Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-754/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh, iddiaçı Cavabdeh İddiaçı qarşı ilk və qarşılıqlı iddia ərizələrinə dair iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qusar Rayon İcra Hakimiyyəti və Qusar Bələdiyyəsi) özbaşına tikintinin sökülməsi tələbinə dair ilk, cavabdehin iddiaçıya qarş ı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsi və Qusar RİH) torpaq sahəsində aparılmış tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbləri barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1866/2022 nömrəli iş üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 16.02.2007-ci il tarixli **********86-XXX reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət rey estrindən çıxarışa görə, ünvanndə X7 mülkiyyətində olan 0.0377 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 58 kv.metr yaşayış, 99.62 kv.metr köməkçi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının XXX nömrəli vərəqində qeydiyyata alınmışdır. 2. 20.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan1 39 nömrəli ünvanda yerləşən, ümumi sahəsi 142.60 fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0377 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
3. XXX reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə, ünvan ev 31 ünvanda yerləşən 0.046 69 ha yaşayış məntəqələri tipli torpaq tam mülkiyyət payı üzrə Cavabdeh məxsusdur.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin xx.xx.2019-cu il tarixli 37/0-XXX nömrəli məktubuna əsasən, ünvan 2 ünvanda inşa edilmiş fərdi yaşayış evinin tikintisinin Qusar RİH tərəfindən razılaşdırılmış eskiz layihəsindən kənarlaşmaqla aparıldığı mütəxəsislər tərəfindən aşkarlanmışdır. Bununla əlaqədar, fərdi yaşayış evinin layihə vəziyyətinə gətirilməsi barədə vətəndaş Cavabdeh tapşırıqlar verilmişdir.
5. Qusar RİH Başçısının Aparatının xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli müxtəlif şəxslərə ünvanlanmış məktublarına görə, ünvan ev 31 ünvanda Cavabdeh Qusar RİH ilə razılaşdırılmış layihədən kənara çıxmaqla fərdi yaşayış evi inşa etmi şdir. Bununla əlaqədar Cavabdeh AR FHN Tikintidə X9 Agentliyinin Şimal Regional Mərkəzinin və RİH Başçısının Aparatının Memarlıq və tikinti şöbəsinin mütəxəsisləri tərəfindən dəfələrlə yaşayış evinin RİH ilə razılaşdırılmış layihəyə uyğun inşa etdirilməsini və inşa etdiyi fərdi yaşayış evinin layihədən kənara çıxmış əlavə hissələrini sökməklə layihəyə uyğunlaşdırılmasını tövsiyə etmişdir. Bu barədə Cavabdeh RİH tərəfindən xəbərdarlıq məktubu da göndərilmişdir. Əks təqdirdə barəsində qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. Əlavə olaraq, şikayətçi İddiaçı özünə məxsus fərdi yaşayış evini ara məsafəni saxlamadan qonşusu Cavabdeh məxsus torpaq sahəsinin sərhəd xəttinin üzərində inşa etmişdir.
6. Qusar RİH-in xx.xx.2020-ci il tarixli 2-XXX nömrəli mülahizəsinə görə, Cavabdeh ilə ünvanndə tikilmiş fərdi yaşayış evinin yaxın qonşuları olan İddiaçı və X8 ilə razılaşma protokolunun imzalanması və razılaşmanın notariat qaydada rəsmiləşdirilməsi, ya da Cavabdeh tərəfindən RİH ilə razılaşdırılmış layihədən kənara çıxmaqla qanunsuz olaraq yaşayış evinə əlavə edilmiş konstruksiyaların və mansar mərtəbəsi onun öz vəsaiti hesabına sökülməsi tövsiyyə olunmuşdur.
7. Qusar RİH Başçısının X1 ünvanlanmış xx.xx.2020-ci il tarixli 3-XXX nömrəli cavab məktubuna əsasən, Cavabdeh şəhərin ünvan küçəsində yerləşən özünə məxsus həmin torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini kobud şəkildə pozmaqla, RİH Başçısının Aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılmış tikinti layihəsindən kənara çıxmaqla yaşayış binası inşa etmişdir. Bu barədə Cavabdeh dəf ələrlə həm yazılı, həm də şifahi xəbərdarlıq edilmişdir. Lakin, Cavabdeh edilən xəbərdarlıqlara məhəl qoymayaraq tikinti işlərini davam etdirmişdir. RİH Başçısının Aparatının Memarlıq və tikinti şöbəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Məlum məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyi tövsiyə edilmişdir.
8. Qusar RİH Başçısının Aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi XXX, aparıcı məsləhətçisi XXX və şikayətçi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta görə, şəhərin ünvan küçəsi ev 35 ünvanda yaşayan X4 RİH-ə ünvanladığı şikayət ərizəsinə əsasən həmin ünvana baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, ünvan küçəsində, XXXun qonşuluğunda Cavabdeh özünə məxsus torpaq sahəsində Şəhərs alma və Tikinti Məcəlləsinin qaydalarını və qonşuluq hüquqlarını kobud şəkildə pozmaqla qonşu ilə ara məsafəsi saxlamadan (70-80 sm), pəncərə bloklarını XXXun həyətinə tərəf açmaqla dörd mərtəbəli, zirzəmili yaşayış binası inşa etmişdir. Binanın üst mərtəbəsinin açıq eyvan hissəsindən axan yağış sularının axıdılması üçün XXXun yaşadığı evə tərəf quraşdırılmış (100 mm-lik) plastik borusuna da binanın daxili kanalizasiya xətləri qoşulmuşdur. Bu da ətraf mühitin gigiyenik cəhətdən çirklənməsi və ətrafa xoşagəlməz qoxunun yayılmasına səbəb olacaqdır. Cavabdeh RİH tərəfindən razılaşdırılmış layihədən kənara çıxmaqla mərtəbələrin sayını artırmış və binanın dam hissəsinə açıq eyvan quraşdırmışdır. Ona bu barədə RİH tərəfindən həm yazılı, həm də şifahi xəbərdarlıq edilmişdir. Lakin Cavabdeh xəbərd arlıqlara məhəl qoymayaraq, qeyd edildiyi kimi təsdiq edilmiş layihənin qaydalarını kobud şəkildə pozmaqla həmin binanın tikintisini başa çatdırmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının xx.xx.2021-ci il tarixli 10/631 nömrəli rəyinə görə, Cavabdeh tərəfindən ünvan 7 ünvanda inşa edilmiş tikilinin yerüstü mərtəbəsinin 3 mərtəbə olmasını, birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək olan məsafənin 12 metrdən az olmasını və aşırımlarının uzunluğunun 6 metrdən az olmasını nəzərə alaraq, həmin tikilinin məlumatlandırma icraatı qaydasında inşa olunduğu müəyyən olunmuşdur. Cavabdeh məxsus tikili inşa olunarkən həmin tikiliyə dair 2016-cı ildə Qusar RİH Başçısı Aparatının Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış eskiz layihədən kənara çıxılmışdır. Belə ki, həmin tikilinin mansarda mərtəbəsi, mansarda mərtəbəsinin ətrafında olan balkon tikilisi, birinci, ikinci, üçüncü mərtəbələrdə divarlarda olan çıxıntılar eskiz layihədə nəzərdə tutulmamışdır. Eyni zamanda, daxili arakəsmə divarlar, pəncərələrin sayı və yeri, mərkəzdə yerləşən sütunların sayı eskiz layihəsinə uyğun deyil. Cavabdeh məxsus tikilinin mansarda mərtəbəsi inşa olunarkən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.5-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. İddiaçı məxsus fərdi yaşayış evinin ona məxsus torpaq sahəsinin sərhəd xəttinin üzərində yerləşməsini və Cavabdeh məxsus tikilinin razılaşdırılmış eskiz layihədə göstərilən yerdə inşa olunmasını nə zərə alaraq, Cavabdeh məxsus tikili inşa edilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinin (Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) və 70.1-ci maddəsinin (Yanaşı sahələrdə obyektlərin yerləşdirilməsi) tələblərinin pozulmadığı müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh məxsus tikilinin hündürlüyü, mərtəbələrin sayı, həmçinin aşırımların uzunluğu, dam örtüyünün və eyvanların ölçüləri Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd deyil. Cavabdeh tərəfindən ünvan 8 ünvanda inşa edilmiş tikilinin İddiaçı məxsus torpaq sahəsinin sərhəd xəttinə ən yaxın hissədə 1.5 metr aralıda inşa olunduğunu nəzərə alaraq, həmin tikilinin İddiaçı məxsus torpaq sahəsinin sərhədlərini pozmadığı m üəyyən olunur. Cavabdeh məxsus torpaq sahəsinin şimal-şərq tərəfindən uzunluğu boyunca konkret sərhəd xətti (hasar) yerində mövcud olmadığından, 1984-cü il tarixli Texniki pasport sənədində göstərilən yaşayış evi faktiki olaraq söküldüyündən İddiaçı məxsus fərdi yaşayış evinin hər hansı bir hissəsinin Cavabdeh məxsus torpaq sahəsinin hüdudlarına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən inşa olunmuş həmin fərdi yaşayış evinin möcudluğu İddiaçı hüquqlarını pozub-pozmamasının müəyyən olunması və həmin evin həmin vəziyyətdə saxlanması həmin şəxsin və ya digər şəxslərin həyatı və sağlamlığı üçün hər hansı təhlükə yaradıb-yaratmamasının müəyyən olunması hüquqi xarakterli məsələ olmaqla tikinti-texniki ekspertizanın predmetinə aid olmadığından bu suallar üzrə tədqi qat aparılmamışdır.
10. AR FHN Tikintidə X9 Agentliyinin “Azərinşaatlayihə” DBLKTİ-nin baş mühəndisinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə görə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü 0.00 səviyyəsindən, yəni yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklər dən və fasadlardan ibarət memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Cavabdeh ünvan 7 ünvanda inşa olunmuş mansardalı fərdi yaşayış evinin tikintisi üçün Qusar Şəhər İcra Hakimiyyətinə məlumtlandırma icraatı qaydasında müraciət etmiş və təqdim etdiyi layihə razılaşdırılmışdır. Lakin, yerində inşa olunmuş fərdi yaşayış evi məlumatlandırma icraatı qaydasında İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış və möhür ilə təsdiq olunmuş layihədən fərqli inşa edilmişdir. ünvan 7 ünvanda monolit dəmir-betondan karkas tipli inşa olunmuş fərdi yaşayış evinə vizual texniki baxış keçirilən zaman evin konstruktiv elementlərində gözlə görünən hər hansı inşaat norma və qaydalarının pozulması müəyyən edilməmişdir. Müayinə zamanı evin konstruksiya layihəsinin işçi cizgiləri, geoloji mühəndisaxtarış işləri, konstruktiv hesabatı təqdim olunmadığından və tikinti tam başa çatdığından, konstruksiya elementlərinin üstü örtüldüyündən konstruksiya elementlərinin armaturlanması, onların yükgötürmə qabiliyyəti, həmçinin inşaat norma və qaydalarının tələblərinə uyğunluğu müəyyən edilə bilmir. Cavabdeh məxsus yaşayış evinin eskiz layihəsinə əsasən eni və uzunluğunun oxlararası ölçüləri 14,10x19,60 metr olmaqla zirzəmili, 3 mərtəbəli, çardaq tipli nəzərdə tutulmuşdur. Zirzəmi və mərtəbələrin hündürlüyü 2.35 metrdir. Daxildə yerləşən mərkəzi sütunlar uzununa istiqamətdə 4 ədəd layihələndirilmişdir. İcra Hakimiyyətinə təqdim olunan layihədən fərqli olaraq edilmiş dəyişikliklər aşağıdakılardır: ünvan 7 ünvanda inşa olunmuş fərdi yaşayış evinə vizual baxış keçi rilən zaman evin eni və uzunluğunun oxlararası ölçüləri zirzəmi və 1-ci mərtəbədə 13,90x18,90 metr, 2-ci və 3-cü mərtəbədə 13,90x19,90 metr olmaqla zirzəmili, 3+(mansarda) mərtəbəli inşa olunduğu müəyyən edildi. Zirzəminin hündürlüyü 1-ci mərtəbənin döşəməsinin üst səviyyəsinə kimi 3,80 metr, mərtəbələrdə 3,20 metr, mansardada isə 2,50÷3,60 metr inşa olunmuşdur. Eyni zamanda evin daxilində uzununa istiqamətdə mərkəzdə yerləşən sütunların sayı 6 ədəd inşa edilmişdir. ünvan 7 ünvanda zirzəmili, 3+(mansarda) mərtəbəli inşa olunmuş fərdi yaşayış evinin hündürlüyü 13,40 metr olduğunu nəzərə alaraq, bu fərdi yaşayış evi üçün ara məsafəsi öz torpaq sahəsinin sərhəddinə qədər 13,40x0,3=4,02 metr olmalıdır. Ara məsafəsi yuxarıda göstərilən tikinti məcəlləsinin 69.2-ci maddəsinə əsasən torpaq sahəsi nin sərhəddinə qədər müəyyən edilir. Torpaq sahəsinin sərhədləri koordinatlara əsasən yerində müəyyən edilərək, həmin sərhəddən ara məsafəsi ölçülməlidir. Yerində torpaq sahələrinin sərhədlərini müəyyən etmək mümkün olmadı. Fərdi yaşayış evləri arasındakı məsafə 1,50÷1,70 metr təşkil edir. Rəydə həmçinin qeyd olunmuşdur ki, sualın 1-ci hissəsi - yəni “Cavabdeh tərəfindən inşa olunmuş həmin fərdi yaşayış evinin mövcudluğu İddiaçı hüqüqlarını pozurmu” sualı inşaat mühəndisinin səlahiyyətinə aid olmadığından cavablandırılmır. 2-ci sualın cavabında qeyd edildiyi kimi yaşayış evinin konstruktiv elementlərində gözlə görünən hər hansı inşaat norma və qaydalarının pozulması müəyyən edilməmişdir. Müayinə zamanı evin konstruksiya layihəsinin işçi cizgiləri, geoloji mühəndis-axtarış işləri, konstrukt iv hesabatı təqdim olunmadığından və tikinti tam başa çatdığından konstruksiya elementlərinin armaturlanması və onların yükgötürmə qabiliyyəti, həmçinin inşaat norma və qaydalarının tələblərinə uyğunluğu müəyyən edilə bilmir. Qeyd etmək lazımdır ki, zirzəmili, 3+(mansarda) mərtəbəli karkas tipli inşa olunmuş fərdi yaşayış evinə vizual baxış zamanı evin yükdaşıyan konstruksiyalarında çat, zədə və deformasiyalar rast gəlinməmişdir. Rəyə müvafiq fotoşəkillər əlavə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qusar RİH və Qusar Bələdiyyəsi) ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan ev 31 ünvanda qeyri-qanuni ş əkildə, tikinti norma və qaydaları, o cümlədən onun qonşuluq hüququ kobud şəkildə pozulmaqla inşa edilmiş çoxmənzilli yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Cavabdeh də iddiaçıya qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər AR İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsi və Qusar RİH) məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, onun mülkiyyətində olan ünvan 10 ünvanda yerləşən torpaq sahəsində iddaçı tərəfindən aparılmış tikililərin (yaşayış evinin) iddiaçının öz hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, həmçinin, ona məxsus torpaq sahəsində iddiaçının inşa etdiyi tikililərə (yaşayış e vinə) dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. İlk iddianın əsaslarına görə, iddiaçı ünvan 11 ünvanda yaşayır. Cavabdeh isə onunla qonşuluqda ünvan küçəsi ev 31 ünvanda yaşayır. Cavabdeh özünə məxsus olan fərdi yaşayış evini sökmüş, həmin ərazinin perimetri boyu küçənin yaşıllıq zolağını da zəbt edərək, evlərinin xarici divarlarının 1.5-1.7 metr yaxınlığında 3-4 metr dərinliyində katlavan qazdırmış, daha sonra isə həmin ərazidə tikinti norma və qaydalarını kobud şəkildə pozmaqla 5 mərtəbəli çoxmənzilli ev inşa etmişdir. Tikintiyə adi vizual olaraq baxdıqda görünür ki, konstruktiv əsaslandırma aparılmamış, yanğın təhlükəsizliyinə riayət edilməmişdir. Tikinti obyekti keyfiyyətsiz qırmızı kərpicdən istifadə olunmaqla hörülərək araları nazik armaturla sütunlardan tikildiyindən, obyekt 4-5 ballıq zəlzələyə davamsız olduğundan, onun evinin üstünə uçmaq təhlükəsi yaradır. Bu barədə aidiyyəti qurumlara, o cümlədən Qusar RİH-ə və FHN Tikintidə Təlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etmişdir. Cavabdeh yuxarıda qeyd etdiyi çoxmənzilli yaşayış evini inşa etdirərkən layihədən kənara çıxmaqla tikinti norma və qaydalarını, eləcə də, qonşu kimi onun hüquqlarını kobud şəkildə pozmuş, onu və digər qonşuları təhlükəyə məruz qoymuşdur. Ona görə də, həmin tikili cavabdehin öz hesabına sökülməlidir.
14. Qarşılıqlı iddianın əsaslarına görə, cavabdeh, Quba rayon Notariat Kontorunun təsdiq etdiyi xx.xx.1996-cı il tarixli p3-m-XXX nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 12 ünvanda yerləşən evi torpaq sahəsi ilə birgə, əmlakın əvvəlki mülkiyyətçisi X2 almışdır. Həmin alqı-satqı müqaviləsi “X5 Büro”su tərəfindən X3 adına verilmiş 1983-cü ilin dekabr tarixli 148 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” əsasında həyata keçirilmişdir. Sözügedən Pasporta əsasən satın alınmış torpaq sahəsinin ölçüləri küçə boyunca 18.6 metr, qonşuların sahələri ilə toxunan hissədə 25.1 metr təşkil edir. Torpağın məhz bu ölçülərinə əsasən tərəfindən müvafiq torpaq sahəsi satın alınmışdır. Lakin, faktiki duruma baxanda müəyyən olunur ki, iddiaçı öz evini tikərkən ona məxsus torpaq sahəsinin sərhədi boyunca təqribən 1.8 metr ölçüdə ona məxsus torpaq sahəsinə girmiş və ümumən 45.18 kvadrat metr (25.1 x 1.8) torpa q sahəsini zəbt edərək üzərində ev tikmişdir. Üçüncü şəxs DƏDRX 5 saylı Xaçmaz ərazi idarəsi isə öz növbəsində ona məxsus torpaq sahəsində İddiaçı qanunsuz şəkildə aparmış olduğu tikili ilə bağlı müvafiq qeydiyyat keçirmişdir. İddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsində aparılmış tikililər (yaşayış evi) onun öz hesabına sökülməli, torpaq sahəsi boşaldılaraq ona təhvil verilməli, o cümlədən ona məxsus torpaq sahəsində iddiaçının aparmış olduğu tikililərlə (yaşayış evi) bağlı DƏDRX 5 saylı Xaçmaz ərazi idarəsində aparılmış qeydiyyat ləğv edilməlidir.
15. Qusar Rayon Məhkəməsinin 2(029)-35/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) ilk iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən ünvan ev 31 ünvanda inşa edilmiş evin mansarda mərtəbəsi, mansa rda mərtəbəsinin ətrafında olan balkon tikilisi, birinci, ikinci, üçüncü mərtəbələrdə divarlarda olan çıxıntıların Cavabdeh öz hesabına sökülməsi və həmin evin Qusar RİH Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış eskiz layihəsinə uyğunlaşdırılması, Cavabdeh tərəfindən ünvan ev 31 ünvanda inşa edilmiş evin daxili arakəsmə divarları, pəncərələrin sayı və yeri, mərkəzdə yerləşən sütunların sayının Qusar RİH Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış eskiz layihəyə uyğunlaşdırılması, ilk iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının rədd edilməsi, iş üzrə 100 manat məbləğdə məhkəmə xərcinin İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iş üzrə 500 manat məbləğdə məhkəmə xərcinin İddiaçı və Cavab deh müştərək qaydada tutularaq “Azərinşaatlayihə” DBLKTİ-nin hesabına keçirilməsi qət edilmişdir
16. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən ünvan 13 ünvanda inşa edilmiş tikinti obyekti məlumatlandırma icraatı qaydasında inşa olunmaqla həmin tikiliyə dair 2016cı ildə Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış Eskiz Layihədən kənara çıxılmışdır. Belə ki, həmin tikilinin mansarda mərtəbəsi, mansarda mərtəbəsinin ətrafında olan balkon tikilisi, birinci, ikinci, üçüncü mərtəbələrdə divarlarda olan çıxıntılar Eskiz Layihədə nəzərdə tutulmamışdır. Eyni zamanda daxili arakəsmə divarlar, pəncərələrin sayı və yeri, mərkəzdə yerləşən sütunların sayı Eskiz Layih əsinə uyğun deyildir. Bununla da, Cavabdeh məxsus tikilinin mansarda mərtəbəsi inşa olunarkən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.5-ci maddəsinin tələbi pozulmuşdur. Həmçinin, məlum olmuşdur ki, Cavabdeh məxsus tikili inşa edilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinin (Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) və 70.1-ci maddəsinin (Yanaşı sahələrdə obyektlərin yerləşdirilməsi) tələbləri pozulmamışdır. Cavabdeh məxsus tikilinin hündürlüyü, mərtəbələrin sayı, həmçinin aşırımların uzunluğu, dam örtüyünün və eyvanların ölçüləri Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd deyildir. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı məxsus torpaq sahəsinin sərhəd xəttinə ən yaxın hissədə 1.5 metr aralıda i nşa olunmaqla həmin tikilinin İddiaçı məxsus torpaq sahəsinin sərhədlərini pozmadığı müəyyən olunmuşdur. Həmçinin, İddiaçı məxsus fərdi yaşayış evinin hər hansı bir hissəsinin Cavabdeh məxsus torpaq sahəsinin hüdudlarına düşməsi, İddiaçı Cavabdeh məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən qanunsuz istifadə etməsi məhkəmə iclasında öz təsdiqini tapmış, həmin hal XXX tərəfindən sübuta yetirilməmişdir.”
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2 180.3, 180.4, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3, 59.4, 59.5, 69.1, 69.1.1, 69.1.2, 69.2, 69.3, 69.4, 69.5, 69.5.1-69.5.2-1, 70.1, 70.2, 70.2.1-70.2.4, 80.1, 80.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməs ində icraat
18. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apelyasiya şikayətinin dəlillərinə görə, ünvan 31 ünvanda yerləşən və tam mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsində tərəfindən 2016-cı ildə məlumatlandırma icraatı qaydasında yaşayış evi tikilmişdir. Həmin tikilinin yan divarları və dam örtüyünün inşası başa çatmış, pəncərələri quraşdırılmış, elektrik və santexnik işləri bitmiş halı, iddianın verilməsi anından (yəni 2020-ci ilin oktyabr ayına) üç il öncəki vəziyyəti əks etdirir. Başqa sözlə iddia tikilinin mövcudluğundan üç il sonra qaldırılmışdır. Nə həmin vaxt, nə də iddianın veri lmə anında iddiaçı qonşu torpaq sahəsinin və ya üzərində yerləşən evin mülkiyyətçisi olmamışdır. Belə olan halda, iddiaçının həmin iddianı qaldırmağa sübyektiv hüququ olmamışdır.
20. Bununla belə, iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, onun tərəfindən iddiaçıya məxsus hər hansı torpaq sahəsi zəbt edilməmiş, habelə mövcud tikilinin, iddiaçıya məxsus torpaq sahəsi, habelə yaşayış evinə hər hansı müdaxiləsi mövcud deyil. İddiaçının şantaj xarakterli qərəzli, əsassız və uydurma iddiasının məhkəmə tərəfindən qismən təmin edilməsi məhkəmənin qərəzli, tərəfkeş və qeyri-obyektiv olmasının əyani sübutudur. Birinci instansiya məhkəməsi işin göstərilən halını nəzərə almamış, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmamasına hər hansı qiymət verməmişdir. Məhkəmə iş mat eriallarında olan FHN Tikintidə X9 Agentliyinin “Azərinşaatlayihə” DBLKTİ-nin xx.xx.2022-ci il tarixli rəyinə, həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyinə istinad etməsinə baxmayaraq, onların nəticələrini qətnaməsində təhrif edilmiş şəkildə birtərəfli və qərəzli tətbiq etmişdir. Sözügedən rəydə qeyd olunur ki, mübahisəli tikili zamanı hər hansı şəhərsalma və tikinti normalarının pozuntusu olmamış, tərəfindən ara məsafəsi qaydaları pozulmamış, evin ölçüləri layihəyə uyğundur və ev məlumatlandırma icraatı qaydasında tikilmişdir.
21. Həmçinin, nə evin tikinti işlərinin aparıldığı müddət ərzində, nə də sonrakı müddət ərzində tikinti ilə əlaqədar istər rayon icra hakimiyyəti, yaxud digər mərkəzi icra hakimiyyəti, Fövqəladə Hallar Nazirliynin hər hansı orqanları, bələd iyyə orqanları, digər dövlət orqanları, fiziki və hüquqi şəxslərdən ona qarşı hər hansı tələb, şikayət, müraciət, akt, qərar, göstəriş, tapşırıq verilməmişdir.
22. Göründüyü kimi, iş materiallarında mövcud bütün sübutlar, iddianın əsassızlığına dəlalət etsə də, məhkəmə işə obyektiv baxmamış, heç bir əsas olmadan, ilk iddianı qismən təmin etməklə, faktiki olaraq ona məxsus mülkiyyətə qəsd edilməsinə şərait yaratmışdır.
23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1866/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və R.Ağayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilk iddia təmin olunan hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş v ə ilk iddia həmin hissələrdə də rədd olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi yuxarıda sadalanan halların heç biri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır, hətta həmin hallar mövcud olsaydı belə, daha öncə istinad olunan maddi hüquq normalarına əsasən qonşu olaraq ilk iddiaçı həmin təsirlərə dözməliydi. Qeyd edildiyi kimi qonşuluq hüquqlarının pozulması halı müəyyən edilmədiyindən məhkəmə o hissədə iddianı rədd etmiş, ilk iddiaçı apellyasiya şikayəti verməmişdir.... Başqa sözlə, İddiaçı iddia etdiyi və məhkəmənin də təmin etdiyi hallar üzrə məhkəməyə müraciət hüququ Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsusdur.... Apellyasiya kollegiyası qeyd edir ki, işin tədqiq olunan faktiki halları onu deməyə əsas verir ki, Cavabdeh məxsus fərdi yaşayış evi inşa edilərkən həmin tikilinin təsdiq edilmiş eskiz layihəsindən qismən də olsa kənara çıxma halları olmuşdur. Lakin daha öncə istinad olunan Məcəllənin tələblərindən aydın olur ki, hazırkı iş üzrə Cavabdeh məxsus tikilinin sökülməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ Azırbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinə məxsusdur. İşə baxan birinci instansiya məhkəməsi işin bu faktiki halına, yəni İddiaçı sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olub-olmaması məsələsini araşdırmamış, həmin hissədə mübahisəyə düzgün qiymət verməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan normanı yox, tətbiq edilməli olmayan normanı tətbiq etmişdir.... Məhkəmə kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı hissəsində dəlillərini əsassız hesab edir və bildirir ki, İddiaçı tərəfindən Cavabdeh hər hansı torpaq sahəsindən qanunsuz istifadə etməsi, orada hər hansı tikili inşa etməsi faktı öz təsdqini tapmadığından, habelə bu barədə Cavabdeh tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən qarşılıqlı iddianın rədd edilməsi hissəsində məhkəmənin mövqeyi qanuni və işin faktiki hallarına uyğundur.”
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 171.1-171.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 119, 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 386, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.1, 92.1.1, 95.3, 92.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanının 4.10-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ilk iddianın təmin edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh özünə məxsus torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin qaydalarını və qonşuluq hüquqlarını kobud surətdə pozmaqla, ara məsafəsi saxlamadan dörd mərtəbəli, zirzəmili yaşayış binası inşa etmişdir. Cavabdeh RİH tərəfindən razılaşdırılmış lay ihədən kənara çıxmaqla mərtəbələrin sayını artırmış və binanın dam hissəsinə açıq eyvan quraşdırmışdır. Binanın üst mərtəbəsinin açıq eyvan hissəsindən axan yağış sularının axıdılması üçün onun həyətinə tərəf quraşdırılmış plastik borusuna da binanin daxili kanalizasiya xətləri qoşulmuşdur. Bu da ətraf mühitin gigiyenik cəhətdən çirklənməsi və ətrafa xoşagəlməz qoxunun yayılmasına səbəb olacaqdır. Cavabdeh yaşayış binasının üst mərtəbəsində açıq eyvan tikməklə yaşayış binası inşa etmişdir. Açılmış həmin pəncərələr birbaşa iddiaçının həyətinə baxır. Bu da onun Azərbaycan Respublikası Konstitusiyasının 37.1-ci maddəsi ilə nəzərdə tutulan istirahət hüququnun pozulmasına gətirib çıxarır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlil lərinə görə, iddiaçının yaşadığı evin sırf arxa 7 metrlik hündürlüyündə qapalı divar hissəsinin cavabdehin evinə tərəf olduğu və evlərin arasında iki metrəyədək (yalnız cavabdeh tərəfindən saxlanılmışdır) ara məsafənin olduğu faktı xüsusilə vurğulanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının “İstirahət hüququ” başlığı altında olan 37ci maddəsinin 37.1-ci bəndi ilə nəzərdə tutulan istirahət hüququ 37.2-ci bənddə açıqlanan əmək münasibətlərindən irəli gələn istirahət hüququnun təminatı kimi işçiyə ödənişli məzuniyyətin verilməsi ilə əlaqədar olduğu açıq-aşkar aydın olur. Bu mənada iddiaçının iddia etdiyi kimi istirahət hüququnun pozulmasında onun işəgötürəni olmayan cavabehin təqsiri ola bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Kon vensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
29. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiy yə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanına n və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə ed ilir; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küy ün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz; Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur; Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borclud ursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.
31. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir; Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortası na qədər nəzərdə tutulur; Maddə 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur; Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir; Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. ya lnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxla nılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas o la bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia rədd olunan hissəsi ilə razılaşaraq, apellyasiya şikayəti, cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermədikləri üçün, hazırkı kassasiya araşdırmasının predmetini ilk iddia təmin olunan hissə təşkil edir və apellyasiya instansiyasının yekun məhkəmə aktı da məhz həmin hissəyə aid şikayətdə irəli sürülmüş dəlillər üzrə yoxlanılır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
38. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayətin cavabdehin ara məsafəsi saxlamadan yaşayış binası inşa etməsi barədə dəlili əsassızdır. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə görə, ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halına görə isə iddiaçı öz yaşayış evini ona məxsus torpaq sahəsinin cavabdehin torpaq sahəsi ilə kəsişmə xəttinin (sərhədinin) üzərində, yəni öz binasının xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər, onun öz torpaq sahəsinin üzərində olmalı ara məsafəsini saxlamadan, inşa etmişdir (eyni Məcəllənin 69.4-cü maddəsi).
39. Şikayətin iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 37.1-ci maddəsi ilə nəzərdə tutulan istirahət hüququnun pozulmasına dair dəlilinə kassasiya şikayətinə cavabdehin etirazında münasibət bildirilmişdir və məhkəmə kollegiysası həmin mövqeni düzgün hesab edir.
40. Kassasiya şikayətinin qonşuluq hüququnun pozulması ilə bağlı dəlillərinin istinad etdiyi hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məh kəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
41. Kassasiya şikayətinin digər dəlilləri işin hallarının sübut olunmaması və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparıla və onlara qiymət verilə bilməz.
42. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1866/2022 nömrəli iş üzrə 04 okt yabr 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.