Məhkəmə qərarları › İş №2(102)-7377/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7377/2019

28.11.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7377/2019 28.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli 2(103)6771/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev, iş № 2(011)-1508/2018) İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 40 saylı notariat kontoru və Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mərhum X3 məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Tofiq Hacıbəyov küçəsi, 10 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair Çıxarışın ləğv edilməsi, evin ½ hissəsinə vərəsəlik payının və həmin hissədə əmlak payının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Tofiq Hacıbabayev küçəsində yerləşən 10 saylı fərdi yaşayış evi X2 mülkiyyətində olmuş və 05 may 2005-ci il tarixdə o, evini oğlu Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnamə notariatda təsdiq olunmuşdur. 02 aprel 2008-ci il tarixdə İdris Məmmədov vəfat etmişdir. Mərhumun həyat yoldaşı İddiaçı notariat kontoruna ərizə verərək məcburi payından imtina etmiş, mərhumun digər övladları mirası qəbul etməmişlər. 27 dekabr 2008-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat kontorunun dövlət notariusu tərəfindən mərhumun oğlu Cavabdeh1 adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2018-ci ilin noyabr ayında mərhumun həyat yoldaşı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, evin ½ hissəsinə vərəsə kimi onun payının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasın a gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı mirasdan imtina barədə ərizə yazmağa məcbur olmasını iddia edib buna görə şəhadətnamənin etibarsız sayılmasını tələb etsə də, məhkəməyə bunu təsdiq edə bilən heç bir sübut təqdim etməmişdir. Müəyyən olunmuşdur ki, ərizə onun iradəsini ifadə etmiş və 201 8-ci ilin iyun ayına kimi mübahisəli evdə yaşaması onun evdən qovulacağı barədə təhlükəyə məruz qalmasını təkzib edir. Müəyyən olunduğu kimi vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 27 dekabr 2008-ci il tarixdə verilmiş, iddiaçı tərəfindən onun etibarsız hesab edilməsi barədə iddia 20 noyabr 2018-ci il tarixdə, təxminən 10 ilə yaxın müddət keçdikdən sonra qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas ve rən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (354.2.) Göstərilənlərlə əlaqədar kollegiya iddia tələbinin əsassız olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar