Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7368/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə, X2 və “X1” MMC-nə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9093/2019 saylı, 11 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə, X2 və “X1” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 111 saylı mənzilinin bazar dəyərinin müəyyən edilməsi barədə Cavabdeh MMC-nin 11 dekabr 2017-ci il tarixli, QR-641 saylı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Zaur Hacıyev) 02 aprel 2019-cu il tarixli, 2(008)-800/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşad Ş amayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 11 iyul 2019-cu il tarixli 2(103)9093/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(008)-800/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 20 fevral 2014-cü il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” mahiyyətcə və məzmu n etibarilə qeyri- obyektivdir, həqiqəti əks etdirmir. Həmin müqavilə 2014-cü ilin yanvar-fevral aylarında 111ailədaxili münasibətlərinin gərginləşməsi səbəbindən onun ağır vəziyyətə düşməsindən cavabdeh XXX istifadə etməsi nəticəsində, hədə-qorxunun təsiri altında ondan ötrü son dərəcə əlverişsiz şərtlərlə bağlanmış müqavilədir və o, çıxılmaz vəziyyətdə qalaraq onu imzalamağa məcbur olmuşdur. X1ondan borc olaraq guya 140 min manat aldığını göstərməklə həmin məbləğin ona qaytarılması və tələbin girov predmetinə yönəldilməsi barədə 2014-cü ilin təqribən aprel ayında iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə işin həqiqi halları tam, hərtərəfli və obyektiv araşdırılmayaraq qüvvədə olan maddi və prossesual hüquq normalarının tələbləri pozulmaqla qanunsuz və əsass ız qətnamə və qərarlar qəbul edilmişdir. Yasamal rayon məhkəməsinin 2(004)3610/2014 saylı, 24.07.2014-cü il tarixli icra vərəqəsi ilə əlaqədar, Yasamal rayon İcra Şöbəsinin 24.11.2017-ci il tarixli Qərarı və 24.11.2017-ci il tarixli, 17/72-7928/5-33781 saylı müraciətinə əsasən, “xxxx” MMC tərəfindən İddiaçı məxsus X2saylı mənzilinin bazar dəyərinə uyğun qiymətləndirilmiş və 65.000 (altmış beş min) manat bazar dəyəri müəyyən edilmişdir. Qiymətləndirmə onun iştirakı olmadan aparılmışdır. Ekspertizanın vaxtı və yeri barədə onlara lazımi informasiya verilməmişdir. Ekspertizada mənzilin bazar dəyəri 65.000 (altmış beş min) manat müəyyən edilmişdir. Lakin həmin mənzilin dəyəri yerləşdiyi ünvan, şərait, real bazar qiyməti və digər amillər nəzərə alınaraq 100.000 – 110.000 manat dəyərində hesab lanmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı 140000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq X2 verilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilərək, tələb iddiaçıya məxsus 111 saylı mənzilinə yönəldilmişdir. Yasamal rayon İcra Şöbəsinin müraciətinə əsasən iddiaçının mülkiyyətində olan mənzil Cavabdeh MMC tərəfindən qiymətləndirilmiş və tərtib olunmuş 11 dekabr 2017-ci il tarixli, QR-641 saylı qiymətləndirmə rəyinə əsasən mənzilin dəyəri 65.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı mənzilini ipoteka ilə yüklü edərkən öhdəliyini icra etmədiyi təqdirdə borcun həmin əmlaka yönəldilməsi ehtimalının olduğunu bilmiş, tələbin onun mənzilinə yönəldilməsi, mənzilin qiymətləndirilməsi və hərracın keçirilməsi barədə məlumatlı olmuş, onun hazırki iddia tələbinin məqsədi isə Bakı şəhəri Yasamal Rayon 24 iyul 2014-cü il tarixli icra sənədinin icrasının uzadılması xarakterini daşımışdı r. “xxxx” MMC-nin 11 yanvar 2019-cu il tarixli, 04 saylı rəyi ilə İddiaçı məxsus 111 saylı mənzilinin 11 yanvar 2019-cu il tarixə olan bazar dəyərinin 65.000 manat, likvid dəyərinin isə 60000 manat təşkil edilməsi müəyyən olunmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh MMC-nin 11 dekabr 2017-ci il tarixli, QR-641 saylı rəyində əks olunmuş mənzilin dəyəri obyektiv və həqiqi olduğundan onun ləğvi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Q anununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır). Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinə əsasən qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. Məh kəmə kollegiyası hesab edir ki, İddiaçı kassasiya şikayətində X2saylı mənzilin real bazar qiymətinin daha yüksək olmasını qeyd etsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasi tələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Kassasiya şikayətinin borcun etirafı haqqında müqavilə ilə bağlı dəlillərini isə məhkəmə kollegiyası araşdırmır, çünki Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə borcu tutulması barədə tələbin qanuniliyinə qiymət verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9093/2019 saylı, 11 iyul 2019-cu il tarixli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7368/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7368/2019
02.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver