suölçən cihazı üzrə hesablanmış bütün borcun silinməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 ASC-nin ləğv olunmuş "xxxx" MMC-yə məxsus olmuş, hazırda is ə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən axan yeraltı sızıntı sularının mənbəyini müəyyən etmədən sayğac quraşdıraraq istehlak etmədiyi suya görə sərfiyyat hesablaması və iddiaçıdan tələb etməsi qanunvericiliyin tələblərinə ziddir və iddiaçının qanunla qoruna hüquqlarının pozulması ilə nəticələnmişdir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə, Mülki Məcəllənin 4.1-ci maddəsinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3, 30, 61.1-ci maddələrinə, 12-ci maddənin “b” bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 26-cı maddələrinə istina d etmişdir.

9. Qətnamədən narazı qalan Cavabdeh1 ASC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-349/2020 saylı 19.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, məhkəmə tətbiq edilməli olmayan normanı tətbiq etmiş, qətnamə tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Rayon Məhkəməsinin yeraltı suların mənbəyini müəyyən etmədən, iddiaçının istehlak etmədiyi suyun kanalizasiya şəbəkəsinə axıdılmasını əsas gətirərək Cavabdeh1 ASC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hesabla nmış qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılmasına görə yaranmış borcu ləğv etməsi ilə razılaşmaq olmaz. Belə ki, Cavabdeh3 əməkdaşları tərəfindən obyektin su təchizatı və su sayğacı qovşağının vəziyyətinə baxış keçirilərkən abonentin 2 (iki) girişli su xəttinin və d=50 mm-lik olan qrunt xəttinin mövcudluğu barədə məlumat 01.05.2017-ci il tarixli inventarizasiya aktında qeyd olunmuşdur. İddiaçının obyektinə 24.05.2017-ci il tarixində CSS markalı d=50 mm-lik qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılmasına görə suölçən cihaz quraşdırılmış və həmin sayğacın göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən ödənişlər edilmişdir. Tərəflər arasında müqavilənin olması, həmçinin yuxarıda qeyd olunan fakt onu təsdiq edir ki, iddiaçı bir daha bu hal, yəni qrunt sularının axıdılması (xidmətdə n istifadə) və qəbul edilməsi (xidmətin göstərilməsi) üzrə yaranan mülki-hüquq münasibətlərinin tərəfi olmasını etiraf etmişdir. Məhkəmədə iş üzrə araşdırma aparılan zaman tərəflərin iştirakı ilə obyektə baxış keçirilmiş və qrunt sularının axıdılmasına görə obyektin zirzəmisində quyu qazıldığı, nasos vasitəsilə quyudan həmin qrunt sularının kanalizasiya şəbəkəsinə ötürülməsi müəyyən olunmuşdur. Cavabdeh1 ASC tərəfindən çəkilmiş videogörüntüdə də qeyd olunmuş fakt bir daha öz təsdiqini tapmışdır. Tərəflər arasında münasibətlər müqavilə və Qaydaların tələblərinə uyğun olaraq müəyyən edilmişdir. Lakin Rayon Məhkəməsi qətnamə qəbul edərkən qeyd edilən hallara əsaslanmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Digər tərəfdən məhkəmənin qrunt sularına görə quraşdırılmış suölçən cihazını aktl aşdırılaraq götürülməsi ilə də razılaşmaq olmaz. Bundan əlavə, məhkəmənin qanunvericiliyin tələblərini pozmaqla çıxardığı qətnamə ilə yeraltı qrunt sularının kanalizasiyaya axıdılmasına görə quraşdırılmış suölçən cihazın götürülməsinin qət edilməsi, icra edildikdə gələcəkdə bir sıra təhlükəli hadisələrin baş verməsinə səbəb ola bilər. Belə ki, müxtəlif ərazilərdə yerləşən kanalizasiya şəbəkələrinin, xətlərin tutumu Cəmiyyət tərəfindən texniki qaydalara uyğun olaraq tənzimlənir. Sayğacın olmaması tənzimləmə işlərini çətinləşdirir, şəbəkəyə axıdılma yükünün nəzarətdə saxlanmasını, kanalizasiya şəbəkəsinin istismar xərclərini, tənzimləyici qurğudan keçən texnoloji proseslərin işini mürəkkəbləşdirir. Bu zaman ətraf mühitə böyük həcmdə zərər dəyməsi ehtimalı yaranır. İşə baxan Rayon Məhkəməsi M PM-nin tələblərini pozmuş, faktlara və sübutlara, təqdim edilmiş hüquqi dəlillərə düzgün qiymət verməmiş, iş üzrə faktlar ətraflı araşdırılmamış, öz qətnaməsini qüvvədə olan maddi hüquq normalarına uyğun əsaslandırmamışdır. Rayon Məhkəməsi qətnamə qəbul edərkən iş üzrə faktiki halları tam araşdırmamışdır. İşin faktiki halı və təqdim edilmiş sübutlar təsdiq edir ki, hazırda İddiaçı mülkiyyətində olan obyektin ərazisindən qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılmasına görə Cəmiyyət əməkdaşları tərəfindən 24 may 2017-ci il tarixində sayğac quraşdırılmışdır. Sözügedən obyektin məqsədli təyinatından əmlak növündən asılı olmayaraq yeraltı qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılması, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin i carəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin sayğacın obyektin daxilində yerləşdirilməsi nəzərə alınsa aydın olur ki, iddiaçının nümayəndələri də sayğacın quraşdırılmasında iştirak etmiş və heç bir formada etiraz etməmişdilər. Buna görə də, Rayon Məhkəməsi bu tələb üzrə də düzgün qənaətə gəlməyərək əsassız qətnamə çıxarmışdır. Bundan əlavə iddia tələbində hansı məbləğdə borcun silinməsi göstərilməmişdir. Rayon Məhkəməsi də öz növbəsində borcun nə qədər olması və nə qədər borcun silinəcəyi barədə məhkəmə araşdırması aparmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi birtərəfli mövqedən çıxış edərək heç bir araşdırma aparmadan, yeraltı sızıltı sularının mənbəyini müəyyənləşdirmədən, yalnız iddiaçının mü lahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3873/2021 saylı mülki iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsi (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və V.Ə.İbayev) ilə Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, rayon məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır, qətnamənin ləğv edilməsi və ya dəyişdiril məsi üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə, Mülki Məcəllənin 4.1-ci maddəsinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3, 30, 61.1-ci maddələrinə, 12-ci maddənin “b” bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 26-cı maddələrinə və MPM-nin 77.2-ci maddəsinə istinad etmişdir.

13. Cavabdeh1 ASC (vəkili Vəkil2) tərəfindən kassasiya şikayəti verilərək, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3873/2021 saylı 11 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr heç bir araşdırma aparmadan, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə istinad etmədən, qrunt su xəttinin üzərinə iddiaçının müraciəti əsasında sayğac quraşdırıldığını nəzərə almadan, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır. Bundan başqa, Cavabdeh1 ASC-nin yeraltı sızıntı sularının mənbəyini müəyyən etmədən sayğac quraşdıraraq iddiaçının istehlak etmədiyi suya görə sərfiyyat hesablamasının qanunvericiliyin tələblərinə zidd oluduğunu əsas gətirərək tələb edilən borcun silinməsi barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edirlər ki, məhkəmələr tərəfindən qətnamədə qeyd olunan halın hansı qan unvericiliyin tələblərinə və hansı normalarına zidd olmasına istinad edilməmiş, gəlinən nəticə qanunvericiliyin normasına uyğun olaraq əsaslandırılmamışdır. Cəmiyyətin balansında olan kanalizasiya şəbəkəsindən istifadə edərək şəbəkəyə tullantı suları axıdan istənilən fiziki və hüquqi şəxslər cəmiyyət tərəfindən göstərilən xidmətin dəyərini ödəməlidir.

15. Kassator şikayətinin dəlillərinin qanuni əsası kimi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək qeyd etmişdir ki, həmin qanunun 6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı funksiyaları həyata keçirirlər: a) nizamnamələrində nəzərdə tutulmuş qaydada və vəzifələrə uyğun olaraq xidmətlər göstərirlər; b) müəssisənin istifadəsinə verilmiş su ehtiyatlarını, su təchizat ı və kanalizasiya qurğularını idarə edirlər; c) müvafiq icra hakimiyyəti orqanının su təchizatı və kanalizasiya müəssisələrinin vəzifələrinə aid qərarlarını həyata keçirirlər. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Bundan başqa, kassasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” na istinad edilmişdir.

16. Kassasiya şikayətinə qarşı etiraz daxil o lmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olduğunu qeyd edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxı lmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyə n edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

26. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

29. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məh kəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

30. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§26).

32. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§27).

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§26). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Cavabdeh1 ASC tərəfindən kassasiya şikayəti verilərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirildiyindən və qətnamənin ləğv edilər ək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi istənildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. İddiaçı, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsində "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış bütün borcun silinməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş etmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya qaydasında işə baxan məhkə mə kollegiyası tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilmişdir. Odur ki, qətnamə ləğv edilərək, yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

37. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin hüquqi şəxsin borcunun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması məhkəmələr tərəfindən araşdırılmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən belə bir iddianın tam və ya qismən təmin olunması üçün iddiaçının tərəfi olmadığı hüquq münasibəti üzrə belə bir tələbi verməklə bağlı subyektiv hüquqa malik olduğu müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 ASC tərəfindən "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırılmasının İddiaçı qanunla qorunan hansı hüquqlarının pozulması ilə nəticələndiyi iş üzrə məhkəmə qətnamələri və iş materialları ilə müəyyən edilmir.

38. Bu baxımdan hazırkı iş üzrə ilk növbədə iddiaçının belə bir iddia ilə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Belə ki, MPM-in 4.1-ci maddəsindən irəli gələrək məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Lakin baxılan iş üzrə məhkəmələr mübahisələndirilən hüquq münasibətinin tərəfi olmayan iddiaçının hansı subyektiv hüquqla hazırkı iddianı qaldırması ilə bağlı ümumiyyətlə hər hansı hüquqi dəyələndirmə aparmamış, bu məsələyə qiymət verməmişlər.

40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 ASC-nin ləğv olunmuş "xxxx" MMC-yə məxsus olmuş, hazırda isə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən axan yeraltı sızıntı sularının mənbəyini müəyyə n etmədən sayğac quraşdıraraq istehlak etmədiyi suya görə sərfiyyat hesablaması və iddiaçıdan tələb etməsi qanunvericiliyin tələblərinə ziddir və iddiaçının qanunla qoruna hüquqlarının pozulması ilə nəticələnmişdir.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri (§14-15) ilə razılaşaraq əlavə olaraq hesab edir ki, məhkəmələr "xxxx" MMC-yə məxsus suölçən cihazın (sayğacın) aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış bütün borcun silinməli olması qənaətinə gələrkən qeyri-yaşayış sahəsinin ərazisindən axan yeraltı sızıntı sularının mənbəyini müəyyən etmədən Cavabdeh1 ASC-nin sayğac quraşdıraraq iddiaçının istehlak etmədiyi suya görə sərfiyyat hesablaması halına istinad etsə də, iş üçün əhəmiyyət kəsb edən həmin halın mövcudluğu araşdırılmamış, həmin halın qan unvericiliyin tələblərinə və hansı normalarına zidd olmasına istinad edilməmiş, məhkəmə qətnamələri əsaslandırılmamış, apellyasiya şikayətinin dəlillərinə (§10) ümumiyyətlə qiymət verilməmişdir.

42. Halbuki, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (§22-25).

43. Məhkəmə aktlarının əsaslandırı lmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və““kommersiya mübahisələrindən“irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

45. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

46. Məhkəmə kollegiyası hesab edir ki, yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

47. Nəzərə alınmalıdır ki, MPM-in 80-ci maddəsinə əsasən məhkəmə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bu baxımdan əgər məhkəmə təqdim olunan sübutu işə aid olmayan hesab edərsə, həmin sübutu qəbul etmir və onu nəzərə almır. Bununla yanaşı, MPM-in 88-ci maddəsi tələb edir ki, əgər məhkəmə təqdim olan sübutu işə aid olan sübut kimi qəbul edibsə onda həmin sübuta işdə olan digər“ sübutlarla yanaşı obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı və bütün sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, həmin maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

49. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad olunan prosessual hüquq “normalarının tələblərinə riayət etməklə, yen i məhkəmə aktı qəbul etməlidir.

50. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırkı iş üzrə mövcud deyildir.

51. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (§29).

52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası m əhkəməsinə göndərə bilər (§28).

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3873/2021 saylı iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar