Məhkəmə qərarları › İş №2(102)-7430/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7430/2021

06.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7430/2021 06.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cavabdeh "xxxx" Özəl Ticarət Mərkəzi MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Özəl Ticarət Mərkəzi MMC-nin rəhbərliyinin ona məxsus Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən çayxana obyektinə edilən qəsdlərə son qoyulması, obyektinin giriş-çıxış yolunda qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və obyektinə sərbəst giriş-çıxış yolunun bərpa edilməsi, arxa və yan tərəflərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli, 2(067)-190/2017 saylı qətnaməsi ilə (hakim F.B.Mirzəquliyev) İddiaçı cavabdeh "Arzu” Özəl Ticarət Mərkəzi MMC-yə qarşı cavabdeh tərəfindən ona məxsus Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən çayxana obyektinə edilən qəsdlərə son qoyulması, obyektinin giriş-çıxışında inşa edilmiş tikililərin sökülməsi və obyektinə sərbəst giriş-çıxış yolunun bərpa edilməsi tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2018-ci il tarixli, 2(105)2212/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Xaçmaz Rayon Məhkəməsinin 2(067)-190/2017 saylı, 29 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 2(102)-7781/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2018-ci il tarixli, 2(105)-2212/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2(105)1214/2019 saylı qə tnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2(102)-5968/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-cu il tarixli, 2(105)78/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəm əsinin 2(067)-190/2017 saylı 29 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin qismən təmin edilərək Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində olan iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yolunda cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin həmin obyektin giriş-çıxışına maneə törədən hissələrinin sökülməsi və obyektin giriş-çıxış yolunun bərpa edilməsi barədə və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Cavabdeh "xxxx" Özəl Ticarət Mərkəzi MMC həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayəti 22.10.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Lakin kassasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, okty abrın 1-dən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elekt ron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda cavabdeh tərəfindən təqdim edilmiş kassasiya şikayəti bu qaydada riayət olunmadan verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: Maddə 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya i nstansiya məhkəməsinə göndərmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh "xxxx" Özəl Ticarət Mərkəzi MMC-nin Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-cu il tarixli, 2(105)-78/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar