Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-733/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "Elvin” X3 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Göyçay rayon Notarial Kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): alqı-satqı müqaviləsi, əqdin etibarsızlığı, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "Elvin” X3 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Göyçay rayon Notarial Ko ntoruna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-971/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 nömrəli qərarı əsasında 17 mart 1999-cu il tarixdə verilmiş JN 1596, KOD 40814058 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh3 və ailə üzvlərinin mülkiyyətinə Göyçay rayonu Mirzəhüseynli kəndinin ərazisindən 1,13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
2. Cavabdeh3 da üzvlüyü ilə 20 may 1999-cu il tarixdə notarial qaydada təsdiq edilmiş müqavilə ilə 74 nəfər təsisçi arasında İddiaçı X3 yaradılmasına dair müqavilə imzalanmışdır. 3. 18 iyul 1999-cu ildə İddiaçı X3 nizamnaməsi dövlət qeydiyyatına alınmışdır.
4. Göyçay rayon Aqrar islahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 nömrəli qərarı əsasında 17 mart 1999-cu il tarixdə verilmiş JN 1596, KOD 40814058 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilərlə alıcı Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış, ƏMDK-nın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** saylı çıxarışla 1,1272 hektar torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2020ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında ƏMDK-nın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus 1,1272 hektar torpaq sahəsi İddiaçı X7 üzvü olan Cavabdeh3 mülkiyyətində olmuşdur. Cavabdeh3 mül kiyyətində olan 1,1272 hektar torpaq sahəsini İddiaçı X7 üzvlərinin razılığı olmadan, digər cavabdehə satmışdır. Halbuki, qeyd edilən torpaq sahəsi digər mülkiyyətçilərin torpaq sahəsidir və qanunsuz olaraq Cavabdeh2 satılmışdır. Cavabdeh2 aldığı torpaq sahəsinin 0,70 hektarı Cavabdeh3 istifadəsindədir.
7. Cavabdeh2 iddiaya etiraz verərək göstərmişdir ki, notarial qaydada alqı-satqı yolu ilə Cavabdeh3 aldığı 1,1272 hektar torpaq sahəsi Cavabdeh3 məxsusdur. Həmin torpaq sahəsini notarial qaydada almaqla xx.xx.2020-ci il tarixində Hüquqların Dövlət Reyestr haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və AA № 556485 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərini almışdır. Göründüyü kimi hazırda iddiaçının iddia ərizəsində göstərdiyi 1,1272 hektar torpaq sahəsi Cavabdeh3 məxsus deyildir. Həmçinin, iddia ərizəsində iddiaçının göstərdiyi onunla qonşu olan JM-1596 nömrəli Dövlət aktına əsasən 0,90 hektar torpaq sahəsi təsərrüfatın üzvu olan X11 məxsusdur. Halbuki 0,90 hektar torpaq sahəsi X9 pay torpağıdır. Göründüyü kimi X11 məxsus olan və X1 olduğu 0,90 hektar torpaq sahəsinin onun Cavabdeh3 notarial qaydada aldığı 1,1272 hektar torpaq sahəsinə heç bir aidiyyəti yoxdur.
8. Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən xüsusi mülkiyyətində olan 1,1272 hektar torpaq sahəsini notarial qaydada digər Cavabdeh2 satmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.
9. Göyçay Rayon Məhkəməsinin 2(046)-282/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddiaçı "Elvin” X3 cavabdehlər Cava bdeh3, Cavabdeh2, Göyçay rayon Notarial Kontoruna və ƏMDK DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə qarşı bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 xüsusi mülkiyyətində olan torpaq sahəsini Cavabdeh2 satması, onun Konstitusiyon hüququdur. Bu hüquq heç kəs tərəfində məhdudlaşdırıla bilməz.
11. Məhkəmə qeyd etmişdir ki, məhkəmə baxışı zamanı "Elvin” X3 nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********41 nömrəli çıxarışın etibarsız hesab edilməsinə əsas ola bilə n heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29 və 71-ci, Mülki Məcəllənin 152.1 və 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81 və 217-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarına, İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına” qarşı, "Qavazov Bolqarıstana qarşı” və "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı X7 apellyasiya şikayəti verərək Göyçay R ayon Məhkəməsinin 2(046)282/2023-nömrəli, 6 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
15. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, mübahisəli 1,1272 ha torpaq sahəsi “ Elvin Kəndli ” Fermer təsərrüfatı üzvü olan Cavabdeh3 mülkiyyətində olmuşdur. Cavabdeh3 mülkiyyətində olan 1.1272 ha torpaq sahəsini “ Elvin Kəndli ” Fermer təsərrüfatı üzvlərinin razılığı olmadan, digər cavabdehə satmışdır. Halbuki, qeyd edilən torpaq sahəsi digər mülkiyyətçilərin torpaq sahəsidir. Qeyd edilən torpaq sahəsi qanuna müvafiq olmadan Cavabdeh2 satılmışdır.
16. Mülki Məcəllənin 93.3-cü maddəsinə müvafiq olaraq qeyd olunan maddədə onun öz payını və ya onun bir hissəsini cəmiyyətin iştirakçılarına satmaq və ya başqa qaydada güzəşt etmək səlahiyyəti nəzərdə tutulmuşdur. İştirakçının bu hüququ məhdudlaşdırıla bilməz. Heç kəs onun payının iştirakçılardan kimə, hansı qiymətə və hansı üsulla özgəninkiləşdirmək hüququnun həyata keçirilməsinə müdaxilə edə bilməz. Bütün bu məsələlərin həllində o, sərbəstdir. Lakin payın üçüncü şəxslərə özgəninkiləşdirilməsi müəyyən məhdudiyyətlərlə həyata keçirilə bilər. Belə ki, özgəninkiləşdirilən payı s atın almaqda qalan iştirakçılar üstünlük hüququna malikdirlər. Nəzərə almaq lazımdır ki, cəmiyyətin digər iştirakçıları öz payını və ya onun bir hissəsini özgəninkiləşdirmək istəyən iştirakçının payını və ya onun bir hissəsini satın almaqda öz paylarının miqdarına mütənasib həcmdə üstünlük hüququna malikdirlər. Belə ki, özgəninkiləşdirilməli payı və ya onun bir hissəsinin cəmiyyətin bir neçə iştirakçısı almaq istədikdə, onlar həmin payın ancaq öz paylarına mütənasib olaraq bir hissəsini əldə edirlər. Beləliklə, pay onların arasında onların öz paylarına mütənasib bölüşdürülərək onlara satılır. Lakin özgəninkiləşdirilməli payı və ya onun bir hissəsini yalnız bir iştirakçı satın almaq istədikdə pay və ya onun bir hissəsi bütövlükdə ona satılmalıdır. Ona görə də öz payını satmaq istəyən işti rakçı cəmiyyətin icra orqanı vasitəsilə bu barədə qalan iştirakçıları xəbərdar etməlidir. Xəbərdar edildikləri gündən bir ay ərzində qalan iştirakçılar öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxslərə özgəninkiləşdirilə bilər.
17. Hazırki işdə Cavabdeh3 tərəfindən mülkiyyətdə olan 1.1272 ha torpaq sahəsini “ Elvin Kəndli ” Fermer təsərrüfatı üzvlərinin razılığı olmadan satılması işin mübahisəsiz halıdır. Göründüyü kimi Cavabdeh3 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır.
18. Göründüyü kimi məhkəmə maddi hüquq normalarının (152.1-ci və 157.4-cü maddələrinin) tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan maddi hüquq normaları (Mülki Məcəllənin 98.3-cü maddəsi) tətbiq edilməmiş, nəticədə qanunsuz qətnamə qəbul edilmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur.
19. Hazırki işdə məhkəmə qətnaməni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, bununla da MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur.
20. Göyçay Rayon Məhkəməsinin 2(046)-282/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, qətnamə, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir.
21. Odur ki, Göyçay rayon Məhkəməsinin 2(046)-282/2023-nömrəli, 06 mart 2023cü il tarixli qətnaməsinin ləğv edil məsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "Elvin” X3 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Göyçay rayon Notarial Kontoruna və ƏMDK DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə qarşı bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsini xahiş etmişdir.
22. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – X4 (sədrlik edən və məruzəçi), X6 və X8) 2(107)-971/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı “Elvin Kəndli” Fermer təsərrüfatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-282/2023 saylı qətnaməsi iddiaçı “Elvin Kəndli” Fermer təsərrüfatının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə koll egiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan İddiaçı X3 nizamnaməsindən görünür ki, müəssisənin qanuni istifadəsinə verilən torpaq sahəsi, torpaq sahəsindəki çoxillik əkmələr, əkində istifadə edilmiş məhsullar, emal və satış proseslərini həyata keçirtmək üçün lazım olan təsərrüfat tikililəri (ekologiya qurğuları) meliorasiya qurğuları, texnika və avadanlıqlar, yük və minik nəqliyyat vasitələri, heyvanlar, istehlak malları, məhsul satışı, iş və xidmətdən daxili vəsait və s. əmək onun mülkiyyətini təşkil edir. Müəssisənin əmlakının əmələ gəlmə mənbələri aşağıdakılardır: a) Təsis pul və maddi payları. 24. b) Məhsul satışından və görülən işlərdən, göstərilən xidmətlərdən, habelə təsərrüfat fəaliyyətinin digər növlərindən alınan gəlirlər. q) Bank kreditləri və digər kreditlər. d) Hüquqi və fiziki şəxslərin vergiləri, xeyriyyə vəsaitləri və qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh3 mülkiyyətində olan 1.1272 ha torpaq sahəsini “Elvin Kəndli” Fermer təsərrüfatı üzvlərinin razılığı olmadan, qanuna müvafiq olmadan digər cavabdehə satması, Mülki Məcəllənin 93.3-cü maddəsində payın və ya onun bir hissəsinin cəmiyyətin iştirakçılarına satmaq və ya başqa qaydada güzəşt etmək səlahiyyətinin nəzərdə tutulması, cəmiyyətin digər iştirakçılarının öz payını və ya onun bir hissəsini özgəninkiləşdirmək istəyən iştirakçının payını və ya onun bir hissəsini satın almaqda öz paylarının miqdarına mütənasib həcmdə üstünlük hüququna malik olmalarına dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişd ir ki, Cavabdeh3 ailə üzvləri ilə ümumi birgə mülkiyyətlərində olan 1.1272 ha torpaq sahəsini satmamışdan əvvəl “Elvin Kəndli ” Fermer təsərrüfatı üzvlərinin razılığını almaq kimi bir vəzifəsi olmamışdır. Belə ki, həmin əmlak Cavabdeh3 “Elvin Kəndli” Fermer təsərrüfatındakı payını təşkil etməmiş, bu səbəbdən “Elvin Kəndli ” Fermer təsərrüfatı üzvlərinin həmin əmlakın alınmasında üstünlük hüquqları da olmamışdır.
26. Kollegiya qeyd etmişdir ki, apellyatorun istinad etdiyi Mülki Məcəllənin 93.3-cü maddəsi də şəxsin xüsusi mülkiyyətinin deyil, cəmiyyətin nizamnamə kapitalındakı payının və yaxud onun bir hissəsinin özgəninkiləşdirilməsi məqamında cəmiyyət iştirakçılarının payın satın alınmasında üstünlük imkanlarını tanımışdır.
27. Məhkəmə kollegiyası apellyatorun Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsinə istinad etməklə ifadə etdiyi Cavabdeh3 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, İddiaçı X3 cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb etməkdə ümumiyyətlə subyektiv hüququ olmamışdır.
28. Kollegiya qeyd etmişdir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakim əsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.
29. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə aza dlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsind ən söhbət gedə bilməz.
30. Göründüyü kimi İddiaçı X7 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Göyçay rayon Notarial Kontoruna və ƏMDK DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə qarşı xx.xx.2020ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında ƏMDK-nın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən buna subyektiv hüququ olmamamışdır.
31. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (Vəkil Novruz oğlu) kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(107)-971/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti əsaslandırılarkən qeyd edilmişdir ki, Qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin “iddiaçı“ Elvin” X7 alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizə si ilə məhkəməyə müraciət edərkən buna subyektiv hüququ olmamamışdır” barədə gəldiyi nəticə əsassız və qanunsuzdur. Ona görə ki, mübahisəli 1,1272 ha torpaq sahəsi “ Elvin Kəndli ” Fermer təsərrüfatı üzvü olan Cavabdeh3 mülkiyyətində olmuşdur. Cavabdeh3 mülkiyyətində olan 1.1272 ha torpaq sahəsini “ Elvin Kəndli ” Fermer təsərrüfatı üzvlərinin razılığı olmadan, digər cavabdehə satmışdır. Halbuki, qeyd edilən torpaq sahəsi digər mülkiyyətçilərin torpaq sahəsidir. Qeyd edilən torpaq sahəsi qanuna müvafiq olmadan olaraq Cavabdeh2 satılmışdır. İş materiallarında olan İddiaçı X3 nizamnaməsindən görünür ki, müəssisənin 74 üzvü var. Qeyd edim ki, müəssisənin hər bir üzvü Aqrar İslahat Komissiyasının qərarı ilə onun mülkiyyətinə verilmiş torpaq sahəsini İddiaçı X2i istifadəsinə vermiş, bunun nətic əsində İddiaçı X7 yaradılmış və fəaliyyət göstərir. İddiaçı X7 müəssisənin 74 üzvünün müəssisənin qanuni istifadəsinə verdiyi torpaq sahəsini əkin üçün yararlı hala salınması müəssisənin vəsaiti hesabına edilmiş, uzun müddətdir istifadə olunur. Bu səbəbdən hesab edirəm ki, İddiaçı X7 alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malikdir. Hazırda cavabdehdən başqa qalan üzvlərin torpaq sahəsi müəssisənin istifadəsindədir. Lakin İddiaçı X3 vəsaiti hesabına cavabdehin torpaq sahəsinin əkin üçün yararlı hala salınmasına baxmayaraq, həmin torpaq sahəsini təsərrüfatın digər üzvlərinin razılığı olmadan, digər cavabdehə satmışdır. İddiaçı X3 nizamnaməsindən görünür ki, qa nuni istifadəsinə verilən torpaq sahəsi, torpaq sahəsindəki çoxillik əkmələr, əkində istifadə edilmiş məhsullar, emal və satış proseslərini həyata keçirtmək üçün lazım olan təsərrüfat tikililəri (ekologiya qurğuları) meliorasiya qurğuları, texnika və avadanlıqlar, yük və minik nəqliyyat vasitələri, heyvanlar, istehlak malları, məhsul satışı, iş və xidmətdən daxili vəsait və s. əmək onun mülkiyyətini təşkil edir. İddiaçı X7 müəssisənin 74 üzvünün hər birinə Aqrar İslahat Komissiyasının qərarı ilə onların mülkiyyətinə verilmiş torpaq sahələri İddiaçı X2i istifadəsinə vermişdir. Mülki Məcəllənin 93.3-cü maddəsinə əsasən Cəmiyyətin iştirakçıları iştirakçının payını(onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını(onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Bu müddəaya müvafiq olaraq qeyd olunan maddədə onun öz payını və ya onun bir hissəsini cəmiyyətin iştirakçılarına satmaq və ya başqa qaydada güzəşt etmək səlahiyyəti nəzərdə tutulmuşdur. İştirakçının bu hüququ məhdudlaşdırıla bilməz. Heç kəs onun payının iştirakçılardan kimə, hansı qiymətə və hansı üsulla özgəninkiləşdirmək hüququnun həyata keç irilməsinə müdaxilə edə bilməz. Bütün bu məsələlərin həllində o, sərbəstdir. Lakin payın üçüncü şəxslərə özgəninkiləşdirilməsi müəyyən məhdudiyyətlərlə həyata keçirilə bilər. Belə ki, özgəninkiləşdirilən payı satın almaqda qalan iştirakçılar üstünlük hüququna malikdirlər. Nəzərə almaq lazımdır ki, cəmiyyətin digər iştirakçıları öz payını və ya onun bir hissəsini özgəninkiləşdirmək istəyən iştirakçının payını və ya onun bir hissəsini satın almaqda öz paylarının miqdarına mütənasib həcmdə üstünlük hüququna malikdirlər. Belə ki, özgəninkiləşdirilməli payı və ya onun bir hissəsinin cəmiyyətin bir neçə iştirakçısı almaq istədikdə, onlar həmin payın ancaq öz paylarına mütənasib olaraq bir hissəsini əldə edirlər. Beləliklə, pay onların arasında onların öz paylarına mütənasib bölüşdürülərək onla ra satılır. Lakin özgəninkiləşdirilməli payı və ya onun bir hissəsini yalnız bir iştirakçı satın almaq istədikdə pay və ya onun bir hissəsi bütövlükdə ona satılmalıdır. Ona görə də öz payını satmaq istəyən iştirakçı cəmiyyətin icra orqanı vasitəsilə bu barədə qalan iştirakçıları xəbərdar etməlidir. Xəbərdar edildikləri gündən bir ay ərzində qalan iştirakçılar öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxslərə özgəninkiləşdirilə bilər. Hazırki işdə Cavabdeh3 tərəfindən mülkiyyətdə olan 1.1272 ha torpaq sahəsini “ Elvin Kəndli ” Fermer təsərrüfatı üzvlərinin razılığı olmadan satılması işin mübahisəsiz halıdır. Göründüyü kimi Cavabdeh3 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış alqısatqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır.
34. Mülk i Məcəllənin 152.1-ci və 157.4-cü maddələrinin tətbiqində səhvə yol vermiş, bununla da Şəki Apellyasiya Məhkəməsi tərəfindən (Mülki Məcəllənin 152.1-ci və 157.4-cü maddələrinin) maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş, həmçinin tətbiq edilməli olan maddi hüquq norması (Mülki Məcəllənin 98.3-cü maddəsi) tətbiq edilməmişdir və bununla da iddiaçı“ Elvin” X3 hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir.
35. İşə baxmış Şəki Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını sadalamaqla, təqdim olunmuş sübutları araşdırmamış, Mülki prosessual Məcəllənin 103.1ci və bu Məcəllənin 88-ci maddələrinin tətbiq edilməsində səhv buraxmış, həmin prosessual hüquq normalarını səhv təfsir edərək, nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Cavabdeh2 kassasiya şikayətinə etiraz versə də həmin etiraz “Elektron məhkəmə” informasiyta sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
37. Maddə 29 İİİ. Hər kəsin mülkiy yətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
39. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər...
40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
43. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlil lərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı mü nasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya insta nsiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzim ləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli 2(107)-971/2 023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.