Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-75/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, sübutetmə, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(107)-447/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkə mə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Ağdaş rayonu X5 04 iyul 2006-cı il tarixli 240 saylı qərarı ilə məlum olur ki, Ağdaş şəhəri Nizami küçəsi 3/3 saylı evin sakini İddiaçı ərizəsi nəzərə alınaraq şəhərin 42-ci məhəlləsində, Bakı-Qazax avtomaşın yolunun şimalındakı boş, istifadəsiz 16.7 m x 30.0 m= 500.0 kv metr ölçüdə (2 saylı əlavə yer) torpaq sahəsi ev tikintisi üçün onun adına ayrılması, vətəndaş İddiaçı müvafiq vergi qanunvericiliyinə, torpağın sxematik planına, akt, rəy tələblərinə əməl etməklə fəaliyyət göstərilməsi qərara alınmışdır.
2. Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş aktdan məlum olur ki, torpaq sahəsi şəhərin 42-ci məhəlləsində, Bakı-Qazax avtomaşın yolunun şimalında boş, istifadəsiz ərazidədir. İddiaçı həmin yerdəki 16.7 m x 30.0 m ölçüdə (2 s aylı əlavə yer) torpaq sahəsinin ev tikintisi üçün ayrılması məqsədəuyğun hesab edilir. Torpaqdan istifadə edərkən qonşu torpaq mülkiyyətçilərinin mənafeyi nəzərə alınmaqla ekologiya və ətraf mühitin mühafizəsi təmin olunmalıdır. Vətəndaş İddiaçı torpağın sxematik planına, akt, rəy tələblərinə əməl etməklə Ağdaş RİH Başıçısının Tikinti və Memarlıq şöbəsi ilə rəsmi razılaşdırıldıqdan sonra tikinti işinə başlanılmalıdır.
3. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhər, Azadlıq küçəsi, dalan 2, ev 25-də yerləşən 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya mə hkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhəri, Azadlıq küçəsi 42-ci məhəllə də onun istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınılığında cavabdeh X4 tərəfindən ara məsafə divarına bitişik qanunsuz olaraq quraqlığın və tualetin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon, X5 240 nömrəli, 04 iyul 2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpağın alqı-satqı qaydaları” nın 9-cu bəndinə və Azərbaycan Respublikası N azirlər Kabinetinin 20 iyun 2000-ci il tarixli 106 nömrəli qərarına və Ağdaş bələdiyyəsi üzvlərinin ümumi iclasının 29 iyun 2006-cı il tarixli 06 nömrəli protokol qərarına uyğun olaraq ərizəsi nəzərə alınaraq şəhərin 42-ci məhəlləsində, Bakı-Qazax avtomobil yolunun şimalındakı boş və istifadəsiz 16.7m x 30.0m = 500.0 kv.metr ölçüdə (2 saylı əlavə yer) torpaq sahəsi ev tikintisi üçün onun adına ayrılmışdır. Həmin torpaq sahəsi iyun 2006-cı ildə bələdiyyə üzvlərinin və mütəxəssislərin iştirakı ilə qeyd edilən ərazidə naturada ayrılaraq ona tanıdılmış və təhvil verilmişdir və ona torpağın sxematik planına akt, rəy tələblərinə əməl etməklə Ağdaş RİHB-nın Tikinti və Memarlıq şöbəsi ilə rəsmi razılaşdırıldıqdan sonra tikinti işinə başlanılması tapşırılmışdır. Bundan sonra o həmin 0.05 hektar həy ətyanı torpaq sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq fərdi yaşayış evi tikdirmişdir və özü ailəsi ilə müəyyən səbəblərdən qeydiyyatda olduğu yuxarıda qeyd etdiyi ünvanda yaşadığından öz doğma bacısı oğlu X1 ailəsi ilə həmin evə köçürmüşdür. Ona ayrılmış torpaq sahəsi ilə qonşuluqda yaşayan Cavabdeh notariat ofisində rəsmiləşdirilmiş razılığı olmadan qonşuluq münasibətlərinə zidd, qanunsuz olaraq, eləcə də “tikinti norma qaydalarının bir sıra normalarını pozmaqla quraqlı və tualet inşa edərək istifadə edir. Bunun nəticəsində, yəni cavabdehin həmin quraqlığın altından istifadə etməsi, günün çox vaxtını həmin quraqlıqda keçirmələri, daima səs-küy salmaları nəticəsində onlar həyətlərində rahat yaşaya bilmirlər ki, bütün bunlar da istifadəçi kimi, onların qanunla qorunan hüquqlar ını pozur. Cavabdehin qonşu kimi onlara qarşı etdiyi belə qanunsuz və özbaşına hərəkətlərinə son qoyulması və dözülməz vəziyyətin aradan qaldırılması xahişi və tələbi ilə dəfələrlə ona müraciət etməklərinə baxmayaraq, cavabdeh həmin ərazidə tikdirdiyi quraqlığı və tualeti sökməmiş və hazırda sökmək fikri də yoxdur. Rayon İcra Hakimiyyətinə etdikləri müraciət əsasında nümayəndələr həyətə baxış keçirmiş, cavabdeh tərəfindən qonşu kimi onlara qarşı etdiyi qanunsuz hərəkətləri və tikilinin qanunsuz tikili olması öz təsdiqini tapmışdır. Ağdaş Rayon İcra Hakimiyyətin başçısı aparatının memarlıq və Tikinti şöbəsinin mütəxəssisləri tərəfindən cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh həmin tikilini könüllü olaraq sökmədiyinə və qanunsuz hərəkətlərini bu gün də davam etdirdiyinə görə ona m übahisənin həlli məqsədi ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdeh ona qarşı özbaşına, qanunsuz, eləcə də qonşuluğa zidd hərəkətlərini bu gün də davam etdirməkdədir. Bütün bunlar da istifadəçi kimi qanunla qorunan hüquqlarını pozur. Cavabdehin özbaşına qanunsuz hərəkətləri ucbatından dözülməz şəraitdə yaşayırıq. Ona gör də ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 17 noyabr 2020-ci il tarixli 08/H-127-151 saylı məktubdan məlum olur ki, qonşunuz Cavabdeh məxsus həyətanı torpaq sahəsi ilə onlara məxsus həyətyanı torpaq sahəsi arasındakı ortaq divar üzərində talvar quraşdırılır.Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Mə cəlləsinin 72.1 maddəsinə əsasən “Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır”. Araşdırma zamanı məlum olmuşdur ki, qonşuluqdan heç bir icazə alınmadan quraşdırma işləri aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq vətəndaş Cavabdeh qanunsuz quraşdırma işlərinin dərhal dayandırılması barədə şifahi və rəsmi xəbərdarlıq edilmişdir. Eyni zamanda onlara məxsus fərdi yaşayış evinə birləşik quraşdırılmış talvarın tikintisi zamanı qonşu ilə aralarında olan ara məsafəsi haqqında norma və qaydaların pozulmasına səbəb olmuşdur ki, hal-hazırda qonşu ilə aralarında mülki-mübahisəli məsələ yaranmaqdadır. Qüvvədə olan müvafiq qanunvericiliyə əsasən mülki-mübahisəli məsələrlə yalnız məhkəmə qaydası ilə həyata keçirilir və qonşunuzla aranızda olan məsələnin həlli üçün müvafiq qaydada Məhkəmə qarşısında iddia qaldırılmağınız məqsədə müvafiqdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1660 saylı, 16 avqust 2021-ci il tarixli ekspert rəyindən məlum olur ki, Ağdaş rayonunun, Azadlıq küçəsi 42-ci məhəllə də həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında Cavabdeh tərəfindən tikilən quraqlıq və tualet ara məsafəsi gözlənilmədən inşa edilmiş və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 maddəsinin tələbləri pozulmuşdur.
8. Ağdaş Rayon Gigiyena və E pidemiologiya Mərkəzi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli 1114 saylı məktubdan məlum olur ki, müraciətlə əlaqədar 03 sentyabr 2021-ci il tarixdə nümayəndələri tərəfindən hər iki həyətyanı sahədə araşdırılma aparılmışdır. Müşahidələrdə şikayətçi X1 irəli sürdüyü faktlar öz təsdiqini tapmışdır. Belə ki, vətəndaş F.Ə.Hüseynovun yaşayış mənzilinin ən yaxın pəncərələri ilə ayaqyolunun arasındakı məsafə 11.50m olmuşdur. Bu da ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları (Az.DTN2.6-1) 4.20 bəndinin pozulması deməkdir. Bu normaya əsasən ara məsafə minimum 15 metr nəzərdə tutulmalıdır. Eyni zamanda vətəndaş Cavabdeh məxsus ayaqyolu tikilisindən insan ifrazat məhsullarının vətəndaş F.Ə.Hüseynovun həyətyanı sahəsinə sızmaları müşahidə olunmuşdur. Bu da ki, ətrafa kəskin iy-q oxu yaymaqla yanaşı sakinlər arasında infeksion yoluxucu bağırsaq xəstəliklərinin başvermə təhlükəsi doğurur. Bütün bunları nəzərə alaraq tərəflərindən ayaqyolunun söklüərək Dövlət Tikinti Normativlərinin uyğun məsafəyə köçürülməsi qərarı verilmişdir. Hər hansı bir normativə uyğun olmayan tikililərin sökülməsi məhkəmə orqanları tərəfindən həyata keçirilir.
9. Ağdaş Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tаrixli, 2(014)-371/2021 saylı, qətnaməsi (N.Əliyev) ilə iddianın təmin edilməsi, Ağdaş şəhəri, Azadlıq küçəsi 42-ci məhəllədə iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınılığında Cavabdeh tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz olaraq inşa etdiyi quraqlıq (talvar) və tualetin cavabdehin öz hesabına sökülməsi, ödənilmiş dövlət rüsu munun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı:
10. Beləliklə məhkəmədə müəyyən etmişdir ki, Cavabdeh tərəfindən Ağdaş şəhəri, Azadlıq küçəsi 42 saylı evin ərazisində olan tikililərin inşası şəhərsalma və tikinti norma və qaydalarının tələbləri pozulmaqla aparılmış, cavabdehin torpaq sahəsində quraqlıq (talvar) və tualet Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsi ilə, habelə Azərbaycan Respublikası Dövlət tikinti normalarının (AZ.DTN 2.6-1) 4.20-ci bəndi ilə müəyyən edilmiş ara məsafəsi gözələnilmədən ucaldılmışdır. Ona görə də məhkəmə hesab etmiş dir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının qonşuluğunda Ağdaş şəhəri, Azadlıq küçəsi 42-ci məhəllədə onun istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınılığında Cavabdeh tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz olaraq inşa edilmiş quraqlıq (talvar) və tualet cavabdehin öz hesabına sökülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarının 4.1, 4.2-ci bəndləri, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4,69.5,69.5.1. bəndləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2001-ci il tari xli 2718 nömrəli şəhadətnamə əsasında qeydə alınmış “Dövlət şəhərsalma norma və qaydaları”nın 4.7, 4.12, 4.14-cü bəndləri, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 9.1, 9.2, 57.2, 57.2.1, 57.2.4, 57.2.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4, 170.2, 172.2, 180, 180.2, 180.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apelyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)371/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 28 mart 2022-ci il tarixli tarixli 474 saylı cavab məktubuna əsasən aparılmış araşdırmaların nəticəsində Ağdaş şəhəri, Azadlıq küçəsi, 42-ci məhəllə sakini Cavabdeh həyətyanı torpaq sahəsində, istifadədə olan ayaqyolu tikilişi müassir təlabata cavab verən qaydada döşəmə və divarlar naşı materiallarla ( kafel, metlax) işlənilmiş su təchizatı ilə təmin olunmuş tikilinin kanalizasiya xətti bilavasitə mərkəzləşdirilmiş kanalizasiya sistemi ilə əlaqələndirilmiş şəkildə hal-hazırda istifadədədir. Ətraf mühitə sanitar- epidemioloji təhlükəsi yoxdur, o cümlədən hər hansı bir mənfi təsirləri (iy-qoxu və s.) aşkar olunmamışdır.
14. Eyni zamanda cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, tədqiqat nəticəsində Cavabdeh mülkiyyətində olan ün van 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin qonşusu İddiaçı tərəfdə inşa etdiyi daş hasar və sanitar qovşağının divarları həmin qonşu ilə ortaq divarlar deyildir. Cavabdeh mülkiyyətində olan Ağdaş şəhəri, 2-ci dalan 25 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin 9 kv.metr hissəsi qonşu İddiaçı tərəfdə qalmaqla onun istifadəsindədir.
15. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(107)-447/2022 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T. Məcidovdan və A.A. Mahmudovdan ibarət tərkibdə)Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tаrixli, 2(014)-371/2021 saylı qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsini qət etmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə təyin etdiyi ekspert rəyinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Lakin kollegiya həmin ekspert rəyinə tənqidi yanaşaraq, hesab etmişdir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz.
17. Beləliklə, hazırki mübahisənin obyektiv həll edilməsi üçün məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən tikilən tikililər iddiaçının iddia ərizəsində qeyd etdiyi nəticələri doğurmur. Yəni iddiaçının divarında nəmlik və ətrafa hər hansı narahatçılıq verəcək hal müəyyən edilməmişdir.
18. Bundan sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, mülki işin materiallarında Azər baycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş iki arayış (rəy) mövcuddur. Məhkəmə kollegiyası kollegiya tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş 28 mart 2022ci il tarixli 474 saylı cavab məktubunu daha mötəbər sübut kimi qəbul edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin adından verilmiş arayış möhürlənməmiş, kim tərəfindən yazılması qeyri-müəyyəndir. Ancaq məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 28 mart 2022-ci il tarixli tarixli 474 saylı cavab məktubuna əsasən həmin arayış Mər kəzin direktoru tərəfindən imzalanmaqla Mərkəzin möhürü ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə kollegiyası kollegiya tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş 28 mart 2022-ci il tarixli 474 saylı cavab məktubunu daha mötəbər sübut kimi qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
19. Eyni zamanda kollegiya iddia tələbinin Cavabdeh tərəfindən ara məsafə divarına bitişik qanunsuz olaraq (altıaçığın) quraqlığın sökülməsi hissəsinə də münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Belə ki, mütəxəssis rəyindən müəyyən edilir ki, tədqiqat nəticəsində Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin qonşusu İddiaçı tərəfdə inşa etdiyi daş hasar qonşu ilə ortaq divarlar deyildir. Cavabdeh mülkiyyətin də olan Ağdaş şəhəri, 2-ci dalan 25 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin 9 kv.metr hissəsi qonşu İddiaçı tərəfdə qalmaqla onun istifadəsindədir.
20. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam təmin etmişdir.
21. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. İ ddiaçı kassasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(107)-447/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, cavabdeh X4 iddiaçıdan heç bir razılıq almadan özbaşına tikili apararaq mülkiyyət huquqlarını pozmuşdur. İlkin araşdırma zamanı birinci instansiya məhkəməsi –Ağdaş rayon Məhkəməsi bu işə düzgün hüquqi nəticə vermiş və Ağdaş şəhəri Azadlıq küçəsi 42-ci məhəllədə iddiaçı- İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış e vinin yaxınlığında iş üzrə cavabdeh X4 tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz olaraq inşa etdiyi quraqlıq (talvar) və tualet cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul etmişdir. Lakin, Şəki Apellyasiya Məhkəməsi AR. Şəhərsalma və Tikinti Məcəlləsini 72-ci maddəsində nəzərdə tutulan normaların tələblərinə riayət etməmişdir.
24. Heç bir qanunvericiliyin tələbləri olmadığı halda əsassız olaraq, Ağdaş rayon Məhkəməsi qətnaməsini ləğv edərək, Şəki Apellyasiya Məhkəməsi qanunsuz və qeyriobyektiv qərar qəbul etmişdir. Şəki Apellyasiya Məhkəməsi bu mülki işlə bağlı heç bir qanunvericiliyin normalarının tələblərinə əməl etmədən qanunsuz və əsassız qərar qəbul etmişdir. Şəki Apellyasiya Məhkəməsi AR Mülki Məcəllənin göstərilən bu tələblərinə də əhəmiyyət vermədən və bir başa Qanun un tələblərində görə “Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır” kimi normaların tələblərinə də məhəl qoymadan əsassız və qeyri-obyektiv olaraq qətnamə qəbul edərək, mən-İddiaçı huquqlarını kobud surətdə pozmuşdur. Hətta, Şəki Apellyasiya Məhkəməsi bu iş üzrə möhtəbərt subut sayılan ekspert rəyi olan- AR. Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10\16660 saylı, 16 avqust 2021-ci il tarixli ekspert rəyini və mütəxəssis arayışı olan- Ağdaş rayonGigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli 1114 saylı məktubundan məlum olur ki, yerinə baxış zamanı mən İddiaçı və digər ailə üzvülərinin yaşadığı yaşayış mənzilinin ən yaxın pəncərəsi ilə ayaqyolunun arasındakıməsafə 11, 50 metr olmuşdur. Bu da, AR. Dövlət Tikinti normaları( Az. DTN 2.6-1) 4.20 bəndinin pozulması deməkdir və həmin normaya əsasən ara məsafəsi minimum 15 metr nəzərdə tutulmuşdur. Yerində baxış zamanı həmçinin ekspert və mütəxəssislər müəyyən etmişlər ki, cavabdeh- Həvayət Əliyevaya məxsus ayaqyolu tikintisindən insan ifrazat məhsullarının mən-İddiaçı məxsus həyətyanı sahəsinə sızmaları müşahidə olunmuşdur. Butün bu xususatlar ekspert rəyində və mütəxəssis arayışında öz əksini tapmasına baxmayaraq, nədənsə X2 Mülki Kollegiyası mübahisə olunan əraziyə baxış keçirmədən, öz mülahizələrinə əsaslanaraq, qətnaməd ə ekspert rəyini sübut növü saymadan mənİddiaçı əlehinə qərəzli şəkildə qətnamə qəbul etmişdir. Hesab edirik ki, bu da maddi huquq normalarının kobud surətdə pozulması deməkdir.
25. Kassator şikayətini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsini 72, MPM-nin 9, 14.1-cü maddələrinə və Məhkəmə qətnaməsi haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının:
27. Maddə 13-cü Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə 29-cu hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstü nlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
29. Maddə 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
30. Maddə 139.1-ci mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habel ə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
31. Maddə 152.1-ci mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 32. 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qo nşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33.Maddə 14.2-ci məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1-ci tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 35.Maddə 76.2-ci bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidləri n ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 36.Maddə 77.1-ci hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 37.Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 38.Maddə 101.7-ci ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 39.Maddə 103.1-ci ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 40.Maddə 217.4-cü məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutl arla əsaslandırır. 41. 416-cı kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 42. 418.1-ci maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 43. 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərp ası təmin olunmalıdır. 44. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 45. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 46. 17-ci bəndinə əsasən kasasiya və apelyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kasasiya baxışının hədləri:
47. Azər baycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
48. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Mülki işin materialları ilə müəyyən edilir ki, kassasiya şikayətində göstər ilənin əksinə olaraq işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası hazırki mübahisənin obyektiv həll edilməsi üçün mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən tikilən tikililər iddiaçının iddia ərizəsində qeyd etdiyi nəticələri doğurmur. Yəni iddiaçının divarında nəmlik və ətrafa hər hansı narahatçılıq verəcək hal müəyyən edilməmişdir.
51. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini əsaslandırarkən yerli baxışın nəticələrinə əlavə olaraq qeyd emişdir ki,birinci instansiya məhkəməsi iş üzrə təyin etdiyi ekspert rəyinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Lakin kollegiya həmin ekspert rəyinə tənqidi yanaşaraq, hesab etmişdir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz.
52. Bundan sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, mülki işin materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş iki arayış (rəy) mövcuddur. Məhkəmə kollegiyası kollegiya tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş 28 mart 2022-ci il tarixli 474 saylı cavab məktubunu daha mötəbər sübut kimi qəbul edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin adından verilmiş arayış möhürlənməmiş, kim tərəfindən yazılması qeyri-müəyyəndir. Ancaq məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 28 mart 2022-ci il tarix li tarixli 474 saylı cavab məktubuna əsasən həmin arayış Mərkəzin direktoru tərəfindən imzalanmaqla Mərkəzin möhürü ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə kollegiyası kollegiya tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş 28 mart 2022-ci il tarixli 474 saylı cavab məktubunu daha mötəbər sübut kimi qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
53. Eyni zamanda kollegiya iddia tələbinin Cavabdeh tərəfindən ara məsafə divarına bitişik qanunsuz olaraq (altıaçığın) quraqlığın sökülməsi hissəsinə də münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Belə ki, mütəxəssis rəyindən müəyyən edilir ki, tədqiqat nəticəsində Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin qonşusu İddiaçı tərəfdə inşa etdiyi daş hasar qonşu ilə ortaq divarlar deyildir. Cavabdeh mülkiyyətində olan Ağdaş şəhəri, 2-ci dalan 25 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin 9 kv.metr hissəsi qonşu İddiaçı tərəfdə qalmaqla onun istifadəsindədir.
54. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam təmin etmişdir.
55. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən əsaslandırması ilə razılaşır və qeyd edir ki, apelyasiya in stansiyası məhkəməsinin gəldiyi nəticə işin ədalətli həllinə də uyğundur.Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd etmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir.
56. Qeyd olunanlara əsasən kassasiya şikayəti dəlillərinin əsaslılığı müəyyən edilmədiyindən təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(107)- 447/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.