Məhkəmə qərarları › İş №2(102)-736/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-736/2024

22.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-736/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı; Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və X4 qarşı iş üzrə iddia tələblərinə dair QƏRARİ (Açar sözlər: iddianın ona cavab verməli olan şəxsə qarşı qaldırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5617/2023 nömrəli iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Qəhrəmanov Əlizaman Babasan oğlu t ərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1972-ci il tarixli Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətinə əsasən ev sahibi X8r;

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1916/2015 saylı 08 may 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70/1 saylı evə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi təmin edilməmiş, haz ırki qətnamənin İddiaçı Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70/1 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas olduğu qət edilmişdir;

4. Bakı Apellyasiya Məhkəməsinin MK-nin 2(103)-4909/2015 nömrəli iş üzrə 27 avqust 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011 )-1916/2015 saylı 08 may 2015-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir;

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5780/2015 saylı Qərarı ilə cavabdeh İddiaçı və vəkili Yusifov Ceyhun Müzəffər oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nin 2(103)-4909/2014 nömrəli iş üzrə 27 avqust 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

6. Bakı şəhə ri Xətai Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2(011)-5256/2017 saylı qətnaməsi ilə iddiaçı Qəhrəmanov Babasan Səftər oğlunun cavabdehlər İddiaçı və X4 qarşı "ləyaqətsiz vərəsə kimi tanınma və vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir;

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10062/2017 saylı 27 sentyabr 2017-ci il təvəllüdlü Qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2(011)- 5256/20l7 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradıl madığından Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvanında yerləşən mənzilə dövlət reyestrindən çıxarış verilməsindən imtina olunmuşdur;

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən xx.xx.2021-ci il tarixli məktubda göstərilmiş iradlar aradan qaldırılmadığından Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvanında yerləşən mənzilə dövlət reyestrindən çıxarış verilməsindən təqdim olunmuş sənədlər qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığından imtina olunmuşdur;

10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 70 ünvana da ir torpaq sahəsinin ayrılması ilə bağlı məlumat aşkar edilməmişdir; 11. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir, X13 adına qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70/1a saylı fərdi yaşayış evi ilə bağlı məlumat mövcuddur;

12. Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əsasən xx.xx.1931-ci il tarixdə anadan olmuş, ölən günədək, yəni xx.xx.2020-ci il tarixədək ünvan 4 ünvanında yaşamış mərhum X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhad ətnamənin verilməsi ilə bağlı oğlu İddiaçı tərəfindən Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət daxil olmuş, vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır, daşınmaz əmlaka dair X5 adına mülkiyyət hüququnu təsdiq edən sənəd verildikdən sonra vərəsələrin dairəsi müəyyən ediləcək və onun vərəsələrinin adına vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir;

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 (011)-901/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı "cavabdeh və onun ailə üzvlərinin üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndislərinə və ona inventarlaşma işinin aparılması üçün Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə maneəsiz daxil olmağına şərait y aradılması öhdəliyinin qoyulması” barədə iddia tələbi rədd edilmişdir;

14. Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-3765/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2 (011)-901/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanmışdır; Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evi özbaşına tikili olmaqla bu məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

15. İlkin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası Qəhrəmanov Babasan Səftər oğlundan qalmış mirasa - Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların müəyyən edilməsinə və paylara müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Tələb belə əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində dünyasını dəyişmiş mərhum atası Qəhrəmanov Babasan Səftər oğluna aid Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu mövcuddur, atası dünyasını dəyişənədək həmin evdə yaşamış və ev atasının istifadəsində olmuşdur, o, dünyasını dəyişdikdən sonra vərəsəlik işi açılmış, Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən ona arayış təqdim edilmiş və miras qoyanın vərəsəsi kimi tanınmışdır, sonra vərəsəlik işinin açılması, qan unvericiliyə uyğun olaraq miras əmlakın bölgüsünün aparılması üçün Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsi səbəbindən miras əmlakın ölçmə işləri, texniki invertarlaşdırma işlərinin aparılmasını məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur, lakin şərait yaradılmaması səbəbindən bu günədək evdə texniki invertarlaşdırma işlərinin aparılması mümkün olmamışdır, bu səbəbdən də, qanun üzrə vərəsə qismində atasından ona qalmış miras əmlakı qəbul edə bilməmişdir, vərəsəlik işinin açılması ilə bağlı olaraq Bakı şəhəri 40 saylı Notariat Ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsə kimi tanınmışdır, lakin faktiki olaraq vərəsəliyi qəbul edə bilməmişdir.

17. Müstəqil tələb irəli sürən üçüncü şəxs X11 xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası Qəhrəmanov Babasan Səftər oğlundan qalmış - Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların vərəsələr arasında bərabər şəkildə müəyyən edilməsinə və paylara müvafiq vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Tələb onunla əsaslandırılmışdır ki, vərəsəlik işinin açılması və miras əmlakın bölgüsünun aparılması üçün Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsi səbəbindən miras əmlakın ölçmə işləri, texniki invertarlaşdırma işlərinin aparılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İd arəsinə müraciət olunmuşdur, lakin şərait yaradılmaması səbəbindən bugünədək fərdi yaşayış evində texniki invertarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Məhz bu səbəbdən qanun üzrə vərəsə qismində atasından ona qalmış miras əmlakı qəbul edə bilməmişdir, vərəsəlik işinin açılması ilə bağlı olaraq müraciət olunsa da, bu gün faktiki olaraq vərəsəliyi qəbul edə bilməmişdir, sözügedən miras əmlakdan hər biri istifadə etmişdir, atası ölən günədək özü o evdən istifadə etmişdir, qardaşı Əlizaman orada yaşamışdır.

19. Qarşılıqlı iddia üzrə iddiaçı X12 cavabdehlər Qəhrəmanov Əlizaman Babasan oğluna və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ləyaqətsiz vərəsə kimi tanınması və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir.

20. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Əlizaman Qəhrəmanov və Qətibə Qəhrəmanova atası ilə olduqca kobud rəftar etmişdirlər, vaxtı ilə onu döymüş, hətta təhqir etmişdirlər, Əlizaman atasının başında şüşə butulka sındırmışdır, cavabdehlər atasını o həddə çatdırmışdırlar ki, atası hətta onları dəfələrlə məhkəməyə vermişdir, atası 2015-ci ilin əvvələrinə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Əlizaman Qəhrəmanova qarşı iddia qaldıraraq, onun evə dair istifadə hüququnu itirilməsinə dair iddia irəli sürmüşdür, bu barədə qətnamə çıxarılmış, hazırki qətnamənin Qəhrəmanov Əlizaman Babasan oğlunun Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70/1 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas olduğu qət edilmişdir, qarşı tərəf şikayətlər versə də, qətnamə qüvvədə qalmı şdır. Hazırda o həmin evdən qeydiyyatdan çıxarılmışdır, bir neçə il keçdikdən sonra atası yenidən məhkəməyə müraciət edərək, cavabdehlərin ləyaqətsiz vərəsə kimi tanınmasını xahiş etmişdir, o öz izahatında da qarşı tərəfin ona nələr etdiyini ətraflı göstərmişdir, ilkin iddianı qəbul etmir, atası həmin mənzilin pay kimi bölünməsini istəməmişdir, bu barədə narazılığını da bildirmişdir, evə isə heç kim gəlməmiş, belə bir şey olmamışdır, bu barədə özünün məlumatı yoxdur, inventarlaşma idarəsindən nümayəndələr gəlmiş, lakin heç bir hüquqi sənəd təqdim etməmişdirlər, iddiaçı ilə 20-30 ildir münasibətləri yoxdur, onunla danışmırlar, gəlib-getmir, hazırki halda ilkin iddianın təmin olunması üçün heç bir əsas yoxdur.

21. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-396/2023 saylı işi üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) Qəhrəmanov Əlizaman Babasan oğlunun X9 qarşı "mərhum atası Qəhrəmanov Babasan Səftər oğlundan qalmış mirasa - Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların müəyyən edilməsinə və paylara müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə ilkin, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 X10 qarşı "mərhum atası Qəhrəmanov Babasan Səftər oğlundan qalmış – Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların vərəsələr arasında bərabər şəkildə müəyyən edilməsinə və paylara müvafiq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbinin, X6 İddiaçı və X4 qarşı "ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X1 ləyaqətsiz vərəsə kimi tanınması və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin və üçüncü şəxsin özlərinə aid edilməsi qət edilmişdir.

22. Məhkəmə ilkin və müstəqil tələb irəli sürən X3 iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qeyd olunan evin miras əmlak kimi qəbul edilməsi üçün onun mütləq formada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi tələb olunur. İddiaçı və X1 "Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların müəyyən edilməsi” barədə tələbləri əsaslı və qanuni olmadığından təmin edilə bilməz.

23. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, şəxsin qanun və vəsiyyət üzrə vərəsə ola bilməməsi il ə nəticələnən ləyaqətsiz vərəsə hesab edilməsi formal əsaslarla deyil, qanunda göstərilmiş konkret əsaslardan (miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmək və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmək, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmək) asılı edilmişdir və hazırkı iş üzrə bu hallar iddiaçının sübutetmə yükü ilə bağlıdır, o, bu hallara dair sübutetmə yükü daşıyır, lakin iş materiallarına buna dair sübutlar əlavə olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Digər tərəfdən, qarşılıqlı iddiaçının atası - mirasqoyan Qəhrəmanov Babasan Səftər oğlu da 2017-ci ildə, hazırkı iddiaçının əsasları (döymək, təhqir nalayiq söz və s.) ilə eynilik təşkil edən iddia tələbilə məhkəməyə müraciət etmiş, qanuni qüvvədə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2(011)-5256/2017 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də təmin oluna bilməz.

24. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2,146.3, 152.1, 180.2, 180.3, 1137, 1139, 1151.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 124.2, 217.4-ci maddələrinə; "M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Kons titusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020- ci il tarixli qərarına; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istin ad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-396/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin qismən, ilkin iddia tələbi hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Sözü gedən normaya müvafiq olaraq qeyd edilməlidir ki, mübahisə predmeti olan əmlakın dövlət qeydiyyatına alınması qanunla yol veriləndir. Belə ki, bununla bağlı olaraq aidiyyatı qurumlara müraciət olunduğundan əmlakın dövlət qeydiyyatına alınması üçün mütəxəssis göndəriləcəyi onlara bildirilmişdir. Lakin ilkin iddia ü zrə cavabdeh və onun ailə üzvləri ölçmə işlərinin aparılmasına maneə yaratdığı üçün əmlak dövlət qeydiyyatına alına bilməmişdir. Məhkəmə isə bundan öncə məhz bu əsasla məhkəməyə müraciət olunduğunu, ilkin iddia üzrə cavabdehin əmlakın aidiyyatı qurumlar tərəfindən qeydiyyata alınmasını hər cür maneə olmasını gözardı etmişdir. Məhkəmə subyektiv hüququnun olmaması səbəbindən iddia tələbini təmin etməmişdir. Hal-hazırda vərəsəlik işinin açılması, miras paylarının bölünməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. Belə ki, Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş sənəddən də aydın olduğu kimi o, mərhum atasından qalmış miras əmlakla bağlı müraciət etmiş, vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. Bundan başqa DƏDRX tərəfindən sözügedən sənədin arxivdə mövcud olması barədə möhürü ilə təsdiq etmişdir. Eyni zamanda Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş sənədə əsasən DƏDRX əməkdaşları tərəfindən sözügedən əmlaka baxış keçirilməsi üçün dəfələrlə mütəxəssislərin getməsi öz əksini tapmışdır, lakin cavabdeh tərəf buna mane olmuşdur. Bir haldakı əraziyə baxış keçirilməsi üçün mövcud sənəd üzrə tikililərin yoxlanılamsı üçün mütəxəssis göndərilmişdirsə deməli ki, sözügedən sənədin vəfat etmiş şəxsin adına müvafiq qeyd aparılmışdır. Məhkəmə tərəfindən isə sözügedən əmlakın dövlət qeydiyyatına alınmasına dair sorğu göndərilmişdir. Təbii ki, hal-hazırda reyestrdən qeydə alınmamışdır, lakin ölmüş şəxsin adına qeydə alınmasına dair müvafiq sorğu mövcud deyildir. Buna baxmayaraq, məhkəmə yanlış qənaətə gələ rək vərəsənin hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, mövcud qanuni sənəd əsasında vərəsəlik işinin açılması, vərəsə payların müəyyən edilməsi ilə bağlı olaraq məhkəmə yekun akt qəbul etməli idi. Göründüyü kimi, məhkəmə qanunsuzluğa yol verərək tərəflərin konstitusion hüquqlarını kobud surətdə pozmuşdur. Mərhum atası Qəhrəmanov Babasan Səftər oğluna aid Bakı şəhər, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu mövcud idi. Həmin sənəd isə əmlakın dövlət qeydiyyatına alınmasına əsas verən sənədlərdən biri kimi qanunda öz təsbitini tapmışdır. Sözügedən Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsi səbəbindən m iras əmlakın ölçmə işləri, texniki inventarlaşdırma işlərinin aparılması məqsədilə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin şərait yaradılmaması səbəbindən bugünədək Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə texniki invertarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Məhz bu səbəbdən də, o, qanun üzrə vərəsə qismində atasından ona qalmış miras əmlakı qəbul edə bilməmişdir. Göründüyü kimi, aidiyyatı orqan əmlakın dövlət qeydiyyatına alınmasından imtina etməmiş, mübahisəli əmlakın dövlət qeydiyyatına alınmasının məhz şəraitin yaradılması səbəbindən baş verdiyini qeyd etmişdir. Məhkəmə isə nədənsə mövcud faktlara düzgün hüq uqi qiymət verməyərək yanlış qənaətə gəlmiş, işə birtərəfli mövqedən yanaşmışdır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmənin qeyd etdiyi, əsaslandırdığı norma hazırki işdə ümumiyyətlə tətbiq edilə bilməz. Belə ki, məhkəmə işi obyektiv araşdırmış olsaydı, mövcud hüquqmüəyyənedici sənədin olması halında özbaşına tikilidən söhbət getməyəcəyini qəbul edərdi. Məhkəmə isə işə biganə yanaşaraq tərəflərindən təqdim edilən hüquqmüəyyənedici sənədin mövcud olmasına rəğmən miras əmlakı özbaşına tikili kimi qiymətləndirmiş, absurd əsaslandırma ilə ilkin iddia tələbini rədd etmi şdir. MM 139-1-ci maddəsinə əsasən sözü gedən miras əmlakın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas verən siyah qanunvericiliklə öz əksini tapmışdır. Belə ki, mövcud hüquqmüəyyənedici sənədə nəzər yetirilsə, DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən arxivdə saxlanılan nüsxə ilə eynidir möhürünü də görə bilərik. Belə olan halda, sözügedən əmlak necə özbaşına kimi qiymətləndirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında həyata keçirilir. Sözügedən norma məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Belə ki, mülki iş üzrə mübahisə tam, hərtərəli araşdırılmaqla həyata keçirilməli olduğu halda, ilkin iddiaçı tərəfin iddia tələbinin əsaslı olmasını sübuta yetirdiyi halda məhkəmə bu kimi halları göz ardı edərək birtərəfli mövqedən yanaşaraq ilk in iddia tələbinin rədd edilməsi ilə ədalətsiz yekun məhkəmə aktı qəbul etmişdir. Mövcud olan bütün sübutlar iddianın təmin edilməsinə əsas verdiyi halda, məhkəmə tərəflərin bərabərliyi prinsipini pozaraq qarşı tərəfin hüququnu üstün tutmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma hər bir tərəfin məhkəmədən tələb etdiyi iddiasının sübuta yetirilməsini şərtləndirir. Məhkəmə tərəfin yalnızca şifahi mülahizəsinə əsaslanaraq akt qəbul edə bilməz. Buna baxmayaraq, məhkəmə heç bir əsas olmadan mövcud sübutlara düzgün hüquqi qiymət vermədən ilkin iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. İddiaçının ilkin iddia tələbinin tamamilə əsaslı olmasına dair bütün dəlillər ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən sübuta yetirilsə də, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. İlkin iddiaçı tərəfindən təqdim edilmiş qanuni sübutlara baxmayaraq, məhkəmə işi araşdırmadan, heç bir hüquqi addım atmadan məhkəmə aktı qəbul edilərək ilkin iddia tələbinin təmin olunmaması ilə iddiaçının hüquqlarına toxunulmuşdur. İlkin iddia üzrə iddiaçı tərəf iddia tələbinin təmin edilməsinə əsas olan halları tam şəkildə təqdim edilmiş sənədlər əsasında sübuta yetirmişdir. DƏDRX-nin tərəfə ünvanladığı cavabdan da aydın olduğu kimi əmlakın ölçmə işləri, texniki invertalaşdırma işlərinin aparılması üçün şərait yaradılmaması səbəbindən bugünədək Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə texniki invertarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. İlkin iddia üz rə cavabdeh tərəfindən qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət olunsa da, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində qarşılıqlı iddia təqdim edilməmiş, müddət ötürülmüşdür. Belə ki, cavabdeh şəxs bundan öncə təyin olunmuş məhkəmə iclaslarında birbaşa olaraq iştirak etmiş, ilkin iddia tələbinə münasibət bildirmişdir. Sözügedən iddia tərəflərindən xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə, hazırlıq iclası təyin edilmiş tərəf iştirak etmişdir, xx.xx.2022-ci il tarixli məhkəmnin hazırlıq iclasında cavabdeh iclasında iştirak etmiş iddiayaya münasibət bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə isə 30 gün sonra qarşılıqlı iddia ilə müraciət edir. Odur ki, iddia tələbindən məlumatlı olmuş, lakin ona məlum olan vaxtdan 20 gün ərzində qarşılıqlı iddia ə rizəsi verməmişdir. Məhz bu səbəbə görə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməməli idi, xx.xx.2022- ci il tarixdə təyin edilmiş məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi zamanı münasibət bildirərək etiraz etmişdir. Hələ bu azmış kimi, məhkəmə qarşılıqlı iddia ərizəsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməməsinə rəğmən onun ödənilməli olması ilə tərəfi istiqamətləndirmiş, yenidən təqdim edilən qarşılıqlı iddia ərizəsini icraata qəbul etmişdir. Bununla da, məhkəmə öz mövqeyini açıq-aşkar nümayiş etdirərək, sanki qarşı tərəfin hüquqlarını qoruyurmuşcasına addımlar ataraq hüquq pozuntusuna yol vermış, qanunun tələblərini kobud surətdə pozmuşdur. Bununla da, məhkəmənin tərəfli mövqedə olması faktı sübuta yetirilir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(103)-5617/2023 nömrəli iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (F.Talışinski (sədrliyi və məruzəsi ilə), hakimlər M.Məmmədov və A.İmanov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-396/2023 saylı işi üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı (40 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “miras payların müəyyən edilməsi və paylara müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə ilkin iddia tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı “miras payların müəyyən edilməsi və paylara müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə tələb i, X7 İddiaçı və X4 qarşı “ləyaqətsiz vərəsə kimi tanınma və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir.

28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir ki, ilkin və müstəqil tələbin verilməsinə əsas kimi şərait yaradılmaması səbəbindən Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə texniki invertarlaşdırma işlərinin aparılmasının mümkün olmadığı və məhz bu səbəbdən qanun üzrə vərəsə qismində atasından qalmış miras əmlakı qəbul edə bilməməsi qeyd edilmişdir. Halbuki, bu əsasla, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndislərinə və ona invertarlaşdırma işlərinin aparılması üçün Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küç əsi, 70 saylı fərdi yaşayış evinə maneəsiz daxil olmağına şərait yaradılması öhdəçiliyinin qoyulması” barədə iddia tələbi Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2 (011)-901/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə rədd edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2-(103)-3765/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, notariusun vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair hər hansı sübut təqdim edilməmişdır. Bundan əlavə, cavabdehə qarşı yönələn bu tələblərin mahiyyəti açıqlanmamış, notariat orqanı isə cavabdeh qismində cəlb edilməmişdir. Qarşılıqlı iddianın isə verilməsinə əsas yaradan qanunvericiliyin dispozitiv şərti, yəni “miras qoyanın s on iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət”lərin mövcudluğunu sübut etmək yükü qeyd edilən iddianı vermiş tərəfə izah edilməmiş, tərəfin istinad etdiyi başqa hüquq münasibətləri üzrə qəbul edilmiş məhkəmə qətnaməsinə istinad edilmişdir. Tələblər qiymətləndirilərkən nəzərə alınmamışdır ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Ümumilikdə, səlahiyyətlər həddində apellyasiya icraatında qeyd edilən prosessual çatışmazlıqların aradan qaldırılması mümkün olmamışdır.

29. İlkin və müstəqil tələb mərhum Qəhrəmanov Babasan Səftər oğlundan qalmış mirasa - Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların müəyyən edilməsi və paylara müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə olsa da, mirasın (qanun və ya faktik əsasla) qəbulunun əsasları, birinci növbə vərəsələrin dairəsini müəyyən edən sübutlar təqdim edilməmişdir. Habelə notariat orqanına qanun üzrə vərəsə kimi müraciət edildiyi təqdirdə imtinanın əsasları barədə sübutlar təqdim edilmədiyi prosessual vəziyyətdə şəhadətnamənin verilməsi vəzifəsin in verilməsi tələbinin cavabdehə aidiyyəti, o cümlədən notariat orqanın hərəkət (hərəkətsizliyi) və şəhadətnamənin verilməsindən imtinanın səbəblərini sübut edən xüsusatlar müzakirəyə təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, miras payların müəyyən edilməsi üçün ilkin olaraq vərəsəlik hüquqları və mirasın hansı əsasla qəbul edilməsi sübuta yetirilməlidir ki, bunların müəyyən edilməsinə dair sübutlar (vəsatətlər) təqdim edilməmişdir. Apellyasiya icraatı zamanı isə tərəflərin özlərinin izahatlarından və iş materiallarından məlum olmuşdur ki, mirasın faktiki qəbulunu cavabdeh həyata keçirmiş və mübahisəli yaşayış sahəsinin ərazisində başqa - qeydiyyata alınmayan əlavə tikililər vardır. İlk iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edil məsi bildirilsə də, imtina məhkəməyə təqdim edilməmiş və onun səbəbləri məhkəməyə məlum olmamışdır.

30. Beləliklə, ilk və müstəqil tələb üzrə tələbin faktiki əsasları üzrə qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğundan, hüquqi əsasları üzrə isə dəlillər və onları təkzibedilməz edən sübutlar təqdim edilmədiyindən, habelə tələbin yönəldiyi şəxslərin dairəsi müəyyən edilmədiyindən iddialar rədd edilməlidir. Qarşılıqlı iddia üzrə isə tələbin faktiki əsasları münasibətləri tənzimləyən maddi hüquq normalarına uyğunluq təşkil etmədiyindən, yəni “miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son ir adəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət” (hallar) məhkəmə tərəfindən müəyyən edilmədiyindən rədd edilməlidir.

31. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1., 1159.1.1, 1243, 1246, 1321.1, 1321.2, 1321.3, “Notariat haqqında” Azərbaycan Respublikasınını Qanununun 55, 57, 58, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 101, 102, 107, MPM-nin 77.1, 80, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı Qəhrəmanov Əlizaman Babasan oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilkin iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş e tmişdir.

33. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mübahisə predmeti olan əmlakın dövlət qeydiyatına alınması qanunla yol veriləndir. Belə ki, bununla bağlı olaraq aidiyyatı qurumlara müraciət olunduğundan əmlakın dövlət qeydiyyatına alınması üçün mütəxəssis göndəriləcəyi bildirilmişdir. Lakin ilkin iddia üzrə cavabdeh və onun ailə üzvləri ölçmə işlərinin aparılmasına maneə yaratdığı üçün əmlak dövlət qeydiyatına alına bilməmişdir. Məhkəmə isə bundan öncə məhz bu əsasla məhkəməyə müraciət olunduğunu, ilkin iddia üzrə cavbadehin əmlakın aidiyyatı qurumlar tərəfindən qeydiyyata alınmasını hər cür vəchlə maneə olmasını gözardı etmişdir. H al-hazırda vərəsəlik işinin açılması, miras paylarının bölünməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət olunub. Belə ki, Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş sənəddən də aydın olduğu kimi o, mərhum atasından qalmış miras əmlakla bağlı müraciət etmiş, vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. Bundan başqa, DƏDRX tərəfindən sözü gedən sənədin arxivdə mövcud olamsı barədə möhürü ilə təstiq etmişdir. Eyni zamanda, Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş sənədə əsasən DƏDRX əməkdaşları tərəfindən sözü gedən əmlaka baxış keçirilməsi üçün dəfələrlə mütəxəssislərin getməsi öz əksini tapmışdır, lakin cavabdeh tərəf buna mane olmuşdur. Bir haldakı əraziyə baxış keçirilməsi üçün mövcud sənəd üzrə tikililərin yoxlanılmas ı üçün mütəxəssis göndərilmişdir, deməli, sözü gedən sənədin vəfat etmiş şəxsin adına olması öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən isə sözü gedən əmlakın dövlət qeydiyyatına alınmasına dair sorğu göndərilmişdir. Təbii ki, hal-hazırda reyestrdən qeydə alınmamışdır, lakin ölmüş şəxsin adına qeydə alınmasına dair müvafiq sorğu mövcud deyildir. İş materiallarında mövcud olan sənədə müvafiq olaraq notariat ofisində vərəsəlik işi açılmışdır və əmlakı miras əmlak kimi tanımışdır. Buna baxmayaraq, məhkəmə yanlış qənaətə gələrək vərəsənin hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, mövcud qanuni sənəd əsasında vərəsəlik işinin açılması, vərəsə payların müəyyən edilməsi ilə bağlı olaraq məhkəmə yekun akt qəbul etməli idi. Göründüyü kimi, hər iki məhkəmə instansiyası qanunsuzluğa yol verərək t ərəflərin konstitusion hüquqlarını kobud surətdə pozmuşdur. Mərhum atası Qəhrəmanov Babasan Səftər oğluna aid Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu mövcud idi. Həmin sənəd-şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2015-ci il tarixli 439 saylı AR Prezidentinin fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması üçün əsas olan sənədlər siyahıs ında olmaqla birbaşa qanunda öz təsbitini tapmışdır. Sözügedən Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsi səbəbindən miras əmlakın ölçmə işləri, texniki invertalaşdırma işlərinin aparılması məqsədilə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin şərait yaradılmaması səbəbindən bu günədək Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə texniki invertarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Məhz bu səbəbdən də, o da qanun üzrə vərəsə qismində atasından ona qalmış miras əmlakı qəbul edə bilməmişdir. Göründüyü kimi, aidiyyatı orqan əmlakın dövlət qeydiyyatına a lınmasından imtina etməmiş, mübahisəli əmlakın dövlət qeydiyyatına alınmasının məhz şəraitin yaradılması səbəbindən baş verdiyini qeyd etmişdir. Məhkəmə isə nədənsə mövcud faktlara düzgün hüquqi qiymət verməyərək yanlış qənaətə gəlmiş, işə birtərəfli mövqedən yanaşmışdır. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh qismində notariat ofisinin də cəlb edilməli olduğunu, tərəflərin dairəsinin tam müəyyən edilmədiyini qeyd etsə də, görünür məhkəmə unutmuşdur ki, hazırki mübahisə ilə bağlı olaraq notariat orqanı vərəsəlik işinin açılması ilə bağlı imtina etməmişdir. Tam əksinə vərəsələrin dairəsini müəyyən ed ərək mərhum atasına məxsus olan əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müvafiq sənəd də təqdim etmişdir. Məhz bu səbəbdən də, notariat orqanının yaranmış mübahisə ilə əlaqədar tərəf qismində cəlb edilməsinə heç bir əsas mövcud deyildir. Buna görə də, apellyasiya instansiya məhkəməsinin iddia tələbinin rədd etməsi prosessual qanunvericiliyin kobud pozuntusunun əyani sübutudur. Bu faktarı gözardı etmək azmış kimi məhkəmə notariat orqanın hərəkət (hərəkətsizliyi) və şəhadətnamənin verilməsindən imtinasının səbəblərini sübut edən xüsusatların müzakirəyə təqdim edilmədiyini də vurğulamışdır. Həmçinin, məhkəmə birinci növbə vərəsə olmağı ilə bağlı sübut təqdim etmədiyini irəli sürsə də, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) çıxış edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Məhkəmə kol legiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

37. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

38. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

39. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən normalar düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Apellyasiya məhkəməsi ilkin iddiaçının tələblərini rədd edərkən qeyd etmişdir ki, “notariat orqanı isə cavabdeh qismində cəlb edilməmiş, notariat orqanına qanun üzrə vərəsə kimi müraciət edildiyi təqdirdə imtinanın əsasları barədə sübutlar təqdim edilmədiyi prosessual vəziyyətdə şəhad ətnamənin verilməsi vəzifəsinin verilməsi tələbinin cavabdehə aidiyyəti, o cümlədən notariat orqanın hərəkət (hərəkətsizliyi) və şəhadətnamənin verilməsindən imtinanın səbəblərini sübut edən xüsusatlar müzakirəyə təqdim edilməmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi bildirilsə də, imtina məhkəməyə təqdim edilməmiş və onun səbəbləri məhkəməyə məlum olmamışdır.”.

45. Göründüyü kimi, apelyasiya məhkəməsi ilkin iddianı rədd edərkən həmin tələblərə cavab verməli olan notariusun işə cavabdeh kimi cəlb edilməməsinə əsaslanmışdır.

46. Qanuna əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yek unlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (§ 38-39).

47. Apellyasiya məhkəməsi tərəfindən göstərilən prosessual məsələyə qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və qeyd edilən əsaslandırma ilə razılaşaraq onu da bildirir ki, ilkin iddi anın sözügedən prosessual səbəbdən rədd edilməsi əsaslı və kifayətedici olduğundan digər əsasların müzakirəsinə prosessual qənaət prinsipi baxımından gərək qalmır.

48. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5617/2023 nömrəli iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar