Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7428/2019 06.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, i ddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin icra edilərək mənzilin təhvil verilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Abdullayev, iş № 2(009)-1836/2018) iddia təmin edilmiş, “xxxx” MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158,4 olan mənzilin İddiaçı Zinoyevnaya təhvil verilməsi vəzifəsinin “xxxx” MTK-ya həvalə edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən və məru zəçi), V.Baxışova və N.Cəfərov, iş № 2(103)-8934/2018) cavabdeh “xxxx” MTK-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi cavabdeh “xxxx” MTK –ya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Ə.Şadıyev, iş № 2(102)-1774/2019) cavabdeh “xxxx” MTK-nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbano v (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-6433/2019) cavabdeh “xxxx” MTK tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinin 05.08.2008-ci il tarixli 18 nömrəli müqavilə ilə müəyyən edilən öhdəliyin tam icra etməklə ünvan 2 ünvanda 2-ci blok 3-cü mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 158,4 kvadrat metr olan mənzili İddiaçı təhvil verilməsi barədə iddiası rədd edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhk əməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini,iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Nümayəndə izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndir ilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC ilə “xxxx” MTK arasında 19.07.2006-ci il tarixli 30 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən “xxxx” MTK-ya 16 mərtəbəli yaşayış binasının tikinti işlərinin aparılması məqsədi ilə 18 ay müddətinə ******* ABŞ doll arı məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 19.07.2006-cı il tarixli 30 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən kooperativə məxsus olan və mübahisəli yaşayış sahəsinin də yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Abasqulu Abaszadə küçəsində 0,06 ha torpaq sahəsi və onun üzərində olan, habelə geləcəkdə inşa ediləcək bina və tikililər ipoteka ilə yüklü edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-71 saylı 10 fevral 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” MTK-ya qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qismən təmin edilərək, “xxxx” MTK-dan 1689496,10 manat borcun tutulması və tutmanın “xxxx” MTK məxsus Bakı şəhəri ünvan 1 ünvanında 0, 06 ha torpaq sahəsinə və onun üzərində yerləşən tikililərə (o cümlədən mübahisəli mənzilə) yönəldilməsi, torpaq və tikililərin açıq hərracdan satılaraq, bankın kredit tələbinin satılmış əmlaklar hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh “xxxx” MTK həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-352/2011 saylı 01 iyun 2011-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)71 saylı 10 fevral 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” MTK həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2011-ci il tarixli 2-1(102)-487/11 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-352/2011 saylı 01 iyun 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iqtisad işindən müəyyən olunur ki, 19 iyul 2006-cı il tarixli 30 saylı ipoteka müqaviləsinə əsasən mübahisəli yaşayış sahəsinin də yerləşdiyi bina və həmin binadakı tikililər ipoteka ilə yüklü edilmişdir. Mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi barədə müqavilə isə mənzil ipoteka ilə yüklü edildikdən təxminən 2 il sonra, yəni 05 avqust 2008-ci il tarixdə imzalanmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etməkhüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Mülki Məcəllənin 284.2-ci maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bu ba xımdan kollegiya hesab edir ki, iddiaçı ilə bağlanan müqavilə etibarsız müqavilədir və ona görə də, iddiaçı məhz həmin müqaviləyə istinad edərək, mənzilin ona verilməsini tələb edə bilməz. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, onunla “xxxx” MTK arasında 05.08.2008-ci il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 158,4 kvadrat metr olan mənzillə bağlı müqavilə imzalanmış, o, mənzilə görə 190080 manat pul ödəmiş, buna görə ona müvafiq qəbz verilmişdir. O, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən qeyd olunan mənzilə mülkiyyət hüququ əldə etmişdir. Onlar arşında bağlanmış müqavilə qüvvədədir. Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkə mə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırarkən kassasiya şikayətində yuxarıda qeyd olunanları müəyyən etmişdir. Eyni zamandan apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxxı” ASC ilə “xxxx” MTK arasında 19.07.2006-cı il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “xxxx” MTK-ya 1.000.000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı kimi mübahisəli yaşayış sahəsinin yerləşdiyi Bakı şəhəri, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi və onun üzərindəki və gələcəkdə inşa ediləcək tikililər ipoteka ilə yüklü edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2011-ci il tarixli qətnaməsi iləiddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” MTK-ya qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” MTK-dan 1689496,10 manat borcun tutulması və tutmanın “xxxx” MTK məxsus Bakı şəhəri ünvan 1 ünvanında torpaq sahəsinə və onun üzərində yerləşən tikililərə (o cümlədən mübahisəli mənzilə) yönəldilməsi, torpaq və tikililərin açıq hərracdan satılaraq, bankın kredit tələbinin satılmış əmlaklar hesabına ödənilməsi qət edilmiş, həmin qətnamə həm apelyasiya həm də kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilənin etibarsızlığı və bununla da heç bir hüquqi nəticəyə səbəb olmaması Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarında nəzərdə tutulmuşdur. Bundan əlavə “İpoteka haqqında” Azərbaycan Respubli kası Qanununun 30.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Mülki Məcəllənin 284.2-ci maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov q oyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Apelyasiya instansiyası məhkəməsi işin məhz həmin faktiki hallarına və maddi hüquq normalarına istinad edərək iddiaçı ilə “xxxx” MTK arasında bağlanmış müqavilənin etibarsızlığı qənaətinə gəlmişdir. Ona görə də kassasiya şikayətinin qeyd olunan dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 157.2, 152-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konst itusiyasının 29cu maddəsini tətbiq etməli olduğu halda bunu etməmişdir. Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanılmış müqavilənin etibarsızlığı nəticəsinə gəldikdən sonra kassasiya şikayətində qeyd olunan maddi hüquq normalarının mübahisəli hüquq münasibətinə tətbiqinə heç bir zərurət qalmamışdır. Ona görə də kassasiya şikayətinin həmin dəlili əsaslı hesab olunmamalıdır. Kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, inzibati-iqtisadi məhkəməsinin qətnaməsi ilə bağlı icra vərəqəsinin icra edilməsi mümkün olmamışdır. Apelyasiya instansiyası məhkəməsi həmin dəlil ilə əlaqədar belə nəticəyə gəlmişdir ki, “icra sənədinin geri qaytarılması mübahisənin həllinə təsir etmir. Çünki, bu hal həmin qətnamənin qanuni qüvvəyə minməsini yuxarıda istinad olunan ipoteka müqaviləsinin mövcudluğunu aradan qaldırmır.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2011-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnamədə də, “xxxx” MTK-nın cəmi 1.689.496,1 ABŞ dolları borcunun ödəniş anında Milli Bankın məzənnəsi ilə manatla “xxxxı”nın xeyrinə tutulması və tutmanın cavabdeh “xxxx” MTK məxsus Bakı şəhəri ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən tikililərə (o cümlədən mübahisəli mənzilə) yönəldilməsi, torpaq və tikililərin açıq hərracdan satılaraq, bankın kredit tələbinin satılmış əmlaklar hesabına ödənilməsi öz əksini tapmışdır. Həmi n qətnamə apelyasiya instansiyası məhkəməsi və kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvəsində saxlanılmışdır. Hazırki iş üzrə iddiaçının iddia tələbinin təmin olunması qanuni qüvvəsini almış qətnamə arasında ziddiyyət yaratmış olardı və bu da yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin təmin olunması yalnız 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2011ci il tarixli 2(82)-71 saylı, Bakı Apelyasiya Məhkəməsinin 01 iyun 2011-ci il tarixli 2-1(103)352/2011 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2011-ci il tarixli 2-1(102)-487/11 saylı qərarının qüvvədən düşdüyü təqdirdə mümkün ola bilər. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında mübahisənin pul vəsaitinin ödənilməsi yolu ilə həlli barədə müəyyən razılaşma əldə olunmuş, lakin sonradan bu razılaşma pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin mübahisəni qarşılıqlı razılıq əsasında həlli mümkün və ən səmərəli yoldur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənl ərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7428/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7428/2019
06.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver