Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7381/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X18 oğlunun katibliyi, Cavabdeh-nümayəndəsi X2 və cavabdeh və 3-cü şəxsin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh-nə qarşı “mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, bu barədə müvafiq qeydin aparılması və həmin mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı və Cavabdeh-nə qarşı “mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2383/2019 nömrəli iş üzrə 08 iyul 2019-cu il tarixli qətnaməsindən 3-cü şəxs X3 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan X ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində tikinti sahəsi 226,6 m2 olan 5 otaqlı X saylı mənzilinin alğı-satqısının həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 28.0 4.2015ci il tarixli 253 nömrəli alğı-satqı müqaviləsinə əsasən, əvvəl X5 mənsub olmuş ünvan X ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində tikinti sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzil ona təhvil verilmişdir. 28.04.2015-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən mənzilin pay dəyəri onun tərəfindən tam ödənilmiş və onun satıcıya borcu yoxdur. O, 13.09.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat kontorunun xüsusi notariusu X11 tərəfindən təsdiq edilən ərizə ilə Cavabdeh-nə müraciət edərək, mənzildən və pay haqqından 111 xeyrinə imtina etdiyini bəyan etmişdir. Bununla yanaşı həmin paya dair kooperativ üzvlüyündən azad edilməsini və gələcəkdə cavabdehə qarşı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Lakin cavabdeh alğı-satqını həyata keçirmə yə imkan vermir. İşə birinci instansiya məhkəməsində baxılarkən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı və Cavabdeh-nə qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan X ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzil üzərində onun sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilə dair X8 ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinin, habelə İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 28.04.2015-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 16.01.2008-ci il tarixli müqavilə bağlayaraq ünvan X ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzili almışdır. 16.01.2008-ci il tarixli kassa mədaxil orderinə əsasən o, mənzilin dəyərini, yəni 158.620 manat məbləğində pulu cavabdeh MMC-nə tam olaraq ödəmişdir. Müqavilə və kassa mədaxil orderi müəssisənin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Qanuni əsaslarla ona satılan mənzil X2 tərəfindən qanunsuz olaraq X5, sonra isə İddiaçı satılmışdır. Həmin mənzilin onun mülkiyyətində ola-ola, mənzilin qanuni sahibi olduğu halda üçüncü şəxsə satılması qanunsuz və əsassızdır, mülki qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh-nin rəhbəri X2 ayrı-ayrı vətəndaşları aldatdığına görə barəsində cinayət işi açılmış və cinayət məsuliyyətinə cəlb olunmuşdur. M.Cəfərov onun mülkiyyətində olan mənzili X2 və İddiaçı qanunsuz olaraq satmışdır. Halbuki həmin vaxt həmin mənzilə dair səlahiyyətli şəxs MMC deyil, o, olmuş və həmin mənzilin satılmasına onun razılığı olmamış, ümumiyyətlə mənzilin satılmasından məlumatı olmamışdır. Üçüncü şəxs işə qoşulduqdan sonra iddiaçı iddia tələbinin predmetini və əsasını dəyişdirilməsi barədə ərizə verərək, onun ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, bu barədə müvafiq qeydiyyatın Cavabdeh-də aparılması və sonuncu ilə X3 arasında həmin mənzilə dair imzalanmış 16.01.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 02 mart 2018-ci il tarixli 2(005)-478/2018 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İsmayıl Vəliyev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 25.07.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.03.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov və İlqar Dəmirov) 11.12.2018-ci il t arixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.07.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov və Azad İmanov) 08 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-478/2018 saylı iş üzrə 02 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzilinə sahiblik və istifadə hüquqları tanınmış və bu barədə Cavabdeh-də müvafiq qeydiyyat aparılması, Cavabdeh ilə X3 arasında həmin mənzilə da ir bağlanmış 16.01.2008-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı və Cavabdeh-nə qarşı “mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilə dair alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə çıxarılması qət edilmişdir. 3-cü şəxs X3 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2383/2019 saylı, 08 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddiaçının iddia tələbinin rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs 111nın iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması, işdəki faktiki hallar aydınlaşdırılmadan, sübutlara yanlış qiymət verilərək qətnamə bütövlükdə apellyasiya instansiyası məhkəməsinin mülahizələri üzərində qurularaq yanlış və ədalətsiz qənaətə gəlməklə qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi təkrar işə baxarkən Ali Məhkəmənin qərarında qeyd edilən hər üç hala qiymət verərək araşdırma aparmışdır. Lakin araşdırmanın sonunda sübutlara düzgün qiymət verməməklə yanlış hüquqi nəticəyə gəlmiş, iddiaçının iddiasını təmin etməklə üçüncü şəxsin hüquqlarını pozmuş, düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sorğusuna cava b olaraq Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən verilmiş 22.02.2019-cu il tarixli ********* saylı arayışda nə Y.Qurbanova, nə M.Zeynalov, nə də ki, İddiaçı adları həmin siyahıda qeyd olunmamışdır. Heç biri zərərçəkmiş şəxs qismində tanınmamışdır. Belə olan halda, məhkəmə bu halı necə iddiaçının xeyrinə yozmaqla, onun maraqlarına naminə çıxış etməklə iddiaçının iddiasını təmin etməsini qətnaməsində əsaslandırmamışdır. Dələduzluqda ittiham olunan X2dan hansı doğru və dürüst hərəkəti gözləməyin mümkünlüyü məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. İşin mahiyyətindən belə görünür ki, bu mənzil həqiqətən də ilk olaraq 2008-ci ildə qanun qayda ilə Y.Qurbanovaya satılmış, (müqavilə barədə ekspert rəyi ilə müqavilənin həqiqiliyi təsdiq ini tapmışdır) daha sonra mümkündür ki, M.Cəfərov tərəfindən M.Zeynalov aldadılaraq ikinci dəfə ona da satılmışdır. Belə ehtimal ola bilər ki, nə qədər ki, bu məsələnin üstü açılmadığından M.Cəfərov bu fakt barədə heç prokurorluğa məlumat verməmişdir. Bu nalda məhkəmə düzgün qənaətə gəlməyərək Y.Qurbanovanın hansı məsuliyyəti və yaxud günahı olduğunu sübuta yetirmədən, illər sonra onun barəsində müqavilə etibarsız hesab etməklə ədalətsiz qənaətə gəlmişdir. Belə olan halda həmin cinayət işi üzrə alınmış həmin arayışın kiminsə xeyrinə təfsir edilməsi yanlış mövqedir. Arayışda qeyd olunur ki, X3, X8 və İddiaçı müraciətləri olmadığından onlar cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamış, həmçinin “xxxx” MMCnin ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzilinin təkrarən ayrı-ayrı şəxslərə satılması epizodu araşdırılmamışdır. Məhkəmə ekspertizasının 22.04.2019-cu il tarixli 8073/8886 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş mülki işin materiallarında olan X1 adına 16.01.2008-ci il tarixli müqavilədə və eyni tarixli kassa mədaxil orderində (i.v.38-4ö), İddiaçı adına 28.04.2015-ci il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin sənədlərdəki möhür əksləri ekspertizaya təqdim edilmiş mülki işin materiallarının 207-209-cu vərəqələrində olan sənədlərdəki eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Həmin sənədlərdə əvvəl imzalar, çap mətni icra edilmişdir, sonra möh ür əksi vurulmuşdur. Təqdim olunan müqavilədəki əl yazılarının icra vaxtını və həmin sənədin tərtib olunma tarixini müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyləri ilə bağlı əlavə izaha və şərhə ehtiyac yoxdur, bütün hallar açıq-aydın, qeyd olunmuşdur. Sadəcə məsələyə düzgün hüquqi qiymət verilməli idi. Apellyasiya instansiya məhkəməsi məsələni düzgün araşdırmamış, qərəzli olaraq iddiaçının maraqlarını müdafiə etmiş, üçüncü şəxslə olan müqavilənin daha əvvəl tarixə bağlanması məsələsi ilə bağlı ekspert rəyinə düzgün hüquqi qiymət verməyərək üçüncü şəxsin iddiasını rədd etməklə qanunsuz qətnamə qəbul etmişdir. X4 adına olan müqavilə və maliyyə arayışının əsli təqdim edilmədiyindən onlar barəsində ekspertiza tədqiqatı aparılmamışdır. Apellyasiya Məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzi lin alqı-satqısına dair 16.01.2008-ci il tarixli müqavilə X3 ilə sonradan arxa tarixə bağlanmışdır. Həmin əqd uydurma olmaqla əhəmiyyətsizdir. Məhkəmənin gəldiyi bu nəticə ekspert rəylərinə, işin hallarına və bütün işin hallarına zidd olmaqla tam qanunsuz bir yanaşma olmuşdur. Y.Qurbanovanın müqaviləsinin əvvəlki tarixə bağlanmasına dəlalət edən heç bir sübut olmamış, məhkəmə qərəzli olaraq heç bir sübuta və dəlilə əsaslanmadan qanunsuz olaraq belə qənaətə gəlmişdir. Apellyasiya instansiyası Y.Qurbanovanın müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərtləri pozmaqla bağlanmasını, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmamasını əsaslandırmamış, yalnız öz mülahizəsi əsasında onun əvvəlki tarixə bağlanması barədə yanlış qənaətə gəlmişdir. Həmin arayışın və yaxud audit siyahının hazırki mülki iş üzrə heç bir preyudisial əhəmiyyəti yoxdur. Dələduzluqda ittiham olunan şəxs tərəfindən audit orqanına verilmiş siyahının hansı əsasla əsas götürülərək qiymətləndirilməsi nə məntiqi, nə də hüquqi və qanuni cəhətdən doğru deyildir. Belə ki, həmin siyahının X2 tərəfindən istintaqa təqdim edilməsi açıq-aşkar ortada olduğu halda və 111nın əlində qanuni qaydada bağlanmış müqavilə olduğu halda həmin siyahıda onun adının olub-olmaması məsələsinin nə Y.Qurbanovaya nə aidiyyəti olması və ümumiyyətcə hazırki iş üzrə əsas götürülməsi və iddiaçının ziyanına şərh edilməsi tamamilə yanlış olmuşdur. Həmçinin məhkəməyə Korrupsiyaya qarşı Baş mübarizə İdarəsi tərəfindən təqdim edilmiş 22.02.2019-cu il tarixli arayışda ümumiyyətcə həmin mənzilin sahibliyinə aid Müzadi l Zeynalov barədə heç bir qeyd aparılmamışdır. Bütün bunlardan başqa, iş üzrə üçüncü şəxsin iştirakı təmin edilməmiş onun iştirakı olmadan baxılmışdır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Y.Qurbanovanın nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. CavabdehMMC-nin nümayəndəsi X6 və vəkili Vəkil 3-cü şəxsin kassasiay şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçiları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası M PM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddiaçı iddia tələbi ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, bu barədə müvafiq qeydiyyatın Cavabdeh-də aparılması, Cavabdeh ilə X3 arasında həmin mənzilə dair imzalanmış 16.01.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsindən ibarətdir. İddiaçı iddiasını 111 ilə bağlanmış müqavilənin həqiqi olmaması, köhnə tarixlə b ağlanması ilə əsaslandırmışdır. Üçüncü şəxs 111nın iddia tələbi isə ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilə dair Cavabdeh ilə X8 arasında bağlanmış 26.07.2011-ci il tarixli və Cavabdeh ilə İddiaçı arasında bağlanmış 28.04.2015-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsindən ibarətdir. 111 iddiasını mübahisəli mənzilin alğısatqısına dair müqavilənin onunla daha əvvəl bağlanması ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, mübahisəsi gedən ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 sa ylı mənzilə dair “xxxx” MMC ilə bağlanmış iki müqavilə mövcuddur: - X3 ilə bağlanmış 16.01.2008-ci il tarixli müqavilə; - X8 ilə bağlanmış 26.07.2011-ci il tarixli müqavilə və həmin şəxsin razılığı ilə İddiaçı ilə bağlanmış 28.04.2015-ci il tarixli müqavilə. Keçirilmiş ekspertiza tədqiqatları ilə müəyyən edilmişdir ki, X3 və İddiaçı ilə bağlanmış müqavilələr “xxxx” MMC-nin adından direktor işləmiş X12 tərəfindən imzalanmışdır. Hər iki müqavilə və maliyyə arayışlarında möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur, həmin sənədlərdəki möhür əksləri nümunə kimi ekspertizaya təqdim edilmiş sənədlərdəki eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. X4 adına olan 26.07.2011-ci il tarixli müqavilənin və maliyyə arayışının əsli təqdim olunmadığına görə o nlar barəsində ekspertiza tədqiqatı aparılmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən verilmiş 22.02.2019-cu il tarixli ********* saylı arayışda göstərilmişdir ki, idarənin istintaq idarəsində “xxxx” MMC-nin direktoru X6, MMC-nin təsisçisi X9 və qeyrilərinin barəsində, həmçinin digər faktlar üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4, 178.3.2, 308 və 313-cü maddələri ilə ********* saylı cinayət işi istintaq olunur. ********* saylı cinayət işinin istintaqı zamanı “STS” və “xxxx” MMC-nin direktoru X12 tərəfindən ayrı-ayrı zərərçəkmiş şəxslərə satılmış mənzillərin təkrarən satılması müəyyən edildiyindən həmin cinayət işi üzrə 15.02.2015-ci ildə X2 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi 28.02.2015-ci il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı 20.06.2015-ci il tarixdə X2 yaşadığı mənzildə özünü öldürdüyündən iş üzrə icraata xitam verilmişdir. Məhkəməyə göndərilmiş və hazırki cinayət işi üzrə X3, X8 və İddiaçı müraciətləri olmadığından onlar cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamış, həmçinin “xxxx” MMCnin ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzilinin təkrarən ayrı-ayrı şəxslərə satılması epizodu araşdırılmamışdır. Mötəbərliyini tərəflər mübahisələndirmədikləri, “xxxx” MMC tərəfindən ünvan X ünvanında inşa edilən 4 ədəd 1 girişli 24 mərtəbəli y aşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrinin alıcılara satılarkən tərtib olunmuş müqavilələrin və satışa dair əməliyyatların rəsmiyyətə salınmasının düzgünlüyünə dair audit xidmətinin göstərilməsi ilə bağlı tərtib olunmuş 30.01.2013cü il tarixli Audit rəyindən müəyyən olunur ki, ünvan X ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzili təkrar olaraq sənədləşdirilmiş mənzillər sırasında olmamış, həmin mənzil 2-ci binadakı mənzillərin sahiblərinin adlı sıyahısında X4 adına qeydə alınmışdır. Apellyasiya məhkəməsi X3, X8 və İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmadığı və mübahisəli mənzilin təkrarən ayrı-ayrı şəxslərə satılması epizodunun araşdırılmadığını, mübahisəli mənzilin 30.01.2013-cü il t arixli Audit rəyində təkrar satılmış mənzillər sırasında olmamaqla yanaşı, həmin mənzilin Müzadil Zeynalovun adına qeydə alındığını nəzərə alaraq, bu qənaətə gəlmişdir ki, mübahisəli mənzil ilk dəfə məhz üçüncü şəxs X2 satılmış, sonradan isə onun razılığı ilə, onunla bağlanmış 26.07.2011-ci il tarixli müqavilə ləğv edilərək, 28.04.2015-ci il tarixdə adıçəkilən mənzilin alğı-satqısına dair İddiaçı ilə müqavilə bağlanmaqla, mənzil sonuncuya satılmışdır. Mübahisəli mənzilin alğı-satqısına dair 16.01.2008-ci il tarixli müqavilə isə X3 ilə sonradan arxa tarixə bağlanmışdır. Həmin əqd uydurma olmaqla əhəmiyyətsizdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul ed ilmişdir. ünvan X ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzilə dair “xxxx” MMC ilə X3 arasında 16.01.2008-ci il tarixli müqavilə, X8 ilə bağlanmış 26.07.2011-ci il tarixli müqavilə və həmin şəxsin razılığı ilə İddiaçı ilə bağlanmış 28.04.2015-ci il tarixli müqavilə mövcuddur. Hər iki müqavilə üzrə alıcılar mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınmasını və biri digərinin müqaviləsinin etibarsız hesab edilməsini tələb etdiyindən apellyasiya məhkəməsi haqlı olaraq, tələb hüququnun əsasında duran müqavilələrin (sübutların) mötəbərliyini araşdırmış və əldə olunmuş sübutlar əsasında onları Mülki Məcəllənin tələbləri baxımından qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarlı olmas ı üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin eyni mənzilə dair eyni hüquqi qüvvəyə malik olan sənədlərinin (eyni şəxs tərəfindən imzalanmış, hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, oxşar məzmunlu müqaviləl ərin və mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışının) mövcudluğunu nəzərə alan apellyasiya məhkəməsi haqlı olaraq həmin müqavilələrdən hansının mötəbər olması qənaətinə gəlmək bu müqavilələrin işdə olan digər sübutlarla birlikdə araşdırmışdır. Araşdırma nəticəsində müqavilələri imzalamış Cavabdeh-nin direktoru X7 barəsində ********* saylı cinayət işi üzrə ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzilinin təkrarən ayrı-ayrı şəxslərə satılması epizodunun olmadığı, X3, X8 və İddiaçı zərərçəkmiş şəxs qismində tanınmadığı, həmçinin “xxxx” MMC tərəfindən ünvan 3 ünvanında inşa edilən 4 ədəd 1 girişli 24 mərtəbəli yaşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrinin alıcılara satılarkən tərtib olunmuş müqavilələrin və satışa dair əməliyyatların rəsmiyyətə salınmasının düzgünlüyünə dair Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, “xxxx” MMC-nin direktoru XXX oğlu tərəfindən aparılmış audit xidmətinin 30.01.2013-cü il tarixli Audit rəyinə əsasən mübahisəli mənzilin təkrar müqavilə bağlanmış mənzillər sırasında olmadığı, rəyə əlavə edilmiş 2-ci binadakı mənzil sahiblərinin sıyahısında bu mənzilin X4 adına qeydə alındığı, 111adının isə həmin siyahıda ümumiyyətlə göstərilmədiyi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin mənzilə dair həqiqətən də “xxxx” MMC ilə X3 arasında 16.01.2008-ci il tarixli müqavilə bağlanmış olsa idi, bu 2013-cü ildə tərtib edilmiş audit rəyində əks olunar və ya Cavabdeh-nin direktoru X7 barəsində aparılan istintaq zam anı 111 zərərçəkmiş və ya şahid qismində dindirilərdi. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən bu faktiki halları 111 ilə bağlanmış əqdin əslində sonradan, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra, əqdə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş ü çün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə kollegiyası hesab edir ki, 111nın tələbini əsaslandıran 16.01.2008-ci il tarixdə bağlanmış müqavilə etibarlı əqd olmadığından həmin əqd əsasında mənzilin 111ya təhvil verilməsi barədə iddiası düzgün olaraq məhkəmə tərəfindən rədd edilmiş və onunla bağlanmış həmin əqd etibarsız hesab edilmişdir.İddiaçı ilə 28.04.2015-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığı üçün iş üzrə heç bir hal müəyyən edilməmişdir. Tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüquq u əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə də mülk iyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məşəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəs inə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göstərilən maddi hüquq normaları baxımından İddiaçı Cavabdeh arasında bağlanmış 28.04.2015-ci il tarixli müqaviləyə əsasən mənzil üzərində istifadə və sahiblik hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Həmin mənzilin daha əvvəl Y.Qurbanovaya satılması barədə əqd etibarlı əqd hesab olunmadığından həmin mənzilin İddiaçı təhvil verilməsinə mane olan Mülki Məcəllənin 452-ci maddəsində göstərilən hallar mövcud deyildir. İşin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətində göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin mübahisəli mənzilin alqı-satqısına dair 16.01.2008-ci il tarixli müqavilə X3 ilə bağlanmış əqdin uydurma əqd olması barədə məhkəmənin gəldiyi nəticənin ekspert rəylərinə, işin hallarına və bütün işin hallarına zidd olmaqla tam qanunsuz bir yanaşma olması və Y.Qurbanovanın müqaviləsinin əvvəlki tarixə bağlanmasına dəlalət edən heç bir sübut olmaması barədə dəlillərini məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, həm iddiaçı, həm də 3-cü şəxslə bağlanmış müqavilə forma və məzmununa görə qüsurlu olmasa da, işdə olan digər sübutlarla qiymətləndirildikdə 3-cü şəxslə müqavilənin məhz 16.01.2008-ci il tarixdə bağlanması və mübahisə yaranana qədər mövcud olması h alı işdə olan digər sübutlarla təkzib edilir. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Həmçinin, cavabdehin izahatında və 3-cü şəxsin kassasiya şikayətində göstərildiyi kimi, dələduzluqda ittiham olunan və məhkum olunmuş şəxslərin tərtib etdiyi siyahı etibarlı ola bilməzsə, onda cavabdehin həmin şəxs (Cəfərov Məzahir) tərəfindən bağlanmış müqavilələrin birini mötəbər, digərini isə qeyri-mötəbər hesab etməsi barədə fərqli yanaşması anlaşılan deyil. Məhkəmə araşdırması zamanı məhz 3-cü şəxslə bağlanmış əqdin əhəmiyyətsiz əqd olduğu müəyyən edilmiş və bu nəticə məhkəmə tərəfindən əsaslandılmışıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2383/2019 nömrəli iş üzrə 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7381/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7381/2019
02.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver