Məhkəmə qərarları › İş №2(102)-743/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-743/2020

10.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-743/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-21/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək Cavabdeh iki azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan 13 saylı mənzildən çıxarılması üçün ödəniləcək kompensasiyanın müəyyən edilməsi və məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdə kompensasiya cavabdehə verilməklə sonuncunun evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində ünvan 1 ünvanda yerləşən 13 saylı mənzil vardır. Evə dair DƏDRX-dən ******* saylı çıxarış hazırlanaraq verilmişdir. Mənzil üzərində xüsusi mülkiyyəti olsa da, o, lazımi qaydada hüquqlarını həyata keçirə bilmir. Belə ki, cavabdehə uşaqları ilə birlikdə yaşayış hüququ verilmişdir. Cavabdeh oğlu ilə evlənərək ona məxsus mənzilə gəlin köçmüş və oğlu ilə n ikahları pozulanadək ona məxsus mənzildə yaşamışlar. Oğlu ilə boşanmış şəxsin onun mənzilində yaşamağına razı deyildir. Cavabdeh ona məxsus mənzildə qeydiyyatdadır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda olması onun hüquqlarını pozur. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli 2(033)-809/2017 nömrəli qətnаməsi ilə (hakim E.H.Məmmədov) iddia təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildən istifadə hüququna 5000 (beş min) manat kompensasiya ödənilməklə xitam verilməsi və onun iki uşağı ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Hüseynov - sədrlik edən və məruzəçi V.Məlikov və A.Mahmudov) xx.xx.2019-cu il tarixli 2(107)-21/2019 nömrəli qətnaməsi ilə Cavab deh və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli 2(033)-809/2017 nömrəli qətnaməsi dəyişdirilmiş, İddiaçı tərəfindən Cavabdeh 6000 (altı min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh iki uşağı - xx.xx.2011-ci ildə anadan olmuş X3 və xx.xx.2016-cı ildə anadan olmuş X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildən istifadə hüquqlarına xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-21/2019 nömrəli qərardadı ilə iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli 2(033)809/2017 nömrəli qətnaməsi qismən – “cavabdehin iki uşağı ilə birlikdə mübahisəli mənzildən çıxarılması” hissəsində ləğv edilmiş və həmin hissədə iddi a tələbi baxılmamış saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi - Cavabdeh iki uşağı - xx.xx.2011-ci ildə anadan olmuş X3 və xx.xx.2016-cı ildə anadan olmuş X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildən istifadə hüquqlarına 6000 (altı min) manat kompensasiya ödənilməklə xitam ve rilməsi qənaətinə gəlsə də, 6000 (altı min) manat kompensasiyanın hansı əsaslara görə kifayətedici olmasını öz qətnaməsində əsaslandırmamışdır. Cavabdeh kompensasiya aldıqdan sonra azyaşlı uşaqlarının mənzil şəraitlərini hansı müddətə və yaxud hansı qaydada təmin edə biləcəkləri qeyri-müəyyəndir. Cavabdeh hesab edir ki, 6000 (altı min) manat kompensasiya olduqca aşağıdır və o, həmin məbləğlə azyaşlı uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməyəcəkdir. İddiaçının eyni şəraitli mənzilin kirayə haqqının 70 (yetmiş) manat və mənzilin real bazar qiymətinin 17.000 (on yeddi min) manat olması ilə bağlı sübutları da mötəbər hesab edilə bilməzdi. Çünki, sahibkar İsa Abdullayevin həmin məl umatları necə müəyyən etməsi qeyri-müəyyən olmaqla yanaşı, sonuncunun bu səlahiyyətə məxsus olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, Zaqatala şəhərində eyni şəraitli mənzilin aylıq kirayə haqqının qiyməti 70 manat yox, 150-200 manat arasıdır. İşə mahiyyəti üzrə baxmış apellyasiya instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün şərait yaratmamış, birtərəfli, səthi və qeyri-obyektiv araşdırma aparmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 80, 81, 82.3, 88, 217 və 261-ci maddələrinin tələblərini pozmuşdur. Barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün prosessual qanu nvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 13 saylı mənzil xx xxxxxx 2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçının ailə tərkibi 5 nəfərdən ibarətdir. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin hazırkı real bazar qiyməti 17.000 manat, belə şəraitli mənzillərdə aylıq kirayə haqqı isə 70 manat təşkil edir. Cavabdehin ailə tərkibi özü, iki uşağı olmaqla 3 nəfərdən ibarətdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(033)-2004/2016 nömrəli qətnaməsi iddiaçı Cavabdeh xx xxxx 2011-ci ildə anadan olmuş X3 v ə xx xxxx 2016-cı ildə anadan olmuş X2 ilə birlikdə İddiaçı Abdulgilən qızına məxsus Zaqatala şəhəri Azərbaycan prospektində yerləşən 39 V saylı evin 13 saylı mənzilindən istifadə hüququ tanınmış və onların həmin mənzilə köçürülmələri qət edilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(102)-3238/2019 tarixli qərarı ilə qanuni qüvvəyə minmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının (mülkiyyətçinin) maddi və əmlak vəziyyətini, ona məxsus və yaşadığı mənzilin şəraitini və dəyərini (real bazar qiymətini), həmin mənzildə iddiaçının özündən və cavabdehdən başqa daha 3 nəfər yetkinlik yaşına çatmış istifadəçilərin olmasını, eyni şəraitli mənzillərdə aylıq kirayə haqqının mümkün hədlərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə təklif edilən 6000 (altı min) manat kompensasiyanın məbləği qənaətbəxşdir və hazırkı işin müəyyən olunmuş hallarına uyğundur. Apellyasiya məhkəməsi kompensasiyanın məbləğinin Zaqatala şəhərində bir otaqlı mənzil almağa imkan verən həcmdə (yəni 15000 manat civarında) müəyyən olunması barədə cavabdehin tələbini əsassız və qəbulolunmaz hesab etmiş və qeyd etmişdir ki, kompensasiya istifadəçinin (cavabdehin) başqa mənzillə təmin olunması üçün deyil, yalnız ona müəyyən müddət ərzində eyni şəraitli başqa mənzildə yaşamaq imkanının yaradılması üçün verilir. Bu baxımdan iş üzrə cavabdehə mübahisəli mənzildən istifadə hüququnun xitamı üçün 6000 manat məbləğində kompensasiya verilməsini yetərli sayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “xxx şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mü lki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məh kəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin kompensasiya məbləğinin az olması, Zaqatala şəhərində mübahisəli evə yaxın ərazilərdə və eyni şəraitli evlərin aylıq kirayə haqqının 150-200 manat olması barədə dəlillərini əsassız hesab edir, belə ki, həmin dəlillərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülki yyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi kompensasiyanın məbləğini müəyyən edərkən iddiaçının (mülkiyyətçinin) maddi və əmlak vəziyyətini, ona məxsus və yaşadığı mənzilin şəraitini və dəyərini (real bazar q iymətini), həmin mənzildə iddiaçının özündən və cavabdehdən başqa daha 3 nəfər yetkinlik yaşına çatmış istifadəçilərin olmasını, eyni şəraitli mənzillərdə aylıq kirayə haqqının mümkün hədlərini nəzərə almışdır. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətn aməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)21/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar