Məhkəmə qərarları › İş №2(102)-735/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-735/2019

22.01.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-735/2019 22.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 22 yanvar 2019-cu il № 2(102)-735/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, cavabdeh Ağamirzə İlham Məhəmməd oğlunun və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh Ağamirzə İlham Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş № 2(001)-5306/18) İddiaçı Şirkətinin cavabdeh A6 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdeh 6 Bakı şəhəri, *************** sahəsində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.İmanov, iş № 2(103)10574/18) cavabdeh Ağamirzə İlham Məhəmməd oğlunun apellyasiya şikayəti təmin edilməyərək Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İ.Ağamirz ə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Şirkəti cavabdeh A6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh A6 Şirkətin saziş ərazisi hüdudları, 1 Saylı mədənin 5-ci sahəsində yerləşən *********** saylı neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin i zahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh A6 və vəkili F6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 01 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İddiaçı Şirkəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmad an işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdeh A6 F6 izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasın ın tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehin neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması barədədir. İddiaçı Azərbaycan Res publikası Mülki Məcəlləsinin 180-ci, Torpaq Məcəlləsinin 111.2, 111.3cü, “Yerin təki haqqında” Qanunun 23-cü maddələrinə istinad edərək mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, cavabdehin həmin sahəni zəbt etdiyini və orada özbaşına tikinti inşa etdiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınanda, bu institut xüsusi əhəmiyyət kəsb edir. İşdən göründüyü kimi, iddiaçı iddia ərizə sində mübahisəli evin onun qanuni istifadəsində olan torpaq sahəsində yerləşdiyini göstərsə də, bununla bağlı ərazinin ortofoto planından başqa hər hansı digər sübut təqdim etməmişdir. Cavabdeh isə əksinə, mübahisəli evin yerləşdiyi 500 kvm torpaq sahəsinin ona fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılması haqqında Biləcəri Bələdiyyəsinin 02 fevral 2007-ci il tarixli 163 saylı qərarını, həmin torpaq sahəsinin dəyərinin Bələdiyyənin xəzinəsinə ödənilməsi barədə 06 fevral 2007-ci il tarixli ödəmə qəbzini, torpaq sahəsinin ayrılmasına əlaqədar orqanların razılığını və evin planını təqdim etmişdir. Cavabdeh həmçinin bələdiyyə tərəfindən torpaq sahəsinin ona qanuni əsaslarla ayrıldığını, İddiaçı Şirkətinin mübahisəli torpaq sahəsi ilə bağlı hüquq sahibi olmadığını və hazırkı iş üzrə iddianı qaldırmağa subyektiv hüququ olmadığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən bu xüsusatlar üzrə heç bir araşdırma aparmamış, izahı üçün xüsusi bilik tələb olunan suallar ortaya çıxsa da, cavabdehə məxsus tikilinin həqiqətən də iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində yerləşib-yerləşmədiyini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunması məsələsini müzakirə etməmiş, Biləcəri Bələdiyyəsinin 02 fevral 2007-ci il tarixli 163 saylı qərarını nəzərə almadan və həmin bələdiyyəni işdə iştirak etməyə cəlb etmədən yalnız iddia ərizəsində göstərilənlərə əsaslanmaqla iddianı əsaslı saymışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallara aydınlıq gətirilmədən torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbi tə min oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza keçirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən mübahisəli evin yerləşdiyi torpaq sahəsinin statusu müəyyən edilməli, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində, yoxsa iddiaçının qanuni istifadəsində olub-olmadığı, sökülməsi tələb olunan tikilinin özbaşına tikili olub-olmaması, bu tikilinin iddiaçının hər hansı hüququnu pozubpozmadığı, pozmuşdursa hansı hissədə pozduğu, iddiaçının cavabdehə qarşı belə bir iddia irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququ n pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. “M6 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yeni apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-c i maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Kassasiya şikayətində iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilsə də, məhkəmə kollegiyası iş üzrə araşdırılmalı hallar olduğundan həmin hissədə şikayəti əsaslı saymır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilə nlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh A6 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 01 oktyabr 2018-ci il tarixli, 2(103)-10574/18 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar