Məhkəmə qərarları › İş №2(102)-7331/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7331/2019

05.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7331/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1 və onun vəkili X9 iştirakı ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1229/2019 nömrəli iş üzrə 01 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Yevlax rayon məhkəməsinin (hakim Toğrul Əliyev) 11 dekabr 2018-ci il tаrixli, 2(039)1505/2018 saylı q ətnaməsi ilə iddia qismən təmin edilmiş, DƏDRX 17 saylı Ərazi İdarəsi tərəfindən Yevlax şəhəri, Nemanzadə küçəsi, 16 ünvanında yerləşən yaşayış evinə dair aparılmış ********** nömrəli 11 mart 2011-ci il tarixli qeyd ½ hissədə ləğv edilərək həmin hissəyə dair İddiaçı adına müvafiq qeydin aparılması qət edilmiş və iddia tələbi qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 01 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Yevlax rayon məhkəməsinin 11 dekabr 2018-ci il tаrixli qətnаməsinin İddiaçı adına müvafiq qeydin aparılması hissəsi qətnamədən xaric edilmiş, qətnаmə qalan hissədə, yəni iddia tələbini n DƏDRX 17 saylı Ərazi İdarəsi tərəfindən Yevlax şəhəri, Nemanzadə küçəsi, 16 ünvanında yerləşən yaşayış evinə dair aparılmış ********** nömrəli 11 mart 2011-ci il tarixli qeydin ½ hissədə ləğv edilməsinin təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər DƏDRX 17 saylı Ərazi İdarəsinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax rayon məhkəməsinə müraciət edərək DƏDRX 17 saylı Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrlə Cavabdeh1 adına verilmiş Yevlax şəhəri, Nemanzadə küçəsi 16 saylı fərdi yaşayış evinin onun mülkiyyətinə verilməsinə dair MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasın xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şik ayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə onun da əmlak üzərində olan mülkiyyətini qanunsuz olaraq cavabdehin mənafeyinə uyğun olaraq həll etmişdir. Mübahisələndirilən fərdi yaşayış evi onun atasınındır. Bu evi onun atası inşa edib. Sonra isə o X8 ilə burada yaşamış və evi onunla birlikdə yerdə qalan hissəsini inşa edərək tam yaşamaq vəziyyətinə gətirmişlər. Cavabdeh özü də ifadələrində tamamilə qə bul edir ki, o, iddiaçı ilə evlənəndən sonra hazır evə gəlmişdir. Necə ola bilər ki, həmin ev onun da mülkiyyəti hesab edilsin. Cavabdeh1 bu günə kimi heç bir yerdə işləməyib. Heç bir qazancı olmayıb. O, hansı vəsaiti ilə evi təmir edib. Özü də etiraf edir ki, həmin ünvana gəlin köçüb. Yəni artıq o evə gəlməmişdən əvvəl bu ev mövcud olub. Ev 1988-ci ildə inşa edilib. Həmin evi Bəhramov İsmayıl Hüseyn oğlu inşa edib. Sonra isə İddiaçı və X8 bu evdə yaşayaraq iki övladı da bu evdə doğulub. Onların vəsaiti hesabına həmin ev tam yaşayış vəziyyətinə gətirilib. Cavabdeh1 2001-ci ildə bu evə gəlib. Yəni ev tikiləndən 13 il sonra bu evə köçüb. Bu evin bilavasitə sahibi və mülkiyyətçisi İddiaçı və X1r. Məhkəmə bu hallara qiymət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh1 kassasiya şikayət inə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1229/2019 nömrəli iş üzrə 01 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh1 və onun vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsi məhkəməyə məktub göndərərək mülki işə İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxs gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 2001-ci ildə rəsmi nikah münasibətl ərinə daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarında 20.09.2002-ci ildə Aygül adlı uşaqları olub. Tərəflər arasında olan nikah Yevlax rayon məhkəməsinin 16.10.2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Yevlax şəhəri Mendeleyev küçəsi 14 nömrəli evdə yaşayan X2 özünə məxsus həyətyanı torpağ sahəsinin 600 kvadarat metri kəsilərək onun razılığı ilə X3 verilmişdir. Cavabdeh1 DƏDRX ünvan 1 ünvanında yerləşən yaşayış evinə hüququn ilkin qeydiyyatının aparılması və ona dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Yevlax rayonu Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli qərarı ilə 0,06 torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvləri X2nın, X3un və ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Yaşayış evi tam və torpaq sahəsinin ¼ hissəsi Cavabdeh1, ¼ hissəsi X4, ¼ hissəsi X5 və ½ hissəsi X6 mülkiyətinə verilmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Cavabdeh1 adına verilmiş Yevlax şəhəri, Nemanzadə küçəsi 16 saylı fərdi yaşayış evinin onun mülkiyyətinə verilməsinə dair MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsini tələb edir. Torpaq sahəsinə dair qeydiyyat isə mübahisləndirilmir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Yevlax şəhəri, Nemanzadə 16 (Mendeleyev, 14) ünvanında yerləşən yaşayış evi 1988-ci ildə, X7 Bəhramovla 2001-ci ildə nikaha daxil olanadək Yevlax şəhər XDS İcraiyyə Komitəsinin 27 aprel 1988-ci il tarixli qərarı ilə İddiaçı verilmiş 600 kvadrat metr torpaq sahəsində inşa edilmişdir. Cavabdeh1 Yevlax şəhəri, Nemanzadə küçəsi, 16 ünvanında yerləşən yaş ayış evinə dair hüququnun ilkin qeydiyyatının aparılması və çıxarışın verilməsi barədə ərizə ilə DƏDRX Yevlax Rayon Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX Yevlax Rayon Ərazi İdarəsi isə həmin torpaq sahəsinin ünvanını yaşayış evinə dair ilkin qeydiyyat aparmış və Cavabdeh1 həmin evə dair dövlət reyestrindən 11.03.2011-ci il tarixli Çıxarış verilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, həmin yaşayış evi 1988-ci ildə inşa edilsə də, daşınmaz əmlakın dövlət reyestrində qeyd aparılmadan öncə həmin evin hüquqi statusu özbaşına tikili kimi qiymətləndirilməlidir. İddiaçı özünün qismən etirafı və Cavabdeh1 özünün izahatı ilə təsdiq edilmişdir ki, həmin özbaşına tikilidə birgə nikahları ərzində əsaslı tikinti işləri aparılmışdır. Bu səbəbdən müəyyən olunmuşdur ki, həmin evin bərpa və təmir-tiki nti işlərinə xərclənmiş vəsait birgə nikah dövründə əldə edilmişdir və bu səbəbdən həmin evin tikintisinə sərf edilmiş inşaat materialları da İddiaçıla Cavabdeh1nm birgə nikahı dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməli və hər birinin payı 1/2 hissədə müəyyən olunmalıdır. Belə olan təqdirdə daşınmaz əmlakın dövlət reyestrində həmin evə dair aparılmış qeydiyyat zamanı İddiaçı mülkiyyətçi olaraq hüquqlarının pozulması müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 35 Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsasl ı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünmə si zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Məcəllənin: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia qismən əsaslıdır dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd 1/2 hissədə ləğv edilməli və həmin hissədə Eldəniz Bəhraamov adına müvafiq qeyd aparılmalıdır. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. İddiaçı apellyasiya şikayəti verərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı cavabdehlər DƏDRX 17 saylı Ərazi İdarəsinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax rayon məhkəməsinə müraciət edərək DƏDRX 17 saylı Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrlə Cavabdeh1 adına verilmiş Yevlax şəhəri, Nemanzadə küçəsi 16 saylı fərdi yaşayış evinin onun mülkiyyətinə verilməsinə dair MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasın xahiş etmişdir. Yevlax rayon məhkəməsinin 11 dekabr 2018-ci il tаrixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, DƏDRX 17 saylı Ərazi İdarəsi tərəfindən Yevlax şəhəri, Nemanzadə küçəsi, 16 ünvanında yerləşən yaşayış evinə dair aparılmış ********** nömrəli 11 mart 2011-ci il tarixli qeyd ½ hissədə l əğv edilərək həmin hissəyə dair İddiaçı adına müvafiq qeydin aparılması qət edilmişdir. Yəni birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Lakin iddia tələbindən kənara çıxmışdır. Ona görə də, birinci instansiya məhkəməsi qətnаməsinin İddiaçı adına müvafiq qeydin aparılması hissəsi qətnamədən xaric edilməli, qətnаmə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sə nədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya şikayətində də qeyd edilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə hüquqi qiymət verərək iş materiallarına əsasən müəyyən etmişdir ki, mübahisəli evdə iddiaçı ilə Müstəqimə Mirzəzizovanın birgə nikahları ərzində əsaslı tikinti işləri aparılmışdır. Həmin evin bərpa və təmir-tikinti işlərinə xərclə nmiş vəsait birgə nikah dövründə əldə edilmiş və bu səbəbdən həmin evin tikintisinə sərf edilmiş inşaat materialları da İddiaçıla Cavabdeh1 birgə nikahı dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmiş, mübahisəli yaşayış evinin ½ hissəsinin ½ hissəsində cavabdeh M. Mirəzizovanın payı olduğundan mübahisələndirilən Çıxarışın ona aid hissəsi ilə bağlı tələbi rədd etmişdir. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1229/2019 nömrəli iş üzrə 01 iyul 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar