Məhkəmə qərarları › İş №2(102)-735/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-735/2023

27.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-735/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və Quba Regional “ASAN” Xidmət Mərkəzinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlamaqdan imtina olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı X7 Cavabdeh1 və Quba Regional “ASAN” xidmət Mərkəzinə qarşı «bağışlamadan imtina olunması» tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2169/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayə tinə dair işə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olmuşdur.

2. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə sərəncam vermək, satmaq, bağışlamaq və sair səlahiyyətləri həyata keçirməsi üçün X4 01 avqust 2015-ci il tarixdə etibarnamə vermişdir. 3. 21 avqust 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 150,4 kvadrat metr, yaşayış sahəsi 78,8 kvadrat metr, yardımçı sahəsi 71,6 kvadrat metr olan 5 otaqlı fərdi yaşayış evi hədiyyə verən İddiaçı hədiyyə alan Cavabdeh1 bağışlamışdır (İddiaçı adından bağışlamanı nümayəndəsi X8 həyata keçirmişdir). Bağışlanan daşınmaz əmlak 8739 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X15 məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən evin Cavabdeh1 bağışlanmasına dair Quba rayonu Notariat Kontorunun xüsusi notariusu X18 tərəfindən təsdiq edilən xx.xx.2015-ci il tarixli müqavilə üzrə bağışlamaqdan imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, ünvan 2-da tək yaşayır. Vəfat etmiş oğlu Fikrətin qızı və onun nəvəsi olan Cavabdeh1 anasının onu evdən qovmasından şikayət edərək ya şadığı evi ona bağışlamasını təklif etmiş, bağışlama həyata keçəcəyi təqdirdə ona qayğı göstərəcəyinə və ölənə qədər həmin evdə qalacağına onu inandırmışdır. Bu səbəbdən, o, yaşadığı evi Nigara bağışlamağa razılıq vermiş, sənədlərin hazırlanmasını və bağışlama müqaviləsinin tərtib edilməsini Quba rayonu, Alekseyevka kəndində yaşayan X4 tapşırmış və xahiş etmişdir ki, bağışlama müqaviləsində ölənə qədər bağışladığı evdə yaşaması və nəvəsi tərəfindən ona himayəçilik edilməsi qeyd olunsun. Həmin bağışlama müqaviləsi xx.xx.2015-ci il tarixdə X17 notarius X18 tərəfindən təsdiq edilmişdir. Bağışlama müqaviləsinin surətini vəkil Nümayəndə vasitəsilə xx.xx.2021-ci il tarixdə almışdır. Bağışlama müqaviləsini aldıqdan sonra ona məlum olmuşdur ki, onun ölənə qədər həmin evdə yaşaması və hədiyyə alan nəvəsinin ona himayəçilik etməsi müqavilədə qeyd edilməmişdir. Bundan istifadə edən nəvəsi Cavabdeh1 3 aydır ki, mütəmadi olaraq yaşadığı evə gəlməklə onu söymüş, döymüş və ölümlə hədələyərək evdən çıxmasını tələb etmişdir. Cavabdehin ona qarşı olan cinayət əməllərini nəzərə alaraq, o, evi bağışlamaqdan imtina etmək istəyir. Evini bağışlayarkən oğlundan və qızından artıq hesab etdiyi nəvəsi Nigarın gələcəkdə evsiz qalmağını istəməmişdir. Yaşadığı evdən başqa evinin olmamasını bildiyi halda cavabdeh yaxşılığının qarşılığı olaraq onu təhqir edir, döyür və evdən qovur.

6. Məhkəmədə cavabdeh X19 iddia tələbini qəbul etməyərək, iddiaçıya qarşı heç bir hörmətsizlik etmədiyini, onu evdən qovmadığını, iddia ərizəsində qeyd olunanların əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.

7. Məh kəmə iclasında şahid qismində dindirilmiş X5 göstərmişdir ki, İddiaçı onun anasıdır. Cavabdeh 16 dekabr 2021-ci il tarixdən iddiaçını qovaraq onun evə gəlməsinə icazə vermir, onu incidir, təhqir edir, hətta iddiaçının pensiya kartını da götürüb. Cavabdehin öz anası və qardaşına qarşı da münasibəti yaxşı deyil, öz ailəsi ilə də küslüdür.

8. Şahid kimi dindirilmiş X9 göstərmişdir ki, 16 dekabr 2021-ci il tarixdə iddiaçının evinə gedən zaman qapının bağlı olduğunu və iddiaçının ev paltarları ilə market yaxınlığında soyuqdan titrəyərək dayandığını görmüşdür. Niyə çöldə olduğunu soruşduqda isə iddiaçı Cavabdeh1 tərəfindən döyülərək evdən qovulduğunu bildirmişdir.

9. X1 göstərmişdir ki, iddiaçı onun anasıdır. Mübahisə predmeti olan evə qarşı heç bir marağı və tələbi yoxdur. Cavabdeh rəhmətlik qa rdaşı Fikrətin yadigarıdır. Atası müharibə iştirakçısı olduğundan iddiaçı aylıq 800 manat məbləğində pensiya alır. Keçən ilin sentyabr ayında eşitmişdir ki, iddiaçı evini cavabdehə bağışlayıb. Cavabdeh iddiaçıya qarşı heç bir hörmətsizlik etməmişdir. Qeyd olunan ev təmirsiz olduğundan iddiaçı özü evdən çıxıb getmişdir.

10. Quba Rayon Məhkəməsinin 2(027)-366/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim X12) iddiaçı X7 Cavabdeh1 və Quba Regional “ASAN” xidmət Mərkəzinə qarşı “bağışlamadan imtina edilməsi» tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasları qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, yaşayış evinin bağışlamadan imtina olunması üçün qanunvericili kdə göstərilən əsaslar müəyyən edilməmiş, iddiaçı irəli sürdüyü dəlillərlə bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 181.4, 666.1, 666.2, 667.1, 669, 670, 673.1, 673.2, 673.3-cü və 673.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə düşən vəzifələri yerinə yetirməmiş, ölənə kimi həmin evdə yaşamasına və i ddiaçıya himayəçilik edəcəyinə dair öhdəliyini pozaraq onu öz evindən qovub küçələrə atmışdır. Bağışlama müqaviləsi iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim olunmuş və müqavilənin əsası ona məlum olan kimi qanunda müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini pozaraq onun vəsatəti ilə dindirilmiş şahid ifadələrini sübut kimi qəbul etməmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2169/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X20 (sədrlik edən və məruzəçi), X21 və X16) İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(027)-366/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı bağışlamaqdan imtina olunmasına dair iddiasının təmin edilməsi, 21 avqust 2015-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş 05 noyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Quba şəhəri, 20 Yanvar küçəsi, 29 saylı evə dair İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi qət olunmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehin nənəsidir. Ev cavabdehə bağışlandıqdan və cavabdeh həmin evdə yaşamağa başladıqdan sonra cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, onunla maraqlanmamış, ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozaraq, iddiaçıya qayğı göstərməmiş, 2021-ci ilin dekabr ayında isə 92 yaşlı iddiaçı 65 ildən çox yaşadığı evdən çıxm ağa məcbur olmuş və kirayələrdə yaşamağa başlamışdır. Cavabdeh iddiaçıya münasibətdə ailə hüquq münasibətlərdən irəli gələn öhdəliklərə əməl etməmiş və nəticədə ailə hüquq münasibətlərdən irəli gələn vəzifələri kobudcasına pozmuşdur.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi 21 avqust 2015-ci il tarixdə bağlansa da, iddiaçının hüquqları 2021-ci ilin dekabr ayında pozulmuş və iddiaçı həmin tarixdən 1 illik bağışlamadan imtina müddətini ötürməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində iddiaçının bağışlamaqdan imtina barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi imtina barədə bildirişin hədiyyə alana təqdim olunması kimi qiymətləndirilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsi və 38-ci maddəsinin 2-ci hissəsi, Ailə Məcəlləsinin 6.2 və 90-cı maddələrinə, Mülki Məcəllənin 673.1.3, 673.3 və 673.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının bağışlama müqaviləsindən imtina etməsinə dair heç bir əsas yoxdur və bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, hədiyyə verən bir il müddətində imtina barədə müraciət etməli olduğu halda, iddiaçı bu müddəti buraxmış, xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsindən uzun müddət keçdikdən s onra imtina barədə iddia qaldırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

23. Maddə. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

24. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hall arda bağışlamaqdan imtina edə bilər: -673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; -673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; -673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

25. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir.

26. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

27. Maddə

90. Əmək qabiliyyətli olmayan və yardıma ehtiya cı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

32. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

36. Belə ki, İddiaçı mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 21 avqust 2015-ci il tarixli notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən nəvəsi Cavabdeh1 bağışlamış, iddiaçının adından bağışlamanı etibarnamə üzrə nümayəndəsi X8 həyata keçirmişdir. Yaşayış evi hədiyyə alan Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 04 noyabr 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış və müvafiq Çıxarış verilmişdir.

37. İddianı təmin edən apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə hədiyyə alan Cavabdeh1 hədiyyəni qəbul edəndən sonra ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozaraq hədiyyə verən nənəsinə qarşı münasibəti dəyişmiş, onunla maraqlanmamış, iddiaç ıya qayğı göstərməmiş, 2021-ci ilin dekabr ayında isə 92 yaşlı iddiaçı 65 ildən çox yaşadığı evdən çıxmağa və kirayələrdə yaşamağa məcbur olmuşdur. Cavabdeh iddiaçıya münasibətdə ailə hüquq münasibətlərdən irəli gələn öhdəliklərə əməl etməmiş və nəticədə ailə hüquq münasibətlərdən irəli gələn vəzifələri kobudcasına pozmuşdur. Bu hallar Mülki Məcəllənin 673.1.2-ci və Ailə Məcəlləsinin 90-cı maddəsinə əsasən bağışlamaqdan imtina üçün əsasdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin göstərilən qənaəti işin hallarına uyğun deyildir, məhkəmə tərəfindən Mülki Məcəllənin 673.1.2-ci və Ailə Məcəlləsinin 90-cı maddəsi səhv təfsir edilmişdir. Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyy ə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Ailə Məcəlləsinin 90-cı maddəsinə görə isə əmək qabiliyyətli olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

39. Maddələrin məzmunundan göründüyü kimi nəvənin baba və nənəni saxlamaq vəzifəsinin mövcud olması üçün bir sıra zəruri şərtlər; 1) nənənin və ya babanın əmək qabiliyyətli olmaması, 2) onların yardıma ehtiyacı olması, 3) yetkinlik yaşına çatan övladlarından yardım almasının istisna edilməsi, yəni ya yetkinlik yaşına çatmış övladların olmaması, ya da övladları olsa belə onların yardım etmək iqtidarında olmamaları, 4) nəvənin yardım etməyə zəruri vəsaitə malik olması kimi şərtlər mövcud olmalıdır.

40. Lakin işdən görünür ki, hədiyyə verən iddiaçının iki övladı, oğlu X11 və qızı X6 vardır və onlar iş üzrə şahid kimi dindirilmişdir. İddiaçının övladlarından aliment tələb etməsi, onların aliment öədəmək iqtidarında olmamaları, yaxud qanunla üzərlərinə qoyulmuş yaşlı valideynin qayğısına qalmaq kimi vəzifələri yerinə yetirməmələri öz təsdiqini tapmır. Həmçinin iş materialları ilə hədiyyə verən nənənin hədiyyə alan nəvəsi cavabdehdən aliment tələb etməsi, cavabdehin bundan boyun qaçırması da müəyyən olunmamışdır. Həmçinin tərəflər arasında bağışlama müqaviləsində bağışlamanın şərtlərlə və ya öhdəliklərin yerinə yetirilməsi ilə asılı olması n əzərdə tutulmamışdır.

41. Belə olan halda Cavabdeh1 üzərinə iddiaçı nənəsi Mahizə Orucovaya münasibətdə ailə hüquq münasibətlərinə uyğun olaraq hansı vəzifələrin qoyulması və onun hansı vəzifələri yerinə yetirməməsi və ya barəsində kobudcasına pozması aydın deyildir. Apellyasiya instansiyası məhkəməsinin bu məsələ ilə bağlı qənaəti sübutlara əsaslanmamış, işin müəyyən edilmiş hallarına uyğun olmamışdır.

42. Apellyasiya instansiyası məhkəməsi daha sonra göstərmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi 21 avqust 2015-ci il tarixdə bağlansa da, iddiaçının hüquqları 2021-ci ilin dekabr ayında pozulmuş və iddiaçı həmin tarixdən 1 illik bağışlamadan imtina müddətini ötürməmişdir. Lakin məhkəmə qətnamədə daha əvvəl qeyd etmişdir ev cavabdehə bağışlandıqdan və cavabdeh həmin evdə yaşamağa başladıqdan sonra cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, onunla maraqlanmamış, ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozaraq, iddiaçıya qayğı göstərməmişdir. Bununla da məhkəmə iddiaçının hüquqlarının pozulduğu vaxtın müəyyən olumasında ziddiyyətli nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə şahid kimi dindirilən şəxslərin ifadələrini qiymətləndirərkən onlardan X6 və X2 iddiaçının övladları olmaqla işin nəticəsində maralı olmaları, digər şahid X3 isə iddiaçının nümayəndəsi və vəkilindən daimi məsləhət alan şəxs oduğunu diqqətdən qaçırmışdır.

44. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab e dir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara alır: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2169/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar