Məhkəmə qərarları › İş №2(102)-731/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-731/2019

01.02.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-731/2019 01.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X10, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması və payların bölünməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai R ayon Məhkəməsinin 07 may 2018-cı il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması və payların bölünməsi tələbi təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.08.2016-cı il tarixli qətnaməsi üzrə miras qoyan X3 bütün mövcud miras əmlakı üzərində Cavabdeh1 1/10 hissədə müəyyən olunmuş və Cavabdeh2 1/10 hissədə müəyyən olunmuş paylarından İddiaçı1 ¼ hissədə və İddiaçı2 1/4 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.İmanov) Xətai Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətn amə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.08.2016-cı il tarixli qətnaməsi ilə miras qoyan X3 bütün mövcud miras əmlakı üzərində 1/10 hissədə Cavabdeh1 və 1/10 hissədə Cavabdeh2 paylarından onların hər birinin 1/4 hissədə paylarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar ı aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.08.2016-cı il tarixli qətnaməsi ilə miras qoyan X3 bütün mövcud miras əmlakı üzərində 1/10 hissədə Cavabdeh1 və 1/10 hissədə Cavabdeh2 paylarından onların hər birinin 1/4 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atası X4 ikinci nikahından olan bacılarıdır. Onun bibisi X6 öldükdən sonra ona məxsus olan bütün mövcud ə mlaklar vərəsəlik hüququ üzrə cavabdehlər arasında bölünmüşdür. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.08.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh3 payı 2/10, Cavabdeh4 payı 2/10, Cavabdeh5 payı 2/10, Cavabdeh1 payı 1/10, Cavabdeh2 payı 1/10 və X2 payı 2/10 olmaqla miras qoyan X3 bütün miras əmlakı üzərində vərəsəlik hüquqlarının tanınması qət olunmuşdur. Miras əmlakın bölünməsi ilə bağlı olaraq iş məhkəmənin icraatında olarkən onların bundan xəbəri olmamış və bu hal onların maraqlarına toxunsa da, onlar işə cəlb olunmamışlar. X1 10.06.1993-cü il tarixdə vəfat etmiş vəməhkəmənin qətnaməsi ilə onun bacıları Cavabdeh1 və Cavabdeh2 çatan əmlak atalarına düşən paydır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə ko llegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı1 xx.xx.1969-cu il tarixdə anadan olmuş, İddiaçı2 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. X1, anaları X9r. X7 10.07.1993-cü il tarixdə ölmüşdür. X11 24.12.1997-ci il tarixdə ölmüşdür. İşin araşdırılmış hallarından göründüyü kimi, miras qoyan X6 25.02.2016-cı il tarixdə vəfat etmişdir. X3 birinci növbəli vərəsələri olmadığından ondan miras qalan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.08.2016-cı il tarixli qətnaməsi ilə əmlak ikinci növbəli vərəsələr arasında bölünmüşdür. Həmin qətnaməyə əsasən Cavabdeh3 payı 2/10, Cavabdeh4 payı 2/10, Cavabdeh5 payı 2/10, Cavabdeh1 payı 1/10, Cavabdeh2 payı 1/10 və X2 payı 2/10 olmaqla miras qoyan X3 bütün miras əmlakı üzərində vərəsəlik hüquqlarının tanınması qət olunmuşdur. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 bacılarıdır. Mülki Məcəllənin 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Göründüyü kimi iddiaçılar irsi transmissiya qaydasında X ikinci növbəli vərəsələri sayılırlar. Lakin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.08.2016-cı il tarixli qətnaməsi ilə miras qoyan X3 miras əmlakı vərəsələr arasında bölünmüş dür. Ona görə də nəzərə alınmalıdır ki, mirası qəbul etdiklərini sübut etdikləri halda həmin qətnamə onların qanunla qorunan maraqlarına toxunur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar