Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7454/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili İsmayılov Ülvi Zahid oğlunun və nümayəndəsi X3, Cavabdeh və nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)8700/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin tutulması tələ binə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən peşə biliklərinin artırılması və reklam edilməsinə görə iddiaçının çəkdiyi xərclərin əvəzi kimi 5000 manat maddi zərər və 1000 manat mənəvi zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia belə əsaslandırılmışdır ki, İddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, Bakı şəhəri Nizami rayonu ərazisində “Nuray gəlinlik və Nurabeauty” gözəllik salonu açaraq oraya əmək müqaviləsi əsasında bir neçə xanım işçini cəlb etmişdir. Cavabdeh də fərdi əmək müqaviləsi bağlamaqla rəsmən işə qəbul etmiş və ona peşə vərdişlərinin formalaşdırılmasında maddi və texniki dəstək göstərmişdir. Müəyyən peşə vərdişlərinə yiyələndikdən sonra işçilərin müəssi səni tərk etməyərək gözəllik salonunun fəaliyyətinə maddi və mənəvi zərər vurulmasının və görülən marka və brendlərin başqa rəqib salonlar tərəfindən istifadə olunmasının qarşısını almaq məqsədilə hər bir işçi ilə əlavə öhdəlik müqaviləsi bağlanmışdır. Cavabdeh ilə də 22 iyun 2018-ci il tarixdə belə məzmunlu müqavilə bağlanmış və notariat kontorunda təsdiq edilmişdir. Müqavilənin şərtlərinə görə tərəflər 24 noyabr 2017-ci il tarixdə bağladıqları əmək müqaviləsinə əsasən işəgötürən İddiaçı təşkilatçılığı və maddi təminatı hesabına işçi Cavabdeh peşə biliklərinin artırılmasının təmin edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin şərtlərinə görə, işəgötürən İddiaçı öz şəxsi vəsaiti hesabına peşə biliklərinin artırılması məqsədilə işçi Cavabdeh Azərbaycan Respublikası daxilində və Respublika dan xaricdə təşkil olunacaq ixtisasartırma kurslarında iştirakını təmin edir və əldə edilmiş bacarıqların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və digər informasiya daşıyıcılarında reklam edilməsini təşkil edir. Kurslarda iştirakla bağlı xərclərin 50%-lik hissəsini, eyni zamanda bacarıqların reklam edilməsi ilə bağlı bütün xərcləri işəgötürən İddiaçı çəkir. İşçi Cavabdeh işəgötürən İddiaçı təşkilatçılığı və maddi təminatı hesabına təşkil olunacaq ixtisasartırma kurslarında iştirak edir, əldə edilmiş bacarıqların reklam edilməsinə razılıq verir və həmin bacarıqların işəgötürənlə bağlanmış əmək müqaviləsi üzrə iş fəaliyyətində tətbiq edilməsini təmin edir. Tərəflərin razılaşmasına əsasən, bu müqavilə bağlandıqdan sonra 5 il müddətində aralarında bağlanmış əmək müqaviləsinə üzrlü səbəb (xəstəlik və ya ailə vəziyyətinin dəyişməsi) olmadan işçi Cavabdeh təşəbbüsü ilə və ya onun təqsiri üzündən xitam verildikdə, o, peşə biliklərinin artırılmasına və reklam edilməsinə çəkilmiş xərclərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaitini əmək müqaviləsinə xitam verildikdən sonra bir ay müddətində işəgötürən İddiaçı ödəməyi öhdəsinə götürür. Həmin müqavilə ilə Cavabdeh öz üzərinə bir sıra öhdəliklər götürməsinə baxmayaraq, 2017-ci ilin dekabr ayında özbaşına işdən çıxmış və 08.01.2019-cu il tarixdən ünvan 1 ünvanında fəaliyyət göstərən “Orxideya” gözəllik salonunda qanunsuz olaraq saç ustası kimi fəaliyyətə başlamışdır. Eyni zamanda o, iddiaçıya məxsus gözəllik salonunda olan saç düzümlərinin şəkillərini öz yeni iş yerinin adı ilə reklam edərək “Orxideya” g özəllik salonunu “İnstaqram” sosial şəbəkəsində paylaşmışdır. 16.01.2019cu il tarixdən cavabdehlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı öz tələblərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 443-cü maddələri ilə əsaslandıraraq hazırkı iddianı qaldırmışdır. Cavabdeh isə İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və dəymiş 10000 manat mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, tərəflər arasında 22.06.2018-ci il tarixli müqavilə bağlanarkən Cavabdeh iddiaçının tabeliyində olan işçi olmuşdur və məhz iddiaçının işəgötürən, rəhbər şəxs kimi hakimiyyətdən sui-istifadə edərək təsir i və təkidi altında, cavabdehin azad iradə ifadəsi olmadan iddiaçının pis niyyəti ilə, yəni cavabdehi 5 il müddətində əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etmək iradəsindən məhrum etmək niyyətilə bağlanmışdır. Müqavilənin 1.4-cü bəndi ilə Cavabdeh üzərinə o, iş yerini dəyişmək arzusunda olduğu halda iddiaçıya onun peşə biliklərinin artırılmasına və reklam edilməsinə çəkilmiş xərclərin əvəzi olaraq 5000 manat ödəmək öhdəliyi qoyulmuşdur. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən həmin əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Bundan əlavə, Mülki Məcəllənin 420.1.5-ci maddəsinə əsasən, təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfə mü qavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar etibarsız sayılır. Hazırkı işdə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxsdir və İddiaçı çəkmədiyi xərclər üçün tənasübsüz surətdə yüksək əvəz tələb edir. Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair hallar nəzərə alınmalıdır. Mübahisələndirilən müqavilə etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq, cavabdehi əlverişsiz vəziyyətə salmaq, yəni pis niyyətlə bağlanmışdır. Belə olan halda Mülki Məcəllənin 420.1.5 və 420.2-ci maddələrinə əsasən müqavilənin 1.4-cü bəndi etibarsızdır. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 328.2-ci maddəsinə əsasən, bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Tərəflər arasında bağlanmış 22 iyun 2018-ci il tarixli müqavilə həmin müqavilənin 1.4-cü bəndində qeyd edilən şərtdən asılıdır, tamamilə həmin şərtin üzərində qurulmuşdur. Həmin şərt etibarsız hesab edildikdə, həm də yuxarıda qeyd edilənlərə əsasən bütün müqavilə də etibarsız hesab edilməlidir. Bundan əlavə, iddiaçının cavabdehə qarşı qanunsuz hərəkətləri, cavabdehi təzyiq altında saxlaması nəticəsində cavabdeh əsəb sarsıntıları keçirmişdir. Buna görə də müqavilə etibarsız hesab edilməklə yanaşı, vurulmuş mənəvi zərərin əvəzi kimi İddiaçı Cavabdeh xeyrinə 10000 manat pul tutulmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 2(011)-4033/2019 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 5000 manat maddi ziyanın əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)8700/2019 nömrəli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli, X.A.Cəmilova və İ.K.Xəlilov) Cavabdeh apelyasiya şikayəti qismən təmi n edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(011)-4033/2019 saylı qətnaməsi qismən, yəni “İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh maddi ziyana görə 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun 24,90 manat (iyirmi dörd manat doxsan qəpik) hissəsi alınaraq ilkin iddia üzrə İddiaçı ödənilsin.” hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, ilkin iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçının özünə aid edilsin. Apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi İddiaçı tutularaq Cavabdeh ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)8700/2019 nömrəli qətnaməsindən İddiaçı v ə vəkili İsmayılov Ülvi Zahid oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili İsmayılov Ülvi Zahid oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iş üzrə toplanmış sübutlar əsasında yeni qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, işin hallarına görə İddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, Bakı şəhəri Nizami rayonu ərazisində “Nuray gəlinlik və Nurabeauty” gözəllik salonu açaraq oraya əmək müqaviləsi əsasında bir neçə xanım işçini cəlb etmişdir. Cavabdeh d ə fərdi əmək müqaviləsi bağlamaqla rəsmən işə qəbul etmiş və ona peşə vərdişlərinin formalaşdırılmasında maddi və texniki dəstək göstərmişdir. Müəyyən peşə vərdişlərinə yiyələndikdən sonra işçilərin müəssisəni tərk etməyərək gözəllik salonunun fəaliyyətinə maddi və mənəvi zərər vurulmasının və görülən marka və brendlərin başqa rəqib salonlar tərəfindən istifadə olunmasının qarşısını almaq məqsədilə hər bir işçi ilə əlavə öhdəlik müqaviləsi bağlanmışdır. Cavabdeh ilə də 22 iyun 2018-ci il tarixdə belə məzmunlu müqavilə bağlanmış və notariat kontorunda təsdiq edilmişdir. Müqavilənin şərtlərinə görə tərəflər 24 noyabr 2017-ci il tarixdə bağladıqları əmək müqaviləsinə əsasən işəgötürən İddiaçı təşkilatçılığı və maddi təminatı hesabına işçi Cavabdeh peşə biliklərinin artırılmasının təmin edilmə si barədə razılığa gəlmişlər. Müqavilənin şərtlərinə görə, işəgötürən İddiaçı öz şəxsi vəsaiti hesabına peşə biliklərinin artırılması məqsədilə işçi Cavabdeh Azərbaycan Respublikası daxilində və Respublikadan xaricdə təşkil olunacaq ixtisasartırma kurslarında iştirakını təmin edir və əldə edilmiş bacarıqların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və digər informasiya daşıyıcılarında reklam edilməsini təşkil edir. Kurslarda iştirakla bağlı xərclərin 50%-lik hissəsini, eyni zamanda bacarıqların reklam edilməsi ilə bağlı bütün xərcləri işəgötürən İddiaçı çəkir. İşçi Cavabdeh işəgötürən İddiaçı təşkilatçılığı və maddi təminatı hesabına təşkil olunacaq ixtisasartırma kurslarında iştirak edir, əldə edilmiş bacarıqların reklam edilməsinə razılıq verir və həmin bacarıqların işəgötü rənlə bağlanmış əmək müqaviləsi üzrə iş fəaliyyətində tətbiq edilməsini təmin edir. Tərəflərin razılaşmasına əsasən, bu müqavilə bağlandıqdan sonra 5 il müddətində aralarında bağlanmış əmək müqaviləsinə üzrlü səbəb (xəstəlik və ya ailə vəziyyətinin dəyişməsi) olmadan işçi Cavabdeh təşəbbüsü ilə və ya onun təqsiri üzündən xitam verildikdə, o, peşə biliklərinin artırılmasına və reklam edilməsinə çəkilmiş xərclərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaitini əmək müqaviləsinə xitam verildikdən sonra bir ay müddətində işəgötürən İddiaçı ödəməyi öhdəsinə götürür. Həmin müqavilə ilə Cavabdeh öz üzərinə bir sıra öhdəliklər götürməsinə baxmayaraq, 2017-ci ilin dekabr ayında özbaşına işdən çıxmış və 08.01.2019-cu il tarixdən ünvan 1 ünvanında fəaliyyət göstərən “Orxideya” gözəllik sa lonunda qanunsuz olaraq saç ustası kimi fəaliyyətə başlamışdır. Eyni zamanda o, iddiaçıya məxsus gözəllik salonunda olan saç düzümlərinin şəkillərini öz yeni iş yerinin adı ilə reklam edərək “Orxideya” gözəllik salonunu “İnstaqram” sosial şəbəkəsində paylaşmışdır. Beləliklə iddiaçıya zərər dəymişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili İsmayılov Ülvi Zahid oğlu və nümayəndəsi X3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli qətnaməsinin ləğv, iş üzrə toplanmış sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və nümayəndəsi X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 25.06.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini qismən təmin edib, ilkin iddianın təmin edilmiş hissəsində ləğv edib, həmin hissədə iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, işdə olan tərəflər arasında notarial qaydada bağlanmış 22.06.2018-ci il tarixli müqavilənin şərtlərinə görə tərəflər 24 noyabr 2017-ci i l tarixdə bağladıqları əmək müqaviləsinə əsasən işəgötürən İddiaçı təşkilatçılığı və maddi təminatı hesabına işçi Cavabdeh peşə biliklərinin artırılmasının təmin edilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin şərtlərinə görə, işəgötürən İddiaçı öz şəxsi vəsaiti hesabına peşə biliklərinin artırılması məqsədilə işçi Cavabdeh Azərbaycan Respublikası daxilində və Respublikadan xaricdə təşkil olunacaq ixtisasartırma kurslarında iştirakını təmin edir və əldə edilmiş bacarıqların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və digər informasiya daşıyıcılarında reklam edilməsini təşkil edir. Kurslarda iştirakla bağlı xərclərin 50%-lik hissəsini, eyni zamanda bacarıqların reklam edilməsi ilə bağlı bütün xərcləri işəgötürən İddiaçı çəkir. İşçi Cavabdeh işəgötürən İddiaçı təşkilatçılı ğı və maddi təminatı hesabına təşkil olunacaq ixtisasartırma kurslarında iştirak edir, əldə edilmiş bacarıqların reklam edilməsinə razılıq verir və həmin bacarıqların işəgötürənlə bağlanmış əmək müqaviləsi üzrə iş fəaliyyətində tətbiq edilməsini təmin edir. Tərəflərin razılaşmasına əsasən, bu müqavilə bağlandıqdan sonra 5 il müddətində aralarında bağlanmış əmək müqaviləsinə üzrlü səbəb (xəstəlik və ya ailə vəziyyətinin dəyişməsi) olmadan işçi Cavabdeh təşəbbüsü ilə və ya onun təqsiri üzündən xitam verildikdə o, peşə biliklərinin artırılmasına və reklam edilməsinə çəkilmiş xərclərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaitini əmək müqaviləsinə xitam verildikdən sonra bir ay müddətində işəgötürən İddiaçı ödəməyi öhdəsinə götürür. İddiaçı Cavabdeh peşə biliklərinin artırılması və reklam edilməsinə görə 5000 manat məbləğində xərc çəkdiyini bildirmiş və tərəflər arasında notarial qaydada bağlanmış 22.06.2018ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmişdir. Həmin müqavilədə çəkilmiş xərcin 5000 manat olduğu qeyd edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış f ayda) başa düşülür. 443-cü maddəsinin ümumi məzmununa görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçı ilk növbədə cavabdehlə aralarında bağlanmış mülki hüquqi müqavilə üzrə nəzərdə tutulmuş qarşılıqlı öhdəliklərin özünün üzərinə düşən hissəsinin icra edilməsinə rəğmən cavabdeh tərəfindən öhdəliklərin icra edilməməklə pozulmasını sübuta yetirməlidir. İddiaçı müqavilə üzrə özünün üzərinə düşən öhdəliklərdən cavabdehin 02.07.2018-ci il tarixdə Türkiyə Respublikasında təlim keçməsi üçün xərclər çəkdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Cavabdeh iş materiallarında olan ümumvətəndaş pasportunun surətində 22.06.2018-ci il tarixdən sonra Türkiyə Respublikasına getməsi barədə qeydin aşkar olunmadığını qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası kass asiya şikayətinin dəlilləri baxımından bir daha qeyd edir ki, iddiaçının cavabdehə qarşı yönəlmiş tələbinin təmin edilməsi üçün ilk növbədə müqavilə şərtlərinin iddiaçı tərəfindən icra edilməsi öz təsdiqini tapmalıdır. Belə ki, cavabdehin müqavilə üzrə öhdəliklərinin icrası məhz iddiaçının öhdəliklərinin icrası ilə qarşılıqlı surətdə şərtləndirilmişdir. Buna baxmayaraq, iddiaçı müqavilənin bağlanmasından sonra müqavilə şərtlərinə uyğun olaraq cavabdehin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onun ölkə daxilində və xaricində təşkil olunan ixtisasartırma kurslarında iştirakını təmin etməsi, habelə reklam etməsindən ibarət öhdəliyin icra etməsini sübuta yetirə bilməmişdir. O da qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış bu müqavilədə müqavilənin bağlanmasından əvvəlki dövrdə iddi açı tərəfin cavabdehə bu məqsədlərlə çəkdiyi müəyyən xərclərin, habelə onu iştirakının təmin edildiyi müxtəlif təlimlərin də nəzərə alınmalı olması ilə bağlı hər hansı şərt əks olunmadığından, və yaxud da müqavilənin bu şərtlərinin əvvəlki münasibətlərə də tətbiq olunması ilə bağlı hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının istinad etdiyi müqavilənin bağlanmasından əvvəlki dövrə təsadüf edən halların hazırki mübahisənin həlli baxımından əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilməmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7454/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7454/2019
18.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver