Məhkəmə qərarları › İş №2(102)-7405/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7405/2019

18.11.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7405/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi X18 və iddiaçının vəkili X28 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MKnın 11 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tаrixli, 2(075)-705/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş,Şəki rayon 2 saylı Notariat K ontorunun Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 0.2327 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olan 2/3 hissəsinin Cavabdeh1 verilməsinə dair 17 iyun 2016-cı il tarixli, 2V80 reyestrli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli 2(107)-2226/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.Məcidov, M.Əsədli və İ.Quliyev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Şəki Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tаrixli, 2(075)-705/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən qanunsuz olaraq Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 0.2327 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olan 2/3 hissəsinin Cavabdeh1 verilməsi barədə 17 iyun 2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normaların tələblərini pozmaqla qanunsuz qətnamə çıxarmışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, işin yenidən baxılmas ı üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X18 və iddiaçının vəkili X21 Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, k assasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 337.1, 337.2, 337.3, 337.4, 1133.1, 1145, 1151.1, 1243.1, 1243.2, 1321.1-ci maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, 17 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə verilən miras əmlakın ünvan 1 ünva nında yerləşən 0.2327 ha torpaq sahəsindən mərhum Yusifov Əliyəsər Ələkbər oğluna məxsus 2/3 pay hissəsindən ibarət olmasının göstərilməsi mülki qanunvericiliyin müddəalarına uyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə əsasən və işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, torpaq sahəsinin real bölgüsünün aparılması üçün 0.2327 ha torpaq sahəsinə X3 müracəti əsasında 1793/893 saylı torpaq qeydi təqdim edilməklə X8, X9 və X13 adlarına ümumi birgə olmaqla 05 fevral 2014-cü il tari xli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Şəki 1 saylı DNK-nın 17 fevral 2014-cü ii tarixli, 2V-1/56 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında X14 və X2 Əliəfsər Əliəkbər oğlundan vərəsəlik qəbul etmiş, 11 mart 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 14 mart 2014-cü il tarixli, ********* saylı bağışlama müqaviləsi əsasında X20 öz payını X7 bağışlamış, 04 aprel 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 29 dekabr 2014-cü il tarixdə X1 vərəsəlik qəbul etmiş, 17 yanvar 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Şəki 2 saylı DNK-nın 17 iyun 2016-ci il tarixli, 2V-80 saylı qanun üzrə vərəsəlik hüququ ha qqında şəhadətnaməsi əsasında Cavabdeh1 X10 vərəsəlik qəbul etmiş, 22 iyul 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisəli həyətdə torpaq sahəsinə verilmiş sonuncu çıxarışda 0.2327 ha torpaq sahəsində X4 payı 1/3-in 2/4 hissəsi (0.0387 ha), X5 payı 1/3in 2/4 hissəsi (0.0387 ha), X9 və Cavabdeh1 payları isə 2/3 hissədə ümumi birgədir. İşin materiallarından görünür ki, ünvan 1ndə 0.2327 ha torpaq sahəsi X16 mülkiyyətində olmuşdur. X1,X2,X3,X4,X5 adında 5 övladı olmuşdur. Onlardan X2 2007-ci ildə, X1 28.08.2017-ci il tarixdə vəfat etmişlər. X4 və X5 sağdırlar. 28.08.2017-ci il tarixdə vəfat etmiş X1 həyat yoldaşı İddiaçı iddiasının mahiyyətinə əsasən Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən qanunsuz olaraq ünvan 1ndə yerləşən 0.2327 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olan 2/3 hissəsinin Cavabdeh1 verilməsi barədə 17 iyun 2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalıdır. Belə ki, Cavabdeh1 X12 qanun üzrə vərəsəsidir. Miras əmlakın yalnız X17 mənsub olan hissəsi Cavabdeh1 keçə bilər. Cavabdeh tərəf isə iddiaya etirazında adına olan çıxarışın Notariat Kontoru tərəfindən verilmiş şəhadətnaməsi əsasında verildiyini, apellyasiya şikayətində isə hazırki iş üzrə eyni motivli məhkəmə qərararları olmasını göstərmişdir. Eyni əsaslar kassasiya şikayətinin də dəlillərini təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1321.1-c i maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir Vərəsəlik hüququ hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ( onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olara q ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzmləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq bu hüququn həyata keçirilməsinə təminat verir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, 17.06.2016-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Cavabdeh1 Əliəkbər oğlunun atasından qalan 2/3 pay hissəsinin qəbul etməsi göstərilsə də, çıxarışda payı yalnız 2/3 hissə ümumi birgə olmaqla göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 17 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haq qında şəhadətnamə üzrə verilən miras əmlakın ünvan 1 ünvanında yerləşən 0.2327 ha torpaq sahəsindən mərhum Yusifov Əliyəsər Ələkbər oğluna məxsus 2/3 pay hissəsindən ibarət olmasının göstərilməsi mülki qanunvericiliyin müddəalarına uyğun olmamasına dair apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə verilə bilən miras əmlak ünvan 1 ünvanında yerləşən 0.2327 ha torpaq sahəsindən mərhum X19 məxsus pay 2/3 hissədə ümumi birgə hissədən ibarət olması göstərilməli idi. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibət də olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məh kəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədə n, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar