Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7460/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh MMM-nin vəkili Kişiyev Vüsal Asəf oğlu və nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şi kayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı “mülkiyyətə yönəlmiş maneənin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” ilk iddia ərizəsi ilə, Cavabdeh İddiaçı qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Mehdiyev, iş 2(006)-4648/2018) İddiaçı Cavabdehnə qarşı “mülkiyyətə yönəlmiş maneənin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” ilk iddia tələbi rədd edilmiş, Cavabdeh İddiaçı qarşı “kommunal xidmət haqqı borcunun öd ənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş və İddiaçı Cavabdeh xeyrinə 6146 (altı min bir yüz qırx altı) manat 69 (altmış doqquz) qəpik məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Xəlilov, iş № 2(106)-4079/2019) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi ma ddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh MMM kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh MMM-nin vəkili Kişiyev Vüsal Asəf oğlu izahatında göstərmişdir ki, işə ba xarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdı rılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında mənzili mülkiyyət hüququ əsasında 03 mart 2011-ci il tarixdə, həmin evin 10 nömrəli mənzili isə mülkiyyət hüququ əsasında 03 sentyabr 2005-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.Bakı şəhəri ünvan 2 ünvanında evin idarə edilməsi, istismarı və sakinlərə kommunal xidmətin göstərilməsi 25 iyul 2006-cı il tarixdən Cavabdeh MMM-ə həvalə edilmişdir. Cavabdeh MMM ilə İddiaçı arasında bağlanması nəzərdə tutulmuş 01 aprel 2017-ci il tarixli mənzil-kommunal xidməti haqqında müqavilələrə əsasən icraçı Cavabdeh MMM Bakı şəhəri ünvan 2 ünvanında evin 10 və 12 nömrəli mənzillərinə sahə-kommunal xidmətlərinin həyata ke çirilməsi və s. öhdəliyi üzərinə götürmüşdür. Sifarişçi İddiaçı isə icraçı tərəfindən yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqqını ödəyir. Ödəmənin hər gecikdirilən günü üçün borcun məbləğinin 0,1 faiz miqdarında, ümumi məbləğin 10 faizdən çox olmamaqla dəbbə pulu hesablana bilər. Qeyd edilən müqavilələr İddiaçı tərəfindən imzalanmamışdır. Cavabdeh dəfələrlə İddiaçı bildirişlər ünvanlayaraq ona məxsus mənzillərə dair kommunal xidmət haqqlarına görə yaranmış borcunu ödəməli olması barədə xəbərdar etmişdir.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən 18 sentyabr 2018-ci il tarixli, 17909 saylı məhkəməmühasibatlıq rəyinə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2017-ci il tarixli “mənzilkommunal xidməti haqqında” müqa vilələr üzrə İddiaçı Cavabdeh MMM-ə 01 sentyabr 2018-ci il tarixə 6146,69 manat, 01 iyun 2018-ci il tarixə 5061,98 manat məbləğində kommunal xidmət borcu olduğu müəyyən edilmişdir Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. İddiaçı 01 aprel 2017-ci il tarixli “mənzil-kommunal xidməti haqqında” müqaviləni imzalamadığını əsas gətirərək onun üçün öhdəlik yaratmadığını qeyd edərək qiymət artımının əsassız olduğunu bildirmişdir. İşin faktik i hallarına əsasən iddiaçı sözügedən mənzillərin mülkiyyətçisi olduğu andan kommunal xidmətlərə görə ödənişləri həyata keçirməlidir. Cavabdeh MMM də bu xidmətləri göstərən təşkilat kimi ödənişlərin ödənilməsini tələb etməyə haqqı çatan tərəfdir. Həmin müqaviləni imzalamasa da, iddiaçı həmin kommunal xidmətlərdən yararlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) ba şa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zə rər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı əsasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “2016-cı ilin dekabr ayında Taarif (Qiymət) Şurası tərəfindən kommunal xidmətlərin qiymətlərinin artırılması ilə bağlı qərar qəbul edilməmişdir. Kommunal xidmətlərin qiymət artımı ilə bağlı qərar 2016-cı ilin noyabr ayında qəbul edilmiş və həmin qərarda taariflərin 70 faiz artırılması nəzərdə tutulmur. Mən haqlı olaraq qanunsuz qiymət artımına öz etirazımı bildirmiş və konstitusion hüquqlarımdan istifadə edərək müqaviləni im zalamaqdan imtina etmişəm. Cavabdeh МММ tərəfindən xidmət dayandırıldıqdan sonra isə məhkəməyə müraciət etmişəm. Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa isti və soyuq su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqqlar daxildir. X7 28 noyabr 2016-cı il tarixli qərarları ilə kommunal ödənişlərdən yalnız təbii qazın və elektrik enerjisinin, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri qaldırılmışdır. Taarif Şurasının müəyyən etdiyi taariflər diferensial xarakter daşıyır qərarla müəyyən edilmiş limiti keçən müştəri artıq ödəniş edir. Həmin qiymətlər isə ən yüksək halda belə, mənə təqdim edilmiş müqavilədə göstərildiyi kimi 70 faiz artıq ödənişi nəzərdə tutmur. Mən kommunal xidmətl əri ödəməkdən boyun qaçırmıram, sadəcə şirkətin qanunsuz qiymət artımına qarşı öz haqlı etirazımı bildirirəm. Bundan əlavə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 142.11-ci maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Qiymət artımı üçün ən azından Cavabdeh MMM-in ümumi yığıncağının qərarı olmalıdır, halbuki mən bu qərarla tanış deyiləm, fikrimcə belə bir qərarda mövcud deyil. Yuxarıda qeyd edilənlərə əsasən bildirmək istərdim ki, Cavabdeh MMM-in qiymət artımı ilə bağlı mənə təqdim etdiyi və tərəfimdən imzalanmayan və mənim üçün hüquq v ə öhdəliklər yaratmayan əsassız qiymət artımını nəzərdə tutan müqavilə etibarsızdır.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi İddiaçı Cavabdeh” X3 qarşı “mülkiyyətə yönəlmiş maneənin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” ilk iddia tələbini iddiaçı tərəfindən müvafiq sübutlar təqdim olunmadığına görə əsassız hesab edilərək rədd edilmiş, apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mülki işin həmin hissəsinə dair qətnaməsini dəyişdirmədən saxlamışdır. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilib işin yeni apelyasiya baxışına qaytarılmasını tələb etsə də, kassasiya şikayətində irəli sürdüyü dəlillər özünün iddia tələbi ilə bağlı deyil qarşılıqlı iddianın əsassızlığı ilə bağlıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin İddiaçı iddia tələbinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Qarşılıqlı iddia tələbi ilə əlaqədar Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işə əlavə edilmiş Cavabdeh MMM-nin 28 mart 2017-ci il tarixdə ilkin iddiaçı İddiaçı ünvanladığı bildirişdən məlum olur ki, İddiaçı yaşadığı bina 01.01.2006-cı il tarixdə sakinlərin istifadəsinə verilmiş və bu müddət ərzində kommunal xidmət haqqı hər kv.m üçün ayda 63 qəpik məbləğində tətbiq olunmuşdur. Bildirişdə həmçinin 01.04.2017-ci il tarixdən kommunal xidmət haqqının hər kv.m üçün 1 manat 10 qəpi yə qədər artırılması qeyd olunaraq ödənilməsi tələb olunmuşdur. Mülki işə kommunal xidmət haqqının 2006-cı ildən 01.04.2017-ci ilə kimi ödənilməsini tənzimləyən müqavilə əlavə olunmuşdur. Məhkəmə kollegiyası 01.04.2017-ci ilə kimi tərəflər arasında kommunal xidmət haqqının hər kv.metrə görə 0,63 manat olma barədə razılığını qəbul edir. Belə ki, tərəflər arasında 01.04.2017-ci il tarixə kimi kommunal xidmətlərin məbləği və ödənilməsi ilə bağlı hər hansı mübahisə olmamışdır. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, kommunal xidmətin yaşayış sahəsinin hər kv.metrinə görə 1 manat 10 qəpik olması barədə Cavabdeh MMM tərəfindən 01.04.2017-ci il tarixli müqavilənin tərtib edilməsinə baxmayaraq İddiaçı həmin müqaviləni imzalamamışdır. Ape lyasiya instansiyası məhkəməsi gəldiyi qənaətini İddiaçı ona məxsus olan mənzilləri yüksək qiymətə kirayəyə verməsinə, onun kommunal xidmətlərdən istifadə etdiyinə görə kommunal xidmət haqqını ödəməyə borclu olmasına, iş üzrə təyin edilmiş məhkəmə ekspert rəyinə və “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət)Şurasının 28 noyabr 2016-cı il tarixli qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən ona məxsus mənzillərin yüksək qiymətə kirayəyə verilməsi həmin mənzillərə görə kommunal xərclərin artırılması üçün əsas ola bilməz. Eyni zamanda kommunal xidmətindən istifadə olunması həmin xidmətlərə görə haqqın ödənilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin olunmuş eksper tiza tədqiqatı üçün kommunal xərclərin hər kv.m üçün 1 manat 10 qəpik hesablanmalı olmasının məhkəmə tərəfindən təqdim olunması halında ekspertin rəyi ancaq ümumi məbləğin hesablanması üçün əhəmiyyət kəsb edə bilər. Ona görə də ekspert rəyi ilə müəyyən edilən ümumi məbləğ qəti məbləğ kimi müəyyən edilə bilməz. Azərbaycan Respublikası tarif Şurasının 28 noyabr 2016-cı il tarixli qərarı isə mənzil istifadəçisi ilə Cavabdeh MMM arasında kommunal xərcinin hər kv.m üçün 1 manat 10 qəpik kimi müəyyən edilməsi üçün əsas deyildir. Qeyd olunanlarla əlaqədar tərəflər kommunal xidmət haqqının məbləği ilə bağlı öz aralarında razılığa gələ bilərdilər. Mülki işdə belə bir razılığın əldə olunması öz əksini tapmır. Çoxmənzilli binalarda sahə mülkiyyətçilərinin həmin sahələrin saxlanılması və təmiri, bunun la bağlı, habelə kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə əlaqədar mübahisələrlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında hüuqiq mövqeyini aşağıdakı kimi izah etmişdir: “Özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müv afiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, d amı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan x ərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştər ək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmi yyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1, 38.2, 140.1-ci maddələri). Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər.” Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kommunal xidmət haqqının müəyyən edilməsinə dair binanın sahə mülkiyyətçiləri tərəfindən Mə nzil Məcəlləsində (126.9 və 44-47-ci maddələri) nəzərdə tutulan qaydada qəbul edilmiş qərarı mövcud deyildir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh MMM arşında kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin müvafiq qərarı olmadığına görə Bakı şəhəri, ünvan 1 ünvanında mənzillərə göstərilən xidmətlərə görə kommunal xidmət haqqı tərəflər arasında 01.04.2017-ci il tarixə kimi şifahi qaydada razılaşdırılmış hər kv.m görə 0,63 manat hesabı ilə ödənilməlidir. Bu haqqın iki mənzilə görə 17 ay, yəni 01.09.2018-ci ilə qədər ümumi məbləği 328,7 (162 kv.m+166,7 kv.m) x 0,63 (manat) x 17 (ay) = 3520.4 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.2-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(103)-4079/2019 saylı qətnaməsi dəyişdirilməli, İddiaçı Cavabdeh xeyrinə tutulan pul vəsaitinin məbləği 6146,69 manatdan azaldılaraq 3520,4 (üç min beş yüz iyirmi manat qırx qəpik) müəyyən edilməlidir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsinin qismən dəyişdirilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassa siya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin, İddiaçı Cavabdeh xeyrinə tutulan pul vəsaitinin məbləği 6146,69 manatdan azaldılaraq 3520,4 (üç min beş yüz iyirmi manat qırx qəpik) müəyyən edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7460/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7460/2019
03.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver