Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7437/2019 06.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, vəkili X2 və cavabdeh “xxxx” MMC vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli, 2(103)9257/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2(006)1011/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) iddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC, Cavabdeh2 Qarakişi oğlu və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası qismən təmin edilərək, iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 09 avqust 2012-ci il tarixli və 10 dekabr 2013-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 45.420 manat pulun iddiaçıya verilməsi qət edilib. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli, 2(103)9257/2019 saylı qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.K.Xəlilov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 19 fevral 2019-cu il tarixl i qətnaməsi- iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 09 avqust 2012-ci il tarixli və 10 dekabr 2013-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 45.420 manat pulun tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia ərizəsinin rədd olunması qət edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə onun arasında bağlanmış 09 avqust 2012-ci il tarixli və 10 dekabr 2013cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə “xxxx” MMC direktoru Cavabdeh2 (1-ci müqavilədə) və Cavabdeh3 (2-ci müqavilədə) verdiyi 49.020 manat pulun və ona vurulmuş 58.000 ma nat ziyanın əvəzinin, ümumilikdə 108.020 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və iddia tələbini onunla əsaslandırıb ki, “xxxx” MMC ilə 09 avqust 2012-ci il tarixdə bağladığı alqı-satqı müqaviləsinə əsasən dəyəri 67.000 manat olan “Shacman” markalı yük avtomaşınını satın alıb. Həmin avtomaşına görə 26.000 manat ilkin ödəniş edib, avtomaşının qalan dəyərini isə cədvəl üzrə hissə-hissə ödəməyə başlayıb. Bundan sonra özünü “xxxx” MMC direktoru kimi təqdim edən Cavabdeh2 adlı şəxs onu aldadaraq müqavilənin onda olan nüsxəsini geri alıb. Daha sonra onunla 10 dekabr 2013-cü il tarixli yeni alqı-satqı müqaviləsi bağlayıb və yeni müqavilədə avtomaşının qiyməti 32.400 manat göstərilib. Hər iki müqavilə üzrə ümumilikdə 49.020 manat pul ödəməsinə baxmayaraq, 2014-cü ilin yanvar ayından etibarən avtomobil “xxxx” MMC rəhbərliyinin göstərişi ilə ondan geri alınıb və bu günədək qaytarılmayıb. Sonradan ona məlum olub ki, “xxxx” MMC həmin avtomaşına dair onunla müqavilə bağlamaq səlahiyyəti olmayıb. Belə ki, “Shacman” markalı, Az ** CK *** dövlət qeydiyyat nişanlı avtomaşının qeydiyyat vəsiqəsinə əsasən həmin avtomaşın fiziki şəxs Xə məxsus olub və sonuncu öz adından “xxxx” MMC notarial qaydada etibarnamə versə də, həmin avtomaşın Cəmiyyətin balansına keçməyib. Buna görə də “xxxx” MMC öz adından avtomaşını ona satmaq hüququna malik olmayıb. Buna baxmayaraq 1-ci müqavilə Cavabdeh2, 2-ci müqavilə isə Cavabdeh3 tərəfindən imzalanıb. “xxxx” MMC lizinq fəaliyyəti ilə məşğul olmağa lisenziyası olmadığı halda, Cəmiyyət faktiki olaraq avtomaşını ona lizinqə verib və lizinq fəaliyyəti ilə məşğul olub. Vergi orqanının məlumatına görə “xxxx” MMC fəaliyyəti 21 yanvar 2014-cü ildən 01 yanvar 2019-cu il tarixədək dayandırıldığı halda, Cəmiyyət ondan ödəniş qəbzlərinə əsasən iki dəfə pul qəbul edib, onun birinin müddəti isə 24 yanvar 2014-cü il tarixə təsadüf edir. Avtomaşın ondan zorla alındığı 58 ay ərzində ona hər ay 1.000 manat olmaqla, cəmi 58.000 manat məbləğində maddi ziyan dəyib. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edil miş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən iddia tələbinin rədd edildiyi hissəsində ləğv edilib, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili X1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh “xxxx” MMC vəkili İsgəndər İsrafilov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkə mə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edib, həmin hissədə iddia ərizəsini rədd edərkən, iddia tələbinin əsassız olmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 324.5, 404.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq no rmalarının tələblərini düzgün tətbiq etmişdir, maddi, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, “Shacman” markalı, Az **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil Xə məxsus olub və sonuncu həmin avtomobil üzərində sərəncam vermək və digər hərəkətləri etməyə dair 08 avqust 2012-ci il tarixdə “xxxx” MMC adına 08 avqust 2062-ci ildək qüvvədə olan etibarnamə verib. “xxxx” MMC direktoru Cavabdeh2la İddiaçı arasında bağlanmış 09 avqust 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən avtomobil Cəmiyyət tərəfin dən İddiaçı satılıb. Sonradan tərəflər arasında 10 dekabr 2013-cü il tarixli yeni alqı-satqı müqaviləsi bağlanıb və alqı-satqı müqaviləsini müvafiq surətdə “xxxx” MMC direktoru Cavabdeh3lə İddiaçı imzalayıb. Daha sonra işə əlavə edilmiş ödəmə qəbzlərindən görünür ki, iddiaçı həmin avtomobilə görə “xxxx” MMC cəmi 45.420 manat pul ödəyib, lakin sonradan ödənişlər yubandığına görə Cəmiyyət həmin avtomobili 2014-cü ilin yanvar ayında İddiaçı geri alıb. Bundan sonra İddiaçı “xxxx” MMC qarşı “ödənilmiş pulun geri qaytarılması və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” barədə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC ilə bağlanmış 09 avqust 2012-ci il tarixli və 10 dekabr 2013-cü il tarixli alqısatqı müqavilələri əsasında “xxxx” MMC direktoru Cavabdeh2 (1-ci müqavilədə) və Ca vabdeh3 (2-ci müqavilədə) verdiyi 49.020 manat pulun və ona vurulmuş 58.000 manat maddi ziyanın əvəzinin, ümumilikdə 108.020 manat pulun “xxxx” MMC-dən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edib. “xxxx” MMC isə İddiaçı qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsi üzrə vurulmuş maddi ziyanın əvəzi kimi 41.769 manat pulun İddiaçı tutulub “xxxx” MMC xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilk iddia tələbi qismən təmin edilərək, “xxxx” MMC 45.420 manat pulun tutulub İddiaçı verilməsi və “xxxx” MMC qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 avqust 2016-cı il tarixli qətnaməsi qismən, ilk iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilib, İddiaçı “xxxx” MMC qarşı pul və sair tələbinə dair ilk iddia ərizəsi rədd edilib, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 5 fevral 2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2017ci il tarixli qərarından İddiaçı şikayətinin Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilib. İşdən görünür ki, hazırda İddiaçı cavabdehlərə qarşı iddia tələbləri onunla “xxxx” MMC arasında bağlanmış 09 avqust 2012-ci il tarixli və 10 dekabr 2013-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsindən, “xxxx” MMC direktoru Cavabdeh2 1-ci müqavilə üzrə, Cavabdeh3 2-ci müqavilə üzrə cəmi verdiyi 49.020 manat, ona vurduqları maddi zərərə görə 58.000 manat, ümumilikdə 108.020 manat pulun tutulub ona ödənilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, İddiaçılə “xxxx” MMC arasında bağlanmış 09 avqust 2012-ci il tarixli və 10 dekabr 2013-cü il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilib və Cavabdeh2, Cavabdeh3 45.420 manat pu lun tutulub İddiaçı qaytarılması qət edilib, iddia tələbi vurulmuş maddi zərərə görə 58.000 manat pulun tutulması hissəsində rədd edilib. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti verməyib, cavabdehlər isə apellyasiya şikayətində qətnaməni iddia ərizəsinin təmin edilməsi hissəsində mübahisələndirmişlər. İddiaçı sözügedən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələblərini irəli sürərkən ona istinad edib ki, “Shacman” markalı, Az ** CK *** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyat vəsiqəsinə əsasən fiziki şəxs Xə məxsus olub və sonuncu öz adından “xxxx” MMC notarial qaydada təsdiq edilmiş etibarnamə verilsə də, həmin avtomaşın Cəmiyyətin balansına keçməyib. Buna görə də “xxxx” MMC birbaşa öz adından avtomaşını sat maq hüququna malik olmayıb. Buna baxmayaraq “xxxx” MMC qanuni təmsilçiləri kimi 1-ci alqı-satqı müqaviləsi Cavabdeh2, 2-ci alqı-satqı müqaviləsi isə Cavabdeh3 tərəfindən imzalanıb. Lakin, işdə olan sənədlərdən görünür ki, avtomaşının mülkiyyətçisi X notarial qaydada təsdiq edilmiş 08 avqust 2012-ci il tarixli etibarnaməyə əsasən “Shacman-Yük” markalı, Az ** CR *** dövlət qeydiyyat nişanlı avtomaşın barəsində sərəncam vermək hüququnu 08 avqust 2062-ci ilədək qüvvədə olmaqla “xxxx” MMC etibar edib. İddiaçılə “xxxx” MMC arasında 09 avqust 2012-ci il tarixli və 10 dekabr 2013-cü il tarixli alqı-satqı müqavilələri Cəmiyyətin adından Cəmiyyətin əvvəlki direktoru Cavabdeh2 və sonrakı direktoru Cavabdeh3 tərəfindən bağlanıb. Hər iki alqı-satqı müqavilələrində satıcı qismində “xxxx” MMC, alıcı qism ində isə İddiaçı göstərilib. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə- Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Yenə həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi sadalanan mad di hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, iddia tələblərinin əsaslılığını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, avtomaşına dair sözügedən alqı-satqı müqavilələri bağlanarkən İddiaçı həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən avtomaşının “xxxx” MMC deyil, Xin mülkiyyətində olduğunu, həmin avtomaşının sonuncu tərəfindən etibarnamə üzrə 08 avqust 2062-ci il tarixədək “xxxx” MMC sahibliyinə verildiyini bilmişdir. Hər iki alqı-satqı müqavilələrində satıcı qismində məhz “xxxx” MMC göstərəliməsi və İddiaçı sözügedən müqavilələrin şərtləri ilə razılaşaraq onları imzalaması da qeyd halları təsdiq edir. Belə olan təqdirdə, İddiaçı, müqavilələrdə satıcı qismində əmlakın mülkiyyətçisinin yox, etibarnaməli idarəçinin ad ının qeyd olunması əsasına görə əqdin etibarlılığını mübahisələndirməyə haqlı deyil. Bu halda əqdin etibarlılığını etibar edən, yəni X mübahisələndirə bilər. Bundan əlavə, alğı-satqı müqaviləsində satıcının yalnız əmlakın mülkiyyətçisi olması barədə mülki qanunvericilikdə mütləq göstəriş yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572-ci maddəsinə əsasən, satıcının üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsi var. Həmin maddəyə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alı cının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Buna görə də apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbləri ilə razılaşmayıb, apellyasiya şikayətinin dəlillərini əsaslı sayıb düzgün olaraq qeyd etmişdir ki, İddiaçılə “xxxx” MMC arasında bağlanmış 09 avqust 2012-ci il tarixli və 10 dekabr 2013-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar olmamışdır. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi İsgəndər İsrafilov 21 yanvar 2019-cu il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alıb hesab etimişdir ki, sözügedən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsasla r olmadığına görə, iddia müddətinin tətbiq edilməsinə zərurət olmamışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin bu hüquqi mövqeyi ilə razılaşsa da, eyni zamanda hesab edir ki, İddiaçı hazırki iddia təlbləri ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş üç illik iddia müddətini də ötürmüşdür. Halbuki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqvilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Dada sonra İddiaçı iddia tələbinin ödənilmiş pulun geri qaytarılması hissəsini belə əsaslandırmışdır ki, 09 avqust 2012-ci il tarixli və 10 dekabr 2013-cü il tarixli alqı-satqı müqavilələri üzrə o, “xxxx” MMC ümumilikdə 49.020 manat pul ödəyib və bəzi ödənişlərə görə ona qəbz verilməyib. Hər iki alqı-satqı müqavilələri bağlandıqları andan etibarsız olduğuna görə “xxxx” MMC direktoru Cavabdeh2 və Cavabdeh3 verdiyi 49.020 manat pul Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən ona geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi sözügedən müqavilələri etibarsız hesab edərək, İddiaçı ödəmə qəbzləri ü zrə “xxxx” MMC ödədiyi cəmi 45.420 manat pulun Cavabdeh2 və Cavabdeh3 tutulub ona ödənilməsini qət etmişdir. Qətnamənin bu hissəsi ilə bağlı apelyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı tərəfindən iddia olunan 45.420 manat pul vəsaiti Cavabdeh2 və Cavabdeh3 deyil, “xxxx” MMC verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı “xxxx” MMC hesabına ödədiyi 45.420 manat pul vəsaitini həmin C əmiyyətin direktoru Cavabdeh2 və Cavabdeh3 tutmaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, əvvəla, məhkəmə araşdırması zamanı sözügedən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar olmamışdır. Digər tərəfdən, “xxxx” MMC öhdəliklərinə görə Cavabdeh2 və Cavabdeh3 məsuliyyət daşıya bilməz. Bundan başqa apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı “xxxx” MMC qarşı “ödənilmiş pulun geri qaytarılması və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” barədə iddia tələblərinin rədd edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Belə ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı “xxxx” MMC qarşı “ödənilmiş pulun geri qaytarılması və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” barədə iddia tələbləri əsassız olduğundan rədd edilmişdir. Qeyd olunan mülki iş üzrə müəyyən edilmişdir ki, İddiaçılə “xxxx” MMC arasında bağlanmış 09 avqust 2012-ci il tarixli və 10 dekabr 2013-cü il tarixli müqavilələri alqı-satqı müqavilələri adlandırılsa da, müqavilələrdəki zəruri şərtlərə görə həmin müqavilələrin hüquqi mahiyyəti lizinq müqavilələrinə uyğun gəlir. İddiaçı həmin müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək lizinq ödənişlərini iki dəfədən artıq ödəmədiyinə görə “xxxx” MMC lizinq obyektini geri almaqda haqlı olmuşdur. İddiaçı “xxxx” MMC ödədiyi 45.420 manat pul vəsaiti lizinq obyektindən istifadəyə görə ödənilən ödənişlər olduğuna görə, onun həmin pul vəsaitini geri tələb etməsi qanunun tələbinə uyğun deyil. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasə n, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, avtomaşına dair alqı-satqı müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdərilmiş şərtlərin pozulmaqla bağlanmasını və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqin i tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA İddiaçı kassasiya şikayəti təmin edilməsin. ALDİ: İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli, 2(103)-9257/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7437/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7437/2019
06.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver