Məhkəmə qərarları › İş №2(102)-755/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-755/2024

14.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-755/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni inşa olunan yaşayış binasında mənzilə dair hüquqların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(105)-1584/2023 nömrəli qətnaməsin dən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 27 avqust 2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 nömrəli müqavilə ilə Cavabdeh MTK Abşeron rayonu, Masazır qəsəbəsində inşa etdiyi 1 saylı binanın 13-cü mərtəbəsində 2 otaqlı ümumi sahəsi 79,69 kv.m olan 105 saylı mənzili hər kv.m. dəyəri 650 manata olmaqla, 51798,50 manata İddiaçı satmışdır.

2. Cavabdeh MTK tərəfindən verilmiş 28 avqust 2019-cu il tarixli, B1/105 saylı maliyyə arayışına əsasən İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış kompleksində AZ/B01/MR13/MN105/TRP/270819 saylı 27 avqust 2019-cu il tarixli müqavilə əsasında a ldığı bina 1, mərtəbə 13, sahəsi 79,69 kv.m olan 2 otaqlı 105 saylı mənzilin 51798,50 manat dəyərini tam ödəmişdir.

3. Cavabdeh MTK İddiaçı 28 oktyabr 2022-ci il tarixdə məktub ünvanlayaraq, 27 avqust 2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRT/270819 saylı müqavilə və maliyyə arayışı üzrə mənzilin dəyəri olan 51798,50 manat pul MTK-nın xəzinəsinə ödənilmədiyindən 29 fevral 2020-ci il tarixdə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 27 avqust 2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqaviləyə əsasən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı binanın 13-cü mərtəbəsində 2 otaqdan ibarət 79,69 k v.m olan 105 saylı mənzilin ayrılaraq iddiaçının sahiblik və istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənildiyindən bu barədə ona 28 avqust 2019cu il tarixdə maliyyə arayışı verilmişdir. Lakin, bina tikilərək ayrı-ayrı vətəndaşların təmir aparmasına icazə verilməsinə baxmayaraq, müqavilədə nəzərdə tutulan mənzil iddiaçıya təhvil verilməmiş və o, yaşayış sahəsinə buraxılmamışdır. Bu barədə iddiaçı dəfələrlə şifahi olaraq cavabdehə bildirilsə də, heç bir nəticəs i olmamış, müxtəlif bəhanələr gətirərək, əlavə vəsait almaqla cavabdeh əsassız olaraq varlanmaq iddiasına düşmüşdür. 13 oktyabr 2022-ci il tarixdə iddiaçı rəsmi qaydada cavabdehə məktub yazmaqla, müqavilə öhdəliklərini yerinə yetirməsini tələb etmiş, lakin heç bir hərəkət olunmamış və iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur.

6. Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(012)-615/2023 nömrəli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia təmin edilmiş, 27 avqust 2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqaviləyə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış kompleksində 01 saylı binanın 13-cü mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 79,69 kv.m olan 105 saylı mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzə rinə qoyulmaqla, mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan mənzilin avqust 2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilə əsasında İddiaçı satılması barədə tərəflər razılığa gəlmiş, iddiaçının borcunun olmamasına dair isə maliyyə arayışı təqdim etmişdir. Cavabdeh məktubunda əslində, mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilmədiyini bildirsə də, göstərilən bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə daxili inamına və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, ilkin olaraq, tərəflər müqavilənin bütün şərtləri barədə razılığa gəlməklə, müqavilə artıq bağlanmış hesab olunmuşdur. Eyni zamanda, müqavilə tərəfi kimi MTK mənzilin ödənişinin tam şəkildə ödənilməsində maraqlı olduğu halda müqavilənin bağlanmasından sonra icraçı tərəfindən ödənişin pozulduğunu bildirsə də, müqavilənin ləğvi tələbi ilə çıxış etməmiş, müqaviləyə əsasən, müqavilənin ləğv edilməsi şərti nəzərdə tutulduğu halda, birtərəfli qaydada 29 fevral 2020-ci il tarixli qərarı ilə müqavilə və maliyyə arayışı ləğv edilmişdir. MTK eyni zamanda, məktubunda sözügedən müqavilə və maliyyə arayışının ləğv edilməsi barədə iddiaçıya məlumat verildiyini qeyd etsə də, qeyd olunan dəlillər də öz təsdiqini tapmamışdır. Göründüyü kimi, cavabdehin müqavilənin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirmək hüququ olduğu halda müqavilənin bağlandığı gündən bu hüququ mübahisələndi rməmiş, başqa sözlə, müqavilə ilə “razılaşmışdır”.

8. Məhkəmə, tədqiq olunmuş maliyyə arayışı əsasında mübahisə predmeti olan mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsini müəyyən etmiş və qeyd etmişdir ki, bunun əksi olaraq cavabdeh məktubunda iddiaçı tərəfindən yalnız 28000 manat pul vəsaitinin ödənildiyini, bu səbəbdən də mənzilin dəyərinin tam şəkildə ödənilmədiyini bildirsə də, sözügedən ödəniş məbləğinə dair ödəniş qəbzləri də məhkəməyə təqdim olunmamışdır. Bu da nəticə etibarı ilə, “borcun olmaması” barədə maliyyə arayışının həqiqiliyini sübuta yetirir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 113.3, 178.8, 385.1, 389.1, 399.1, 405.1, 442, 448.1, 567-ci, Mənzil Məcəlləsinin 112, 113, Mülki Prosessual Məcəllən in 14.2, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(012)-615/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tərəflərin qarşılıqlı münasibətlərinə uyğun qiymət vermək əvəzinə işi birtərəfli aparmışdır. Belə ki, müqavilənin 4-cü bölməsinin 4.1.3-cü bəndinə əsasən “Alıcı” tərəfindən ödəniş şərtləri 2 (iki) ay ardıcıl pozularsa, “Satıcı” 5 (beş) gün qabaqcadan “Alıcı”ya rəsmi bil diriş vermək şərti ilə bu müqaviləyə birtərəfli xitam verir, mənzil satılmamış hesab olunur və yenidən satışa çıxarılır. Məhz müqavilədə tərəflərin razılaşdığı bu şərt əsas tutularaq cavabdeh “Alıcı”ya əvvəl bir neçə dəfə şifahi, sonra rəsmi qaydada poçt vasitəsi ilə 23 yanvar 2020ci il tarixdə özünün 61 saylı 22 yanvar 2020-ci il tarixli "xxxx"ini ünvanlamışdır. Bundan sonra iddiaçı MTK-ya gəlmiş və evin pulunun 27000 manatını Şəadət adlı şəxsə verdiyini etiraf edərək həmin pulu alıb gətirərək MTK-ya ödəyəcəyinə vəd versə də, vədinə əməl etməmişdir. Bundan sonra, cavabdeh və “Alıcı” arasında bağlanmış mənzilin alqı-satqısına dair 27 avqust 2019-cu il tarixli müqavilə təsisçilərin ümumi yığıncağının 29 fevral 2020-ci il tarixli iclasının qərarı ilə ləğv edilmiş və mübahisələndirilən müqavi lənin ləğv edilməsi barədə poçt vasitəsi ilə 10 aprel 2020-ci il tarixdə iddiaçıya bildiriş göndərilmişdir. Məhz bu səbəbdən də MTK tərəfindən iddiaçıya qarşı müqavilənin ləğvi və ya etibarsız sayılması barədə məhkəməyə müraciət etməmişdir. İddiaçının müqavilənin ləğv olunmasından 2 ildən artıq müddət yəni, 2020-ci ildən xəbərdar olduğu halda, iddiaçı məhkəməyə yalnız 2022-ci ilin axırlarında müraciət etmişdir. Müqavilədə satıcının MTK, alıcının isə iddiaçı olduğu göstərilsə də, alıcı İddiaçı pulu müqavilə şərtlərinə zidd olaraq MTK ilə heç bir əlaqəsi olmayan Şəadət adlı şəxsə ödəməklə müqavilənin 2.3-cü bəndinin tələblərini pozmuşdur. Bu səbəbdən də həmin mənzil İddiaçı sahibliyinə və istifadəsinə verilməmişdir. Maliyyə arayışı Vasif Atakişiyev tərəfindən səlahiyyəti olmadığı halda özü nün dediyi kimi təcrübəsizliyindən istifadə olunaraq ələ keçirilmişdir. Belə ki, həmin mənzillə yanaşı 12 mənzil torpaq sahibi üçün pulsuz ayrıldığından həmin mənzillərlə bağlı MTK-ya heç bir borc yoxdur. Həmin mənzillər torpaq sahiblərinə pulsuz olaraq verilmişdir. Həmin mənzillər torpaq sahiblərinin adına sənədləşdirilmiş, sonradan isə satılaraq pulun ödənilməsi nəzərdə tutulmuşdur. Həmin dövrdə makler kimi fəaliyyət göstərən Əkbər, Şəadət və qeyriləri həmin evlərin satılması üçün müştərilər tapıb sənədləşdirilərkən müqavilə ilə birlikdə mənzillərin pulu ödənilmədən maliyyə arayışlarının verildiyini görüb həmin evləri dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişlər. Satılan mənzillərin alıcılarından 5 nəfəri vicdanlı alıcı olmuş və maliyyə arayışlarını alsalar da, sonradan gələrək borc m üqaviləsi bağlamaqla mənzillərin dəyərini tam ödəmişlər. Bunlarla bərabər, İddiaçı rəsmi məlumat verilərək maliyyə arayışının Vasif Atakişiyevin təcrübəsizliyindən səhv olaraq verildiyini, mənzilin dəyərinin onun tərəfindən ödənilməsi təklif olunsa da, əvvəl razı olmuş, Şəadət Mustafayevə verdiyi 27000 manat pulu alıb gətirərək MTK-nın kassasına ödəyəcəyinə söz versə də, buna əməl etməmiş və bu səbəbdən də 29 fevral 2020-ci il tarixdə həmin mənzillərlə bağlı müqavilə və maliyyə arayışları ləğv edilmiş və bu barədə 10 aprel 2020-ci il tarixdə iddiaçıya poçtla rəsmi məlumat verilmişdir. MTK və “Alıcı” arasında bağlanmış mənzilin alqı-satqısına dair 27 avqust 2019-cu il tarixli müqavilədən öncə Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 01 saylı binanın 13-cü mərtəbə sində, 2 otaqdan ibarət ümumi sahəsi 79,69 kv.m. olan 105 saylı mənzili 16 noyabr 2018-ci il tarixli müqavilə ilə onun sahibliyinə və istifadəsinə verilmişdir. Bu səbəbdən də, iddiaçı tərəfindən mənzilin dəyəri ödənilmədiyindən həmin müqavilənin 4.1.3-cü bəndi əsas götürülməklə ləğv edilmiş onun adına olan müqavilə isə bərpa edilməklə onun sahibliyinə və istifadəsinə verilmişdir. Hazırda 1-ci binanın 105-ci mənzilində sahiblik və istifadə hüququnun ona müqavilə əsasında təqdim edildiyindən və MTK-nın həmin mənzillə bağlı heç bir səlahiyyəti olmadığından məhkəmənin çıxartdığı qətnamənin icrasının MTK tərəfindən icra olunması qeyri-mümkündür.

12. Apellyasiya instansiyası məhkəməsində üçüncü şəxs qismində cəlb olunmuş X5 izahatında göstərmişdir ki, o, mübahisəli mənzili Əkbər Həsənov adlı şəx sdən almış, Əkbər Həsənova MTK-da işləməsi əvəzində mənzil verilmişdir. Əkbər Həsənov ona təklif etmişdir ki, mənzili alsın, o da razılaşmışdır. O, həmin mənzili maliyyə arayışında 51798 manat göstərilsə də, faktiki 41000 manata Əkbər Bağırovun adına almış, pulu da Əkbər Bağırova vermişdir. Ona təcili pul lazım olduğundan mənzili 28000 manata satmışdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2023-ci il tarixli, 2(105)-1584/2023 nömrəli qətnaməsi ilə (hakim İ.K.Dəmirovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Məmmədovdan və L.E.Rəhimlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(012)615/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi müəyyən et mişdir ki, Cavabdeh MTK-nın inşa etdiyi binanın yerləşdiyi torpaq sahəsinin bir hissəsi X2 məxsus olmuş, MTK tərəfindən həmin torpaq sahəsinin qarşılığında ona həmin mübahisəli mənzil verilmiş, həmin şəxs sonradan öz pay hüququndan imtina etmiş, mənzili MTK-ya qaytarmış, onunla bağlanmış müqavilə ləğv edilmiş, daha sonra Cavabdeh MTK ilə X8 arasında həmin mənzilin alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqavilə əsasında mənzil ona verilmiş, MTK tərəfindən ona borcunun olmaması barədə arayış verilmiş, bundan bir müddət sonra Əkbər Həsənov mənzilini satmaq qərarına gəlmiş və həmin mənzili X1 razılaşmış, MTK-nın razılığı ilə mənzil Şəadət Mustafayevin qohumu olan X6 adına sənədləşdirmişdir. Daha sonra İddiaçı mənzil almaq qərarına gəlmiş və mənzil alqı-satqısı ilə məşğul olan şəxs vasitəsilə Şəadət Mustafayevi tanımış və mənzilin alqı-satqısına dair razılığa gəlmişlər, bundan sonra onlar MTK-ya müraciət etmiş və 1500 manat qarşılığında MTK-nın razılığı əsasında həmin mənzilə dair müqavilə və maliyyə arayışı İddiaçı adına keçirilmiş, ona 27 avqust 2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilə, o cümlədən mənzilə dair borcunun olmaması barədə maliyyə arayışı verilmişdir.

15. İşin araşdırılmış hallarına əsasən həmin müqavilələrin ləğv edildiyi müəyyən olunsa da, cavabdeh MTK hüquqdan sui-istifadə edərək həmin müqavilələrin mövcud olmadığını bildirərək məhkəməyə təqdim etməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsində həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 27 avqust 2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilə qüvvədə olduğu və ləğv edilmədiyi müddətdə MTK Maraqlı şəxs ilə 08 iyun 2020-ci il tarixdə müqavilə bağlayaraq 16 noyabr 2018-ci il tarixli AZ/B01/MR13/MN105/TRP/161118 saylı mənzilin alqı-satqısına dair müqaviləni yeniləmiş və mənzili Maraqlı şəxs vermişdir.

17. Bundan əlavə, Maraqlı şəxs apellyasiya şikayətində Cavabdeh MTK və “Alıcı” İddiaçı arasında mənzilin alqı-satqısına dair 27 avqust 2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilə bağlanmamışdan öncə Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 01 saylı binanın 13-cü mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi 79,69 kv.m olan 105 saylı mənzil 16 noyabr 2018-ci il tarixli AZ/B01/MR13/MN105/TRP/161118 saylı müqavilə bağlandığını qeyd etmişdir. Apellyasiya kollegiyası qeyd etmişdi r ki, mübahisəli mənzilin ilk sahibi olmuş X4 ilə Maraqlı şəxs arasında MTK-nın inşa etdiyi binanın yerləşdiyi torpaq sahəsinin alqısatqına dair müqavilə 07 noyabr 2019-cu il tarixdə, yəni MTK ilə Maraqlı şəxs arasında mənzilin alqı-satqısı müqaviləsi bağlanandan 1 il sonra bağlanmışdır.

18. Bundan əlavə, apellyasiya məhkəməsi qeyd edir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 27 avqust 2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilə qüvvədə olduğu müddətdə Cavabdeh MTK-nın Maraqlı şəxs arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli AZ/B01/MR13/MN105/TRP/161118 saylı müqaviləni 08 iyun 2020-ci il tarixdə yeniləyərək mənzilin yenidən Maraqlı şəxs verilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və ə saslı olmaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 560.1, 560.2, 560.3.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

21. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(105)-1584/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslan dırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 165.2, 178.8, 385, 426, 452.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 89, 217.4, 392-ci maddələrinin tələbləri pozulmuşdur.

23. Belə ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 27 avqust 2019-cu il tarixlı müqavilənin 4.1.2 və 4.1.3-cü maddəsinə əsasən iddiaçıya bildiriş verilməklə 29 fevral 2020-ci il tarixdə MTK təsisçılərinin ümumi yığıncağının qərarı ilə həmin müqavilə birtərəfli qaydada xitam verilmiş və iddiaçı müqavilənin ləğv olunmasından 3 ilə yaxın müddət keçdikdən sonra Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə 165.2-ci maddənin tələblərinə əsasən həmin müqavilə xitam verildiyi gündən 29 fevral 2020-ci il tarixdən 3 ilə yaxın müddət keçdikdən sonra (bir il müddət deyil) iddia verilməsi iddia müddətinin keçməsi ilə bağlı rədd etməli idi. İddiaçı mənzilin dəyəri olan 51780 manat pulu satıcıya ödəməyib, tərəfindən mətnində həqiqətə uyğun olmayan “Maliyyə Arayışı”nın qanunsuz yolla əldə etməsi, sonda isə satıcıdan müqavilədə göstərilən mənzilin tələb etməsi Mülki Məcəllənin 385-ci maddəsinin və müqavilənin şərtlərinin kobud surətdə pozulması ilə nəticələnmişdir. Məhkəmə araşdırması zamanı sözügedən mənzilin dəyərinin MTK-ya, yaxud həmin mənzili kassatordan əvvəl almış Nizami Kərimova və yaxud kassatora hər hansı bir şəxs tərəfindən ödənməsi öz təsdiqini tapmamış, heç bir sübut təqdim edilməmişdir. İddiaçı mənzilin dəyərini MTK ilə heç bir əlaqəsi olmayan Şəhadət adlı şəxsə ödəməklə müqavilənin və Mülki Məcəllənin tələblərini kobud surətdə pozmuş və həqiqətə uyğun o lmayan “maliyyə arayışını” məlum olmayan əldə edərək, həmin maliyyə arayışının mətnində guya mənzilin dəyəri olan 51798,50 manat pulu MTKya ödədiyini saxta sənədi məhkəməyə təqdim etmişdir. Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış 18 noyabr 2018-ci il tarixli müqavilə əsasında İddiaçı əvvəl kassatorun sahibliyinə və istifadəsinə verildiyindən və həmin andan İddiaçı bu mənzili tələb etmək hüququ aradan qalxdığından apellyasiya məhkəməsi tərəfindən maddi hüquq norması olan Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri pozulmuş və düzgün tətbiq edilməmişdir. Maraqlı şəxs dəyərini ödəyərək mənzillərə sahiblik və istifadə etmək hüququnu əldə etməklə, faktiki olaraq onun istifadəsində olduğundan, orada yaşadığından həmin mənzilin iddiaçıya verilməsi barədə iddia tələbini təmin etməklə m əhkəmə həmçinin MM-in 178.8-ci maddəsinin tələbləri pozulmuşdur.

24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

25. İddiaçı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Etiraz işin faktiki halları ilə əsaslandırılmış, maddi və prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi üçüncü şəxs tərəfindən bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 30. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 375.2-ci maddəsin ə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

34. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, kassatorun Mülki Məcəllənin 165.2-ci maddəsinə istinadı əsassızdır. Belə ki, həmin maddənin məzmunundan müəyyən olunur ki, sahibliyin pozulması ilə bağlı kassatorun istinad etdiyi müddət iddia müddətidir. Məcəllənin 375.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tə rəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Hazırki işdə isə iddia müddətinin tətbiqinə dair ərizə işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamış və bu məsələ apellyasiya araşdırmasının predmetini təşkil etməmişdir.

35. İddiaçıya verilən maliyyə arayışının saxta olması, orada əks olunan məlumatların əsassız olmasına dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. Belə ki, maliyyə arayışının saxta olmasını həmin sənədi verən MTK iddia etməmiş, onun səlahiyyətli vəzifəli şəxs tərəfindən verilməsini qəbul etmiş, lakin məzmununun həqiqətə uyğun olmadığını, göstərilən vəsaitin ödənilmədiyini iddiaçıya ünvanlanan məktubda göstərmişdir. Bu halın sübut edilməsi isə iddiaya etiraz edən tərəflərin üzərinə düşsə də, bununla bağlı sübutlar işin fa ktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.

36. Mübahisəli mənzilin kassatorla bağlanmış müqavilə əsasında ona təhvil verilməsi və sahibliyində olmasına dair kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, həmin mənzilin əvvəllər bir neçə şəxslə bağlanmış müqavilələr əsasında MTK tərəfindən sahibliklərinə verilməsi, onların razılıqları ilə son nəticədə iddiaçı ilə müqavilə bağlanılması, sonradan isə hüquqdan sui-istifadə edərək əvvəlki müqavilələrin mövcud olmadığını bildirməklə, mənzilin iddiaçıya təhvil verməkdən imtina etməsi apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş haldır.

37. Həmçinin, Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində mübahisəli mənzilin ona binanın inşa edildiyi torpaq sahəsinin əvəzi nə verildiyini, sonradan isə satılaraq pulun ödənilməsi nəzərdə tutulduğunu göstərmişdir. Şikayətin dəlilləri mənzilin səlahiyyətsiz şəxs tərəfindən satılmasından deyil, dəyərinin ödənilməməsindən ibarət olmuşdur ki, bu dəlilə hazırki qərarın 35-ci bəndinə artıq münasibət bildirilmişdir.

38. İşin hallarının tam araşdırılmaması və sübutlara düzgün hüquqi qiymət verilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Hə min Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnamə si dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(105)-1584/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar