Məhkəmə qərarları › İş №2(102)-7316/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7316/2019

05.12.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7316/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili V1qızının, Cavabdeh nümayəndəsi ** oğlunun və vəkili V2 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli, 2(103)8224/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim E.Rəhimov) 15.09.2015-ci il tarixli, 2(001)-11830/2015 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh qarşı “ARDNŞ-nin daimi istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılması” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həsən küçəsi, ev ********* ünvanında tikilmiş özbaşına tikilinin X1 hesabına sökülməsi və cavabdehin qanunsuz tikilidən çıxarılması, iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) 10.06.2019-cu il tarixli, 2(103)-8224 /2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15.09.2015-ci il tarixli, 2(001)-11830/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh qarşı “ARDNŞ-nin daimi istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə 10.09.2015-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Bil əcəri qəsəbəsi, Həsən küçəsi, ev ********* ünvanında tikilmiş özbaşına tikilidən cavabdehin çıxarılması, həmin tikilinin cavabdehin hesabına sökülməsi, eləcə də ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili V2 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı iddiasını əsaslandırmaq üçün iddia ərizəsinə, yaxud da məhkəmə baxışlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həsən küçəsi, ev ********* ünvanında tikilmiş evin cavabdehə hər hansı aidiyyatının o lub-olması, ümumiyyətlə göstərilən ünvanın mövcud olub-olmamasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bu hal birinci instansiya məhkəməsi tərəfindən də araşdırılmamış, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh göstərdiyi hal barədə apellyasiya şikayətində də məlumat versə də, apellyasiya kollegiyası bu halı araşdırmamış, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Göründüyü kimi, heç bir instansiya məhkəməsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həsən küçəsi, ev ********* ünvanının yerləşdiyi yer, həmin ünvanın mövcud olub-olmaması, olduğu təqdirdə orada hər hansı tikilinin olubolmaması və ya cavabdehlə hər hansı əlaqəsinin olub-olmaması araşdırılmamış, apellyasiya məhkəməsində bu bar ədə bildirilsə də, məsələyə aydınlıq gətirilməsi üçün əraziyə baxış keçirilməsinə heç bir təşəbbüs göstərilməmiş, iş tam və hərtərəfli araşdırılmadan əsassız qətnamə qəbul edilmişdir. Cavabdeh 1999-cu ildən ailəsi ilə birgə şəxsi vəsaitləri hesabına Bakı şəhəri, ünvan 2 ünvanda ev tikmişdir və 20 ildən çoxdur ki, həmin ünvanda yaşayır. Həmin evə də onların yaşayış hüquqları tanınmış, həmin evə pasport qeydiyyatına alınmışlar. Bununla da aydın olur ki, iddia tələbində qeyd edilən ünvana cavabdehin aidiyyatı yoxdur. Biləcəri qəsəbə nümayəndəliyinin 16.07.2019-cu il tarixli arayışından da görünür ki, Biləcəri qəsəbə ərazisində X.Həsən küçəsi yoxdur. Nəticə olaraq, hər iki instansiya məhkəmələrinin işin mahiyyətini araşdıraraq hüquqi qiymət vermədən qətnamə qəbul etməsi ədalət mühakiməsinin tə məli olan həqiqətin ortaya çıxarılması prinsipinə ziddir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli, 2(103)-8224/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili V2 oğlu və nümayəndəsi ** oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xah iş etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili V1qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli, 2(103)-8224/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apel lyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşə mahiyyəti üzrə baxan apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, işin araşdırılmış hallarından da göründüyü kimi cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr almadan özünə yaşayış evi tikmiş, həmin özbaşına tikiliyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahə si hazırda iddiaçının qanuni istifadəsindədir. Apellyasiya kollegiyası qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci və Torpaq Məcəlləsinin 111-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdehə-Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həsən küçəsi, ev ********* ünvanına məhkəmə iclası vaxtı barədə bildiriş ünvanlanmış, lakin məktub rabitə xidmətinin əməkdaşları tərəfindən üzərində “ünvan tam deyil” qeydi yazılmaqla geri qaytarılmışdır (səh 15). Bundan əlavə, iddiaçı ARDNŞ-nin nümayəndəsi X2 apellyasiya instansiyası məhkəməsinə etiraz və vəsatətlə (səh 61-62) müraciət edərək, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həsən küçəsi, ev ********* ünvanının cavabdehə məxsus olmadığı iddiasının ekspertiza təyin olunmaqla sübuta yetirilməsini, həmin ünvan cavabdehə məhkəmə prosesi gedən dövrdə və hazırda aid olduğu halda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlnmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxan apellyasiya kollegiyası qeyd edilən bu hallara əhəmiyyət verməmiş, işin araşdırılmış halı kimi cavabdehin dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikili tikməsini və hazırda da həmin tikilinin cavabdehin istifadəsində olmasını qəbul etdiyi qətnamədə vurğulamışdır. Lakin qeyd edilməlidir ki, iş materialları ilə sökülməsi tələb edilən ünvanın mövcudluğu, həmin torpaq sahəsində tikili olub-olmaması, tikili mövcuddursa həmin tikilinin cavabdehə aidiyyətinin olub-olmaması, tikilinin özbaşına tikili olub-olmaması ar aşdırılmamış, bununla yanaşı iddiaçının nümayəndəsinin yuxarıda qeyd edilən vəsatətinə, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillərə münasibət bildirilməmiş, hər hansı sübuta istinad etmədən göstərmişdir ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılmış, lakin öz təsdiqini tapmamışdır. (səh 73, 4-cü abzas). Buradan da aydın olur ki, apellyasiya kollegiyası işin hansı araşdırılmış halları əsasında birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlnması qənaətini əsaslandıra bilməmiş, həqiqətə nail olunması və iş üzrə obyektiv nəticəyə gəlinə bilinməsi üçün məhkəmə araşdırmasını tam aparmamış, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və fakt lar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təq dim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kassasiya kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmi şdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli, 2(103)-8224/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar