Məhkəmə qərarları › İş №2(102)-7412/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7412/2019

18.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7412/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tаrixli, 2(075)-350/2019 saylı qətnaməsi ilə iddiа təmin edilməmiş, İddiaçı dövlət büdc əsinə ödədiyi 10 manat dövlət rüsumu xərci onun özünə aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli, 2(107)2268/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən), M.Əsədli (məruzəçi) və İ.Quliyev) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Şəki Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tаrixli, 2(075)-350/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3, Cavabdeh1 MMC və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 oktyabr 2017-ci il tarixli hərracın yekunları barədə 53 nömrəli protokolun, hərracın keçirilməsinin yekunlarına görə görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 12 oktyabr 2017-ci i l tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, iddianı təmin etməyən məhkəmələr hərracın qanunla müəyyən edilmiş qaydalar çərçivəsində keçirilib-keçirilməməsini obyektiv yoxlayıb qiymətləndirməmiş, əsaslandırmadan, iddia tələbinin dəlillərinə qiymət vermədən qərar qəbul etmişlər. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının 11 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin vəkili X1 Apellyasiya Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiy ası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalar ı düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən 16 fevral 2017-ci tarixdə verilmiş 04 dekabr 2015-ci tarixli, 2 (075)8/2015 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar İ ddiaçı mülkiyyətində olan və ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 12 oktyabr 2017-ci il tarixdə keçirilən açıq hərracda Cavabdeh2 ASC tərəfindən alınmışdır. Bununla bağlı Cavabdeh1 MMC ilə Cavabdeh2 ASC arasında hərracın yekunları üzrə alqı-satqı barədə 12 oktyabr 2017-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə əsasında qeyd edilən fərdi yaşayış evi Cavabdeh2 ASC-nin mülkiyyətinə keçmişdir. İddiaçı da hərracın keçirilməsi barədə bildirişlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilmədən ipoteka qoyana göndərilmədiyini, hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulması ilə keçirildiyini, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmədiyini, hərracların keçir ilməsi ilə bağlı bildiriş göndərmədiyini əsas gətirərək hazıki tələblə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyasının iş materialları əsasında gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual əsasları düzgün müəyyən edilmiş, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə çıxarılmışdır. Belə ki, İddiaçı apelyasiya şikayətində 12 oktyabr 2017-ci il tarixdə hərracın keçirilməsi barədə bildirişlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilmədən ipoteka qoyana göndərilmədiyini, hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulmaqla keçirildiyini, hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmədiyini, hə rracların keçirilməsi ilə bağlı bildiriş göndərmədiyini əsas gətirərək 12 oktyabr 2017-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolların etibarsız hesab edilməli olduğunu bildirsə də, iş materiallarına əlavə edilmiş bildirişlərin təsdiq edilmiş surətlərindən də məlum olduğu kimi mübahisə predmeti olan evlə bağlı hərracların keçirilmə yerləri və vaxtları barədə ipoteka qoyan lazımınca xəbərdar edilmişdir. İş materiallarında olan Cavabdeh3 sifariş verilərkən məktubun və icra vərəqəsinin surəti həm tələbkara, həm borclulara göndərilmiş, borclular əmlakın açıq hərraca çıxarılması və satışı barədə məlumatlandırılmışdır. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin hərracda alıcısı olmadığından növbəti hərracdakı qiyməti 15% endirimlə 85000 manat müəyyən edilmiş, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin qanununun 43.7-ci maddəsinə əsasən əmlak 25 % endirimlə banka təklif olunmuş, əmlak tələbkar tərəfindən alınmışdır. İpoteka qoyana ilkin hərracın keçirilməsi ilə bağlı hərracın keçirilmə vaxtı və yeri barədə 20 iyun 2017-ci il tarixli və 01 avqust 2017-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və borclunun iddia ərizəsində də qeyd etdiyi ünvana göndərilmişdir. Həmçinin, 20 iyun 2017-ci il tarixli, 01 avqust 2017-ci il tarixli "xxxx" qəzetində keçirilən hərraclarla bağlı elanlar yerləşdirilmişdir. Bunda n başqa qeyd olunan sifariş məhkəmə qərarının icrası olaraq hərraca göndərilmiş və bu barədə qərar qəbul olunarkən borclu şəxslər məhkəmə porseslərindən məlumatlı olmuşdurlar. Şəki rayon İcra və Probasiya şöbəsi icraya yönəlmə barədə şəxslərə lazımi məlumat vermiş, icra vərəqəsini onlara da göndərmiş, o cümlədən, hərrac təşkilatı da hərracın keçirilməsi barədə bildirişləri göndərmişdir. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Bundan başqa 12 oktyabr 2017-ci il tarixli hərracın yekunları barədə 53 nömrəli protokol əsasında hərracın keçirilməsinin yekunlarına görə Cavabdeh1 MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı b arədə 12 oktyabr 2017-ci il tarixli müqavilə imzalanarkən və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 13 mart 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli, **********62- 10301 reyestr nömrəliçıxarış verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Göründüyü kimi 12 oktyabr 2017-ci il tarixli hərracın yekunları barədə 53 nömrəli protokolun, hərracın keçirilməsinin yekunlarına görə görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 12 oktyabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi üçün əsaslar mövcud deyildir və bununla bağlı iddianın əsaslı olmasını sübut edəcək hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Apelyasiya şikayətində qeyd edilən dəlillərə nəzər yetirərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin qənaətini formalaşdıran halları təsdiq edən sübutlar apelyasiya instansiyası məhkəməsinə təqdim olunmadığından, apelyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün kifayətedici hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzg ün tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 375.2, 389.1, 390.1, 416.2, 567, 646.1-cü maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.1, 43.5, 43.7, 44-cü maddələrənin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməs inin əsası kimi ona istinad etmişdir ki, iddianı təmin etməyən məhkəmələr hərracın qanunla müəyyən edilmiş qaydalar çərçivəsində keçirilibkeçirilməməsini obyektiv yoxlayıb qiymətləndirməmiş, əsaslandırmadan, iddia tələbinin dəlillərinə qiymət vermədən qərar qəbul etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, hərracın yekunları barədə protokolun, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi üçün əsaslar mövcud deyildir və bununla bağlı iddianın əsaslı olmasını sübut edəcək hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək hərracın qanunla müəyyən edilmiş qaydalar çərçivəsində keçirilib-keçirilməməsini obyektiv yoxlayıb qiymətləndirmiş, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməməsinə dair düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmi ş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğvinə əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar