Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7386/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı qızı və onun vəkili X1, Cavabdeh1, Digər Cavabdeh2 və onun vəkili nun iştirakı ilə, İddiaçı qızı tərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)2517/2019 nömrəli iş üzrə 16 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şirvan şəhər məhkəməsinin (hakim Elçin Qurbanov) 2(032)-593/2019 saylı, 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şirvan şəhər 1 saylı Notariat Kontoruna qarşı Şirvan şəhəri T.İsmayılov küçəsi 25 saylı evin 18 №-li mənzilin bağışlanılmasına dair Şirvan şəhər 1 saylı Notariat ofisində verilmiş 23 noyabr 2018-ci il tarixli razılıq ərizəsinin, həmin mənzilə dair Cavabdeh1 Soltan oğlu ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Şirvan şəhəri T.İsmayılov küçəsi 25 saylı evin 18 №-li mənzilində payı 2/3 müəyyən edilməklə bölünməsi, mənzilin hamamı, sanitar qovşağı və mətbəxi ümumi istifadədə saxlanılması tələbinə dair iddia tələbləri rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Heydərov - s ədrlik edən və məruzəçi, Tale Kərimov, Fehruz Abbasov) 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şirvan şəhər 1 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri T.İsmayılov küçəsi 25 saylı evin 18 №-li mənzilin bağışlanılmasına dair Şirvan şəhər 1 saylı Notariat ofisində verilmiş 23 noyabr 2018-ci il tarixli razılıq ərizəsinin, həmin mənzilə dair Cavabdeh1 Soltan oğlu ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Şirvan şəhəri T.İsmayılov küçəsi 25 saylı evin 18 №-li mənzilində payı 2/3 müəyyən edilməklə bölünməsi, mənzilin hamamı, sanitar qovşağı və mətbəxi ümumi istifadədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 05 aprel 2008-ci ildə el adəti ilə ailə həyatı qurmuş və ünvan 1 ünvanına gəlin köçmüşdür. Cavabdehlə nikahları Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 aprel 2008-ci il tarixli 109 nömrəli nikah qeydi ilə rəsmiləşdirilmişdir. 30.12.2008-ci ildə X4 və 30.06.2012-ci ildə X5 anadan olmuşdur. Cavabdehlə nikaha daxil olduqdan sonra 2 il ünvan 1 ünvanında birlikdə yaşadıqdan sonra əmisinə məxsus ünvan 3anındakı mənzilə köçərək orada yaşamağa başlamışdır. Lakin Cavabdeh1 ilə ailə münüsibətləri əsaslı şəkildə kəskinləşmiş və birgə yaşamaqları artıq mü mkünsüz hal almışdır. Cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlak Şirvan şəhəri, T.İsmayılov küçəsi, 25 saylı evin 18 №-li mənzildir. Belə ki, həmin əmlak hər ikisinin ortaq qazancı və valideyninin köməyi ilə alınmışdır. Lakin həmin mənzil onun iradəsi xaricində və aldatma yolu ilə qaynanası Cavabdeh2 bağışlanılmışdır. Bundan dərhal sonra o, həmin müqavilənin etibarsız hesab olunması barədə notariat orqanına müraciət etsə də, notariat orqanı yazılı məktubla məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Odur ki, həmin sənədləri məhkəməyə təqdim edə bilmir, lakin aparılmış əməliyyatdan narazı qaldığı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddi açı qızı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Onun cavabdehlər tərəfindən aldadıldığına, birgə nikah müddətində əldə etdikləri mənzilin satılmasına razılığın verilməsi barədə ərizənin aladatma yolu ilə imzaladığına baxmayaraq məhkəmə bu hallar üzrə araşdırma aparmayaraq, işə birtərəfli qaydada baxmış, cavabdehlərin izahatların ı əsas götürərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: İddiaçı qızı və onun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh2 və onun vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin nümayəndəsi gəlmədiyi üç ün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin, Cavabdeh2 və onun vəkili nun izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçı ilə Cavabdeh1 nikahları Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən veril miş 05 aprel 2008-ci il tarixli 109 nömrəli nikah qeydi ilə rəsmiləşdirilmişdir. 30.12.2008-ci ildə X2 və 30.06.2012-ci ildə X3 adlı uşaqları olmuşdur. Tərəflərin ailə münüsibətləri əsaslı şəkildə kəskinləşmiş və birgə yaşamaqları artıq mümkünsüz hal almışdır. Tərəflərin birgə nikahı dövründə Şirvan şəhəri, T.İsmayılov küçəsi, 25 saylı evin 18 №-li mənzili alınaraq cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Həmin mənzil 29 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 iş üzrə digər Cavabdeh2 bağışlamışdır. Mənzillə bağlı bağışlama müqaviləsi bağlanan zaman iddiaçı notariat orqanında yazıl ərizə vermişdir. İddiaçı iddia edir ki, həmin əmlak hər ikisinin ortaq qazancı və valideyninin köməyi ilə alınmışdır. Lakin həmin mənzil onun iradəsi xaricində və aldatma yolu il ə qaynanası Cavabdeh2 bağışlanılmışdır. İddiaçı bağışlama zamanı verdiyi razılıq ərizəsini və bağışlama müqaviləsini mübahisələndirir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, İddiaçı qızı onun qızıdır. Qızı Cavabdeh1 ilə ailə həyatı qurduqdan sonra onlara yaşamaq üçün Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində mənzil almışdır. Həmin mənzilin təmiri üçün onun tərəfindən pul ödənilmişdir. Lakin Şirvan şəhəri, T.İsmaylov küçəsi, 25 saylı evin, 18 nömrəli mənzilin alınmasında və təmirində iştirak etməmişdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanm ası üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 12 aprel 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd etmişdir ki, mübahisə predmeti təşkil edən mənzil iddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə əldə edilmişdir. Mübahisə predmeti təşkil edən mənzil Cav abdeh1 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Lakin bu həmin mənzilin üzərində sərəncam vermək hüququnun təkcə cavabdehə məxsus olmasını ehtiva etməməklə mübahisə predmeti təşkil edən mənzilə dair iddiaçı ilə birgə sərəncam verməli olmasını ehtiva edir. Cavabdeh mübahisə predmeti təşkil edən mənzil üzərində sərəncam vermək hüququnu realizə edərkən iddiaçı da həmin mənzil üzərində cavabdehin sərəncam vermək hüququnu qəbul edərək, mənzilin özgəninkiləşdirilməsinə razılıq vermişdir. İddiaçı razılıq ərizəsinin onun iradəsinə zidd, aldatma yolu ilə verildiyini iddia etmişdir. Aldatma ilə həmin razılıq ərizəsinin verilməsinin müəyyən edilməsi üçün iddiaçı bu halları təsdiq edən, əsaslı şübhə yaratmayan sübut təqdim etməlidir. Çünki həmin razılıq ərizəsinin onun iradəsinə zidd, aldadılma yo lu ilə verilməsi əsaslarını iddiaçı iddia edir. Lakin iddiaçı ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipinə uyğun realizəsinə uyğun zamanı sübut etmə öhdəliyi daşıdığı halda, öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən, əsaslı şübhə yaratmayan sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 77.1 və 14.2. maddələri). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (Mülki Məcəllənin 666.1ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı bağışlama müqaviləsinin onun vermiş olduğu razılıq ərizəsinin iradəsinə zidd, aldadılma yolu ilə verilməsinə görə etibarsız hesab edilməsi, bunun nəticəsində həmin əmlakın bölünməsini xahiş etmişdir. Bağışlama müqaviləsinin bağlanmasına əsas olan iddiaçı tərəfindən verilmiş razılıq ərizəsinin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinin əsaslılığı da istisna edilməlidir. Müqavilə tərəfləri həmin müqavilənin iradə ifadələri ilə bağlandığını qəbul etməklə, həmin müqaviləni mübahisələndirmirlər. Bu isə həmin hal üzrə əlavə araşdırma aparılmaqla dəyərləndirmə aparılmasını istisna edir. Bundan əlavə bağışlama müqaviləsi üzrə mübahisə predmeti təşkil edən mənzil digər cavabdehin xeyrinə özgəninkiləşdirildiyindən, həmin əmlak ümumi birgə mülkiyyətdə olan əmlak kimi dəyərləndirilməklə bölünməsi də istisna edilir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman M ülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətn aməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı qızınınkassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2517/2019 nömrəli iş üzrə 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7386/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7386/2019
09.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver