Məhkəmə qərarları › İş №2(102)-7372/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7372/2019

10.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7372/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, vəkilləri X3 və X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli, 2(103)8957/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(006)-2279/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) İddia çı cavabdeh X2 və digərlərinə qarşı “əsas, əlavə kredit xətti müqavilələrinin, ipoteka müqaviləsinin, etibarnamənin, razılıq ərizəsinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli, 2(103)8957/2019 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “əsas, əlavə kredit xətti müqavilələrinin, ipoteka müqaviləsinin, etibarnamənin, razılıq ərizəsinin etibarsız hesa b edilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, cavabdeh Xlə rəsmi nikahdadır. Birgə nikah dövründə ünvan 1 evi və torpaq sahəsini əvəzli olaraq əldə etmişlər və həmin əmlaklar cavabdeh Xin adına rəsmiləşdirilib. Bu yaxınlarda ona məlum olub ki, cavabdeh X onun razılığı olmadan birgə mülkiyyətdə olan daşınmaz əmlakı ipoteka ilə yüklü edərək “xxxx” KB ASC 11 saylı filialından kredit götürüb və qətnamə əsasında tutma həmin əmlaklara yönəldilib. Bütün bunlardan onun xəbəri və buna notarial qaydada təsdiq edilmiş razılığı olmayıb. Beyləqan rayon məhkəməsinin 14 iyul 2016-cı il tarixli qətnaməsi ilə bankın tələbi qismən təmin edilərək, Xdən 07 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 3.144,39 manat, faiz borcuna görə 80,59 manat, hesablanmış cəri məyə görə 10 manat, cəmi 3.234,98 manat, 22 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 8.237,56 manat, faiz borcuna görə 115,77 manat, hesablanmış cəriməyə görə 10 manat, cəmi 8.363,33 manat, 06 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 2.799,13 ABŞ dolları, faiz borcuna görə 188,60 ABŞ dolları, cəmi 2 987,73 ABŞ dolları kredit borcunun tutulub ”xxxx” KB ASC xeyrinə tutulması, ipoteka predmetinin 38.000 manat qiymətləndirilməsi, tutmanın ünvan 1 ünvanda yerləşən Xin mülkiyyətində olan 0,48 ha torpaq sahəsindəki fərdi yaşayış evinə və girov predmeti olan Xə məxsus olan mal qalığı (25 ədəd xırda buynuzlu doğar ana qoyuna) yönəldilərək əmlakların hərracdan satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqda n ən geci 01 ay ərzində İddiaçınan evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması, ipoteka predmeti satıldıqdan 01 ay sonra evi könüllü surətdə tərk etmədikləri halda İddiaçı və digərlərinin həmin evdən məcburi qaydada çıxarılaraq fərdi yaşayış evinin boşadılması qət edilib. Ona görə də kredit müqavilələri və ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Onun həmin kredit müqavilələrinin bağlanmasından və həmçinin daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsindən məlumatı olmayıb və buna razılıq verməyib. Bu səbəbdən həmin əqdlər etibarsızdır. Onların mövcudluğundan bu yaxınlarda artıq ev satılandan sonra xəbər tutub. Araşdırma nəticəsində öyrənib ki, onun razılıq ərizəsi onun tərəfindən verilməyən etibarnaməyə əsasən yazılıb və həmin etibarnamədə olan imza ona məxsus deyil. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı, vəkilləri X1 və X2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdehlər X v ə “xxxx” KB ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsi nə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, əsas, əlavə kredit müqavilələrinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasların müəyyən edilməməsinə, iddia tələblərini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.4, 354-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki,20 oktyabr 2010-cu il tarixli Çıxarışa əsasən, ünvan 1 ev Xin mülkiyyətində olub. 17 iyul 2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən “xxxx” KB ASC tərəfindən Xə 60 ay müddətinə 1.000.000 mant kredit xətti açılıb. 07 avqust 2013-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən “xxxx” KB ASC tərəfindən Xə 30 ay müddətinə, illik 6 faiz ödəmək şərti ilə 15.000 manat kredit verilib. Eləcə də 22 may 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən “xxxx” KB ASC tərəfindən Xə 36 ay müddətinə, illik 6 faiz ödəmək şərti ilə 15.000 manat kredit verilib. Həmçinin 06 aprel 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən “xxxx” KB ASC tərəfindən Xə 24 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 2.800 ABŞ dolları kredit verilib. 18 iyul 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Xin mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evi “xxxx” KB ASC xeyrinə ipoteka qoyulub. Daha sonra işə əlavə edilmiş digər sübutlardan görünür ki, 23 may 2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən İddiaçı bütün əmlakı üzərində sərəncam verm ək və digər hərəkətləri etməyə dair əri Xin adına etibarnamə verib. İddiaçı, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində əsas, əlavə kredit müqavilələrinin bağlanmasından, eləcə də sözügedən fərdi yaşayış evinin kreditin təminatı üsulu kimi ipoteka ilə “xxxx” KB ASC xeyrinə yüklü edilməsindən məlumatsız olmasını, buna razılıq verməməsini, həmin müqavilələrin bağlanmasından bu yaxınlarda fərdi yaşayış eivnin satılmasından sonra xəbər tutmasını, onun adından razılıq ərizəsinin onun tərəfindən verilməyən etibarnaməyə əsasən yazılmasını və həmin etibarnamədəki imzanın isə ona məxsus olmadığını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq aşağıdakılara görə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamışdır. Belə ki, əvvəla işə əlavə edilmiş 24 o ktyabr 2018-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunur ki, tədqiq olunan imzalarda qrafik materialının azlığı, cizgilərin sadəliyi, müqayisə edici tədqiqat zamanı həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, tədqiq olunan imzanın İddiaçı tərəfindən icra olunub-olunmaması haqqında qəti (mənfi və ya müsbət) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Ekspertizaya təqdim edilmiş, mülki işin 57-ci vərəqində olan İddiaçı adından Elburs Pəsiyevin adına verilmiş 23 may 2012-ci il tarixli etibarnamədəki “imza” qrafasındakı imzanın- İddiaçı tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün o lmamışdır. Göründüyü kimi İddiaçı, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində sözügedən evin “xxxx” KB ASC xeyrinə ipoteka qoyulmasına razılıq vermədiyini, əri Xin adına verilmiş etibarnamədəki imzanın ona məxsus olmadığını və sair göstərsə də, onun tələbinin əsası kimi istinad etdiyi hallar hər hansı mötəbər yazılı sübutlarla təsdiq olunmamışdır. Belə ki, sözügedən ekspert rəyi ilə də mübahisəli evə dair ipoteka müqaviləsi bağlanarkən onun adından əri Xin adına verilmiş etibarnamədəki imzanın ona məxsus olubolmamasını müəyyən etmək mümkün olmamışdır. İşdən görünür ki, hazırki halda İddiaçı cavabdehlərə qarşı tələbi ondan ibarətdir ki, ipoteka predmeti olan fərdi yaşayış evi onun yazılı razılığı olmadan “xxxx” KB ASC xeyrinə ipoteka qoyulub. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.2-ci maddələrinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Nəzərə alınmadıdır ki, ipotekanın mahiyyəti ondan ibarətdir ki, ipoteka qoyulmuş əmlak əsas öhdəliyin icra olunmasının təminatı üsulu kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququd ur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (Mülki Məcəllənin 269.1-269.3-cü maddələri). Sadalanan maddələrin mənasından da göründüyü kimi borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Mülki M əcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, X tərəfindən sözügedən fərdi yaşayış evi onun “xxxx” KB ASC götürdüyü kreditin qaytar almasının təminatı üsulu kimi sonuncunun xeyrinə ipoteka qoyularkən 18 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi Mülki Məcəllədə müəyyənləşdərilmiş şərtləri pozmamaqla və borclu Xin ailə üzvü İddiaçı yazılı razılığı alınmaqla biğlanmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, əri Xin bankdan bir neçə dəfə kredit götürüb yaşadıqları evi ipoteka qoymasından ötən müddət ərzində İddiaçı məlumatsız olması inandırıcı, ağlabatan görünmür. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırki iddia tələbləri üzrə əsas, əlavə kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsiüçün əsaslar olmadığına görə, bütövlükdə iddia tələblərini rədd etməklə birinci instansiya məhkəməsi düzg ün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı, hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edənədək qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmçinin, Mülki Məcəllənin 375-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını in tizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraqədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəmə si QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli, 2(103)-8957/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar