Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7407/2019 29.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsindən birgə verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdilər. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 QSC-nə qarşı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Şəki rayon məhkəməsinin 04 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən C.İmanov, iş № 2(075)-154/2019) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1,»Cavabdeh2» MMC və Cavabdeh3 QSC–yə qarşı İddiaçı1 məxsus olan Şəki rayonu Baş Zəyzid kəndində mülkiyyətində olan, 0.0067 hektar torpaq sahəsində yerləşən 2 girişli, 55,42 kv.metr ümumi, 44.42kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağaza), İddiaçı 2 məxsus Şəki rayonu Baş Zəyzid kəndində mülkiyyətində ola 0.13 hektar torpaq sahəsində yerləşən 1-(2-A və B tikili) mərtəbəli, 2 otaqlı, 36.4 kv.m yaşayış, 19,5 kv.m qeyri-yaşayış, 49.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və İddiaçı3 məxsus Şəki rayonu Orta Zəyzid kəndində mülkiyyətində olan, 0.12 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 95.2 kv.m yaşayış, 185.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 tərəfindən 17 sentyabr 2018-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında 120, 121 və 122 nömrəli yekun protokolların etibarsız hesab edilməsi və həmin protokolların icrası ilə əlaqədar Cavabdeh1 tərəfindən qəbul edilmiş bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi tələbinə dair iddiası əsassız hesab edilərək təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 özlərinə aid edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev, iş № 2(107)-1937/2019) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki rayon məhkəməsinin 04 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsin i, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdilər. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, y alnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Ap elyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1523/2017 saylı, 14 sentyabr 2017-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq mübahisə predmeti olan İddiaçı1 məxsus olan Şəki rayonu Baş Zəyzid kəndində mülkiyyətində olan, 0,0067 hektar torpaq sahəsində yerləşən 2 girişli, 55.42 kvadrat metr ümumi, 44,42 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası (mağaza), İddiaçı2 məxsus Şəki rayonu Baş Zəyzid kəndində mülkiyyətində olan, 0,13 hektar torpaq sahəsində yerləşən 1-(2-A və B tikili) mərtəbəli, 2 otaqlı, 36.4 kv.metr yaşayış, 19.5 kv.metr qeyri-yaşayış, 49.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, İddiaçı3 məxsus Şək i rayonu Orta Zəyzid kəndində mülkiyyətində olan, 0.12 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 95.2 kv.metr yaşayış, 185.7 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi açıq hərrac vasitəsi ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, bununla bağlı 30 iyun 2018-ci ildə “Kaspi” qəzetində elan verilmişdir. Əmlak hərracın birinci dövriyyəsində satılmadığından, ikinci hərracın keçirilməsi ilə bağlı 04 avqust 2018-ci ildə “xxxxx” qəzetində elan verilmişdir. Elan əsasında İddiaçı1 məxsus olan Şəki rayonu Baş Zəyzid kəndində mülkiyyətində olan, 0,0067 hektar torpaq sahəsində yerləşən 2 girişli, 55.42 kvadrat metr ümumi, 44,42 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza), İddiaçı2 məxsus Şəki rayonu Baş Zəyzid kəndində mülkiyyətində olan, 0,13 h ektar torpaq sahəsində yerləşən 1-(2-A və B tikili) mərtəbəli, 2 otaqlı, 36.4 kv.metr yaşayış, 19.5 kv.metr qeyri-yaşayış, 49.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, İddiaçı3 məxsus Şəki rayonu Orta Zəyzid kəndində mülkiyyətində olan, 0.12 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 95.2 kv.metr yaşayış, 185.7 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi 17 sentyabr 2018-ci il tarixdə keçirilən açıq hərracda Cavabdeh3 QSC tərəfindən alınmışdır.Hərracın nəticələri üzrə protokol tərtib edilərək alıcıya təqdim edilmişdir. İddiaçılar birinci və ikinci hərracların keçirilməsi ilə bağlı xəbərdar edilmədiklərini əsas gətirərək iddianı müdafiə etmişlər. İddiaçılar nə birinci, nə də ikinci hərracla da bağlı onlara elan və bildirişlərin verilmədiyini əsas gətirərək 17 sen tyabr 2018ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında 120, 121 və 122 nömrəli yekun protokolların etibarsız hesab edilməsini xahiş etsələr də, iş materiallarına əlavə edilmiş bildiriş və xəbərnamələrin təsdiq edilmiş surətlərindən də məlum olduğu kimi hərracların keçirilmə yerləri və vaxtları barədəiddiaçılar lazımınca xəbərdar edilmişdir Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdilər. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prose ssual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassatorlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdilər. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayət i təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7407/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7407/2019
29.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver