Məhkəmə qərarları › İş №2(102)-7503/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7503/2019

06.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7503/2019 06.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı ASC-nin vəkili Qulamov Ceyhun Oktay oğlunun, Cavabdeh6 və onun vəkili Yusubov Orxan Hümbət oğlunun iştirakları ilə, Cavabdeh6 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh6 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 201 9-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı «kreditlər və qarantiya üzrə əsas borcların, hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(006)-227/2018) iddia ərizəsinin təmin olunması, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər “xxxx” MMC-dən, Cavab deh6, Cavabdeh8 və Cavabdeh7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaiti, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh6 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (alt mış üç) qəpik cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh6 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə, cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər “xxxx” MMC-dən, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat xidmət haqqı vəsaitinin tutulması, K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməsi, həmçinin tutmanın Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ip oteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1606 saylı kredit müqavilələri üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* (bir milyon bir yüz əlli min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1662 saylı ərizələr üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 155000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilməsi, həmin əmlaklar açıq hərracda satılmas ı, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsaitin cavabdehlər “xxxx” MMC-nin, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutmanın yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğin “xxxx” MMC-nin, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin “xxxx” MMC-dən, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (məruzəçi), V.Həsənov, N.Cəfərov, iş № 2(103)59 70/2019) cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh6 vəkili Yusubov Orxan Hü mbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı ASC-nin vəkili Qulamov Ceyhun Oktay oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxl ayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 25 sentyabr 2018-ci il tarixli, PBCOS-2010 saylı maliyyə arayışından görünür ki,“xxxx” MMC-nin 24 sentyabr 2018-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri a şağıdakı kimidir: 1) 14 aprel 2016-cı il tarixli, K1874 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik, faiz borcu 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik, cərimə borcu 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik təşkil edir. Cəmi öhdəlik üzrə borc ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik manat təşkil edir. 2) 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik, faiz borcu 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik, cərimə borcu 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik təşkil edir. Cəmi öhdəlik üzrə borc 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik təşkil edir. 3) 07 avqust 2015-ci il tarixli, 2015-129LG saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent, faiz borcu 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd sent), cərimə borcu 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent təşkil edir. Cəmi öhdəlik üzrə borc 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəllənin: 385. 1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyə cəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Cavabdeh6 kassasiya şikayətində apelyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “...məhkəmə araşdırılması cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Həmin qətnamədən və İddiaçı ASC-nin iddia tələblərindən eyni zamanda göründüyü kimi, iddia tələblər külli və mürəkkab məbləğlərinin ödənilməsindən ibarətdir, məhkəmə tərəfindən isə həmin iddia tələbləri tam həcmdə təmin olunub. Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, öz təşəbbüsü ilə də müvafiq ekspertizasını təyin etmək səlahiyyətlərə malikdir. Həmçinin qeyd etmək lazımdır ki, aşağı instansiya məhkəmələri iddia tələblərini eyni zamanda dəbbənin ödənilməsi barədə iddia tələblərinin həllinə formal yanaşıblar, əsas və faiz borcunun onsuz da külli məbləğdə olmasına baxmayaraq cərimə də tənasübsüz surətdə yüksək səviyyədə he sablanıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi isə, nə Nəsimi Rayon Məhkəməsi tərəfindən, nə də ki Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən dəbbə pulunun tənasübsüz surətdə yüksək şəkildə hesablanmasına heç bir hüquqi qiymət verilməyibvə onun azaldılması istiqamətində heç bir hüquqi atdım atıimavıb” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə razılaşır. Belə ki, mülki işin materialları ilə müəyyən edilir ki, məhkəmələr tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi əsasında 3 kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə hesablanaraq tutulmuş, kreditin verilməsi və ödənilməsi 2015-2016-2017 və 2018-ci il tarixlərini əhatə etmiş, məhkəmələr tərəfindən kredit müqavilələri üzrə əsas borc, faiz borcu və cərimə borcu ilə əlaqədar heç bir dəyərləndirmə aparılmamış və yalnız, İddiaçı ASC-nin 25 sentyabr 2018-ci il tarixli maliyyə arayışı əsas götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, üç müqavilə üzrə cəmi 1.836.103 (1.593.488+242.615) manat və 105.323 ABŞ dolları məbləğində borcun müəyyən edilməsi xüsusi bilik tələb olunan sual kimi başa düşülməli və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli idi. Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 97.1-ci maddəsinı əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkə mə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar