Məhkəmə qərarları › İş №2(102)-747/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-747/2023

27.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-747/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, X1, İddiaçı2, X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Mehdiabad Bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: hasarın və tikilinin sökülməsi, ümumi istifadədə olan yolun açılması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, X1, İddiaçı2, X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçünc ü şəxs Abşeron rayonu Mehdiabad Bələdiyyəsi) qarşı qanunsuz inşa olunmuş hasarın və tikililərin sökülməsi, ümumi istifadədə olan yolun açılması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1893/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş üzrə tərəflər Abşeron rayonu, Mehdiabad qəsəbəsində qonşuluqda yerləşən torpaq sahələrinin mülkiyyətçiləridir.

2. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1429 ha torpaq sahəsi iddiaçılar İddiaçı1, X1, İddiaçı2, X4 adına birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydə a lınmışdır.

3. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1 ha ölçüdə digər torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-1927/2019 saylı qətnaməsi ilə Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsi mülkiyyət hüquqlarının həyata keçirilməsinə İddiaçı1 müdaxiləsinin qanunsuz hesab edilməsi, həmin torpaq sahəsinin hasarlarının sökülməsinin İddiaçı1 qadağan edilməsi, həmçinin torpaq sahəsində İddiaçı1 tərəfindən inşa edilmiş qazanxananın onun öz hesabına sökülməsi, İddiaçı1 vurulmuş zərərin əvəzi kimi 751 manatın alınaraq Cavabdeh2 ödənilməsi barədə iddiası təmin edilməmiş, qətnamə qanun i qüvvəyə minmişdir.

5. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha ölçüdə digər torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-233/2015 saylı qiyabi qətnaməsi ilə Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehlər X2, X5, Məmmədova Hicran Sahib qızının və X3 hesabına sökülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(105)-166/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qiyabi qətnamə – torpaq sahəsinin boş aldılaraq iddiaçıya təhvil verilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1 mülkiyyətdə olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin cənub tərəfdən 180 kv.metr hissəsinin boşaldılaraq ona təhvil verilməsi qət edilmişdir. Sonuncu qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyətlərində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1429 ha torpaq sahəsinə gedən və cavabdehlər tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi üçün inşa edilmiş hasarın cavabdehlərin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. İddia tə ləbi onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq sahəsi alınan zaman qarşısında ümumi istifadədə olan yol olmuşdur. Həmin yol sonradan zəbt olunaraq cavabdehlərin torpaq sahələrinə qatılmış, bununla da iddiaçıların əsas yola olan çıxışı qanunsuz olaraq bağlanmışdır. İddiaçıların mülkiyyətlərində olan torpaq sahəsindən maneəsiz istifadə etmək hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Mübahisələndirilən yol bələdiyyənin balansında olan torpaq sahələrinə aiddir və həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdehlər tərəfindən həmin yolun zəbt olunması qanuni və əsaslı hesab edilə bilməz.

9. İddiaçılar öz tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 158.1, 158.4, 159, 239.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 47.1, 47.2, 47.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarına istinad etmişlər.

10. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək, bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, həm onun, həm də cavabdehin torpaq sahəsinin koordinatları uyğun gəlmir. Lakin cavabdehlər tərəfindən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin c ənub tərəfdən 180 kv.metri tutulub. Həmin məhkəmə qərarı icra olunan zaman hazırkı iddiaçıların bundan xəbərləri olmuş, heç bir münasibət bildirməmişlər. Torpaq sahəsindən qanuni əsaslarla istifadə edir. İddiaçıların ona qarşı qanunsuz tikilinin sökülməsinə dair iddia ərizəsi tamamilə əsassızdır. 11. 3-cü şəxsin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçılara məxsus torpaq sahəsi pay torpaqları, cavabdehlərə məxsus torpaq sahələri isə bələdiyyə torpaqlarıdır. Mübahisəli torpaq sahəsi bələdiyyə torpaqlarıdır, həmin torpaq sahəsinin əvvəllər yol olması barədə məlumatı yoxdur.

12. İş üzrə təyin edilmiş ekspertiza üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhk əmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2100 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən naturada Cavabdeh2 faktiki istifadə vəziyyəti ilə 0.0498 ha hissəsi öz yerindədir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı1 və q. məxsus 0,1429 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən naturada faktiki istifadə vəziyyəti ilə 0,0425 ha hissəsi öz yerindədir. İddiaçılar və cavabdeh tərəfindən faktiki istifadə vəziyyətinə əsasən mübahisə olunan yol mövcud deyil.

13. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-44/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin edilməmişdir.

14. Birinci instans iya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların onlara məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.1429 ha torpaq sahəsinə gedən yolun cavabdehlər tərəfindən zəbt olunması müəyyən edilmir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyindən də göründüyü kimi tərəflər məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən naturada faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq vardır. İddia tələbinin əsaslı olması hər hansı sübutla təsdiq olunmur.

15. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçıların torpaq sahələrinə girişçıxış yolu vardır, onlar oradan da yol kimi istifadə edirlər.

16. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İV h issələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Torpaq Məcəlləsinin 66-cı maddəsinə, Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

17. İddiaçı1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

18. İddia ərizəsi ilə oxşar məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İddiaçıların mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə etmək hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Ümumi istifadədə olan torpaq alqı-satqı obyekti ola bilməz. Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi ümumi istifadədə olan yoldur. Faktiki olaraq cavabdehin torpaq sahəsini hasarlaması nəticəsində onun giriş-çıxış yolu bağlanmışdır. Bu hallar özlüyündə iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olur.

19. Apellyasiya baxışı zamanı İddiaçı1 və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmçinin bildirmişlər ki, hazırkı mübahisənin predmeti olan, ümumi yol olduğu iddia edilən torpaq sahəsi Abşeron Rayon Mehdiabad Bələdiyyəsinin balansında olan torpaq sahəsidir. Cavabdehlər həmin torpaq sahəsini sonradan zəbt etmişlər. Bundan əlavə birinci instansiya məhkəməsi bu halın araşdırılması üçün hər hansı zəruri tədbir görməmiş, tərəflərin mülkiyyətlərində olan torpaq sahələri arasında ara məsafəsinin olub-olmamasını dəqiqləşdirməmiş, nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

20. Sumqayıt Apellya siya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1893/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov, (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Rəşadət Ağayev) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar Mülki Məcəllənin 170.1, 170.2, 175.1, 175,2, 175.3-cü maddələrin dispozisiyasına uyğun tələb irəli sürmür, cavabdehlər tərəfindən onlara məxsus torpaq sahəsinə gedən yolun zəbt edildiyini iddia edirlər. İş üzrə mütəxəssis və ekspert rəylərindən görünür ki, iş üzrə tərəflərə məxsus torpaq sahələri naturada qismən öz yerindədir. Belə ki, iddiaçılara məxsus 0,1429 ha torpaq sahəsinin yalnız 0,0425 ha hissəsi faktiki istifadə vəziyyətinə uyğun gəlir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıların faktiki olaraq istifadə etdiyi 0,10 ha torpaq sahəsi onlara məxsus torpaq sahəsi deyildir. Eləcə də, həmin rəylərə əsasən mübahisə olunan yol mövcud deyildir. İddiaçılar cavabdehlər tərəfindən onların torpaq sahəsinə gedən ümumi yolun bağlanmasını iddia etsə də, məhkəməyə bunu sübut edəcək heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir.

22. İddiaçı tərəf sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Başqa sözlə, cavabdehlər tərəfindən onun torpaq sahəsinə gedən yolun özbaşına bağlanması faktı öz təsdiqini tapmamışdır.

23. Məhkəmə, həmçinin qeyd etmişdir ki, tərəflərin mülkiyyətlərində olan torpaq sahələri naturada öz yerində deyildir. İş üzrə tərəflər, xüsusilə iddiaçılar ilk növbədə yuxarıda qeyd edilmiş normalara əsasən onlara məxsus torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş döngə nöqtələrinin koordinatlarının faktiki koordinatlara(naturaya) uyğunlaşdırılması üçün həmin quruma müraciət etməlidir. Nəticəsindən asılı olaraq iddiaçılar daha öncə istinad olunan maddi hüquq normalarına əsasən ictimai yola zəruri keçidin ayrılması üçün qonşu torpaq sahiblərinə, o cümlədən cavabdehlərə kompensasiya ödənilməsi barədə təklif irəli sürməli, mübahisə bu qaydada öz həllini tapmalıdır, yaxud düzəlişdən sonra zəbt faktı müəyyən edilərsə məhkəməyə müraciət olunmalıdır.

24. Məhkəmə öz mövqeyini əsaslandırarkə n Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, Mülki Məcəllənin 152.1, 157.4, 170, 175.1, 175,2, 175.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddələrinə, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli Fərmanına (2.5-ci bəndi) istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı1 (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uy ğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 29, İ və İİİ hissələr. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllə

30. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tə rəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

32. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

33. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. “Daşınmaz əml akın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu

34. Maddə

16. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozun tusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı icraat üzrə apellyasiya məhkəməsinin aktı İddiaçı1 kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instan siyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

45. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1893/2023 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar