Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-744/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinə, Bakı şəhəri 23 saylı notariat ofisinə, Samux rayon notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ilkin, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə QƏRARİ İş № 2(102)-744/2024 Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü (əmlakda payların bərabər bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi və s. barədə ilk iddia tələbi, Cavabdeh1 İddiaçı qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli 2(103)-2242/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 8 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh1 ilə 16 noyabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 3 uşaqları anadan olmuşdur.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuş, uşaqların analarının yanında saxlanılması qət edilmişdir. 3. “Kia Sportage” minik markalı avtomobil 03 iyun 2021-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, 18 fevral 2022-ci il tarixdə alğı-satqı yolu ilə özgəninkiləşdirilmişdir.
4. Cavabdeh1 adına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1a, 79 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, həmin mənzil 11 aprel 2014cü il tarixdə Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
5. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsi, ev 37, 36 saylı mənzil Cavabdeh 1 adına xx.xx.2009-cu il tarixdə ilkin olaraq qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş 4Ə-200 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X11 adına qeydiyyatdan keçmişdir.
6. Cavabdeh1 Samux rayonu, Sərkar kəndində yerləşən 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir, Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-578 alğı-satqı müqaviləsinə əsasən bu əmlak X1.
7. Cavabdeh1 Samux rayonu, Sərkar kəndində yerləşən 1,288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir, Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarix li 4Ə-575 saylı alğı-satqı müqaviləsinə əsasən bu əmlak X1.
8. Cavabdeh1 Samux rayonu, Sərkar kəndində yerləşən 0,2724 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir, Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-573 saylı alğısatqı müqaviləsinə əsasən bu əmlak X1.
9. Cavabdeh1 Samux rayonu, Sərkar kəndində yerləşən 0,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir, Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-577 saylı alğı-satqı müqaviləsinə əsasən bu əmlak X1.
10. Cavabdeh1 Samux rayonu, Sərkar kəndində yerləşən 2,0509 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** qe ydiyyat nömrəli çıxarış verilmişdir, Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-576 saylı alğısatqı müqaviləsinə əsasən bu əmlak X1.
11. Cavabdeh1 Samux rayonu, Sərkar kəndində yerləşən 0,2024 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir, Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-574 saylı alğısatqı müqaviləsinə əsasən bu əmlak X1. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, anket və elektron baza məlumatlara əsasən 1975-ci il təvəllüdlü Cavabdeh1 adına Şəki rayonu, Suçma kəndində ümumi-birgə 0,22 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. - Bakı şəhəri Biləcəri Bələdiyyəs inin 03 mart 2006-cı il tatixli, 107/a saylı qərarından görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alğı-satqı yolu ilə Cavabdeh1 ayrılmışdır. 12. 01 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 28 may 2021-ci il tarixdə tam mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Samux rayonu Sərkar kəndində yerləşən, ümumi sahəsi 0,27 ha olan torpaq sahəsini X19 1000 manata satmış, alğı-satqı zamanı İddiaçı torpağın satılmasına etiraz etməməsinə dair ərizə vermişdir. (müvafiq notariat işi məhkəməyə təqdim edilmişdir.) 13. 01 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlər dən görünür ki, Cavabdeh1 28 may 2021-ci il tarixdə tam mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Samux rayonu Sərkar kəndində yerləşən, ümumi sahəsi 0,0509 ha olan torpaq sahəsini X19 2500 manata satmış, alğı-satqı zamanı İddiaçı torpağın satılmasına etiraz etməməsinə dair ərizə vermişdir. (müvafiq notariat işi məhkəməyə təqdim edilmişdir.) 14. 01 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 28 may 2021-ci il tarixdə tam mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Samux rayonu Sərkar kəndində yerləşən, ümumi sahəsi 0,2724 ha olan torpaq sahəsini X19 1000 manata satmış, alğı-satqı zamanı İddiaçı torpağın satılmasına etiraz etməməsinə dair ərizə vermişdir. (müvafiq notariat işi məhkəməyə təqdim edilmişdir.) 1 5. 01 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 28 may 2021-ci il tarixdə tam mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Samux rayonu Sərkar kəndində yerləşən, ümumi sahəsi 0,2024 ha olan torpaq sahəsini X19 500 manata satmış, alğı-satqı zamanı İddiaçı torpağın satılmasına etiraz etməməsinə dair ərizə vermişdir. (müvafiq notariat işi məhkəməyə təqdim edilmişdir.) 16. 01 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 28 may 2021-ci il tarixdə tam mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Samux rayonu Sərkar kəndində yerləşən, ümumi sahəsi 1,0794 ha olan torpaq sahəsini X19 2000 manata satmış, alğı-satqı zamanı İddiaçı torpağın sa tılmasına etiraz etməməsinə dair ərizə vermişdir. (müvafiq notariat işi məhkəməyə təqdim edilmişdir.) 17. 01 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 28 may 2021-ci il tarixdə tam mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Samux rayonu Sərkar kəndində yerləşən, ümumi sahəsi 1,288 ha olan torpaq sahəsini X19 2000 manata satmış, alğı-satqı zamanı İddiaçı torpağın satılmasına etiraz etməməsinə dair ərizə vermişdir. (müvafiq notariat işi məhkəməyə təqdim edilmişdir.) 18. 01 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 28 may 2021-ci il tarixdə tam mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Samux rayonu Sərkar kəndində yerləşən, üm umi sahəsi 0,54 ha olan torpaq sahəsini X19 1500 manata satmış, alğı-satqı zamanı İddiaçı torpağın satılmasına etiraz etməməsinə dair ərizə vermişdir. (müvafiq notariat işi məhkəməyə təqdim edilmişdir.) 19. 16 fevral 2022-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 22 yanvar 2009-cu il tarixdə şəxsi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində istifadədə olan 0,07248 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində, 46,51 kv.metr ümumi, 26 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 36 nömrəli mənzili 35000 manata X4, alğı-satqı zamanı İddiaçı və X15 mənzilin satılmasına etiraz etməmələrinə dair ərizə ver mişlər. 20. 28 mart 2014-cü il tarixli, İK-049-İ nömrəli “kredit müqaviləsi”ndən və həmin tarixli, İK-İP-049-İ nömrəli “alğı-satqı və ipoteka müqaviləsi”ndən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün 276 ay müddətinə, illik 4 faizlə 30000 manat kredit verilmiş, mənzilin satış qiyməti 60000 manat olmaqla, onun 30000 manatını Cavabdeh1 tərəfindən ödənilmiş, qalan 30000 manat isə kredit vəsaiti hesabına ödənilmişdir. Mənzil kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi "xxxx" ASC-yə ipotekaya verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
21. İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinə, Bakı şəhəri 23 saylı notariat ofisi nə, Samux rayon notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Sportage” minik markalı, 2015-ci il buraxılışlı, ağ rəngli, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzilinin, Samux rayonu Sərkar kəndində yerləşən 0,54 ha torpaq sahəsinin, Samux rayonu Sərkar kəndində yerləşən 1,288 ha torpaq sahəsinin, Samux rayonu Sərkar kəndində yerləşən 0,2724 ha torpaq sahəsinin, Samux rayonu Sərkar kəndində yerləşən 0,27 ha torpaq sahəsinin, Samux rayonu Sərkar kəndində yerləşən 2,0509 ha tor paq sahəsinin, Samux rayonu Sərkar kəndində yerləşən 1,0794 ha torpaq sahəsinin, Samux rayonu Sərkar kəndində yerləşən 0,2024 ha torpaq sahəsinin alğı-satqıları nəticəsində cavabdehin əldə etdiyi, daşınmaz əmlakların satıldığı dövrlər üzrə həqiqi bazar dəyərləri olaraq 102.000 manatın, avtomobilin satılmasından əldə edilmiş 22000 manatın, beləliklə ümumilikdə 124000 manat məbləğində pul vəsaitinin üzərində 1/2 hissədə payının tanınması, cavabdehdən həmin məbləğin 1/2 hissəsi olan 61000 manatın tutularaq ona ödənilməsi; birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 107/a saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə cavabdehə satılmış 400 kv.metr torpaq sahəsinə, cavabdehin adına qeydiyyatdan keçən Şəki rayonu, Suçma kəndində yerləşən, ümumi birgə 0,22 ha torpaq sahəsin ə və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 1a saylı evin 79 saylı mənzilinə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi; ona və uşaqlarına hədiyyə edilmiş 1 ədəd 1615 manat dəyərində 585 əyarlı, 3 karat brilyant qaşlı (saffir) 11 qram çəkidə sırğa-üzük dəstinin, 1 ədəd 1485 manat dəyərində 583 əyarlı, 2 karat Belçika brilyant qaşlı, 9 qram çəkidə sırğaüzük dəstinin, 1 ədəd 4000 manat dəyərində 583 əyarlı, 3 karat Sibir brillyant qaşlı, 13 qram çəkidə badam sırğa-kulon dəstinin, 1 ədəd 1430 manat dəyərində 585 əyarlı, pandora üzük-sırğa-qolbaq dəstinin, 1 ədəd 690 manat dəyərində 750 əyarlı, 5,6 qram çəkidə 57 sot brilyant qaşlı nişan üzüyünün, 1 ədəd 1000 manat dəyərində 10-luq (Nikolay qızılı), 1 ədəd 590 manat dəyərində təkqaş, 583 əyarlı, 20 sot Sibi r brilyant qaşlı sırğa dəstinin, 1 ədəd 260 manat dəyərində 583 əyarlı, 4 qram çəkidə qızıl sepin, 1 ədəd 200 manat dəyərində 583 əyarlı, 8 sot Sibir brilyant qaşlı 2,5 qram qızıl kulonun və ya onların dəyərinin, 1 ədəd 845 manat dəyərində 585 əyarlı, 13 qram çəkidə “Gül” kulon-üzükqolbaq dəstinin, 1 ədəd 700 manat dəyərində, 583 əyarlı, 3,5 qram çəkidə, 80 sot “Fransız” brilyant qaşlı üzük adda və sayda qızıl-zinət əşyalarının və ya onların dəyərinin; habelə iddiaçıdan korrupsiyada problemini həll etmək adı ilə aldığı 35000 manat pulun (həmin pulun 32000 manatı iddiaçının Maraqlı şəxs QSC-dəki hesabından çıxarılmış, 3000 manat isə bacısından borca alınmışdır), evdən apardığı 2000 ABŞ dolları məbləğində pulun, mediasiya mərhələsində iddiaçıdan aldığı 10000 manatın 1/2 hissəsinin və ödənilm iş dövlət rüsumunun əvəzi kimi 388 manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
22. İlkin iddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh evli olduqları vaxt cavabdehin adına Samux rayonunda yerləşən, iddia ərizəsində göstərilən torpaq sahələri alınmışdır. Lakin iddiaçının həmin torpaqların satılmasından məlumatı olmamışdır. Həmçinin, nikahın pozulmasına dair məhkəməyə ərizə verməzdən 3 gün əvvəl cavabdeh iddiaçıya təcili olaraq mübahisəli mənzili və “Kia Sportage” markalı avtomobili satmalı olduqlarını demişdir. İddiaçı cavabdehə işi ilə əlaqədar pula ehtiyacı olduğuna inanıb əmlakların satılmasına razılıq vermişdir. Lakin 3 gün sonra cavabdeh nikahın pozulması tələbi ilə mə hkəməyə müraciət etmişdir. Buna görə də, cavabdeh tərəfindən satılmış, adları iddia ərizəsində göstərilən əmlakların dəyərinin yarısı iddiaçıya ödənilməlidir. Həmçinin, iddiaçı cavabdehin işi ilə bağlı problemi olduğundan ona 35000 manat pul da göndərmişdir. Həmin pulun 32000 manatını Maraqlı şəxsdakı hesabdan çıxarmış, 3000 manatını isə bacısından borca almışdır. Həmin pul da iddiaçıya qaytarılmalıdır. Habelə, cavabdeh iddiaçını evdən qovarkən onun özü ilə yalnız bəzi paltarları götürmək imkanı olmuş, bütün qızıl-zinət əşyaları evdə qalmışdır. Sonradan iddiaçı həmin evə qayıtdıqda artıq qızıllar yerində olmamış, o, qızılların cavabdeh tərəfindən götürülüyünü bilmişdir. Samux rayonundakı torpaq sahələrinin, habelə iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının real dəyəri məhkəməyə on lar tərəfindən təqdim edilmiş mütəxəssis rəylərində öz əksini tapmışdır.
23. Bununla yanaşı cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş və saxlanması üçün verilən iddiaçıya 43.000 manatın 21.500 manat hissəsinin iddiaçıdan alınaraq ona qaytarılması, birgə nikah dövründə əldə edilmiş və Maraqlı şəxs QSC-də iddiaçının hesabında olmuş pul vəsaitinin yarısının cavabdehdən tutularaq ona ödənilməsi, habelə birgə nikah dövründə əldə edilən “Hyundai Elantra” minik markalı, 2015-ci il buraxılışlı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – “Hyundai Elantra” markalı avtomobil) dəyərinin aralarında bərabər paya bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Cavabdeh qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır k i, iddiaçı ilə evli olduqları dövrdə əldə etdiyi, öz adına rəsmiləşdirilmiş, Samux rayonunda yerləşən, iddia ərizəsində göstərilən torpaq sahələri əldə etmişdir. Həmin torpaq sahələri bir-birinə bitişik böyük sahədən ibarət olsa da, sənədləşmədə ayrı-ayrılıqda göstərilmişlər. O, Samux rayonunda yerləşən həmin torpaq sahələrini elə evli olduqları dövrdə satmış, əldə etdiyi pulu ailəsinin xərclərinə sərf etmiş, qalıq təxminən 13.000 manat pulu isə evdə saxlamaq üçün iddiaçıya vermişdir. İddiaçı isə həmin pulu Maraqlı şəxs QSC-dəki şəxsi hesabına yerləşdirmişdir. Bundan başqa, o, yeni ev almaq məqsədi ilə öz mülkiyyətində olan, birgə nikah dövründə əldə etdiyi mübahisəli mənzili 35000 manata X14, habelə özünə məxsus “Kia Sportage” markalı avtomobili 22000 manata satmış, pulun bir qismi ev üçü n xərclənsə də, 43000 manatını evə qoymuşdur. Lakin, iddiaçı ilə münasibətlərinin pozulduğu gün Aysel evdən getdikdən sonra o, qardaşı ilə evi axtarmış, evdə həmin məbləğdə pula rast gəlməmişdir. Beləliklə, ilk iddia tələbində göstərilən “Kia Sportage” markalı avtomobil, habelə Samux rayonundakı torpaq sahələri və Binələcəri qəsəbəsi, Hərbi şəhərcik ünvanındakı mənzil birgə mülkiyyət olsalar da, elə birgə nikah dövründə özgəninkiləşdirilmişdir. Şəki rayonundakı torpaq sahəsi onun şəxsi mülkiyyəti deyil, atababa torpağıdır. Həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqularını təsdiq edən sənəd mövcud deyil, həmçinin, o torpaq birgə nikah dövründə əldə edilməmişdir. Biləcəri Bələdiyyəsi tərəfindən ona satılmış torpaq sahəsi üzərində iddiaçının da ½ hissədə payıın tanınmasına etiraz etmir. La kin, birgə nikah dövründə ipoteka ilə əldə etdikləri mənzil üzərində ½ hissədə iddiaçının payının tanınmasına razı deyildir. Belə ki, o, nikahın pozulması üçün mediasiya təşkilatına müraciət edərkən iddiaçının ondan hazırki iddia ərizəsində göstərilən qədər əmlak tələbi olmamışdır. Razılaşmalarına əsasən, iddiaçı ipotekada olan evin əvəzində ona 33000 manat ödəməyi, o isə həmin evi iddiaçıya verməyi öhdəsinə götürmüş, bundan əlavə, birgə nikah dövründə əldə etdikləri və iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış “Hyundai Elantra” markalı avtomobilə görə iddiaçı ona 10000 manat verməyi, o isə həmin avtomobildəki payından iddiaçının xeyrinə imtina etməli idi. Avtomobilə görə ona 10000 manat vermiş, lakin, həmin müddətdə nikahları pozulmadığından notariusda evin Ayselin adına keçi rilməsi mümkün olmamış, beləliklə Aysel 33000 manatı ona verməmişdir. O, həmin evin üzərində ½ hissədə hər ikisinin payının tanınmasını qəbul etmir. Belə ki, həmin ev məhz onun hərbçi olması əsası ilə güzəştli şərtlərlə, illik 4 faizlə ipoteka krediti ilə ona verilmişdir. Yəni, evin güzəştli şərtlərlə bu qiymətə əldə edilməsi məhz ona olan imtiyazdan irəli gəlir. İddiaçı belə imtiyazı olmadığından həmin evə payı müəyyən edilə bilməz. O, evli olduqları dövrdə həmin evlə bağlı ödənilmiş pulun yarısını iddiaçıya verməyə razıdır, bu şərtlə ki, iddiaçı həmin evə dair iddiasını geri çəksin. Evli olduqları dövrdə iddiaçı işləməmiş, belə olan halda 10000 manat ona verməsi, habelə 33000 manatı verməyə hazır olması onu göstərir ki, həqiqətən də onun öz adına olan əmlakların satışından əldə etdiyi 43000 manat yaşadıqları evdə, iddiaçıda olmuşdur. İddia tələbində göstərilən digər xüsusatların isə heç bir əsası yoxdur. Belə ki, o, işi ilə bağlı uzunmüddətli olaraq rayonlarda olmuş, arvadına, eləcə də uşaqlarına aldığı qızıllarla maraqlanmamışdır. Həmin qızılların, habelə evdəki pulların taleyindən xəbərsizdir. Belə ki, iddiaçı ilə boşanmalarına səbəb olan məlum hərəkətini araşdırarkən o müəyyən etmişdir ki, evinə digər şəxs də davamlı olaraq daxil olmuş, həmin şəxsdə evin açarı olmuşdur. Həmçinin, iddiaçı evi tərk edərkən o, evdən özgəsinə aid ümumvətəndaş pasportu tapmış, iddiaçıdan pasportun kimə məxsus olduğunu soruşduqda, sonuncu aviabilet alğı-satqısı ilə məşğul olub pul qazandığını bildirmişdir. O, iddiaçıya inanmadığı üçün evdə daha kimlərəsə məxsus pasportun və ya başqa hüquqm üəyyənedici sənədin olub-olmamasını bilmək üçün qardaşı ilə birlikdə evi axtarmış, həmin vaxt nə qızıl-zinət əşyalarına, nə də saxlamaq üçün iddiaçıya verdiyi 43.000 manata rast gəlməmişdir. İlk iddia tələbində göstərilən, onun korrupsiya probleminin həlli ilə bağlı iddiaçıdan 35000 manat pul alması, habelə evdən 2000 ABŞ dolları aparması isə tamamilə əsassızdır. Belə hal ümumiyyətlə baş verməmişdir.
25. Məhkəmə iclasında cavabdeh ilk iddianı qismən qəbul etdiyini, qarşılıqlı iddianı isə müdafiə etdiyini bildirərək, izahatında göstərmişdir ki, mediasiya sessiyasında “Hyundai Elantra” markalı avtomobillə bağlı gəldikləri razılığa görə iddiaçı ona 10000 manat versə də, hazırda həmin pulun yarısını tələb etdiyindən, o da həmin avtomobil üzərində ½ hissədə payının tanınmasını xahiş edir. Qarşı lıqlı iddia tələbində həmin avtomobilin dəyərinin yarısını tələb etsə də, iddia tələbinin bu hissədə izahatında göstərilən kimi qəbul edilməsini xahiş edir. Sonda məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.
26. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə cavabdehin qızıdır. O, atasının qızılların saxlandığı qutunu evdən apardığını görmüş, hara apardığını soruşanda atası “məndə qalacaq, lazım olanda qaytaracağam” cavabını vermişdir. Həmin vaxt anası evdə olmamış, lakin bacısı ilə qardaşı evdə olmuşlar. Daha sonra həmin qutunu atasının avtomobilinin kitabça yerində görmüşdür. 2022-ci ilin yanvar ayında atası anasına zəng edərək korrupsiya ilə bağlı probleminin olduğunu və ona təcili pul lazım old uğunu bildirmiş, anası onunla birlikdə bankdan 18000 manat pul götürüb atasına göndərmişlər.
27. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, İddiaçı bacısıdır. O, lotereya oynamış, digər oyunçulara məxsus ümumilikdə 3000 manat pul onda olan zaman Aysel ona zəng vurub Cavabdeh1 korrupsiya ilə bağlı problemi olduğunu, təcili pula ehtiyacları olduğunu demişdir. O, həmin 3000 manatı Ayselə versə də, sonradan pul ona qaytarılmamışdır. Bacısının qızıllarını isə görməmiş, uşaqların dediklərinə görə, qızılları Cavabdeh1 özü ilə aparmış, maşınında gizlətmişdir.
28. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 qardaşıdır. Taleh ona zəng vuraraq evində problemlər olduğunu, təcili onlara gəlməsini xahiş etmiş, evdə mübahisə olmuş, mübahisə bitdikdən sonra Taleh onunla birlikdə evi axtarmış, evdən nə qızıl, nə də pul tapılmamışdır.
29. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, İddiaçı bacısı Aygülün keçmiş həyat yoldaşıdır. İddiaçı ilə cavabdehin məlum problemləri yaranan dövrdə o, Aygüllə rəsmi boşanmış olsa da faktiki birlikdə yaşayırdı. Onların evində heç vaxt 3000 manat pul olmamışdır. O özü dəfələrlə Aygüldən pul istəsə də, Aygül pulunun olmadığını bildirmişdir. Aygül heç vaxt lotereya oynamamışdır.
30. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4071/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) ilk iddianın qismən təmin edilməsi, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 mart 2006-cı il tatixli, 107/a saylı qərarı ilə Biləcəri bələdiyy əsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə Cavabdeh1 ayrılmış 400 kv.metr torpaq sahəsi üzərində Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının 1/2 hissədə payı müəyyən edilməsi, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1a, 79 saylı mənzil üzərində Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının 1/2 hissədə payının müəyyən edilməsi, Cavabdeh1 5000 manat pul tutularaq Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızına ödənilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızına ödənilməsi, ilk iddianın digər hissələrdə təmin edilməməsi, qarşılıql ı iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan “Hyundai Elantra” markalı (istehsal ili 2015-ci il), **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh1 1/2 hissədə payının müəyyən edilməsi, Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızından 9794,45 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilməli 219 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
31. Məhkəmə İddiaçı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin birinci hissəsi “Kia Sportage” minik markalı avtomobilin satışından əldə edilmiş 22000 manat pul vəsaitinin üzərində iddiaçının ½ hissədə payının tanınaraq, həmin p ulun yarısının, yəni 11000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasıdır. Mülki iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh 16 noyabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Bu nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(001)-2235/2022 saylı qətnaməsi əsasında pozulsa da, iş materiallarında olan “mediasiya xidməti ilə bağlı verilmiş mədaxil qəbzi”ndən görünür ki, Cavabdeh1 21 fevral 2022-ci il tarixdə mediasiyaya müraciət etmiş, yəni tərəflər arasında ailə münasibətlərinin ən geci 21 fevral 2022-ci il tarixdə pozulması müəyyən edilmişdir. Sözügedən avtomobil 03 iyun 2021-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, 18 fevral 2022-ci il tarixdə alğı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. Yəni, həmin avtomobil tərəflərin birgə mülkiyyətidir, onun özgəninkiləşdirilməsi zamanı İddiaçı rəsmi razılığı tələb olunmur və avtomobil tərəflər arasında ailə münasibətlərinin pozulması tarixi kimi məhkəməyə məlum olan 21 fevral 2022-ci il tarixdən 3 gün əvvəl Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir. Tərəflər arasında ailə münasibətlərinin daha öncədən pozulması ilə bağlı məhkəməyə iddiaçı tərəfdən heç bir sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən avtomobil birgə nikah dövründə satıldığından və əldə edilmiş 22000 manat pul vəsaitinin Cavabdeh1 tərəfindən ailəvi xərclərə deyil, şəxsi maraqları üçün sərf edilməsinə dair heç bir sübut mövcud olmadığından, həmin pulun yarısının üzərində iddiaçının payının tanınaraq, 11000 manatın cavabdehdən iddiaçının xeyrinə tut ulması üçün əsas yoxdur və iddia bu hissədə təmin edilməməlidir.
32. Məhkəmə İddiaçı iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzilinin, Samux rayonu Sərkar kəndində yerləşən 0,54 ha torpaq sahəsinin, Samux rayonu Sərkar kəndində yerləşən 1,288 ha torpaq sahəsinin, Samux rayonu Sərkar kəndində yerləşən 0,2724 ha torpaq sahəsinin, Samux rayonu Sərkar kəndində yerləşən 0,27 ha torpaq sahəsinin, Samux rayonu Sərkar kəndində yerləşən 2,0509 ha torpaq sahəsinin, Samux rayonu Sərkar kəndində yerləşən 1,0794 ha torpaq sahəsinin, Samux rayonu Sərkar kəndində yerləşən 0,2024 ha torpaq sahəsinin alğı-satqıları nəticəsində X2 əldə etdiyi, daşınmaz əmlakların satıldığı dövrlər üzrə həqiqi bazar dəyərləri olaraq 102000 manatın ½ hissəsi üzə rində iddiaçının payının tanınaraq, həmin pulun yarısının, yəni 51000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, mülki iş materialları ilə həmin əmlakların da birgə nikah dövründə əldə edildikləri, Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alındıqları müəyyən edilir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzil xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmiş, bu zaman İddiaçı və onların yetkinlik yaşına çatmış Mari adlı uşaqları notarial qaydada verdikləri ərizədə mənzilin satılmasına etiraz etmədiklərini göstərmişlər. Eyni hal Samux rayonu ərazisində yerləşən, ilk iddia tələbində göstərilən torpaq sahələrinə münasibətdə də öz əksini tapmışdır. Belə ki, həmin torpaq sahələri 01 iyun 2021-ci il tarixdə Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmiş, məhkəmə sorğusu ilə əldə edilmiş notariat işləri araşdırılarkən, hər bir alğı-satqı zamanı İddiaçı alğısatqıya etiraz etməməsinə dair notarial qaydada ərizəsinin mövcud olduğu müəyyən edilmişdir.
33. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, yuxarıda göstərilən əmlaklar tərəflərin birgə nikah dövründə əldə edilmiş, birgə nikah dövründə də özgəninkiləşdirildiklərindən, əldə edilmiş pul vəsaitinin Cavabdeh1 tərəfindən ailəvi xərclərə deyil, şəxsi maraqları üçün sərf edilməsinə dair heç bir sübut mövcud olmadığından, həmin pulun yarısının üzərində iddiaçının payının tanınaraq, 102.000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması üçün əsas yoxdur və iddia bu hissədə təmin edilməməlid ir. Məhkəmə bu hissədə onu da qeyd etmişdir ki, mülki iş materiallarında olan alğı-satqı müqavilələri ilə müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzil 35000 manata, Samux rayonu ərazisindəki torpaq sahələri isə ümumilikdə 10500 manata satılmışdır. İddiaçı həmin əmlakların real dəyəri kimi 102000 manat tələb etməklə, buna dair mütəxəssis rəyi təqdim etsə də, məhkəmə qeyd etmişdir ki, əmlakların alğı-satqısı zamanı onların qiyməti də müqavilədə göstərilmiş və alğı-satqı İddiaçı razılığı ilə həyata keçirilmişdir.
34. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 mart 2006-cı il tatixli, 107/a saylı qərarından görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin əmlak birgə mülkiyyət olmaqla, iddiaçının həmin torpaq sahəsinə 1/2 hissədə payı müəyyən edilməli, beləliklə İddiaçı iddiası bu hissədə təmin edilməlidir.
35. İddia tələbinin Şəki rayonu Suçma kəndində yerləşən torpaq sahəsi üzərində iddiaçının 1/2 hissədə payının tanınması hissəsinə münasibətdə məhkəmə bildirmişdir ki, həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd məhkəməyə təqdim edilməmiş, habelə, torpaq sahəsinin hansı əsasla tərəflərdən birinin mülkiyyətinə və ya istifadəsinə verilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən, iddia bu hissədə təmin edilə bilməz.
36. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1a, 79 saylı mənzil 11 aprel 2014-cü il tarixdə, yəni birgə ni kah dövründə Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və hazırda Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzil Cavabdeh1lə "xxxx" ASC arasında bağlanmış 28 mart 2014-cü il tarixli, İK-049-İ nömrəli kredit müqaviləsi ilə bank tərəfindən Cavabdeh1 30000 manat kreditin verilməsi yolu ilə əldə edilmişdir.
37. Məhkəmə hesab etmişdir ki, həmin mənzil birgə nikah dövründə əldə edildiyindən, həm iddiaçının, həm də cavabdehin həmin mənzil üzərində 1/2 hissədə payı müəyyən edilməlidir.
38. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş, götürülmüş kredit Cavabdeh1 birgə nikah dövründə ailə ehtiyaclarının təmin edilməsi, yəni həmin evin alınması məqsədi ilə üzərinə götürdüyü öhdəlik kimi qəbul edilir və tərəflərin ümumi əmlakına daxil olm aqla hər ikisi üçün vəzifələr yaradır. Evin ipoteka predmeti olmaqla kreditlə alınması həmin əmlaka İddiaçı payının tanınmaması üçün əsas ola bilməz. Hər bir halda, ipoteka predmeti olmaqla tərəflərin ümumi birgə mülkiyyətini təşkil edən mənzilin 1/2 hissəsinə payı müəyyən edilən iddiaçı hüquqi nəticə etibarı ilə kreditor-ipoteka saxlayan "xxxx" ASC qarşısında borcluya çevrilir.
39. Başqa sözlə, iddiaçının bu mənzilə payının müəyyən edilməsi "xxxx" ASCnin kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tutulmasını və tutmanın həmin mənzilə yönəldilməsini tələb etmək hüququnu hər hansı formada məhdudlaşdırmır və ya istisna etmir.
40. İddiaçı iddia tələbinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən tutulması hissəsinə müasibətdə məhkəmə hesab etmişdir ki, iddia bu hissədə də təmin edilə bilməz. Belə ki, məhkəmə qızıl-zinət əşyalarının Cavabdeh1 olubolmamasının, onun tərəfindən götürülüb-götürülməməsindən öncə, ümumiyyətlə iddia tələbində adları çəkilən qızıl-zinət əşyalarının əvvəllər iddiaçıda olub olmamasının araşdırılmasını zəruri hesab etmişdir. İddiaçı iddia tələbinin bu hissəsinə sübut kimi mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Hansı ki, həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, həmin rəy iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərin tədqiqi yolu ilə tərtib edilmişdir. Rəyin əsaslandırma hissəsinə sözügedən fotoşəkillər əlavə edilmişdir.
41. Məhkəmə qeyd etmişdir ki, qızıl-zinət əşyalarının maddi dəyərinin əsas göstəricisi onun əyarı, çəkisi, istehsal tarixidir. Fotoşəkil əsasında i sə qızılın əyarını qismən müəyyən etmək mümkün olsa da, onun çəkisini, istehsal tarixini müəyyənləşdirmək qeyri mümkündür. Belə nəticəyə gəlinir ki, qızılların adları, əyarı, çəkiləri və s. barədə məlumatı mütəxəssis məhz iddiaçı tərəfdən əldə etmişdir.
42. Məhkəmə iddia tələbinin bu hissəsinə cavabdehin nümayəndəsinin münasibətini haqlı hesab etmiş və qeyd etmişdir ki, əgər mütəxəssis rəyi iddia tələbində göstərilən qızıl-zinət əşyalarının Cavabdeh1 olmasına sübut kimi qəbul edilərsə, demək İddiaçı sonsuz sayda qızıl-zinət əşyası adını qeyd edib, həmin əşyaların Cavabdeh1 qaldığını bildirib onları tələb edə bilər.
43. Belə ki, sübutetmə yükü baxımından mübahisəli qızıl-zinət əşyaların əşyalarının iddiaçıya hədiyyə kimi verildiyini və onların məhz cavabdehdə olduğunu, bir sözlə, tələbin hü quqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddia tələbində adları göstərilən qızıl-zinət əşyalarının tərəflər arasında ailə münasibətləri pozulanadək iddiaçıda olmasını təsdiq edən əsaslı sübut məhkəməyə təqdim edilmədiyi müəyyən olunur. Bu fakt işin məhkəmə araşdırılması ilə də təsdiq edilmir.
44. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 atası Cavabdeh1 qızılların saxlandığı qutunu özü ilə götürdüyünü bildirsə də, bu ifadə də iddia tələbində göstərilən qızıl-zinət əşyalarının Cavabdeh1 olmasını təsdiq etmək üçün kifayət edəcək sübut deyil.
45. İddia tələbinin digər cavabdehin işi ilə bağlı yaranmış problemin həlli ilə bağlı iddiaçıdan aldığı 35000 manatın və evdən götürdüyü 2000 ABŞ dolları məbləğində pulun iddiaçıya verilməsi hissəsinə müna sibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı 35000 manatın 32000 manat hissəsini Maraqlı şəxs QSC-dən, 3000 manatını isə bacısından borc alıb cavabdehə göndərdiyini bildirsə də, bankdan həmin məbləğdə pulu götürməsi ilə bağlı məhkəməyə sübut təqdim edə biləcəyi halda bunu etməmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş bacısı X7 özündə olan, başqa şəxslərə məxsus 3000 manat pulu həqiqətən də Cavabdeh1 işindəki problemin həlli ilə bağlı İddiaçı verdiyini bildirmiş, lakin Aygül Hüseynovanın keçmiş əri Aygülün heç vaxt lotereya oynamadığını, evdə əlavə pulun olmadığını demişdir.
46. Məhkəmə ilk iddia ilə bağlı onu da qeyd etmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi ilkin iddia ərizəsində cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi, Bakı şəhəri 23 saylı notariat ofisi, Samux rayon notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi göstərilmiş, iddia tələbi isə müqavilələrin etibarsız hesab edilməsi olmuş, sonradan iddiaçı tələbi dəyişdirmiş və hazırki qətnamədə göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Yekun məzmunlu iddia tələbində Baş X27 İdarəsinə, Bakı şəhəri 23 saylı notariat ofisinə, Samux rayon notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələb müəyyən edilməmişdir
47. Məhkəmə Cavabdeh1 iddia tələbinə münasibətdə isə qeyd edir ki, qarşılıqlı iddia tələbinin birinci hissəsi birgə nikah dövründə əld ə edilmiş və cavabdehə saxlanması üçün verilən 43000 manatın 21500 manat hissəsinin İddiaçı ona qaytarılması təşkil edir. İddiaçı (Cavabdeh1) tələbinin bu hissəsini uşaqlarına ev almaq üçün özünə məxsus əmlakları satıb, pulun bir hissəsini ailənin xərclərinə sərf etməsi, qalan 43000 manatı isə saxlanmaq üçün İddiaçı verməsi ilə əsaslandırsa da, pulun cavabdehə verilməsini təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 məhkəmə iclasındakı izahatında cavabdehin mediasiya sessiyası zamanı ona 10000 manat verməsini və mənzilin əvəzində 33000 manatı verməyə hazır olduğunu, həmin pulun məhz onun cavabdehə saxlamaq üçün verdiyi 43000 manat olduğunu bildirsə də, məhkəmə bunu iddianın təmin edilməsinə kifayət sübut kimi qəbul etməmiş və hesab etmişdir ki, iddia bu hissədə təmin edilməmə lidir.
48. Cavabdeh1 iddia tələbinin digər hissəsini birgə nikah dövründə İddiaçı bank hesabına yerləşdirilmiş və münasibətləri pozulduqdan sonra sonuncu tərəfindən çıxarılmış pulun yarısının ona ödənilməsi təşkil edir ki, məhkəmə iddianın bu hissəsinə münasibətdə bildirmişdir ki, Maraqlı şəxs QSC tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, İddiaçı aid AZ50ACAB******************** nömrəli hesaba 15 mart 2021-ci il tarixdən 13 dekabr 2021-ci il tarixədək, yəni birgə nikah dövründə ümumilikdə 19588,91 manat pul mədaxil edilmiş, 24 fevral 2022-ci il tarixdə, yəni tərəflər arasında ailə münasibətləri faktiki olaraq pozulduqdan sonra tam məbləğ hesabdan çıxarılmışdır. Həmin pulun ailənin xərclərinə sərf edilmədiyi məlum olduğu üçün məhkəmə hesab etmişdir ki, 19588,91 manatın yarı sı, yəni 9794,45 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh1 ödənilməli, beləliklə iddia bu hissədə təmin edilməlidir. Qarşılıqlı iddia tələbinin “Hyundai Elantra” markalı avtomobilin üzərində Cavabdeh1 1/2 hissədə payının müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “Hyundai Elantra” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil 2020-ci ildə, yəni tərəflərin birgə nikah dövründə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və hazırda onun mülkiyyətindədir.
49. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 178.1, 213.1, 214.1, 215.1, 215.5, 225.1, 225.3, 225.6, 269.1, 274.1, 313-cü maddələri, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29.1, 31.1, 32.1, 32.2.2, 32.3, 33.1, 33.2, 34.2, 36.1, 36.3, 37.1, 37.3, 41.1, 41.2-ci maddələrinə istinadən əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
50. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər.
51. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, fotoşəkil əsasında iddia ərizəsində sadalanan qızıl-ziynət əşyalarının istehsal tarixi və çəkisi barədə müəyyənləşdirilməsi çətin olan məlumatlar olmuşdursa rəy verən mütəxəssis əlavə suallara cavab verilməsi üçün məhkəməyə dəvət edilə bilərdi. Bundan başqa ekspert rəyində də iddiaçının və onun qızının üstündə qızıl-ziynət əşyaları olan şəkillər vardır. Əgər bu şəkillər kifayət etməmişdirsə, apellyasiya instansiyasında təyin olunacaq məhkəmə iclasında əlavə şəkillər təqdim ediləcəkdir. İş üzrə şahid qismində dindirilmiş X15 da məhk əmədə ifadə verərkən bildirmişdir ki, atasının qızılların saxlandığı qutudan apardığını görmüş, qızıllar barədə soruşanda “məndə qalacaq, lazım olanda qaytaracağam” dediyini, sonradan həmin qutunu atasının avtomobilinin kitabça yerində gördüyünü bildirmişdir. Məhkəmə ümumilikdə həm ilkin, həm qarşılıqlı iddiaya qiymət verərkən birgə nigah dövründə əldə olunmuş əmlakların 1/2 hissədə bölünməsini nəzərdə tutmuş, ananın himayəsində qalan uşaqların mənafeləri nəzərə alınmamışdır. Qeyd olunanlardan əlavə tərəflər arasında bağlanmış barışıq sazişi də əsassız olaraq mahiyyətini iddiaçının ziyanına itirmişdir. Belə ki, tərəflər arasında mediator X8 iştirakı ilə bağlanmış 24 fevral 2022-ci il tarixli barışıq sazişinin şərtlərində göstərilmişdir ki, tərəflər birgə nigah dövründə ipoteka ilə alınan v ə X3 adına rəsmiləşdirilən ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı sərəncamına və mülkiyyətinə verir. Gələcəkdə ipoteka məbləğinin qalan hissəsi İddiaçı tərəfindən ödənilməlidir. Həmçinin tərəflər mənzilə dair mülkiyyəti əldə etmək üçün 33000 manat vəsaitin Cavabdeh1 İddiaçı tərəfindən ödənilməsinə razılaşmışlar. Bundan başqa tərəflər birgə nigah dövründə alınan “Hyundai Elantra” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə İddiaçı Cavabdeh1 10000 manat vəsait ödəmiş və nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətində qalmasına razılaşmışlar. Razılaşmanın əksinə cavabdeh tərəfindən məhkəmədə fərqli iddialar irəli sürülmüşdür. Cavabdehin barışıq sazişindəki mövqeyini sonradan məhkəmə prossesi zamanı dəyişməklə iddiaçıdan qarşılıqlı iddia qaydasında başqa tələblər etməsi və t ələbinin qismən də olsa sazişin ziddinə təmini tərəflər arasında mediasiya prosseslərində bağlanan barışıq sazişlərinin hüquqi qüvvəsinə inamsızlıq yaradır. İş materiallarından da göründüyü kimi, barışıq sazişinin evlə bağlı hissəsinin İddiaçı tərəfindən icrası özündən asılı olmayan səbəblərdən gecikmişdir. Bu isə öhdəliyinin icrasından yayınma kimi qiymətləndirilə bilməzdi. Belə ki, həmin müddətdə tərəflər arasında olan nikah pozulmadığı üçün notariusda evin Ayselin adına keçirilməsi mümkün olmamışdır. Qarşı tərəf isə barışıq şərtlərini qəsdən pozmaqla iddiaçının avtomobilin müqabilində ona verdiyi 10000 manat pula baxmayaraq sazişə zidd tələblər irəli sürmüşdür. Bundan başqa satılan digər əmlaklardan əldə olnan gəliri cavabdeh öz ehtiyacları üçün sərf etmiş, iddiaçının payını verməmiş, a ilə ehtiyaclarına sərf etməmişdir. Belə ki, gündəlik dolanışıq üçün cavabdehin kifayət qədər aylıq əmək haqqı olmuşdur. Nikahın pozulmasına dair iddia Cavabdeh1 tərəfindən verilmişdir. Tərəflər arasında faktiki ailə münasibətləri pozulmaqla cavabdeh tərəfindən birgə nikah dövründə əldə olunmuş əmlakların satılması üçün İddiaçı psixoloji təsirlər edilmişdir. Əmlaklar sırası ilə satılmaqla əmlakların planlaşdırılmış şəkildə satılmasını və satışdan əldə olunmuş məbləğdən İddiaçı payının verilmədiyini sübut edir, əmlakların kimə satılması ilə bağlı şübhəli məqamlara məhkəmə tərəfindən toxunulmamışdır. İlkin iddia üzrə Cavabdeh1 mediasiyaya müraciət etmədən 3-4 gün əvvəl “Kia Sportage” markalı avtomobili 22000 manata, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mən zili isə 35000 manata satdığını ifadəsində bildirmişdir. Qətnamədə iddiaçının öz adına olan bank əmanətini çıxardıqdan sonra ailə ehtiyaclarına sərf etdiyinin müəyyən edilmədiyi bildirilsə də, məsələyə birtərəfli qiymət verilmiş, Cavabdeh1 tərəfindən mediasiyaya müraciət edib, son ailə münasibətlərini də kəsdiyi günlərə qədər olan 3-4 günlük müddətdə evin və maşının satışından əldə etdiyi cəmi 57000 manat pulu ailənin məhz hansı ehtiyaclarına sərf etdiyi aydınlaşdırılmamışdır. Belə ki, cavabdeh bu pulun bir hissəsinin xərcləndiyini, 43000 manat qaldığını iddia edir ki, nə xərcləndiyini etiraf etdiyi 14000 manatın ailənin hansı ehtiyaclarına xərclənməsi, nə də ifadəsində qeyd etdiyi kimi 43000 manatı evdə qoyub getməsi sübuta yetirilməmişdir. Sonda isə bu məbləğin bölünməsinə məhkəmə tərəfi ndən qiymət verilməmişdir. Cavabdeh ifadəsində bildirir ki, İddiaçı 33000 manatı ipotekada olan evin müqabilində ona verməyə hazır olması onu göstərir ki, həqiqətən də 43000 manat Ayseldə olmuşdur. Cavabdeh1 də ifadəsində bildirmişdir ki, ipotekada olan evin ödənilmiş məbləğinin yarısını Ayselə ödəməyə razıdır. Eyni yanaşma ilə yanaşılarsa Cavabdeh1anın İddiaçı verməyə razı olduğu pulun mənbəyi də şübhə doğurur. Qızıl-zinət tələbinə dair hissədə iddiaya qiymət verərkən məhkəmə qətnaməsində göstərilmişdir ki, əvvəlcə iddia tələbində adları çəkilən qızıl-ziynət əşyalarının əvvəllər olub-olmaması müəyyən edilməlidir ki, bu barədə iddiaçı sübut təqdim etməmişdir. Qətnamədə qeyd edildiyi kimi əgər fotoşəkil əsasında iddia ərizəsində sadalanan qızıl-ziynət əşyalarının istehsal tarixi və çəkisi b arədə müəyyənləşdirilməsi çətin olan məlumatlar vardırsa rəy verən mütəxəssis əlavə suallara cavab verilməsi üçün məhkəməyə dəvət edilə bilərdi. Bundan başqa ekspert rəyində də iddiaçının və onun qızının üstündə qızıl-ziynət əşyaları olan şəkillər vardır. Məhkəmə “Hyundai Elantra” markalı, **-RU-*** dövlət qeydiyyatnişanlı avtomobil üzərində Cavabdeh1 1/2 hissədə payını müəyyən etməklə İddiaçı sonuncunun xeyrinə 9794.45 manat məbləğində pulun tutulmasını qət etmişdir. Məhkəmə bu qənaətə gələrkən avtomobilin qiymətləndirilməsinə dair ekspertiza təyin etməmiş, dəqiq müəyyən edilməmiş və şişirdilmiş qiymət əsasında avtomobilin dəyərinin bölünməsini qət etmişdir.
52. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, nikahın pozu lması üçün mediasiya təşkilatına müraciət edərkən İddiaçı ondan hazırki iddia ərizəsində göstərilən qədər əmlak tələbi olmamışdır. Razılaşmalarına əsasən, Aysel ipotekada olan evin əvəzində ona 33000 manat ödəməyi, o isə həmin evi Ayselə verməyi öhdəsinə götürmüş, bundan əlavə, birgə nikah dövründə əldə etdikləri və İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış “Hyundai Elantra” markalı avtomobilə görə Aysel ona 10000 manat verməyi, o isə həmin avtomobildəki payından Ayselin xeyrinə imtina etməli idi. Aysel avtomobilə görə ona 10000 manat vermiş, lakin, həmin müddətdə nikahları pozulmadığından notariusda evin Ayselin adına keçirilməsi mümkün olmamış, beləliklə Aysel 33000 manatı ona verməmişdir. Həmin evin üzərində 1/2 hissədə hər ikisinin payının tanınmasını qəbul etmir. Belə ki, ev məhz onun hərbçi olması əsası ilə güzəştli şərtlərlə, illik 4 faizlə ipoteka krediti ilə ona verilmişdir. Yəni, evin güzəştli şərtlərlə bu qiymətə əldə edilməsi məhz ona olan imtiyazdan irəli gəlir. İddiaçı belə imtiyazı olmadığından həmin evə payı müəyyən edilə bilməz. O, evli olduqları dövrdə həmin evlə bağlı ödənilmiş pulun yarısını Ayselə verməyə razıdır, bu şərtlə ki, Aysel həmin evə dair iddiasını geri çəksin. Evli olduqları dövrdə Aysel işləməmiş, belə olan halda 10000 manat ona verməsi, habelə 33000 manatı verməyə hazır olması onu göstərir ki, həqiqətən də onun öz adına olan əmlakların satışından əldə etdiyi 43000 manat yaşadıqları evdə, Ayseldə olmuşdur. Məhkəmə Ayselin iddiasını 10000 manat hissəsində təmin etdiyi halda, qarşılıqlı iddianı hansı əsaslarla təmin etmədiyi anlaşı lan deyil. Məhkəmə iddia tələbinin qismən təmin etməsinə baxmayaraq, ər-arvadın birgə nikahda əldə etdikləri əmlakın kreditora olan borcunun kim və necə ödənilməsi hissəsinə hüquqi qiymət verməməsi və iddiaçının birgə nikahda əldə olan vəsaitini iddiaçının xeyrinə təmin etməsinə baxmayaraq o vəsaitin yaranma mənbəyi olduğu halda qarşılıqlı iddia da rədd olunmuşdur.
53. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2242/2023 saylı 14 mart 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, X6 və X14 qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqavilələrinə əsasən verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
54. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2242/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir.
55. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2242/2023 saylı 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının və Cavabdeh1 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4771/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən - RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1a, 79 saylı mənzil üzərində Əlipaşayeva (Hüseynova ) Aysel Əlihüseyn qızının 1/2 hissədə payı müəyyən edilməsi, qarşılıqlı iddia tələbi üzrə “Hyundai Elantra” markalı (istehsal ili 2015-ci il), **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh1 1/2 hissədə payının müəyyən edilməsi və Cavabdeh1 5000 manat pulun tutularaq Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızına ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
56. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiyası məhkəməsi) 27 oktyabr 2023-cü il tarixli, 2(103)-2242/2023 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sərdlik edən), E.M.Həsənov, S.X.Bəhrəmzadə) Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci inst ansiya məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, “Kia Sportage” minik markalı avtomobilin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, hərbi şəhərcik 37 saylı evin 36 saylı mənzilinin satışından əldə olunan pul vəsaitinə 1/2 hissədə Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının payı tanınaraq həmin hissədə iddia tələbi qismən təmin edilmiş, ilkin iddia tələbi üzrə Cavabdeh1 28500 manat məbləğində pulun tutularaq iddiaçı Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızına ödənilməsi qət edilmiş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
57. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin- “Kia Sportage” minik markalı, 2015-ci il buraxılışlı, ağ rəngli, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə m ünasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi sözügedən avtomobilə münasibətdə iddia tələbinin əsaslı olması ilə bağlı sübutetmə yükünün iddiaçının üzərində olmasını göstərsə də, nəzərə almamışdır ki, cavabdeh həmin avtomobili 18 fevral 2022-ci il tarixdə alğı satqı yolu ilə özgəninkiləşdirdikdən sonra 21 fevral 2022-ci il tarixdə mediasiyaya müraciət etmişdir. Başqa sözlə məhkəmə hesab etmişdir ki, tərəflər arasında ailə münasibətlərinin ən geci 21 fevral 2022-ci il tarixdə pozulması müəyyən edilmişdir. Halbuki, işin materiallarından görünür ki, 03 iyun 2021-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, “Kia Sportage” minik markalı, 2015-ci il buraxılışlı, ağ rəngli, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 fevral 2022-ci il tarixdə al ğı-satqı yolu ilə indiki həyat yoldaşı X9 adına özgəninkiləşdirilmişdir. Sonuncu Cavabdeh1 etibarnamə vermişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında Cavabdeh1 “Kia Sportage” minik markalı avtomaşını 22000 manata satmasını göstərmişdir.
58. Məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2023-cü ildə avtomobilini satdıqdan sonra cavabdehin iddiaçı ilə ailə münasibətlərinin ən geci 21 fevral 2022-ci il tarixdə, yəni mediasiyaya müraciət etdiyi vaxtdan pozulması qənaətinə gələn birinci instansiya məhkəməsi avtomaşını alan R.Xəlilova ilə cavabdeh arasında faktiki ailə münasibətləri mövcud olmaqla hal-hazırda ailə qurmaları faktına diqqət yetirməmişdir. Belə olan halda sözügedən avtomobil birgə nikah dövründə satıldığından və əldə edilmiş 22000 manat pul vəsaitinin Cavabdeh1 tərəfindən ailəvi xərclərə deyil, şəxsi maraqları üçün sərf edilməsinə dair, eləcə də, tərəflər arasında ailə münasibətlərinin daha öncədən pozulması ilə bağlı məhkəməyə iddiaçı tərəfdən heç bir sübut təqdim edilməməsinə dair məhkəmənin qənaəti əsaslı sayıla bilməz.
59. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 37 saylı evin 36 saylı mənzilinə münasibətdə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan 16 fevral 2022-ci il tarixli “Daşınmaz əmlakın alğı satqı müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 22 yanvar 2009-cu il tarixdə şəxsi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində istifa dədə olan 0,07248 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binanın 3 cü girişində, 2-ci mərtəbəsində, 46,51 kv.metr ümumi, 26 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 36 nömrəli mənzili 35000 manata bacısı oğlu X4, alğı-satqı zamanı İddiaçı və X15 mənzilin satılmasına etiraz etməmələrinə dair ərizə vermişlər. Tələbin bu hissələrinə etiraz edən Cavabdeh1 bildirir ki, qeyd olunan avtomobilin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində istifadədə olan 0,07248 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində, 46,51 kv.metr ümumi, 26 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 36 nömrəli mənzilin satışından əldə edilmiş vəsaiti İddiaçı vermişdir. Lakin işin araşdırılmış hallarından həmin vəsaitin İddiaçı verilməsi müəyyən edilməmişdir. Həmçinin əldə edilmiş vəsaitin İddiaçı verilməsini sübutetmə yükü Cavabdeh1 üzərinə düşsə də bu barədə mötəbər sübutlar təqdim edilməmişdir.
60. Apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, mübahisəli “Kia Sportage” minik markalı avtomobilə dair alğı-satqı müqaviləsinin bağlanması məhz ərarvad arasında münasibətlərin pisləşdiyi dövrə (nikahın pozulması ərəfəsində) təsadüf etmiş, alğı-satqı müqaviləsinin bağlanmasında Cavabdeh1 məqsədi həmin əmlakın gələcəkdə əmlak bölgüsü zamanı bölgünün predmeti olmasının qarşısını almaqdan ibarət olmuşdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən hər iki əmlakın satışından əldə olunan gəlirin ailə ehtiyaclarına bütünlüklə sərf edilməsinə dair sübutların olmamasından əlavə, tərəflər arasında İddiaçı satışa razılı q verəcəyi qədər mehriban, normal ailə münasibətləri olmuşsa sadəcə satışdan sonrakı 3-5 gün ərzində Cavabdeh1a tərəfindən boşanma prossesləri başlanılmasını da mütləq qaydada nəzərə almışdır.
61. Həmçinin məhkəmə tərəflər arasında münaqişəli vəziyyətin yaranması səbəbləri baxımından qeyd edir ki, Cavabdeh1n qeyd olunan avtomobilin və mənzilin satış pullarının iddiaçıya verməsi həm inandarıcı, həm də ağlabatan deyildir. Kollegiyanın qənaətinə görə cavabdeh tərəfindən həyata keçirilmiş bu hərəkətlər İddiaçı birgə nigah dövründə əldə olunmuş əmlakdakı paylarına düşən hissəni ala bilməməsinə hesablanmışdır. Lakin işin faktiki və araşdırılmış halları hər iki əmlakın satışından əldə edilən vəsaitlərin satışdan sonra mediasiya ərizə verilən olduqca qısa vaxt ərzində heç də tərəflərin ailə ehti yacları üçün sərf edilməsini deyil, cavabdehin özü üçün əldə etməsini təsdiq edir.
62. Apellyasiya məhkəməsi həmin əmlakların dəyərlərinə münasibətdə qeyd etmişdir ki, “Kia Sportage” minik markalı avtomobil 22000 manata satılmış, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, hərbi şəhərcik 37 saylı evin 36 saylı mənzil isə 35000 manata satılmışdır. Həmçinin, qeyd olunan əmlakların dəyərinin daha yüksək olması işin halları ilə müəyyən edilməmişdir. Belə olan halda da həmin əmlakların dəyəri alqı-satqı müqavilələrində göstərilən məbləğdə, yəni ümumlikdə 57000 manat vəsaitin yarısı 28500 manatı hissəsi Əlipaşayeva (Hüseynova) Aysel Əlihüseyn qızının xeyrinə tutulmalıdır.
63. Apellyasiya məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin yoxlanılan digər hissələrdə gəldiyi nəticə ilə razılaşır və hes ab edir ki, həmin hissələrdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri həmin hissələrdə əsassız olmuşdur.
64. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 178.1, 213.1, 214.1, 215.1, 215.5, 225.1, 225.3 və 225.6-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 33.2, 33.3, 35, 36.3, 36.8, və 37.1-ci maddələrinə istinadən əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
65. Qarşılıqlı iddia üzrə iddiaçı (vəkil Nümayəndə Maarif oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
66. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayət inin dəlillərinə istinadən əsaslandırılmışdır. b)
67. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
68. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
69. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
70. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
71. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsas ən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
72. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
73. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
74. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
75. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arv adın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
76. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi
77. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
78. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövr ündə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
79. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
80. Maddə 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
81. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
82. Maddə 35. nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
83. Maddə 36.3. mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.
84. Maddə 37.1. Ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
85. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
86. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
87. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
89. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
90. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üz rə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
91. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
92. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında bütövl ükdə mübahisələndiildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
93. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
94. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər apellyasiya instansiya sı məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.
95. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 40 7.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
96. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2242/2023 nömrəli iş üzrə 27 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.