Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7313/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli (hakim İ.Burcayev; 2(008)-1147/2019) qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası D axili İşlər Nazirliyi Baş X14 İdarəsinə qarşı “etibarnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dairiddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cu tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova (sədrlik edən və məruzəçi) E.M.Həsənov və F.F.Babayev; 2(103)8387/2019) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2(008)-1147/19 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə qarşı “etibarnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyə tində olan **--*** dövlət nömrə nişanlı, “Mersedes Benz-Vito” markalı nəqliyyat vasitəsinə dair 30.06.2018-ci il tarixdə reyestrdə *********** nömrə ilə qeyd edilərək rəsmiləşdirilmiş “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamənin etibarsız hesab edilməsi; Cavabdeh1 tərəfindən “Mersedes Benz-Vito” markalı, *****-*** dövlət nişan nömrəli minik avtomobilinin Cavabdeh2 adına və sahibliyinə verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş DYP-nin inzibati binasında rəsmiləşdirilmiş 01.09.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin yay aylarında özünə məxsus “Mersedes Benz-Vito” markalı, ** *** *** dövlət nömrə nişanlı mi nik avtomobili satmaq qərarına gəlmiş və bunun üçün 03.06.2018-ci il tarixli maşınla bağlı bütün tələb olunan məlumatları Turbo.Az elanlar saytına yerləşdirmişdir. 29.06.2018-ci il tarixdə ********** saylı mobil nömrəsindən ona məxsus *********** nömrəli mobil telefonuna zəng gəlmiş, V6 adlı şəxs özünü təqdim edərək həmin avtomobili almaq arzusunda olmasını və onunla görüşmək istədiyini bildirmişdir. Elə həmin gün onlar Elit Ticarət mərkəzinin yaxınlığmdakı Şır-Şır restoranının yanında görüşmüşlər. O, maşına baxmış, vizual olaraq xoşuna gəldiyini bildirərək öz ustasının yanına texniki baxış üçün aparmaq istədiyini təklif etmişdir. O razılaşmış və bir yerdə yaxınlıqda yerləşən avtomobil təmir mərkəzinə getmişlər. Avtomobil təmir məntəqəsində V6ın tanışı olan ista maşının lıər bir hissəsin ə baxış keçirmiş, texniki nasazılığın tam şəkildə yoxlamış, əmin olduqdan sonra maşında hər şeyin qaydasında olduğunu V6 bildirmişdir. Daha sonra V6 maşının sazlığı tam yoxlamaq üçün tanışı olan və Günəşli qəsəbəsində işləyən kompyuter ustasının yanına aparmağı təklif etmiş və o da razılaşmışdır. Həmin usta da maşını tam şəkildə yoxladıqdan sonra avtomobilin tam saz vəziyyətdə olmasını V6a bildirmişdir. Daha sonra onlar bir yerdə maşının qiymətini müzakirə etmişlər və razılığa gəlmişlər ki, əgər maşın ona satılacaqsa üstündəki ** *** *** dövlət nömrə nişanı satılmayacaq, yəni maşının nömrəsiz satılacağını ona bildirmişdir. V6 razılaşmış, bidirmişdir ki, tez bir zamanda onunla əlaqə saxlayacaq. Elə həmin gün, təxminən 3-4 saat sonra V6 ona zəng etmişdir ki, gəl maşının qiymətli ilə bağlı ət raflı danışaq. O da V6la razılaşmış və onlar Bakı şəhəri, *********************** küçəsində “Bolluq markef’in qabağında görüşmüşlər, həmin görüşə V6la bərabər, sonradan adını bildiyi və iş üzrə Cavabdeh1 gəlmişdir. Danışıqlar zamanı ona bəlli olmuşdur ki, maşını alan V6 yox A6dır. V6 sadəcə onun işçisidir. Onlar danışıq apardığı zaman məhəllədə həm V6ı, həm də A6ı tanıyan Rəhim adlı şəxs onlara yaxınlaşmışdır. Rəhim onun da yaxını idi. Onlar Rəhimlə də birlikdə maşının alqı-satqısı barədə müzakirə aparmışlar. Danışıqlar zamanı ona məlum olmuşdur ki, onlar birgə işləyirlər, ərəb və digər millətlərdən olan turistlərə xidmət göstərirlər. Təkrar olaraq o, yenə maşının nömrəsiz satıldığını bidirmiş, elanda bu barədə yazıldığını qeyd etmişdir. Sonuncular da bununla razılaşdırdıqlarını bildirmişl ər. Maşının nömrəsi ilə bağlı söhbətlər gedən ərəfədə məhələlərində yaşayan X6 adlı şəxs onlara yaxınlaşaraq hər hansı problemin olub-olmamasını soruşmuşdur. Eyni zamanda söhbət gedən zaman qonşuluqda yaşayan və taksi fəaliyyəti il məşğul olan X7 adlı şəxs də bütün söhbətləri eşidirdi, lakin müdaxilə etmirdi. Söhbət zamanı o N6a demişdir ki, əgər maşını alırlarsa üstündəki nömrə 2-3 ay onlarda qalsın və o həmin maşın üçün yeni nömrə aldıqdan sonra ** *** *** nömrəsini qaytarsınlar, V6 və A6 da bununla razılaşmışlar. Danışıqlar zamanı avtomobilin qiyməti 33500 manat müəyyənləşdirilmişdir. Həmin vaxt yaxınlıqda duran taksi sürücüsü X2 onlara yaxınlaşaraq işin etibarlı olması üçün Cavabdeh1la V6ın da tanıdığı Rəhim adlı şəxsin mobil telefonuna (*** *** ** **) zəng etmiş və Cavabdeh1la V6a ina nmaq, bunlarla iş görməyin mümkün olub-olmaması, ** *** *** dövlət nömrə nişanını danışdıqları kimi vaxtında qaytarıb-qaytarmayacaqları barədə soruşmuşdur. Rəhim də demişdir ki, onları tanıyır, inanmaq olar, yalançı adamlar deyillər. Söhbət əsasında Cavabdeh1 bildirmişdir ki, turist sezonu bitdikdən sonra maşını başqasına satmağı düşünür, həmin vaxt ya nömrəni ona qaytaracaq, ya da ki, həmin nömrənin bazar qiyməti olaraq 10 000 manat pulu ona verəcək. Danışıqlardan sonra A6 ona 500 manat beh vermiş, qalan pulu isə yaxın zamanda verəcəyini bildirmişdir. Bu belə də olmuş və 5-6 gün ərzində A6 33000 manatı ona ödəmişdir. Sonra onlar Bakıxanov qəsəbəsində görüşmüşlər və bildirmişlər ki, Bakıda çoxlu turist axını və təcili onlara həmin maşını versin. O özü də çoxlu turist axının olduğunu bildiy i üçün buna inanmaq məcburiyyətində qalmışdır. Daha sonra onlar 30.06.2018-ci il tarixdə qəsəbəsində yerlşən Bakı “ASAN xidmət” mərkəzində yerləşən notariat kontoruna getmişlər və A6ın davamlı xahişi və təkidi ilə adına *********** nömrə ilə qeyd edilmiş “Nəqliyyat vasitələrinə sərəncam verilməsi” haqqında etibarnaməni verməyə məcbur olmuş və bundan onra sonuncular avtomobili götürüb aparmışlar. Lakin, bir müddət keçdikdən sonra, yəni 21.08.2018-ci il tarixdə Cavabdeh1 ona zəng edərək bildirmişdir ki, avtomobilin mühərrikində ciddi problem yaranmış və onun təmiri üçün 8000 manat pul “lazımdir ki, onun da 4000 manatını o ödəməlidir. O buna öz etirazını bildirmişdir. A6a bildirmişdir ki, avtomobili alanda yoxlatdırıb almışlar, iki aya yaxındır ki (53 gün), maşını almışlar, sonra yaranan prob lem onluq deyildir və buna satıcı məsuliyyət daşımır. Sonra o narahat olmuş, dərhal Rəhim adlı şəxsə zəng edərək məsələni anlatmışdır. Rəhim A6a zəng vuraraq məsələni aydınlaşdırmış, A6 ona bildirmişdir ki, nömrə məsələsinin buna aıdiyyəti yoxdur. Həmin söhbətdən təxminən 15 gün sonra o, A6a məxsus 050 *** ** ** telefon nömrəsinə zəng edərək avtomobilə yeni nömrə almağa hazır olduğunu bildirmişdir. A6 cavabında ona bildirmişdir ki, avtomobilin nömrəsini qaytarmaq fikrində deyil, çünki avtomobilin mühərrikinə dəyən ziyanın yarısını, yəni 4000 manatını o ödəməlidir. Danışıq ramanı telefon danışıqlarını iş yoldaşları X3 və X8 eşitmişdir. Daha sonra o dərhal yaxılıqda olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin əməkdaşına yaxınlaşaraq ** *** *** nömrə avtomaşının kim ə məxsus olmasını soruşmuşdur. Elə həmin vaxt ona məlum olmuşdur ki, artıq aldadılmış, dələduzluq hərəkətlərinə məruz qalmış, onun etibarından suiısitifadə edərək avtomobil 01.09.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adma qeydiyyata salınmış və onun mülkiyyətinə verilmişdir Araşdırma zamanı ona məlum olmuşdur ki, Cavabdeh1 öz yaxmı, iş ortağı və şəriki olan Cavabdeh2 ilə qanunsuz əməllərin davamı olaraq, dövlət tərəfindən təyin edilmiş dövlət rüsumu ödəməmək, yayınmaq məqsədi ilə avtomobilin hazırkı bazar qiymətini qəsdən azaldaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin inzibati binasında rəsmləşdirilmiş 01.09.2018-ei il tarixli alqı-satqı müqaviləsinə maşının dəyəri 25 000 manat qeyd etdirmişdir. Hazırda həmin avtomobilin nömrəsinin bazar qiyməti 10 000-12 000 manat olduğu halda cavabdeh tərəfindən Cavabdeh1 tərəfindən qanunsuz əməllər, yol, üsul və vasitələrlə mənimsənilmiş, alqı-satqı müqaviləsi razılığı olmadan, iradəsinə zidd olaraq həyata keçirilmiş və həmin nömrə üçün heç bir pul məbləği ödənilməmişdir. Bununla bağlı dostu X4 ilə Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında Qara Qarayev prospektində körpünün altında görüşmüş, başına gələnləri ona bildirmişdir. Onlar birlikdə Cavabdeh1 danışığa dəvət etmişdir. Onlar üçü məsələni müzakirə etmişlər. Lakin cavabdeh nə nömrəni, nə də ki, nömrəyə görə 10 000 manat pulu qaytarmaqdan imtina etmişdir. Daha sonra Emin Gülbalayevlə də danışmış, sonuncu avtomobilin onun mülkiyyətində olmasına baxmayaraq hazırda A6ın sahibliyində olduğunu bildirmişdir. Bir sözlə bütün cəhdələ r boşa çıxmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən, onun tərəfindən Cavabdeh1 mülkiyyətində olan ** *** *** dövlət nömrə nişanlı, “Mercedes BenzVito” markalı nəqliyyat vasitəsinə dair 30.06.2018-ci tarixdə reyestrdə *********** nömrə ilə qeyd edilərək rəsmləşdirilmiş “Nəqliyyat Vasitələrinə sərəncam verilməsi” haqqında etibarnamənin etibarsız hesab edilməsi Cavabdeh1 tərəfindən “Mercedes Benz-Vito” markalı, ** *** *** dövlət nömrə nişanlı minik avtomobilinin Cavabdeh2 adına və sahibliyinə verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin inzibati binasında rəsmləşdirilmiş 01.09.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 idda tələbini qəbu l əyərək izahatında göstərdi ki, maşın almaq istədiyi üçün dostu V6a demişdir ki, axşı maşın düşəndə ona desin. V6 Turbo.Az avtomobil saytında mübahisə predmeti lan avtomobili ona göstərmiş. Birinci dostu V6i göndərmişdir ki, maşına baxsın. V6 aşma baxandan sonra demişdir bir az xərci vardır. Sonra Emillə görüşərək, maşını 33500 manat razılaşmışlar. İlin olaraq 500 manat beh vermiş, daha sonra qalan 33000 manatı iddiaçıya vermişdir. Avtomaşının dövlət nömrə nişanı ilə bağlı aralarında hər hansı danışıq İmamışdır. Maşını alandan təxminən 2 ay müddətdə mühərriki xarab olmuş və ciddi problem yaranmışdır. İddiaçıya zəng edərək bildirmişdir ki, gəlsin heç olmasa dəyən ziyanın yarısını ödəsin, iddiaçı bundan imtina etmişdir. İddiaçı ona nasaz maşın satmışdır. Avtomobilin yürüş həcmi geri çəkilmi şdir. Bunu iddiaçı özü də etiraf etmişdir. O avtomobili dostu Gülbalaya pulunu alaraq satmışdır. Avtomobili aldıqdan sonra onlar zərər çəkmişlər. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbycan Respublikası Konstitusiyasının
12. İ,
25. İ və İİ, 26.İ,29.İ.İİ maddələrinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 8.1, 9.1, 14.2,88,217.3,218.1,265.4-cu maddələrinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329, 337, 339-cu maddələrinin tələbləri pozulmaqla əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, İddiaçılə Cavabdeh1 və V6 adlı şəxs arasında əvvəlcədən bağlanmış şifahi müqavilənin sübutu olaraq məhkəməyə təqdim edilmiş “Mersedes Benz-Vito” markalı, **-***-*** dövlət nişan nömrəli minik avtomobilinin nömrəsiz satılması ilə bağlı Turbo.Az saytında yerləşdirilmiş elana, ərizədə adları qeyd olunan çoxsaylı şahidlərin iştirakı ilə keçirilmiş görüşlərdə, telefon danışıqlarında maşının nömrəsiz satılması barədə iddiaçı tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara, cavabdehlər də bütün bunları elandan oxuduqlarını, bildiklərini təsdiq etməsinə, deyilən şərtlərlə, yəni, **-***-*** dövlət nişan nömrəsi 2-3 ay ərzində maşının üstündə qalacaq və İddiaçı maşın üçün yeni nömrə nişanı alıb onlara təqdim edəndən sonra həmin nömrəni geri qaytarm aqla maşını almağa razı olması və yaxud da, həmin nömrənin hazırkı bazar qiyməti olaraq 10.000 manat pul vəsaitinin iddiaçıya ödənilməsi barədə məsələlərdən yan keçmiş və qərəzli olaraq münasibət bildirməmişdir. Tərəflərin izahatı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında onların izahatları dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hü quqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hal larına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəno, cümlədən iş materiallarında olan Turbo.Az avtomobil elanları saytından çıxarışdan görünür ki, İddiaçı ona məxsus “Mercedes Benz-Vito” markalı, **-****** dövlət nömrə nişanlı minik avtomobilin 35000 manata satılması üçün həmin saytda yerləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfi ndən verilmiş 26.10.2018-ci il tarixli, 114078.1218 saylı arayışdan görünür ki, “Mercedes Benz-Vito” markalı, **-***-*** dövlət nömrə nişanlı minik avtomobili 16.09.2017-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, 01.09.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmış, həmin tarixdə alqı-satqı müqaviləsinə əsasən 25.000 manat müqabilində qeyd olunan avtomobil Cavabdeh2 adına qeydiyyata alınmışdır. Eyni zamanda həmin tarixdə Cavabdeh1 avtomobili üçün etibarnamə verilmişdir. ƏN-Vİ seriyalı ********** nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi” haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı Fəxrəddinoyiç tərəfindən Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz-Vito” markalı, ******** dövlət nömrə nişanlı minik avtomobilini 30.06.2018-ci il tarixdə bir il müddətinə yəni, 30.06.2019 -cu il tarixə qədər idarə etməyi etibar etmişdir. Hazırkı mübahisə isə avtomaşının dövlət qeydiyyat nişanı ilə bağlıdır, tərəflər arasında avtomaşına görə ödənilən məbləğlə bağlı hər hansı mübahisə yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» - 337.2-ci madəsinə görə «Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» -337.3-cü maddəsinə əsasən «Əhəmiyyətsiz əqd məhkəm ə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» -337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya y axın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. - 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, hazırkı mübahisə avtomaşının dövlət qeydiyyat nişanının dəyəri ilə bağlıdır və tərəflər arasında avtomaşına görə ödənilən məbləğlə bağlı mübahisə yoxdur. İddiaçı tərəfindən mübahisə predmeti olan avtomobil Cavabdeh1 3350 0 manata satıldıqdan sonra, qanunvericiliyə əsasən Cavabdeh2 adına rəsmləşdirimişdir. Bundan başqa alqı-satqı müqaviləsinin qeyd olunan qanunvericilik normalarının pozulması ilə bağlanması-avtomaşının dövlət nömrə nişanına dair tərəflər arasında hər hansı şərtin olması, avtomaşına dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinin İİ hissəsinə əsasən, nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə utulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliy i ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Həmin maddənin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitə sini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Göründüyü kimi, avtomaşının qeydiyyat nişanı müstəsna olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydadalara əsasən avtomobillərə təhkim olunur. Hazırkı mübahisə üzrə isə iddiaçı tərəfindən mübahisə predmeti olan avtomobilin dövlət qeydiyyat nişanının iddiaçının digər avtomobilinə verilməsi və cavabdehin buna razılıq verməsinə dair hərhansı sübut təqdim olunmamışdır. Belə olan halda alqı-satqı müqaviləsi qanunvericiliyin tələbləri nəzərə alınmaqla bağlanmış və müqavilənin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını tələb etsə də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tətbiqi baxımından düzgün qiymət verərək, əsaslı və qanunauyğun nəticəyə gəlmiş, iddiaçı apellyasiya şikayətində istinad etdiyi hallarla bağlı hər hansı sübutunu məhkəmə kollegiyasına təqdim etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdiril mədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 27 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.