Məhkəmə qərarları › İş №2(102)-734/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-734/2019

28.01.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-734/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi),Əhməda Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd ibarət tərkibdə, Cumazadə Ceyhun katibliy, İddiaçı vəkili X11, Cavabdeh1 və vəkili X5 iştrakları ilə, İddiaçıBakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3866/18 saylı, 15 may 2019-cu il tarixli qətnaməsi ilə(hakim İ.R.Burcayev) İddiaçı iddia tələbi qismən təmin e dilərək, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, ******************** küçəsində istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv.m köməkçi sahədən ibarət olanın 14/2 nömrəli fərdi yaşayış evinə dair imzalanmış 21.07.2016-cı il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 06.09.2017-ci il tarixli birgə nigah dövründə əldə olunmuş əmlakların bölünməsinə dair saziş “Bakı şəhəri, ******************** küçəsində istifadədə olan 0.0217 ha torpaq sahəində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv.m köməkçi sahədən ibarət olan 14/2 nömrəli fərdi yaşayış evinin İddiaçı mülkiyyətinə verilməsi” hissəsi istisna olmaqla etibarsız hesab edilməsi, tərəflərin birgə nikah zamanı əldə etdikləri əmlaklar- ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin, Bakı şəhəri, *********************** ünvanında yerləşən 32 saylı mənzilin, ünvan 2 ünvanında yerləşən mənzilin, ünvan 3 ünvanda yerləşən mənzilin, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 17.36 kv.m qeyri-yaşayış binası olan qarajın, ünvan 5 ünvanında yerləşən 7 saylı avtodayanacağm, Kia Cadenza markalı, **--*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, X35 CDİ markalı, **--*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, “xxxx” ASC-də bank hesabında yerləşən 86.000 manat pul vəsaitinin üzərində İddiaçı ½ ının müəyyən edilməsi, Cavabdeh1 adma “xxxx” ASC-də bank hesabında yerləşən 86 000 manat pul vəsaitinin ½ hissəsi, yəni 43 000 manat məbləğində pulun Cavabdeh1 “xxxx” ASC-də olan bank hesabından alınaraq İddiaçı qızma ödənilməsi,iddia ərizəsi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova, N.Ş.Cəfərov; iş 2(103)-9550/2018)cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3866/18 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi qismən, İ8 ilə Cavabdeh1 arasında Bakı şəhəri, ******************** küçəsində istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv.m köməkçi sahədən ibarət olan 14/2 nömrəli fərdi yaşayış evinə dair imzalanmış 21.07.2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 06.09.2017-ci il tarixli birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsinə dair sazişin “Bakı şəhəri, ******************** küçəsində istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv.m köməkçi sahədən ibarət olan 14/2 nömrəli fərdi yaşayış evinin İddiaçı mülkiyyətinə verilməsi” hissəsi istisna olmaqla etibarsız hesab edilməsi, tərəflərin birgə nikah zamanı əldə etdikləri əmlaklar - ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin, Bakı şəhəri, *********************** ünvanında yerləşən ***** saylı mənzilin, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 17.36 kv.m qeyri-yaşayış binası olan qarajın, ünvan 5 ünvanında yerləşən 7 saylı a vtodayanacağm, Kia Cadenza markalı, **--*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, X35 CDİ markalı, **--*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, “xxxx” ASC-də bank hesabında yerləşən 86 000 manat pul vəsaitinin üzərində İddiaçı ½ hissədə payın müəyyən edilməsi, Cavabdeh1 adma “xxxx” ASC-də bank hesabında yerləşən 86 000 manat pul vəsaitinin ½ hissəsi, yəni 43 000 manat məbləğində pul Cavabdeh1 “xxxx” ASC-də olan bank hesabından alınaraq İddiaçı qızma ödənilməsi hissəsində ləğv edilmiş,həmin hissədə iddia təmin olunmamışdır. İşin halları İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, ******************** küçəsində istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv. M köməkçi sahədən ibarət olan 14/2 nömrəli fərdi yaşayış evinə dair imzalanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 06.09.2017-ci il tarixli birgə nigah dövründə əldə olunmuş əmlakların bölünməsinə dair sazişin “Bakı şəhəri, ******************** küçəsində istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv.m köməkçi sahədən ibarət olan 14/2 nömrəli fərdi yaşayış evinin İddiaçı mülkiyyətinə verilməsi” hissəsi istisna olmaqla etibarsız hesab edilməsi, tərəflərin birgə nikah zamanı əldə etdikləri ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin, Bakı şəhəri, *********************** ünvanında yerləşən 32 saylı mənzilin, ünvan 2 ünvanında yerləşən mənzilin, ünvan 3 ünvanda yerləş ən mənzilin, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 17.36 kv.m qeyri-yaşayış binası olan qarajın, ünvan 5 ünvanında yerləşən 7 saylı avtodayanacağm, Kia Cadenza markalı, **-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, X35 CDİ markalı, **--*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, “xxxx” ASC-də bank hesabında yerləşən 86.000 manat pul vəsaitinin üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınaraq 4/5 hissədə payının müəyyən edilməsi, “xxxx” ASC-də bank hesabında yerləşən 86 000 manat pul vəsaitinin 4/5 hissəsinin, yəni 68 800 manat məbləğində pulun Cavabdeh1 alınaraq İddiaçı qızma ödənilməsi, birgə nikah zamanı əldə olunmuş əmlakların - ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin, Bakı şəhəri, *********************** ünvanında yerləşən 32 saylı mənzilin, ünvan 2 ünvanında yerlə şən mənzilin, ünvan 3 ünvanda yerləşən mənzilin, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 17.36 kv.m qeyri-yaşayış binası olan qarajın, ünvan 5 ünvanında yerləşən 7 saylı avtodayanacağm, Kia Cadenza markalı, **--*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, X35 CDİ markalı, **--*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin-hərracda satılaraq həmin əmlakların satışından əldə edilmiş pul vəsaitinin 4/5 hissəsinin İddiaçı qızma ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 22 yanvar 2005-ci il tarixdə nigaha daxil olaraq ailə qurmuşdur. Birgə nigahlarından 19 dekabr 2005-ci il təvəllüdlü X6 və 02 may 2009-cu il təvəlldlü X8 adlı övladları dünyaya gəlmişdir. Aralarında olan münasibətin pozulduğuna, cavabdehin bir ailə başçısı və ata kimi üzərinə düşən vəzifələri yerinə yetirmədiyinə görə iddiaçı nigahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər birgə nigaha daxil olan vaxtdan etibarən tərəflərin nigah zamanı əldə etdikləri əmlakların hamısı iddiaçının atasının vəsaiti hesabına alınmışdır. İddiaçının mülkiyyətində nigaha daxil olanadək Bakı şəhəri, ******************** küçəsində istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv. M köməkçi sahədən ibarət olan 14/2 nömrəli fərdi yaşayış evi olmuşdur. Həmin əmlak tərəflərin birgə gəlirləri hesabına deyil, idiaçının atasının vəsaiti hesabına 2004-cü ildə alınmış və qızına İddiaçı hədiyyə edilmişdir.Bundan başqa iddiaçının atası Nizami İbrahimov tərəfindən iddia çı və cavabdeh birgə nigaha daxil olanadək Bakı şəhəri, S.Vurğun küçəsində 2 ədəd 1 otaqlı və 2 otaqlı mənzillər almışdır. Həmin mənzilləri iddiaçının atası külli miqdadra vəsait xərcləyərək təmir etdirmiş, içərisini mebel və ev məişət əşyaları, texnika ilə təchiz etmişdir. Tərəflər ailə qurduqdan sonra Cavabdeh1 arvadə İddiaçı evinə köçmüş və orada yaşamışlar.Sonradan iddiaçının atasının razılığı və xəbəri olmadan cavabdeh iddiaçını aldadaraq və etibarından suiistifadə edərək həmin mənzili satmış, həmin pul vəsaitinin bir hissəsini Unibank və Accesbankda iddiaçının və cavabdehin adına depozit hesabına qoymuşdur. Qalan pulu isə cavabdeh özündə saxlamışdır. Sonradan isə cavabdeh həmin mənzillərin satışından əldə edilmiş pulları və tərflərin girgə gəlirləri hesabına birgə nigah zamanı əldə e dilmiş əmlakları (ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil, Bakı şəhəri, *********************** ünvanında yerləşən 32 saylı mənzil, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 17.36 kv.m qeyri-yaşayış binası olan qaraj, ünvan 5 ünvanında yerləşən 7 saylı avtodayanacağ, Kia Cadenza markalı, **-*** dövlət nömrə nişanlı, X35 CDİ markalı, **--*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi) cavabdehin adına almışlar. Bundan əlavə cavabdeh həmin pulları öz anasının adına ********************** ünvanında yerləşən mənzil almış, həmçinin qardaşının adına bir ədəd ev və maşın almışdır. Tərəflər S.Vurğun küçəsindəki ev satıldıqdan sonra iddiaçının cehiz əşyaları gətirdiyi və özünə məxsus olan Bakı şəhəri, ******************** küçəsində istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 o taqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv. M köməkçi sahədən ibarət olan 14/2 nömrəli fərdi yaşayış evinə köçmüş və uzun müddət orada yaşamışlar.Tərəflər nigaha daxil olduqdan xeyli sonra cavabdeh iddiaçıya həmin evin sənədinə öz adının və uşaqlarının adının salınmasının istədiyini bildirmiş, əks halda iddiçının atasına ***************** küçəsindəki evlərinin satılmasını bildirəcəyi ilə hədələmiş, iddiaçını qorxudmuş, iddiaçının ona olan sevgisindən, etibarından sui-istifadə etmiş, ona olan inamı və məhəbbətini sübut etməyini tələb etmiş və 9 saylı notariat kontoruna aparmışdır. Həmçinin notariat kontorunda cavabdeh iddiaçını inandırmışdır ki, evə uşaqların adını qeydiyyata salıb, uşaqlarında mülkiyyətçi kimi qeyd etdirəcəyi barəsində ərizəyə imza atacaq və evin sənədinə özünün və uşaqlar ında adı əlavə edilərək, ancaq mülkiyyətçi kimi yenədə iddiaçı qalacaq. Ümumiyyətlə tərəflərin bütün əmlaklara, uşaqlara aid bütün sənədləri cavabdehdə qalırdı sənədlərin hamsını özündə saxlayırdı.İddiaçı müqaviləni oxumadan, cavabdehin sözünə inanaraq müqavilənin mahiyyətini dərk etmədən imzalamışdır.Çünki cavabdeh onun əri, iki uşağının atasıdır, ondan belə hərəkət gözləməsi qeyri-mümükün idi. İddiaçının imzaladığı müqavilə bugünüdək cavabdeh təeəfindən iddiaçıya verilməmişdir. Bu yaxınlarda cavabdehdən soruşduqda və 06.09.2017-ci il tarixli sazşlə 2018-ci ilin mart ayında iddiaçı hüquqşünas vasitəsilə tanış olduqda aydın olmuşdur ki, sözügedən evə dair bağışlama müqaviləsinə cavabdeh tərəfindən aldadılaraq iddiaçı tərəfindən imza edilmişdir. Sonradan cavabdehin ailəyə olan soyuq münasib əti, bir ailə başçısı,ata və ər kimi vəzifələrini yerinə yetirməməsi ər-arvad arasında olan münasibətlərin pisləşməsinə səbəb olmuşdur.İddiaçı dəfələrlə nigahın pozulması tələbi ilə məhkəməyə müraciət etsədə, avabdehin ailəni bərpa etmək barədə yalan vədlərinə inanaraq iddia ərizələrini geri götürmüşdür.Yenidən cavabdehin iddiaçını aldatması nəticəsində birgə nigah dövrdə əldə olunmuş əmlakların bölünməsinə dair 06.09.2017-ci il tarixli saziş imzalanmışdır. Sazişlə tanış olduqdan sonra iddiaçının cavabdeh tərəfindən yenidən aldadıldığını dərk etdikdən sonra məhkəməyə müraciət etmişdir. Sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddia qaldırılan zaman iddiaçıya Sabunçu rayonu, ünvan 6 ünvanında yerləşən f ərdi yaşayış evinin bağıçlanmasına dair müqavilənin tarixi məlum deyildi. Lakin məhkəmədə iddia qaldırıldıqdan sonra sorğuya əsasən notariat kontoru tərəfindən ona təqdim edilmişdir. Ona görə də İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, ******************** küçəsində istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv. M köməkçi sahədən ibarət olan 14/2 nömrəli fərdi yaşayış evinə dair imzalanmış 21.07.2016-cı il tarixli müqavilə etibarsız hesab olunmalı və Bakı şəhəri, *********************** ünvanında yerləşən ******* saylı mənzil, ünvan 2 ünvanında yerləşən mənzillərin üzərində iddiaçının 4/5 hissəsinin payı müəyyən edilməli, hərracda satılaraq həmin əmlakların satışından əldə edilmiş pul vəsaitinin 4/5 hissəsinin iddiaçıya öd ənilməsi təmin olunmalıdır. Kassasiya şikayətinin dəlilləri İddiaçıkassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135,152, 225, 324.1 324.4, 324.5, 371.1, 337.1-337.5, 339.1, 339.3, 340, 371.1-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77-ci maddəsinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32,34,36, 37-ci maddələrin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılamamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Mə hkəmə kollegiyasının iclasında İddiaçı vəkili X20 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi.. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili X16 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahişetdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prose ssual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında nikah 22 yanvar 2005-ci il tarixində Bakı şəhərində Səadət sarayında bağlanmışdır. Doğum haqqında şəhadətnamələrindən görünür ki, tərəflərin birgə nikahından 19.12.2005-ci il təvəllüdlü X6 və 02.05.2009-cu il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17.04.2018-ci il tarixli məktubundan görünür ki, Abdullayeva (İbrahimova) İradə Nizami qızının adına: Bakı şəhəri, ******************* küçəsi, ev 81, 7 saylı mənzil 01.09.2005-ci ildə qeydiyyatdan keçmiş, lakin 19 saylı DNK-nın 09.03.2011-ci il tarixli, 4Ə/89 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X21 adına özgəninkiləşdirilmişdir. X28 həmçinin 5 saylı DNK-nın, 28.04.2017-ci il tarixli, ******** reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, ****************** küçəsi, ev 81, 7 saylı mənzilini X3, hazırda sözügedən mənzil X14 mülkiyyətindədir. Bakı şəhəri, *************************** küçəsi, ev 81, 8 saylı mənzil 01.09.2005-ci ildə qeydiyyatdan keçmiş, lakin 9 saylı DNK-nın 07.01.2001-ci il tarixli, ********** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsa sən X12 adına özgəninkiləşdirilmişdir və hazırda mülkiyyətindədir. ünvan 5 32 saylı mənzil 16.06.2016-cı ildə qeyydiyatdan keçmişdir, lakin 60 saylı DNK-nın, 07.09.2017-ci il tarixli,********** reyestr nömrəli dəyişmə müqayisəsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir və onun mülkiyyətindədir. Həmçinin həmin məktuba əsasən Cavabdeh1 adına: Bakı şəhəri, ********************** küçəsi, ev 49 a, 14 saylı mənzil 27.07.2007-ci ildə qeydiyyatdan keçmişdir, lakin 51 saylı DNK-nın, 05.09.2017-ci il tarixli, ********* reyestr nömrəli alqısatqı müqaviləsinə X18 adına özgəninkiləşmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, ********************* küçəsi ev 23, 77 saylı mənzil 10.05.2016-cı ildə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, *********************** küçəsi ev 235A, 13 saylı mənzil 02.08.2016-cı ildə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, ***************************** küçəsi ev 28, 31 saylı mənzil 30.11.2016-ci ildə qeydiyyatdan keçmişdir, hazırda mülkiyyətindədir. Bakı şəhəri, ************************************ küçəsi ev 28, 32 saylı mənzil 13.09.2017-ci ildə qeydiyyatdan keçmişdir, hazırda mülkiyyətindədir. Bakı şəhəri, *************************** küçəsi, ev 49 a, 15 saylı mənzil 27.07.2007-ci ildə qeydiyyatdan keçmişdir, lakin 51 saylı DNK-nın 12.08.2017-ci il tarixli, ********* reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X22 adına özgəninkiləşdirilmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, ****************************** küçəsi, ev 14, 2 saylı mənzil kimi ilkin olaraq 23.01.1998-ci ildə X13 adına qeydiy yatdan keçmuşdir. 15 saylı DNK-nın 14.02.2002-ci il tarixli, ********* reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X23 sözügedən mənzili X1. Sabunçu rayon İcra hakimiyyətinin 06.09.2004-cü il tarixli, 554 saylı sərəncamına, “Memar –S” LTD tərəfindən tərtib edilmiş layihəsinə əsasən X4 adına fərdi yaşayış evi kimi qeydiyyatdan keçmişdir. 15 saylı DNK-nin 30.10.2004-cü il tarixli, ******** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X9 ünvan 7 ünvanında yerləşən 14/2 saylı fərdi yaşayış evini X2. 9 saylı DNK-nın 21.07.2016-ci il tarixli, *********** reyestr nömrəli bağışlanma müqaviləsinə əasən İddiaçı Nizami qızı sözügedən fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. 50 saylı DNK-nın, 07.09.2017-ci il tarixli, *********** reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən Cavabdeh1 sözüged ən fərdi yaşayış evini İddiaçı mülkiyyətində olan Bakı şəhər, *********************** küçəsi ev 28, 32 saylı mənzil ilə dəyişmişdir. Hazırda Bakı şəhəri, ******************* küçəsi ünvanına yerləşən 14/2 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan X9 ilə İ8 arasında imzalanmış 30.10.2014-cü il tarixli ******* N-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı yəni Ş6 Bakı şəhəri, *************** küçəsi ev 14-də faktiki 255.4 kv.m torpaq sahəsində yerləşən yaşayış sahəsi 117.4 kv.m ümumi sahəsi 467.8 kv.m köməkçi sahə 394.95 kv.m olan dörd otaqlı evi alıcının yəni İ.İbrahimova (Abdullayeva)nın mülkiyyətinə verilir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 21.07.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı birgə nikahdan əvvəl əldə etdiyi və mülkiyyətində olan Bakı şəhəri, ******************** küçəsində istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv.m köməkçi sahədən ibarət olan 14/2 nömrəli fərdi yaşayış evini cavabdehə bağışlamışdır. Cavabdeh1 ilə İddiaçı arasında imzalanmış 06.09.2017-ci il tarixli birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsinə dair sazişdə aşağıdakılar qeyd olunmuşdur: 22 yanvar 2005-ci il tarixində Bakı şəhəri, Səadət sarayında tərəflər arasında nikah bağlanmışdır. Nikah bağlananadək tərəflər birgə təsərrüfat aparmamış, ümumi əmlak əldə edilməmişdir. Nikah qeydə alındığı andan əvvəl və nikah qeydə alındığı andan, tərəflər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32- ci maddəsinə uyğun olaraq tərəflər birgə mülkiyyətdə olan daşınar və daşınmaz əmlak əldə etmişdir. Nikah Dövründə aşağıdakılar əldə edilmişdir: -ünvan 1 ünvanında 2 otaqlı mənzil (Çıxarış Seriya RX N **************,verilib DƏDRX tərəfindən)-Çıxarış Cavabdeh1 verilmişdir. -ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi (Çıxarış Seriya RX *************,verilib DƏDRX tərəfindən) - Çıxarış Cavabdeh1 verilmişdir. -Bakı şəhəri, Sabunçu rayonu, ünvan 11 ünvanında mənzil (Çıxarış Seriya RX ***************, verilib DƏDRX tərəfindən)-Çıxarış İddiaçı verilmişdir. -ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 17.36 kv.m qeyri-yaşayış binası olan qaraj (03.09.2011-ci il tarixli, inventar nömrəsi 11/590 olan Daşınmaz Əmlakın Texniki Pasportu) - Daşınmaz Əmlakın Texniki Pasportu Cavabdeh1 verilmişdir. -ünvan 5 ünvanında 7 saylı avtodayanaca q (“xxxx” Mənzil Tikinti Kooperativ ilə Cavabdeh1 arasında bağlanmış 14 oktyabr 2015 –ci tarixli 4 saylı alqı-satqı müqaviləsi) -Kia Cadenza markalı, **--*** dövlət nömrə nişanlı, sedan tipli, buraxılış ili 2015-ci il, banı KNALN414BF5195217, qara rəngli minik avtomobili (Azərbaycan Respublikası DİN YPİ QİŞ tərəfindən verilmiş, AC *********** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi) -Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Cavabdeh1 verilmişdir. - X35 CDİ markalı, **-*** dövlət nömrə nişanlı, vaqon 7+1 yer tipli, buraxılış ili 2008ci il banı WDF**********0374,qara metallik rəngli minik avtomobili (Azərbaycan Respublikası DİN YPİ QİŞ) tərəfindən verilmiş, AC ************ nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi)-Nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsi C avabdeh1 verilmişdir. - “xxxx”ASC-də 86000 (səksən altı min) manat bank əmanəti (“xxxx”ASC ilə Cavabdeh1 arasında bağlanmış ************** saylı 14.08.2017-ci il tarixli bank hesabı müqaviləsi) - Hesab Cavabdeh1 məxsusdur. Saziş bağlandığı an tərəflər arasında bağlanmış nikah pozulmayıb, lakin tərəflər ayrı yaşayır, birgə təsərrüfat aparmır. Saziş halhazırda tərəflər arasında onların qarşılıqlı razılığı əsasında nikah dövründə əldə edilmiş birgə əmlakın bölgüsünü tənzimləyən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq bağlanmış, sazişə əsasən, nikah dövründə əldə edilmiş birgə əmlak və tərəflərdən biri tərəfindən hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı d əyişdirmə və.s) nəticəsində yaxşılaşdırılmış əmlakın bölgüsü aparılır. Tərəflər qarşılıqlı anlaşma və razılıq əsasında aşağıdakı əmlakın bölgüsü barədə razılığa gəlirlər: - ünvan 12 ünvanında 2 otaqlı mənzil (Çıxarış Seriya RX ************,verilib DƏDRX tərəfindən) Cavabdeh1 mülkiyyətində qalır. - ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi (Çıxarış Seriya RX N **************, verilib DƏDRX tərəfindən) – İddiaçı mülkiyyətinə verilir. -Bakı şəhəri, ***************** ünvanında mənzil (Çıxarış Seriya RX N0869975, verilib DƏDRX tərəfindən) - Cavabdeh1 mülkiyyətinə verilir. -ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 17.36 kv.m qeyri-yaşayış binası olan qaraj (03.09.2011-ci il tarixli, inventar nömrəsi 11/590 olan Daşınmaz Əmlakın Texniki Pasportu ) - Cavabdeh1 mülkiyyətində qalır. - Bakı şəhər, ************************ küçəsi, ev 28, ünvanında 7 saylı avtodayanacaq (“xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli 4 saylı alqı-satqı müqaviləsi)-Cavabdeh1 mülkiyyətində qalır. -Kia Cadenza markalı, **-DP-*** dövlət nömrə nişanlı, sedan tipli, buraxılış ili 2015-ci il, banı ************************, qara rəngli minik avtomobili(Azərbaycan Respublikası DİN YPİ QİŞ tərəfindən verilmiş, AC ************ nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi) -Cavabdeh1 mülkiyyətində qalır. -X35 CDİ markalı, **--*** dövlət nömrə nişanlı, vaqon 7+1 yer tipli, buraxılış ili 2008-ci il banı WDF**********0374, qara metallik rəngli minik avtomobili (Azərbaycan Respublikası DİN YPİ QİŞ tərəfindən verilmiş, AC *********** nömrəli nəqliyyat vasitə sinin qeydiyyat şəhadətnaməsi )-Cavabdeh1 xüsusi mülkiyyətində qalır. -“xxxx”ASC-də olan 86000 (səksən altı min) manat bank əmanəti (“xxxx”ASC ilə Cavabdeh1 arasında bağlanmış ************* saylı 14.08.2017-ci il tarixli bank hesabı müqaviləsi)- Cavabdeh1 mülkiyyətində qalır. Sazişin 3.2-ci və 3.3-cü bəndində göstərilən daşınmaz əmlakın mülkiyyətə verilməsi notarial qaydada təsdiqlənən dəyişdirmə müqaviləsi ilə həyata keçirilir. Tərəflər Sazişin 3.2-ci və 3.3-cü bəndində göstərilən daşınmaz əmlakın içində yerləşən daşınar əmlakın, bütün ev əşyalarının həmin evdə saxlanılması barədə razılığa gəlirlər. Saziş imzalanan anda sazişin 3-cü bəndində göstərilən əmlak satılmayıb, girovda deyil, üzərinə həbs qoyulmayıb, digər formada mübahisələndirilməyib, 3-cü şəxsin hüquqlarından azaddır. Tərəflər razılaşırlar ki, sazış bağlandığı və qüvvəsini aldığı andan hazırki sazişin 3-cü bəndində göstərilən əmlaklar sazişə əsasən tərəflər arasında mübahisə predmeti ola bilməz. Tərəflər sazişdə göstərilən əmlakı öz aralarında böldülər. Sazişin şərtləri sazişin 3cü bəndində göstərilmiş əmlakdan başqa digər əmlaka şamil edilmir. Cavabdeh1 ilə İddiaçı arasında imzalanmış 07.09.2017-ci il tarixli dəyişmə müqaviləsinə əsasən tərəflər onlara məxsus daşınmaz əmlakları aşağıdakı qaydada dəyişdirdilər: ünvan 15 ünvanda yerləşən ümumi sahəsi 246.1 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni digər tərəfin mülkiyyətinə verir, birinci tərəf Cavabdeh1 –ikinci tərəf İddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 16 ünvanda yerləşən ümumi sahəsi 141. 5 kv.m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni digər tərəfin mülkiyyətinə verir, ikinci tərəf İddiaçı birinci tərəf Cavabdeh1 Nizami oğluna. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı cavabdehlə nikaha daxil olanadək Bakı şəhəri, ******************** küçəsində istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv.m köməkçi sahədən ibarət olan 14/2 nömrəli fərdi yaşayış evini, Bakı şəhəri, **************** küçəsi ************ ünvanında yerləşən mənzilləri əldə etmişdir, tərəflər nikaha daxil olduqdan sonra isə birgə gəlirlər hesabına ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili, Bakı şəhəri, *********************** ünvanında yerləşən 32 saylı mənzili, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 17.36 kv.m qeyri-yaşayış binası olan qarajı, ünvan 5 ünvanında 7 saylı avtodayanacağı, Kia Cadenza markalı, **-*** dövlət nömrə nişanlı, sedan tipli, buraxılış ili 2015-ci il, banı ******************, qara rəngli minik avtomobili, X35 CDİ markalı, **--*** dövlət nömrə nişanlı, vaqon 7+1 yer tipli, buraxılış ili 2008-ci il banı WDF**********, qara metallik rəngli minik avtomobili, (“xxxx”ASC ilə Cavabdeh1 arasında bağlanmış ********************* saylı 14.08.2017-ci il tarixli bank hesabı müqaviləsinə əsasən “xxxx”ASC-də 86000 (səksən altı min) manat bank əmanəti pulunu əldə etmişlər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəflərin irəli sürdükləri dəlillərə iş üzrə toplanmış digər sübutlarla birlikdə qiymət verilmiş dir. Beləki işin halları baxımından bağışlama müqaviləsini və tərəflər arasında əmlakın bölünməsinə dair bağlanmış sazişi mübahisələndirən iddiaçı müqavilə və sazişin bağlanarkən aldadıldığı və müqavilələrin bağlanması zamanı ağır vəziyyətə salındığı iddia edir və müqavilələrin etibarsız hesab edilməsini, istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv.m köməkçi sahədən ibarət olan 14/2 nömrəli fərdi yaşayış evi istisna olmaqla digər əmlakların birgə nikah dövründə əldə olunmuş əmlak olaraq bölünməsini tələb etmişdir. Cavabdeh tərəfin mövqeyinə görə bağışlama müqaviləsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair saziş tərəflərin iradələrinə uyğun bağlandığı, həmin əqdlərin bağlanması zamanı iddiaçının aldadıl madığı, zor və hədə tətbiq olunmadığı və onun ağır vəziyyətə salınmadığı göstərilərək iddianın təmin olunmaması xahiş olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağla mayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllən in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı aldatmanın mövcudluğu müəyyən olunması əsası kimi heç bir mötəbər dəlilə istinad etmir, iddiaçının göstərdikləri yalnız şəxsi mülahizələridir ki, bu hallar isə işin araşdırılmış hər hansı bir halı ilə təsdiq olunmur. Bağışlama müqaviləsi bağlanarkən tərəflər birgə nikahda olmuş və onların ailə münasibətlər nə faktiki, nə də rəsmi olaraq pozulmamışdır. Arvadın ərinə əmlak bağışlaması normal olan haldır. Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair sazi şin bağlanması zamanı iddiaçının bağışlama müqaviləsi ilə digər tərəfin mülkiyyətini artırdığı əmlakın da daxil edilməsi özlüyündə onu göstərir ki, iddiaçı həmin əmlakın cavabdehin mülkiyyətində olmasını qəbul edir. Çünki məhz həmin saziş əsasında Bakı şəhəri, ******************** küçəsində istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv.m köməkçi sahədən ibarət olan ****** nömrəli fərdi yaşayış evi yenidən onun mülkiyyətinə keçmişdir. Hətta iddiaçının bağışlama müqaviləsinin etbarsızılığına dair iddiasının əsaslı olması halında belə həmin hissədə iddianın təmin olunması mümkünsüzdür, çünki birinci instansiya məhkəməsi həmin müqaviləninin etibarsızılığı ilə bağlı müəyyən olunmuş iddia müddətinin keçməsini nəzərə almalı idi. Lak in ərizənin verilməsinə baxmayaraq məhkəmə bu dəlilə əhəmiyyət verməmişdir. İddianın tərəflər arasında bağlanmış birgə nikah müddətində əldə olunmuş əmlakın bölünməsinə dair sazişin etibarsız hesab edilməsinə dair hissəsinə münasibətdə düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı eyni əsasla sazişin də etibarsızılığı tələb edir. Dəlilləri isə aldadılması və onun ağır vəziyyətə düşməsinə səbəb olması göstərilir. Qeyd edilməlidir ki, hər iki əqd notariat kontorunda bağlanmışdır. İddiaçınnı hər iki müqavilənin bağlanması zamanı aldadılması mümkünsüzdür. İşin mübahisəsiz halıdır ki, artıq tərəflər arasında saziş bağlanarkən onların münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar, elə məhz həmin səbəbdən tərəflərin əmlakın bölgüsünə dair müqavilə bağlanması zərurəti yaranmışdır. Belə olan halda isə iddiaçının müqavilənin şərtləri ilə tanış olmaması və müqavilənin məzmununun ona məlum olmaması absurddur. Çünki artıq müqavilə bağlanandan sonra tərəflər aralarında olan bütün ailə bağlarını kəsməyə yönəlmiş hərəkətlər etməkdə idilər. Digər tərəfdən müqavilələr notariat kontorunda bağlanmış və həmin müqavilələrə görə qanunun müəyyən etdiyi əsaslar izah edilməsi məhz müqavilənin özündə əks olunmuşdur. Butun bunlar olduğu halda iddiaçının aldadılması nətcəsinə gələn birinci instansiya məhkəməsi bunun necə baş verdiyi və məhz nəyə görə aldadılmasını əsaslandıra bilməmişdir. Bundan başqa işin digər mübahisəsiz halıdır ki, iddiaçı ali təhsilli filoloqdur, savadsız deyildir, fəaliyyət qabliyyətində hər hansı problem yoxdur. Bütün bunlar isə əqdin məzmununun ona aydın olmamasını istisi na edir. İddiaçıya zorakılıq göstərilməsi və hədələnməsi, əqdin balanmasına məcbur edilməsini də təsdiq edən heç bir ağlabatan əsaslandırma mövcud deyildir. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Qeyd edildiyi kimi iddiaçı yetikinlik yaşına çatmış, ali təhsilli və normal həyat tərzinə malik olan şəxsdir. Sazişin bağlandığı zaman isə nəzərə alındıqda məlum olur ki, onlar artıq ailə hüquq münasibətlərinə son qoymaq ərəfəsindədirlər ki, bu vəziyyətdə isə ayrılan şəxs əldə edə biləcəyi əmlaklara dair daha sayıq olur və ağır şərtlərdən qaçmağa çalışır. Belə olduğu təqdirdə isə işin a raşdırılmış halları baxımından iddiaçının aldadılması araşdırmaya ehtiyacı olmayan mübahisəsiz haldır. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, İddiaçı həmçinin tələbinin qanuni əsasını Mülki Məcəllənin XİV fəslində təsbit olunmuş əqdlərin etibarsızlığına dair müddəalara uyğun olaraq da əsaslandıra bilməmişdir. Belə ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən halladan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplan mış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayəti qisməntəmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)3866/2018 saylı, 15 may 2018-cı il tarixli qətnaməsi qismən iddianın təmin olunan -İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, ******************** küçəsində istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv.m köməkçi sahədən ibarət olan 14/2 nömrəli fərdi yaşayış evinə dair imzalanmış 21.07.2016cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 06.09.2017-ci il tarixli birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsinə dair saziş “Bakı şəhəri, ******************* * küçəsində istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 117.4 kv.m yaşayış sahəsi, 350.4 kv.m köməkçi sahədən ibarət olan 14/2 nömrəli fərdi yaşayış evinin İddiaçı mülkiyyətinə verilməsi” hissəsi istisna olmaqla etibarsız hesab edilməsi, tərəflərin birgə nikah zamanı əldə etdikləri əmlaklar - ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin, Bakı şəhəri, *********************** ünvanında yerləşən 32 saylı mənzilin, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 17.36 kv.m qeyri-yaşayış binası olan qarajın, ünvan 5 ünvanında yerləşən 7 saylı avtodayanacağın, Kia Cadenza markalı, **--*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, X35 CDİ markalı, **--*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, “xxxx” ASCdə bank hesabında yerləşən 86 000 manat pul vəsaitinin üzərində İddiaçı ½ hissədə payın müəyyən edilməsi, Cavabdeh1 adına “xxxx” ASC-də bank hesabında yerləşən 86 000 manat pul vəsaitinin ½ hissəsi, yəni 43 000 manat məbləğində pul Cavabdeh1 “xxxx” ASC-də olan bank hesabından alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv olunmalı, həmin hissədə iddia təmin olunmamalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalı dır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar