Məhkəmə qərarları › İş №2(102)-731/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-731/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-731/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-731/23 Açar sözlər: lizinq müqaviləsi üzrə borc Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlundan (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(105)-1864/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikas ı Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2016-cı il tarixli, 2233-GL/16 saylı "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə (güzəşt) müqaviləsinə əsasən "xxxx" ASC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ümümumi məbləği 16,125 manat olan və sertifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tədbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinq verilmişdir. 2. xx.xx.2016-cı il tarixli, 1305-L/16 saylı "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən "xxxx" ASC ilə Cavabdeh arasında müqavilə ba ğlanmışdır. Müqaviləyə əsasən ümümumi məbləği 10,000 manat olan və sertifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinq verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli, 2233-GL/16 nömrəli müqavilə üzrə 7,746,00 manat əsas borc və 6,805.58 manat cərimə borcunun və xx.xx.2016-cı il tarixli, 1305-L/16 nömrəli müqavilə üzrə 2,805.00 manat gecikdirilmiş əsas borc və 3,512.73 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmi ş 350 manatın, cəmi 21,219.31 manatın cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Aqroservis” ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 2233-GL/16 nömrəli və xx.xx.2016-cı il tarixli, 1305-L/16 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib xx.xx.2021-ci il tarixə alaraq xx.xx.2016-cı il tarixli, 2233-GL/16 nömrəli müqavilə üzrə 7,746.00 manat əsas və 6,805.58 manat cərimə borcu və 31 oktyab r 2016-cı il tarixli,1305-L/16nömrəli müqavilə 2,805.00 manat gecikdirilmiş əsas borc və 3,512. manat cərimə yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

5. İşə əlavə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışna əsasən, xx.xx.2016-cı il tarixli, 2233GL/16 saylı müqalə üzrə Cavabdeh «Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi»-nə 7,746,00 manat əsas borc və 6,805.58 manat cərimə borcu vardır.

6. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, 31 oktyabr 2016-cı il tarixli, 1305-L/16 saylı müqavilə üzrə Cavabdeh «Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi»-nə 2,805.00 manat gecikdirilmiş əsas borc və 3,512.73 manat cərimə borcu vardır.

7. İşdə olan pretenziyanın surətinə əsasən, «Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi» tərəfindən Cavabdeh xx.xx.2016-cı il tarixli, 2233-GL/16 saylı və 31 oktyabr 2016-cı il tarixli, 1305-L/16 sayl müqavilələr üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir.

8. Şamaxı Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, e-2(074)-132/2022 nömrəli qətnaməsi ilə (hakim N.Ə.İsmayılov) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2016-cı il tarixli, 2233GL/16 nömrəli müqavilə üzrə 7746 manat əsas borc və 300 manat cərimə borcu və 31 oktyabr 2016-cı il tarixli 1305-L/16 nömrəli müqavilə üzrə 2805 manat gecikdirilmiş əsas borc və 100 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi 11.301 manat pulun tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Cavabdeh 122,85 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, müqavilələr üzrə müəyyən edilmiş dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Buna görə xx.xx.2016- cı il tarixli, 2233-GL/16 saylı müqavilə üzrə 6,805,58 manat məbləğində dəbbə pulu azaldılaraq 300 manat məbləğində, xx.xx.2016-cı il tarixli, 1305-L/16 saylı saylı müqavilə üzrə 3,512.73 manat məbləğində dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir.

10. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə xx.xx.2016-cı il tarixli, 2233-GL/16 nömrəli müqavilə üzrə 7746 manat əsas borc və 300 manat cərimə borcu və xx.xx.2016-cı il tarixli, 1305-L/16 nömrəli müqavilə üzrə 2805 manat gecikdirilmiş əsas borc və 100 manat cərimə borcu olmaqla, cəmi 10951 manat pul tutulmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,427.3,442,448.1,747.1,748-1.12,748-7.1,748-10.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, e-2(074)-132/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(105)-1864/2022 nömrəli qətnaməsi ilə (hakimlər G.F. Tağızadənin sədrliyi və məruzəsi, hakimlər L.M.Məmmədova və T.O.Quliyevdən ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsi nin 01 fevral 2022-ci il tarixli, e-2(074)-132/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi araşdırması zamanı müəyyən etmişdir ki, "xxxx" ASC ilə cavabdeh arasında lizinq müqavilələri bağlanmış, lizinq verən ümumi məbləği 10000 manat olan və Spesifikasiyada (əlavə Ns1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra və ümumi məbləği 16125 manat olan və Spesifikasiyada (əlavə N1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalan dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh həmi n müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində konkret sübutlara istinad edilməmiş və yalnız mülahizələrə əsaslanan şərhlər edilmişdir.

16. Bundan əlavə, apellyasiya şikayətində Şamaxı Rayon Məhkəməsində işə baxılarkən cavabdehin məlumatlandırılmadıgı göstərilsə də, elektron məhkəmə sisteminə əsasən işə baxılma barədə cavabdehə məlumat verilmiş, hətta bir halda işə baxılmasının təxirə salınması ilə bağlı məhkəməyə teleqram da vurmuşdur. 1

7. İş üzrə cavabdehin iddia etdiyi kimi ona qarşı cinayət əməllərinin törədilməsinin araşdırılması hüquqmühafizə orqanlarının səlahiyyətindədir və apellyasiya şikayətində də cavabdeh narazı qalmış olsa da belə bir araşdırmanın artıq aparılmışdı.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1,747.1,7481.12,748-7.1,748-10.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(105)-1864/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və işi yenidən baxılmaq üçün apelyasiya baxışına qaytarılması barədə qərar çıxarasınız

20. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, təqdim edilmiş maddi sübutlarla və şahid ifadələri ilə tam sübuta yetirilmişdir ki, kənd təsərrüfatı texnikaları cavabdehin əri Ş. Əkbərovanın Şamaxı rayonun Mədrəsə kəndində yerləşən təsərrüfatlarında olmuş və cavabdehin keçmış əri Şücayət Əkbərov həbs edildikdən sonra, yəni 17 yanvar 2017-ci il tarixdə bütün təsərrüfat, ora daxil olan, evlər, tövlələr, taxıl, iri buynuzlu və xirda buynuzlu heyvanlarımız və digər əmlaklarımız ələ keçirilməsi məqsədi ilə X2 polis idarəsinə aparılmış,məcburetmə və təzyiq altında atasının Fazilin adına etibarnamə alınmış və sonuncuda bu mülkünü məcburiyyət qarşısında AN-1 ******* saylı, 8 fevral 2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi bağlanmaqla A.Alışanovun qızı X1 mülküyyətinə əvəzsiz olaraq vermişdir. Beləlilə, Kənd təsərrüfatı texnikaları Arif Alışanivun qanunsuz istifadəsində olduğu halda bu texnikaların dəyəridə onun tərəfindən ödənilməlidir. Birinci instansiya məhkəməsi şahidlərini belə dindirməmişdir. Birinci instansiya məhkəməsi və apelyasiya kollegiyası işin təkzib edilməz faktiki hallarından biri olan yəni, məhz Şücayət Əkbərov həbsə alınandan 10 gün sonra, yəni 24 yanvar 2017-ci il tarixdə Cavabdeh bütün daşınmaz əmlaklarının eyni bir gündə, məhz cinayət işi üzrə zərərçəkmiş Arif Alışanovun işçisi Camal Nəbiyevə etibarnamə verməsi faktına da hüquqi qiymət verrməmişdir. Belə ki, X3 hardan tanımasını, onunla necə əlaqə saxladığını göstərmədən hökmdəki ifadəsində göstərmişdir ki, “... 2017-ci ilin dekabr ayında Arif Alışanov ona tapşırmışdır ki, aldığı torpaq sahələrinin və Səlimənin adına olan əmlakların rəsmiləşdirilməsi ilə maraqlansınlar. X6 tapşırığını yerinə yetirmişdir.” Hər iki məhkəmənin istinad etdikləri Camal Nəbiyevin bu ifadəsi ilə təsdiq olunur ki, əmlaklarımı məhz Arif Alışanov əvəzsiz olaraq ələ keçirmişdir. Məhkəmələr isə işin bu təkzib edilməz hallarını nəzərə almamışdır.

21. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 337.1, 339.1, 337.4, 339.4, 340.1, 359.1, 359.3, 362.1,363.1-ci və MPM-nin 14.1-ci, 14.2- ci, 77.1ci, 88-ci, 385.1-385.1.4-cü, 388-ci, 389-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şika yətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 448.1 borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

24. Maddə 747.1 lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur;

25. Maddə 748-1.12 lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin p ul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır;

26. Maddə 748-7.1 lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

27. Maddə 748-9 əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklə rindən azad etmir.

28. Maddə 748-10.1 lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 76.1 tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2 bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 416 kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır.

36. Maddə 417.1.1 kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymə tləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

38. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu mad dələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(105)-1864/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar