Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-743/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 06 fevral 2019-cu il iş № 2(102)-743 /19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, AC, Cavabdeh və cavabdehin vəkili İK iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 fevral 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edə n-hakim R.Quliyev, iş No 2(005)-1381/18 saylı mülki iş) iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 27/255 nömrəli fərdi yaşayış evinə dair ünvan 2unun 31.07.2008-ci il tarixli 2V-1-75 nömrəli reyestr qeydli, Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında X6 adına verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi, X1 ölümündən sonra miras qalmış unvan dair İddiaçı ¼ hissədə pay hüququnun tanınması, miras əmlakdan payın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən, məruzəçi), V.Həsənov və İ.Şirinov, 2(103)-8153/2018 saylı mülki iş) hazırki iş üzrə Nərimanov rayon Məhkəmə sinin 20 aprel 2018-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31.07.2008-ci ildə ünvan 2unda miras əmlakı Bakı şəhəri, unvan, ev 27/255 nömrəli evə almış olduğu qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında həmin mənzilə almış olduğu çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzrlü sayıb uzadılması və miras əmlakı olan Bakı şəhəri, unvan evin ¼ hissəsinə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıx arılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili İK kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41 5.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. ünvan 1 ünvanında yerləşən 27/255 nömrəli fərdi yaşayış evinə dair ünvan 2unun 31.07.2008-ci il tarixli 2-V-1-75 nömrəli reystr qeydli, Cavabdeh adına verilmiş qanun üzrə hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında X12 oğlunun adına verilmiş reystrdən çıxarışın etibarsız hesab edilməsi, X1 ölümündən sonra miras qalmış unvan İddiaçı1/4 hissədə pay hüququnun tanınması, miras əmlakdan payın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilimiş müddətin uzadılmasına dair iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, AQ ilə ZQ 10.04.1961-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahlarından 01.02.1963-cü il təvəllüdlü X8, 26.08.1964-cü il təvəllüdlü X9, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh və 07.06.1969-cu il təvəllüdlü İddiaçı doğulmuşdur. AQ 11.02.1995-ci il tarixdə, arvadı X2 isə 09.09.2007-ci il tarixdə vəfat etmişlər. X1 ölümündən sonra ondan ünvan 1 ünvanında yerləşən 27/255 nömrəli fərdi miras qalmış dır. Cavabdeh qeyd olunan miras əmlaka evin mülkiyyətçisinin digər övladlarından xəbərsiz qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında çıxarış almışdır. Qeyd edilən qanun üzrə şəhadətnamələr verilərkən miras qoyanın digər vərəsələrin - 01.02.1963-cü il təvəllüdlü X3, 26.08.1964-cü il təvəllüdlü X7 və 07.06.1969-cu il təvəllüdlü İddiaçı olması notariat orqanından gizlədilmiş və nəticədə sonuncular onlara çatası miras əmlakdan məhrum olmuşlar. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ünvan 2unda miras qoyan X2 barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi tam müəyyənləşdirilmiş, mirasın açıldığı yerdə olan yaxud olmayan vərəsələrin axtarılması üçün müvafiq tədbirlər görülməmiş, notarius yalnız iş üzrə Cavabdeh özündən başqa digər vərəsələr in olmadığı barədə doğru olmayan ərizəsi ilə kifayətlənmişdir. Çünki, qanun üzrə vərəsəliyi qəbul edən, hazırki iş üzrə Cavabdeh öz maraqları naminə digər qanun üzrə vərəsə olan iddiaçı barəsində notariusa məlumat verməməklə MM-nin 1300-cu maddəsinin, notarius isə həmin məcəllənin 1318-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamaqla qətnamə maddi hüquq normaları düzgün tətbiq edilməməklə qəbul edilmişdir. Belə ki, iş materiallarından görünür ki, AQ ilə QZ 10.04.1961-ci ildə rəsmi nikaha daxil olmuş,onların nikahdan 01.02.1963-cü il təvəllüdlü X8, 26.08.1964-cü il təvəllüdlü X9, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh və 07.06.1969-cu il tə vəllüdlü İddiaçı doğulmuşdur. AQ 11.02.1995-ci il tarixdə, arvadı X2 isə 09.09.2007-ci il tarixdə vəfat etmişdir. X1 ölümündən sonra ondan miras qalmış ünvan 4 ünvanında yerləşən 27/255 nömrəli fərdi ev miras qalmışdır. Cavabdeh miras qalmış evə dair 31/Vİİ-2008-ci il tarixdə öz adına qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdiyi barədə ərizə verdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinin tələbinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Həmin məcəllənin 1275-1ci maddəsində qeyd edilir ki,vərəsə bu məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədi kdə və ya ondan imtina etmədikdə,müvafiq olaraq Mülki Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinin tələbinə əsasən miras əmlakı qəbul etməmiş vərəsə MMnin 1273-1-ci maddəsinə uyğun olaraq vərəsə miras əmlakı qanunla müəyyən edilmiş müddət daxilində qəbul etmədiyinə görə miras əmlakı qəbulundan imtina etmiş hesab edilir.Mülki Məcəllənin 1262-ci maddəsinin tələbinə əsasən vərəsə miras əmlakı qəbul etməkdən imtina etmişdirsə onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə olunur. İşin materiallarından görünür ki, cavabdeh anasının sağlığında və onun vəfatından sonra mübahisəli evdə yaşamış, miras əmlakı qanuni əsaslarla qəbul etmiş, İddiaçı isə mübahisəli miras evdə miras açılan vaxt və ondan sonra yaşamamış, başqa yerdə yaşama qla mirası qəbul etməmişdir. İddiaçının miras əmlakdan payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti uzadan birinci instansiya məhkəməsi və bununla razılaşan apellyasiya instansiyası məhkəməsi mirasın açılmasından təxminən 11 il keçməsinə baxmayaraq qanunsuz olaraq əsaslandırılmadan mirasın qəbul edilməsi müddətini uzatmış, mirası qəbul edilməsinin gecikdirilməsinin üzrlü sayması səbəbini əsaslandırmamışdır və MM-nin 1246,1263,1248-ci maddələrini hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Cavabdehin iddiaçının da vərəsə olması barədə natariusa məlumat verməsi öz-özlüyündə iddianın təmin edilməsi üçün qanuni əsas sayıla bilməz.Belə ki,iddiaçı özü anasının vəfat etdiyini və ondan 2007-ci ildə miras əmlak qaldığını bilmiş,lakin onun özü miras əmlakı qəbul etməyərək mirasın qəbulu bar ədə notariat kontoruna ərizə verməmiş, yalnız 11 ildən sonra vərəsəlik barədə iddia qaldırmışdır.Lakin iddianı təmin edən məhkəmələr işin bu halını aydınlaşdırmadan,işin həqiqi hallarına obyektiv hüquqi qiymət verməmişlər. Bundan əlavə işin materiallarından görünür ki, cavabdeh mübahisəli evi vərəsəlik şəhadətnaməsi aldıqdan sonra qızı X4 bağışlamış və hazırda mübahisəli ev Y.Q mülkiyyətində olmaqla hazırki iddiaya onun münasibəti aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi hüquq normaları düzgün tətbiq edilməməklə qəbul edilmişdir. Ona görə də qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilən lərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi QəhrəmanAllahverdiyev
Məhkəmə qərarları › İş №2(102)-743/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-743/2019
06.02.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver